Məhkəmə qərarları › İş №2(102)-79/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-79/2025

31.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-79/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, başqasının torpaq sahəsində tikilmiş tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1200/2024 nömrəli iş üzrə 0 8 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, 25 noyabr 2008-ci il tarixli sərəncamı ilə şəhid bacısı İddiaçı müraciətini, 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsinə kommersiya obyektinin layihələndirilərək tikintiquraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin mövqe planını, Memarlıq və şəhərsalma idarəsinin layihələndirmə və tikinti-quraşdırma aparılmasının mümkünlüyünə dair rəyini, aidiyyatı orqanlarla müvafiq razılaşmaları əsas tutaraq qərara alınmışdır ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsində nəzərdə tutulmuş 20 (iyirmi) m² torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun olaraq kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılmasına icazə verilmişdir. Obyektin layihələndirilməsi dövrü başa çatdıqdan sonra mövcud sərəncam inşaat pasportu, işçi layihə, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri, tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti-quraşdırma işlərinin aparılması üçün əsasdır.

2. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsinə aid inşaat pasportunun surətindən görünür ki, şəhid bacısı İddiaçı sifarişçi olmaqla, 10-cu mikrorayon ərazisində təyinatı kommersiya obyektinin layihələnd irilərək tikinti-quraşdırılması məqsədi ilə sahə verilmişdir. Qeydiyyat nömrəsi 3 olmaqla xx.xx.2009-cu il tarixdə iş hazırlanmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xeyrinə hüquq yüklü edilən şəxs Cavabdeh2, hüququ yüklü edilən şəxs Sumqayıt Şəhər Bələdiyyəsi olmaqla, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 0.002 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları (sahibkarlıq) olmaqla xx.xx.2012-xx.xx.2027-ci il tarix aralığında ********** nömrə ilə xx.xx.2018-ci il tarixində yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reye strində 32 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AN seriyalı, 221169 nömrəli, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Plan və ölçünün tərtib edilməsinə əsas ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Torpaq sahəsinin planı və ölçüsü, 010747, xx.xx.2012; Sumqayıt “ASAN xidmət” mərkəzi notarius Əhmədli B.M tərəfindən təsdiq olunmuş şəhadətnamə №100; 3M-86, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi olmuş dur.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 13 yanvar 2020-ci il tarixli, 02/08-PA/Q-56-57 nömrəli İddiaçı ünvanlanmış müraciətə cavabından görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanan müraciətə əlavə olunmuş fotoşəkillər əsasında Komitənin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və M.Abdullayev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında (9,0 metr məsafədə) qeyri-yaşayış obyektləri sırasının olduğu müəyyən edilmişdir. Tikintisi planlaşdırılan qeyri-yaşayış obyektinin arxa hissəsində birinci mərtəbədəki mənzillərin təbii işıqlanmasının nəzərə alınmasını və həmin mənzillərin sakinləri ilə razılaşdırılması şərti ilə 22,5 m² torpaq sahəsinin ayrılmasına etiraz etmirlər.

6. Sumq ayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 02 mart 2020ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olub-olmaması haqqında məlumat əldə etmək məqsədi ilə cizgidə göstərilən torpaq sahəsi, aidiyyatı olan müvafiq təşkilatlarla razılaşdırılmışdır. Əgər ayrılması nəzərdə tutulan torpaq sahəsində əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətti keçərsə və mövcud xəttin sahədən çıxarılması zərurəti yaranarsa, həmin xətt sifarişçinin vəsaiti hesabına sahədən kənarlaşdırılmalıdır. Torpaq sahəsinin ayrılması barədə qərar verildikdən sonra Sifarişçi Memarlıq və Şəhərsalma İdarəsindən müvafiq sənədlər və inşaat pasportu almalıdır. Sifarişçi tikintini Memarlıq və Şəhərsalma idarəsi nəzdində Tikintiyə D övlət Nəzarəti Müfəttişliyində qeydiyyatdan keçirməlidir. Bütün bunları nəzərə alaraq göstərilən şərtlər daxilində Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, 10-cu mikrorayon ərazisində sahibkarlıq məqsədi ilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olaraq 22,5 (iyirmi iki tam, onda beş) m² torpaq sahəsinin ayrılmasına etiraz etmirlər. Torpaq sahəsinin ayrılması barədə qərardan iki nüsxə Memarlıq və Şəhərsalma İdarəsinə təqdim olunmalıdır. Rəyin müddəti bir ildir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əml akın Kadastrı və ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış **********25 nömrəli, 14 iyul 2020-ci il tarixli yerquruluşu planının hazırlanması barədə məlumatdan görünür ki, ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Elektron məlumat bazasında araşdırma aparılarkən məlum olmuşdur ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin 6.2 m² hissəsi **********87 reyestr nömrəli çıxarış ilə üst-üstə düşür. Uyğunsuzluq və ya yüklülük aradan qaldırıldıqdan sonra yerquruluşu planı hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəkdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********23 nömrəli, 21 sentyabr 2020-ci il tarixli Sumqayıt Bələdiyyəsinə ünvanlanmış məktuba cavabından görünür ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilməsinə şərait yaradılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilmişdir. Yuxarıda qeyd olunanların nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********05 nömrəli, 16 oktyabr 2020-ci il tarixli Sumqayıt Bələdiyyəsinə ünvanlanmış məktuba cavabından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində sahibkarlıq məqsədi ilə inşa edilmiş sahəsi 22.5 m² olan torpaq sahəsinin 6.2 m² hissəsinin **********87 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyünü və həmin 6.2 m² fərqin aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, 2892 nömrəli məktuba Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Qeyd oluna n uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar onlar tərəfindən 15 oktyabr 2020-ci il tarixli, **********89 nömrəli məktubla Sumqayıt şəhəri Memarlıq və Şəhərsalma İdarəsinə sorğu ünvanlanmışdır.

10. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Q-26-039 nömrəli, xx.xx.2021-ci il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, Memarlıq və Şəhərsalma idarəsinin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ona ayrılmış torpaq sahəsindən digər şəxs tərəfindən 0,9 metr torpaq sahəsi zəbt olunaraq obyekt inşa edilmişdir. Memarlıq və Şəhərsalma idarəsinə müraciət etmiş digər şəhid ailəsi X2 da müraciəti əsasında yerində təkrar baxış keçirilərək hər birinə əlavə məlumatın veriləcəy i bildirilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********59 nömrəli, 20 avqust 2021-ci il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabdan görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sağında və solunda yerləşən **********87 və **********88 reyestr nömrəli torpaq sahələri üzərində 2011-ci ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınarkən kadastr məlumat bazasında qeydiyyatı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə uyğun aparılmışdır. Torpaq sahələri üzərində 2011-ci ildə qeydiyyat aparılarkən ərazidə hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Lakin sonradan hər iki torpaq sahəsinin ic arəçiləri tərəfindən tikinti işləri aparılarkən qeydiyyata alınmış torpaq sahələrinin sərhədlərindən kənara çıxılmışdır. Ayrılması nəzərdə tutulan, qeyd edilən torpaq sahəsinin 6,2 m² hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə müəyyən olunmuşdur ki, həmin əraziyə dair qonşular tərəfindən iddia vardır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsində tikilmiş tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mə hkəmədən Cavabdeh1 tərəfindən ona məxsus olan və sahəsi 22.5 m² təşkil edən Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən torpaq sahəsi üzərində tikilmiş tikilinin onun torpaq sahəsinə düşən 6.2 m² ölçüdə sökülməsi və həmin ərazinin əvvəlki vəziyyətə cavabdehin vəsaiti hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində M.Abdullayev küçəsində yerləşməklə sahəsi 22.5 m² təşkil edir. Bu torpaq sahəsi ona şəhid qardaşı X1 Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə həlak olduğuna görə ayrılmış, Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 376 nömrəli sərəncamı ilə kommersiya obyektinin layihələndirilərək tikinti quraşdırılmasına icazə verilmişdir. O, həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi barədə AR Prezident Administrasiyasına müraciət etmiş və həmin müraciət baxılması üçün AR İqtisadiyyat Nazirliyinə göndərilmiş və həmin müraciətə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ona göndərdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sağında və solunda yerləşən **********87 və **********88 reyestr nömrəli torpaq sahələri üzərində 2011-ci ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınarkən kadastr məlumat bazasında qeydiyyatı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə uyğ un aparılmış, torpaq sahələri üzərində 2011-ci ildə qeydiyyat aparılarkən ərazidə hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmiş, lakin sonradan hər iki torpaq sahəsinin icarəçiləri tərəfindən tikinti işləri aparılarkən qeydiyyata alınmış torpaq sahələrinin sərhədlərindən kənara çıxılmışdır. Ayrılması nəzərdə tutulan qeyd edilən torpaq sahəsinin 6.2 m² hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, ona ayrılmış həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Nəticədə, o, qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi üzərində təsdiq edilmiş plan, ölçü və eskiz əsasında tikinti işlərini apara bilmir və torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması da mümkünsüzdür.

14. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tari xli hazırlıq iclasında iddiaçı Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmiş, vəsatət təmin edilmiş, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilmişdir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin ərazi cavabdeh tərəfindən istifadə olunmur. Sadəcə anbar kimi istifadə edirlər. Umaxanım şəhid anasıdır. Torpağı olmuş və qızına bağışlamışdır. Xanıma 10 min manat təklif etmiş və üstəlik bildirmişdir ki, azdırsa artırsın. Qarşı tərəfə həmçinin bildirmişdir ki, əgər satırsa birinci onlara satsın. İddiaya etiraz edirlər. Həmin yerin koordinatları ölçülmüş və çıxarış verilmişdir. Torpaq qeydiyyatdan keçməmişdir. Nə bələdiyyə, nə də İcra hakimiyyəti bu məsələdə günahkar deyildir. Bu gün də həmin koordinatlardan kən ar tikilinin tikilməsini təsdiq edən sənəd mütəxəssis rəyidir. Rəy isə saxta olaraq, ona əsaslanmış və yerində baxış keçirməmişdir. Sabah isə nəyin sökülməsini izah edə bilməcəyəkdirlər. Ona görə də iddia tələbini əsassız sayır və rədd olunmasını xahiş edirlər.

16. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus tikili ona ayrılmış torpaq sahəsinin ölçüləri daxilində yerləşmir, torpaq sahəsi üzərində yerləşən tikilinin tikinti altı sahəsinin ölçüsü 29,8 kv.metr təşkil edir (yerləşmə yeri ortofotoda qeyd olunmuşdur). İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmadığından onun yerini müəyyən etmək mümkün olmamışdır.

17. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7603 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Re spublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-3138/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh2 məxsus tikilinin ona ayrılmış torpaq sahəsinin ölçüləri daxilində yerləşmədiyi və torpaq sahəsi üzərində yerləşən tikilinin tikinti altı sahəsinin ölçüsünün 29,8 m² təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmadığından qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır.

18. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən 29.8 m² tikilinin 4.64 kv. metr hissəsi İddiaçı ayrılmış torpaq sahəsinə düşür. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində 6.8 m² ölçüdə sərhəddi aşmışdır. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərindəki tikili sol tərəf istiqamətində hər hansı ölçüdə torpaq sahəsinin sərhədlərini keçmir. İddiaçı ayrılmış torpaq sahəsi Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşir.

19. İş materiallarında olan 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/294 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-393/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi üzərində yerləşən 29.8 kv.metr tikilinin 4.64 k v.metr hissəsinin İddiaçı ayrılmış torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikilinin sağ tərəf istiqamətində 6.8 kv. metr ölçüdə sərhəddi aşdığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərindəki tikili sol tərəf istiqamətində hər hansı ölçüdə torpaq sahəsinin sərhədlərini keçmədiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı ayrılmış torpaq sahəsinin Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşdiyi müəyyən edilmişdir.

20. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Aynur Behbudova) 16 aprel 2024-cü il tarixli, 2(060)-30/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən 22,5 kv.m. torpa q sahəsi üzərində Cavabdeh2 tərəfindən tikilmiş tikilinin iddiaçının torpaq sahəsinə düşən hissəsi üzrə 6.2 m² ölçüdə sökülməsi və həmin ərazinin Cavabdeh2 vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir.

21. Birinci instansiya araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 376 nömrəli, 25 noyabr 2008-ci il tarixli sərəncamına əsasən şəhid bacısı İddiaçı müraciətini, 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsinə kommersiya obyektinin layihələndirilərək tikintiquraşdırılması məqsədi ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin mövqe planını, Memarlıq və şəhərsalma idarəsinin layihələndirmə və tikintiquraşdırma aparılmasının mümkünlüyünə dair rəyini, aidiyyatı orqanlarla müvafiq razılaşmaları əsas tutara q qərara alınmışdır ki, şəhid bacısı İddiaçı 10-cu mikrorayon ərazisində, M.Abdullayev küçəsində nəzərdə tutulmuş 20 (iyirmi) m² torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun olaraq kommersiya obyektinin layihələndirilərək tikinti-quraşdırılmasına icazə verilmişdir. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsinin 4,64 kv.m. hissəsini qanunsuz zəbt etmişdir. Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində 6.8 m² ölçüdə sərhəddi aşmışdır. İddiaçı ayrılmış torpaq sahəsi Cavabdeh2 ayrılmış ərazinin sağ tərəfində yerləşir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konsti tusiyasının 13, 29, Torpaq Məcəlləsinin 111, Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 180-cı, MPM-nin 88, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

23. Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-30/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Qətnamədə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR MM-nin 152, 157-ci, АR Konstitusiyasının 13, 29-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. İddiaçının iddiası tam qanunsuz və əsassızdır. Sumqayıt Şəhər Məhkəməsində heç bir araşdırma aparılmadan yalnız iddiaçının subyektiv fərziyyələri əsasında qətnamə qəbul edilmişdir. Belə ki, torpaq sahəsi şəhid anası kimi anası Cavabdeh1 ayrılmışdır. Anası torpaq sahəsinə dair çıxarış aldıqdan sonra torpaq sahəsini ona bağışlamışdır. Torpaq sahəsi üzərində Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi eskiz layihəsi əsasında tikinti işləri aparılmışdır. Tikinti işləri aparılarkən Sumqayıt şəhər Bələdiyyəsinin, istərsə də Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşları tərəfindən tikiliyə baxış keçirilmiş, hər şeyin qanuni və əsaslı olduğunu göstərmişlər. DƏDRX torpaq sahəsinə çıxarış verərkən torpaq sahəsinin koordinatlarını müəyyən etmiş və çıxarış vermişdir. Həmin ərəfədə ətraflarında digər torpaq sahələrinə dair tikinti işləri apar ılmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi torpaq sahəsini 2008-ci ildə alsa da, torpaq sahəsini sənədləşdirmək üçün yalnız 12 il sonra müraciət etmişdir. Həmin ərəfədə də onlara məlum olmuşdur ki şəhid ailələrinə tikinti məqsədi ilə ayrılmış ərazidəki torpaq sahələrində sürüşmə baş vermişdir. Yəni iddiaçının torpaq sahəsinin onların tərəfindən zəbt edilməsi hər hansı bir rəsmi sənəddə öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı dəfələrlə ekspertiza təyin edilməsi və ekspertizanın tərəflərin işitrakı ilə yerində keçirilməsini tələb etsələr də, heç bir ekspert hadisə yerinə gəlməmiş və mənbəyi bəlli olmayan mütəxəsis rəyinə əsaslanaraq rəy vermişlər ki, onlara məxsus tikili ayrılmış torpaq sahələrinin ölçüləri daxilində yerləşmir, ölçüsü isə 29.8 m² müəyyən edilir. Həmçinin ek spert göstərir ki, İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd olmadığından iddiaçının torpaq sahəsinə müdaxilənin hansı ölçüdə olması məsələsini həll etmək mümkün olmamışdır. Yəni belə olan halda ümumiyyətlə İddiaçı subyektiv hüququ mövcud olmur. Ona torpaq sahəsi ayıran istər Sumqayıt şəhər Bələdiyyəsi, istərsə də Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi onlara Səkinə adlı şəxsin torpaq səhəsini zəbt etməsini heç vaxt deməyiblər və indi də demirlər. Əksinə onlar Səkinə xanımın da şəhid bacısı olduğunu nəzərə alaraq ondan heç bir sənəd də tələb etmədən ona ayrılmış torpaq sahəsini onlara satmasını təklif etmişlər. Hətta məhkəmə baxışı zamanı da nümayəndələri torpağın real qiymətindən 2 dəfə artıq qiymət təklif etmişdir. Lakin Səkinə xanım bununla razılaşmamışdır. Onlar ümumiyyətlə Səkinə xanımın iddiasını qəbul etmirlər. Onun torpaq sahəsi varsa, sağ, sol və yaxudda arxa tərəfdəki qonşunun zəbt etməsi bu gün də mübahisə predmetidir. Dəfələrlə xahiş etmişlər ki, Sumqayıt şəhər Bələdiyyəsi, Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi hadisə yerinə gəlsinlər, hər kəsin torpaq sahəsini yerində ölçüb göstərsinlər, baxmayaraq ki, onların çıxarışları var, buna ehtiyacları yoxdur. Lakin işin ədalətli həlli üçün onlar bunun tərəfdarıdırlar. Məhkəmənin 6.2 m² ölçüdə tikilinin sökülməsi qənaətinə gəlməsi isə tam əsassız yanaşmadır. Həmin hissənin tikilinin harasından sökülməsi də sual olaraq qalır. Bu qətnamənin icrası belə mümkün deyil. Səkinə xanım iddia ərizəsində göstərilir ki, 20 m² torpaq sahəsi iddiaçıya ayrılıb. Məhkəmə qətnaməsində isə iddiaçıya ayrılmış torp aq sahəsi 22.5 m² kimi göstərilir. Yəni, ümumiyyətlə heç bir müvafiq hüquq müəyyənedici sənədi olmayan bir şəxsin yuxarıda qeyd etdiyi subyektiv fərziyyəsi bundan ibarətdir. O, özü tikilini müstəqil ekspertlə ölçmüşdür və artıq müəyyən etmişdir ki, ustalar tikilini qoşa daş divardan hörərkən səhvən bir daş divar boyu artıq tikiblər. Bunun Səkinə xanıma aid hissə olduğunu ekspertiza ona sübut etdikdən sonra bir daşın sökülməsi məsələsini həll edə bilər. Bu isə o demək deyil ki, həmin hissədə o, iddianı qəbul edir. İddia tam qanunsuz və əsassızdır. iddianın ona qarşı yalnız Sumqayıt şəhər Bələdiyyəsi qaldıra bilər və yaxud yenidən komission ekspertiza keçirilməli, Sumqayıt Bələdiyyəsinin və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinin, həmçinin mütəxəssislərin və tərəflərin iştirakları ilə yer ində ölçülməli və hər kəsin torpaq sahəsi göstərilməlidir.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1200/2024 saylı, 08 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), L.Rəhimli və F.Məmmədov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(060)-30/2024 nömrəli qətnaməsi iddia tələbinə aid hissədə dəyişdirilərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində İddiaçı ayrılmış torpaq sahəsinə doğru 6.2 m² ölçüdə Cavabdeh2 vəsaiti hesabına sökülməsi, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi gəld iyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

27. Tikilinin 6.2 m² hissəsinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmadığından yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarına əsasən özbaşına tikili sayılır. Həmçinin iş materiallarında olan ekspert rəyləri ilə də cavabdeh tərəfindən ona məxsus tikilinin sağ tərəf istiqamətində iddiaçının torpaq sahəsinə doğru 6.2 m² hissədə iddiaçının hüquqlarını pozduğu təsdiq edilmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən Cavabdeh2 ayrılmış torpaq sahəsi üzərində tikili hansı hissədə sökülməsi dəqiq qey d edilmədiyindən həmin hissədə dəyişdirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 6,2 kv. m. ölçüdə qanunsuz tikili cavabdehin vəsaiti hesabına sökülməli olduğundan, bu isə nəticə etibarı ilə özbaşına tikiliyə aid hissədə ərazinin əvvəlki vəziyyətinin bərpasını özündə ehtiva etdiyindən bunun qətnamənin nəticə hissəsində bir daha qeyd olunmasına zərurət yoxdur.

29. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 180.1, 180.2, 180.3, 180.4, Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş in yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəf istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. İddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə sübutlara qərzəli yanaşmışdır.

32. Məhkəmə baxışı zamanı dəfələrlə ekspertiza təyin edilməsi və ekspertizanın tərəflərin işitrakı ilə yerində keçirilməsi tələb edilsə də, heç bir ekspert hadisə yerinə gəlməmiş və mənbəyi bəlli olmayan mütəxəssis rəyinə əsaslanaraq rəy vermişlər ki, guya onlara məxsus tikili ayrılmış torpaq sahələrinin ölçüləri daxilində yerləşmir, ölçüsü isə 29.8 metr müəyyən edilir. Həmçinin ekspert göstərir ki, İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd olmadığından müəyyə n etmək mümkün olmamışdır. Yəni belə olan halda ümumiyyətlə İddiaçı subyektiv hüququ mövcud olmur. Ona torpaq sahəsi ayıran istər Sumqayıt şəhər Bələdiyyəsi, istərsə də Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi bir dəfə də olsun onlara "Siz Səkinə adlı şəxsin torpaq səhəsini zəbt etmisiniz" sözünü deməyiblər və bu gün də demirlər. Sumqayıt Apellyasiya Məhkəməsində olunan dəyişikliyin özü də bir daha ekspertizanın keçirilməsinin zəruri olduğunu isbat edir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməsində göstərir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən ona ayrılmış torpaq sahəsi üzərində tikili sağ tərəf istiqamətində İddiaçı Həsənli qızına ayrılmış torpaq sahəsinə doğru 6.2 m2 ölçüdə onun vəsaiti hesabına sökülmüşdür. Bu nəticədən də görünür ki, məhkəmə əvv əlki rəylərə görə belə bir qənaətə gəlibki, sağ tərəf istiqamətdə 6.2 m2 ölçüdə divar sökülməlidir. Lakin həmin rəylərlə iddiaçının torpaq sahəsinin hansı istiqamətdə yerləşməsi belə müəyyən deyil. Ona görə də iş üzrə təkrar komisyon ekspertiza keçirilməli, hər kəsin yeri və ölçüsü müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

36. Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

37. Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur.

38. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

41. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

43. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özb aşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

44. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

45. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll e tmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

55. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanunsuz inşa ediliş tikilinin sökülməsini o halda tələb edə bil ər ki, bu onun maraqlarına toxunsun.

56. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

57. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

58. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyy ətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

59. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

60. Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin 6,2 kv.m hissəsinin cavabdeh tər əfindən zəbt edilərək öz torpaq sahəsinə qatılması və inşa etdiyi tikilinin 6,2 kv.m hissəsinin iddiaçının torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir.

62. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, tikilinin iddiaçıya ayrılmış torpaq sahəsinə düşən hissəsi iddiaçının hüquq mənafelərini pozduğundan iddiaçının həmin hissədə tikilinin sökülməsini tələb etmək hüququ vardır.

63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin t əqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(105)-1200/2024 nömrəli iş üzrə 08 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar