Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-790/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə, gözlənilən mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(104)-1438/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 2001-ci ildə faktiki olaraq, xx.xx.2006-cı il tarixdə rəsmi nikaha girmişdir. Birgə nikahlarından xx.xx.2002–ci il tarixdə Musa, xx.xx.2006–cı il tarixdə Xəyal və xx.xx.2006–cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur.
2. İddiaçı əvvəlcə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, sonradan JN-705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşayış evi inşa edilmiş və tərəflər yaşamaq üçün həmin evə köçmüşlər. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində ic raat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, gəlin köçdüyü evin həyətyanı torpaq sahəsi həm ərinin, həm də onun ailə üzvlərinin paylı mülkiyyətində olmuşdur. Sonradan qayınatasının razılığı ilə həmin torpaq sahəsindən ərinin payı naturada ayrılmış və o, cavabdehlə birlikdə qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Ev hazır olandan sonra həmin evə köçmüş, cehiz əşyalarını da həmin evə aparmışdır. Uzun müddət həmin evdə yaşasalar da, hazırda cavabdeh onun evdə yaşamasına imkan verməmişdir. Həmin ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilsə də, qanunsuz tikili olmuşdur. Mübahisəli evi cavabdehlə birgə nikah dövründə inşa etdirdiklərindən, habelə həmin evdə uzun müddət yaşadığından onun da evdən istifadə hüququ yaranmışdır. Hazırda onun yaşamağa başqa evi olmamışdır. Eləcə də, uşaqlarından ayrı yaşamaq onun üçün çətindir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
5. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək qeyd etmişdir ki, toydan sonra tərəflər cavabdehin atasına məxsus evdə bir müddət yaşamış, sonradan cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsində ayrıca ev inşa etdirərək oraya köçmüşlər. Lakin ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və iddiaçı evdən çıxmışdır. Qeyd edir ki, evin inşasına iddiaçı tərəfi ndən heç bir vəsait xərclənməmişdir. Hesab edir ki, iddiaçı həmin evə köçmək üçün qərəzli şəkildə evin birgə vəsait hesabına inşa edilməsini iddia edir. Halbuki qeyd olunan tikili qanunsuz tikilidir, həmçinin, evin inşa edildiyi torpaq sahəsi cavabdehin ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdehin adına hər hansı fərdi yaşayış evi yoxdur. Həmçinin, hazırda iddiaçı ilə cavabdehin normal münasibətləri olmamış və iddiaçının təmsil etdiyi şəxslə yaşaması düzgün sayıla bilməz. Həmçinin, təmsil etdiyi şəxs iddiaçının onlarla birlikdə eyni evdə yaşamasına razı deyildir. Hesab etmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Ona görə də hazırkı vəziyyətdə iddiaçının mübahisəli evə köçüb yaşamasını mümkünsüz sayıb. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
6. Şəmki r Rayon Məhkəməsinin 2(076)-693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim X11) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə faktiki olaraq ayrıldığından və onlar arasında ailə bağları (ailə münasibətləri) kəsildiyindən, o cümlədən iddiaçı hazırkı iş üzrə mübahisəli evdə təsərrüfatı idarə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçı həmin evə köçürülə bilməz.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk ö ncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi məntiqi baxımından düzgün deyildir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasın 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3-cü maddələrinə, “İnsan hüquqlarının və əs as azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4.-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən ev qanunsuz tikili olmuşdur. Həmin evlə bağlı cavabdehin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda onların arasında olan münasibətlər 2001-ci ildən yarandığı üçün məhkəmə 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin normalar ına istinad etməklə işə baxmalı idi. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1830/2023 nömrəli, 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov - sədrlik edən və məruzəçi, R.Z.Mamedov, F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2001-ci ildə yarandığından, mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına uygun həll edilməlidir. iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla, tikiliyə tərəflərdən heç birinin hüquqmüəyyənedici sənədləri yoxdur. Evin yerləşdiyi torpaq sahəsi barəsində iddiaçının mülkiyyət hüquqları olmadıgından, (iş materiallarına əsasən həmin torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarına əsasən, yəni onun iddiaçı ilə ailə qurmasından əvvəl verilmişdir) həmin ev barəsində onun mülkiyyət hüquqlarının real gözləntisi də yoxdur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin məhkəməyə verdiyi məlumatlardan belə qənaətə gəlmək olur ki, iddiaçı yaşadığı evdən özü getmişdir və bundan sonra ailədə münaqişəli vəziyyət yaranmışdır. Hazırkı vəziyyətdə iddiaçının mübahisəli yaşayış evi barəsində hər hansı bir hüququ olmadığından mövcu d qanunvericilik onun həmin evə köçürülməsinə yol vermir. Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.
15. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1., 139.2., 139.3, 228.1., 228.2., 228.3., 228.5.-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1., 77.1., 88., 217.3.-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat:
16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1830/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırkı iddiaya hazırda qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə istinadı, 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir sübut araşdırlmamış, məhkəmə əslində heç bir qanun normasına istinad etməmişdir. Məhkəmə iddia tələbini təsdiq edən kifayət qədər sübutları ondan qəbul etsə də, onlara öz qətnaməsində istinad etsə də, həmin sübutları obyektiv qiymətləndirməmişdir. Bununla da qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuşdur.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)870/2024 saylı, xx.xx.2024-cü il tarixli qə rarı ilə (hakimlər Zaur Əİliyev - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Vidadi Məmmədov) kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1830/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
19. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin 2001-ci ildən faktiki ailə münasibətlərində olduqları, 2006-cı ildən nikahın rəsmən qeydə alındığı işin mübahisəsiz hallarıdır. Göründüyü kimi, faktiki ailə münasibətlərində yaşayan şəxslərin birgə təsərrüfat aparmaları və bu təsərrüfat daxilində əmlak (hüquqları) əldə etmələri mümkündür. Mübahisə halında bunu iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Rəsmən nikahda olan ər-arvadın ailə birliyi isə üm umi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah dövründə qazanılmış mübahisəli əmlakın belə təsərrüfatla əldə edilmədiyini iddia edən tərəf öz iddiasını sübut etməlidir. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, tərəflər 2001-ci ildə faktiki olaraq, xx.xx.2006-cı il tarixdə rəsmi nikaha girmişlər, birgə ailə kimi yaşadıqları dövrdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində JN-705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşayış evi inşa edilmiş və tərəflər köçərək orada yaşamışlar. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, cavabdehin də, mülkiyyətçisi olduğu torpaq sahəsində yerləşən mübahisəli evin tərəflərin rəsmi nika hı dövründə, yoxsa ondan qabaq inşa edildiyi məhkəmələr tərəfindən dəqiqləşdirilməmişdir. Halbuki, bu hal mübahisə predmeti üzərində tərəflərin hüquqlarına aydınlıq gətirilməsi, eləcə də mübahisəyə tətbiq olunacaq hüququn tapılması üçün əhəmiyyətli olmuşdur. Məlum olduğu kimi, ər-arvad statusunda olmayan şəxslər arasında yaranmış əmlak münasibətləri mülki qanunvericiliyin ümumi əmlakın əldə edilməsi və istifadəsinə dair qaydaları ilə, ər-arvad arasındakı əmlak münasibətləri isə əsasən ailə qanunvericiliyi ilə tənzimlənir. hazırkı işdə məhkəmələrin iddianı rədd etmək üçün evin dövlət qeydiyyatına alınmaması və iddiaçının evə istifadə hüququnun yaranmamasına istinad etmələri qanuni və əsaslı olmamışdır.
20. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu qənaətə gəlmişdir ki, hazırkı mübahisən in düzgün həlli üçün mübahisəli evin ərsəyə gəlməsində iddiaçının cavabdehlə ailə birliyi çərçivəsində aparılan təsərrüfatla iştirak edib-etmədiyi yoxlanılmalı, əgər iştirak etmişsə iddiaçının meydana gətirilmiş iqtisadi dəyər üzərindəki mülki hüquqlarının nədən ibarət olduğu aydınlaşdırılmalı, həmin hüquqlar ədalətli şəkildə kompensasiya edilmədən iddiaçının mübahisəli evdə yaşamaq imkanından məhrum edilməsinin hüquqdan suiistifadə təşkil edib etməməsinə, mövcud vəziyyətdə iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsasların olub-olmadığına yuxarıda göstərilən hüquqi mövqelər, habelə mülki və ailə qanunvericiliyi əsasında yekun hüquqi qiymət verilməlidir.
21. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 180.1, 180.2, 213.1, 213.2, 213.4, 560.1, 560. 2 və 560.3.4-cü, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2 və 32.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1., 88., 217.3.-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında yaşamağa yeri olmadığından evinə köçmək istədiyini bildirmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil Nümayəndə izahatında bildirmişdir ki, tərəflər ailə quran zaman müvəqqəti olaraq cavabdehin qayınatasına məxsus evə köçüb bir müddət orada yaşamışlar. Daha sonra hazırkı mübahisəli evi inşa etdirərək 2006-cı ildə oraya köçmüşlər. İddiaçı 2022-ci il tarixədək mübahisəli evdə yaşamış, 2022-ci ildə cavabdeh onu evdən qovmuşdur. Müb ahisəli ev birgə nikah döründə əldə olunmuşdur. Sadəcə cavabdeh qərəzli şəkildə həmin evə dair çıxarış almamışdır. İddiaçıya məxsus cehiz əşyaları və iddiaçının şəxsi əşyaları hələ də, həmin evdədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, tərəflər 2001-ci ildə faktiki nikaha daxil olmaqla evlənmişlər. Mübahisəli fərdi yaşayış evi 1999-cu ildə inşasına başlanılmışdır. 2004-cü il tarixdə ev inşası başa çatdırılmışdır və oraya köçmüşlər. Mübahisəli ev birgə cavabdehin valideynlərinin vəsaiti hesabına inşa edilmişdir. Tərəflərin nikahında doğulmuş uşaqları da, analarınnı həmin evə köçməsinə razı deyildirlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilmə məsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, J705A KOD 50413005 saylı şəhadətnamə əsasında X4, X2, X1 verilmiş torpaq sahəsində 2 ev: qeydə alınmış ev həyətin aşağı hissəsində, mübahisəli ev isə yuxarı hissəsində yerləşir və hər iki evin giriş-çıxışı ayrıdır.
26. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1438/2024 nömrəli, 14 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Faiq Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-693/2023 nömrəli 2 may 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
27. Məhkəmə kolleg iyası qeyd etmişdir ki, tərəflər 2001-ci ildə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra cavabdehin atası Allahverdiyev Məhəmmədə məxsus Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Həmçinin Şəmkir rayonu, Aşağı Seyfəli kənd İcra Nümayəndəliyi üzrə təsərüffatbaşına kitabın 686-cı səhifəsindən görünür ki, həmin səhifədə Cavabdeh təsərrüfatı qeyd edilmiş, təsərrüfatda ailə üzvləri kimi İddiaçı, Allahverdiyev Musa, Allahverdiyev Xəyal, Allahverdiyeva Xəyalə qeyd edilmiş, və təsərrüfatdakı evin 2000-ci il də inşa edilməsi qeyd edilmişdir. Mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Cavabdeh və ailə üzvlərinə, o cümlədən cavabdehin atası X4 verilmiş torpaq sahəsində X5 tərəfindən inşa edilmişdir. X3 və arvadı Nazilə Allahverdiyevanın mübahisə li fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçının isə fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslər arasında istifadə ilə bağlı hər hansı notarial razılaşması olmamışdır.
28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin atası X6 tərəfindən və Nazilə Allahverdiyeva ilə birgə nikahda olarkən inşa edildiyindən və iddiaçı ilə mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslər arasında evdən istifadəyə dair hər hansı notarial qaydada təsdiqlənmiş razılıq olmadığından və bu baxımdan iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ olmadığından iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Ka ssasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsini xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsi ilə oşxar məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehlə ümumi gəlirləri hesabına tikildiyi üçün həmin ev ümumi mülkiyyətdə olan əmlak olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunması üçün iddiaçı tərəfindən təqdim edilmiş sübutları obyektiv qiymətləndirməmiş, yalnız cavabdehin mövqeyindən çıxış etmişdir.
31. Kassasiya şikayət i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7, 213, 228.5-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.1, 32.2, 32.3cü maddələrinə, Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarının 11-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Cavabdeh kasassiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 2(104)-1438/2024 nömrəli, xx.xx. 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
34. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
35. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır.
36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
38. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
39. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
40. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
41. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
42. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
43. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
32. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
44. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
45. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatların a və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
46. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya instansiya məhkəməsinin göstərişləri tam icra edilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir, Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayəti nin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Cavabdeh və ailə üzvlərinə, o cümlədən cavabdehin atası X4 verilmiş torpaq sahəsində X5 tərəfindən inşa edilmişdir. Həmin mübahisəli fərdi yaşayış evi X3 və arvadı Nazilə Allahverdiyeva ilə birgə nikahda olarkən inşa edilmiş və iddiaçının mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olan şəxslər arasında istifadə ilə bağlı hər hansı notarial razılaşması olmamışdır.
59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəmə si apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(104)-1438/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.