Məhkəmə qərarları › İş №2(102)-790/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-790/2022

15.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-790/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(106)2030/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. Cavabdeh iddiaçının qardaşı oğludur. Cavabdeh, X5 ilə mərhum X2 faktiki nikahlarından 28 mart 1994-cü il tarixdə doğulmuş övladıdır. Cavabdeh doğulduğu gündən hazırki vaxta kimi valideynləri ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən 65 nömrəli evdə birgə təsərrüfatı idarə edərək, ailə üzvü kimi orada yaşamışdır. Cavabdehin atası Nurəddin Məmmədov 22 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra, yəni 13 noyabr 2019-cu il tarixdə mərhumlar Nənəbacı Məmmədovanın və Cavabdeh varisinin İddiaçı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib edilmiş və miras əmlaklara dair İddiaçı adına 20 noyabr 2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi yolu ilə həmin yaşayış sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, ümumi sahəsi 65.80 kv.metr olan 65 saylı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və 20 noyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının məlumatı və razılığı olmadan iddiaçının mülkiyyətində olan ünvan 1 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə qeydiyyata düşməsinin hüquqi əsaslarını müəyyən etmək üçün aidiyyatı üzrə Cəlilabad rayon Polis Şöbəsinə müraciət edilmiş və müraciətə cavab olaraq Cavabdeh 20 may 2020-ci il tarixdə ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən ünvan 1 saylı evdə qeydiyyatda olmuş mərhum atası X2 qeydiyyatına alınmışdır. Görünüdüyü kimi, Cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış evinə qeydiyyata düşməsinə iddiaçının, yəni mülkiyyətçinin razılığı olmamışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evinə istifadə hüquqlarının olması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində təsbit olunmuş subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə hüquqlarını pozur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinin də tələblərindən görünür ki, iddiaçı iddia tələbində haqlıdır. Cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evinə istifadə hüququnun yaranmasına dair iddiaçı ilə onun arasında notariat qaydasında bağlanan yazılı razılaşma mövcud olmayıb, eyni zamanda bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh Bakı şəhərində işləməklə orada yaşayır. Belə olan halda cavabdehin hal-hazırda iddiaçıya məxsus evdə istifadə hüqunun olması qanunsuzdur.

4. Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(073)-217/2021 saylı qətnaməsi ilə (sədrlik edən E.Əmirəliyev) iddia təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, X3 ilə X2 fa ktiki nikahlarından doğulmuş Cavabdeh doğulduğu gündən hazırki vaxtadək ünvan 1 ünvanında valideyni Nurəddin Məmmədovun yaşayış yeri üzrə qeydi aparılaraq ailə üzvü kimi yaşayıb ümumi təsərrüfat apararaq, 20.05.2010-cu il tarixdə şəxsiyyət vəsiqəsi almış və Cəlilabad rayon məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(073)915/2019 saylı qətnaməsi ilə onun atalıq fakt müəyyən edilmişdir.

6. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, cavabdehin həmin evdən istifadəsi ilə bağlı münasibətlərə onun doğulduğu vaxt qüvvədə olan, yəni 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməlidir.

7. Məhkəmə cavabdehin adına hər hansı yaşayış sahəsinin olmamasını və maddi vəziyyətinin yaxşı olmamasını diqqətə layiq halla r kimi nəzərə alaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını məqsədə müvafiq hesab etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53,54cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(106)-2030/2021 saylı qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), Z.M.Allahyarov və M.K.Həsənov) İddiaçı nümayəndəsi, Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmə yərək, Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(073)-217/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Məmmədov X1 ilə mərhum X2 faktiki nikahlarından 28 mart 1994-cü il tarixdə doğulmuş övladıdır. Cavabdeh doğulduğu gündən hazırki vaxta kimi valideynləri ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən 65 nömrəli evdə birgə təsərrüfatı idarə edərək ailə üzvü kimi orada yaşayır. Cavabdehin atası Nurəddin Məmmədov 22 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Cəlilabad rayon məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(073)915/2019 saylı qətnaməsinə əsasən 28 mart 1994-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş X4 atasının 22 fevral 2019-cu il tar ixdə ölmüş X6 olması faktı müəyyən edilmişdir. Cavabdeh hazırki vaxta qədər evin bütün kommunal və digər xərclərini ödəmişdir. Daha sonra, yəni 13 noyabr 2019-cu il tarixdə mərhumlar Nənəbacı Məmmədovanın və Cavabdeh varisinin İddiaçı olması barədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib edilmiş və miras əmlaklara dair İddiaçı adına 20 noyabr 2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X3 ilə X2 faktiki nikahlarından doğulmuş Cavabdeh doğulduğu gündən hazırki vaxtadək ünvan 1 ünvanında valideyni Nurəddin Məmmədovun yaşayış yeri üzrə qeydi aparılaraq ailə üzvü kimi yaşayıb ümumi təsərrüfat aparmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

17. Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçü ncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Maddə

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsinbdən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləru göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifəti ilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının qardaşı oğludur. Cavabdeh 28 mart 1994-cü il tarixdə doğulmuş, valideynləri ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən 65 nömrəli evdə birgə təsərrüfatı idarə edərək, ailə üzvü kimi orada yaşamışdır. Həmin ev cavabdehin atası Nurəddin Məmmədovun valideynləri Nənəbacı Məmmədovaya və Cavabdeh məxsus olmuşdur. Cavabdehin atası Nurəddin Məmmədov 22 fevral 2019-cu il tarixdə vəfat etdikdən sonra ev vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır.

26. Məhkəmələr cavabdehin mübahisəli yaşayış evindən iddiaçının əvvəllki Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən istifadə hüququ olduğu barədə düzgün nəticəyə gəlmişdir.

27. Mülki Məcəllənin 158.3-cü maddəsinə görə, evin vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçməsi, cavabdehin həmin evdən istifadə hüququnun xitamına səbəb olmur.

28. Yaşayış binasının tərki b hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(106)2030/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar