Məhkəmə qərarları › İş №2(102)-790/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-790/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-790/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün sayılması, buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3912/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-244/2023 nömrəli iş üzrə 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 iyun 2017-ci il tarixli, 2(005)-3448/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş tutmanın (84.000 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə müəyyən edilmiş məbləğindən qalıq borc) ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzilə yönəldilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 124000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına qalıq borcun ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, mənzil satıldıqdan ən geci bir ay ərzində mənzili tərk etməzlərsə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35 ünvanda yerləşən 46 saylı mənzildən məcburi çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3912/2023 nömrəli mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya ş ikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3912/2023 nömrəli mülki iş üzrə 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) kassasiya şikayəti müddət ötürüldüyünə görə geri qaytarılmışdır.

5. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehi n elektron məhkəmə kabineti olmadığından qətnamənin 3 avqust 2023-cü il tarixdə elektron kabinetə yerləşdirildiyini görməmişdir. Bundan başqa elektron məhkəmə kabineti olmadığı üçün elektron nüsxə də cavabdehə göndərilməmişdir. Nümayəndəsinin isə ailə vəziyyəti və səhhəti ilə əlaqədar problemləri olmuş və cavabdehə bildirmişdir ki, elektron sistemdə məhkəmə aktı proses iştirakçılarına xx.xx.2023-cü il saat 16:33 tarixində imzalanmışdır. Həmin çıxarış ərizənin verildiyi gün cavabdehə təqdim edilmişdir. Cavabdeh həmin vəkilə verdiyi etibarnaməni ləğv etdirmiş və başqa vəkillə müqavilə bağlamışdır. Məhkəmə qətnaməsi də etibarnaməsini ləğv etdirdiyi vəkil tərəfindən cavabdehə təqdim edilmişdir. Poçt vasitəsi ilə qətnamə göndərilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin verilməsi üç ün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3912/2023 nömrəli mülki iş üzrə 25 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) ərizə rədd edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünmüşdür ki, apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızının elektron kabinetinə y erləşdirilmiş, cavabdeh tərəf qeyd edilən qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni 3 oktyabr 2023-cü il tarixinə kimi kassasiya şikayəti verməli olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə ilkin olaraq xx.xx.2023-cü il tarixdə elektron qaydada kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfin verilmiş olduğu kassasiya şikayəti geri qaytarılmışdır. Qeyd edilən qərardad isə xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızının elektron kabinetinə yerləşdirilmiş və həmin qərardad cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarının İİ cild 162-ci vərəqəsində olan 17 ok tyabr 2023-cü il tarixli etibarnamədən görünmüşdür ki, Cavabdeh2 qanunla ona məxsus bütün hüquqları, o cümlədən Azərbaycan Respublikası MPM-in 74-cü maddəsində göstərilən səlahiyyətləri, habelə məhkəmə aktından şikayət verilməsi və apellyasiya şikayətinin imzalanması ilə əlaqədar səlahiyyətləri nümayəndəsi Vəkil2 Məmməd qızına etibar etmişdir. Ərizəçi ərizəsində Vəkil2 Məmməd qızına vermiş olduğu etibarnamənin ləğv etdirdiyini qeyd etsə də 17 oktyabr 2023-cü il tarixdə verilmiş kassasiya şikayəti məhz Vəkil2 Məmməd qızı tərəfindən tərtib edilmiş və imzalanmış, yalnız bundan sonra cavabdeh digər nümayəndəsi (vəkili) vasitəsi ilə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, müddətin bərpasına dair ərizənin verildiyi müddətə qədər cavabdehin nümayəndəsi Vəkil2 Məmməd qızının (hazırda etibarnaməsi ləğv edilmiş olmasına baxmayaraq) səlahiyyətləri qüvvədə olmuşdur ki, bu halda isə məhkəmənin qətnaməsinin və qərardadının cavabdehə qanuni şəkildə və lazımi qaydada çatdırılmış hesab olunur.

10. Kollegiya həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə məhkəmə sənədlərinin mülki işini məhkəmədə nümayəndəsi vasitəsi ilə aparan şəxslərin nümayəndələrinə deyil, məhz həmin şəxslərin özlərinə təqdim edilməsi nəzərdə tutulmamışdır.

11. Həmçinin kollegiya bildirmişdir ki, ərizədə nümayəndə tərəfindən cavabdehin məlumatlandırılmasının gecikdirilməsi əsası kimi sadalanan hallar (ailə vəziyyəti və səhhəti ilə əlaqədar üzrlü səbəblər) qeyd olunsa da, bu halları təsdiq edəcək heç bir sübut məhkəmə kollegiyasına təqdim olunmamışdır. Gör ündüyü kimi, cavabdehin ərizəsində göstərdiyi hallar təkzib olunduğundan və müddətin üzrlü səbəb olmadan ötürülməsi üçün əsaslar olmadığından, kollegiya hesab etmişdir ki, ərizə təmin edilə bilməz.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilmədiyindən onun nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 130, 133, 405, 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məh kəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi, qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi müvafiq halda guya ona qətnamənin göndərildiyini, onun həmin qətnaməni aldığını əsas götürərək heç bir araşdırma aparmadan kassasiya şikayətini geri qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in tələbləri pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada qiymətləndirilmişdir. Məhkəmə qanunsuz olaraq nəzərə almamışdır ki, qətnamənin 3 avqust 2023-cü il tarixdə elektron kabinetə yerləşdirildiyini cavabdeh görməmiş, surəti bu günə qədər yazılı olaraq təqdim edilməmişdir. Bundan başqa cavabdehin elektron məhkəmə kabineti olmadığı üçün elektron nüsxədə ona göndərilməmişdir. Nümayəndəsinin ailə vəziyyəti və səhhəti ilə əlaqədar problemləri olduğundan cavabdehi məlumatlandırmamışdır. Elektron məhkəmə sistemində məhkəmə aktı proses iştirakçılarına xx.xx.2023-cü il tarixdə saat 16:33-də imzalanmışdır. Həmin çıxarış ona 30 noyabr 2023-cü il tarixdə təqdim edilmişdir. Cavabdeh həmin vəkilə verdiyi etibatnaməni ləğv etdirmiş və başqa vəkil ilə müqavilə bağlamışdır. Məhkəmə qətnaməsi də 30 noyabr 2023-cü ona etibarnaməsini ləğv etdirdiyi vəkil tərəfindən təqdim edilmişdir. Poçt vasitəsi ilə də ona qətnamə göndərilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməs i barədə qərardad çıxarılmasını xahiş etsədə məhkəmə qanunsuz və əsassız olaraq ərizəni təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmışdır. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməlidir.

16. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 8, 9, 14, 88, 106, 128, 130, 133, 405, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar m əhkəmə tərəfindən təyin edilir.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya məhkəməsi iş materialları əsasında bu qənaətə gəlmişdir ki, buraxılmış müd dətin bərpası üçün əsas yoxdur, ona görə də bu barədə ərizə rədd edilməli və kassasiya şikayəti geri qaytarılmalıdır.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəf qeyd edilən qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni 3 oktyabr 2023-cü il tarixinə kimi kassasiya şikayəti verməli olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə ilkin olaraq xx.xx.2023-cü il tarixdə elektron qaydada kassasiya şikayəti vermişdir.

30. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə sənədlərinin tərəfin nümayəndəsinə verilməsi rəsmən çatdırılma sayılır. Cavabdehin ərizəsində göstərdiy i hallar müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas hesab edilmir.

31. Belə olan halda kassasiya məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə olunan aktı qanuni və əsaslıdır.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3912/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar