Məhkəmə qərarları › İş №2(102)-7905/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7905/2019

19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7905/2019 19.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1244/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (ha kim Nurəddin Bağırov) 18 sentyabr 2015-ci il tarixli, 2(009)-2116/2015 saylı qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, İlham Əsədov, Fuad Talışinski) 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Səbail rayon məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmuşdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Gündüz Quliyev) 27 iyul 2016-cı il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Mədinə Bağırova, Saqi Əhmədov) 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov - sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev, Aslan Kalbalıyev) 02 mart 2017-ci il tarixli qərarı ilə təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilm iş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 14 avqust 2019-cu il tarixli qətnaməsi İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(009)-2116/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları İddiaçı - Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 iyun 2008-ci il tarixli 905 №- li Təminatlı Kredit Müqaviləsi üzrə yaranmış 59188,07 ABŞ dolları məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı, İddiaçı» ASC-nin hesabına ödənilməsi, həmin vəsaitin ödənilməsi üçün kredit öhdəliyinin təminatı olaraq bağlanmış 27 iyun 2008-ci il tarixli 905 saylı ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində 0,09126 ha torpaq sahəsində yerləşən 1 №-li, 7 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 99 kvadrat metr ümumi, 64,6 kvadrat metr yaşayış sahəsindən ibarət olan 5 otaqlı, 28 №-li mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən tutularaq İddiaçı-nin hesabına ödənilməsi, Cavab deh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 bir aydan gec olmayaraq həmin mənzildən çıxarılması və mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normal arının tələblərini pozmuşdur. Apelyasiya məhkəməsi iddiaçı tərəfindən kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında öhdəliyinin olması barədə məhkəməyə əsaslı sübut təqdim edilə bilməməsi səbəbindən iddianı təmin etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində qeyd olunur ki, yalnız hazırki apelyasiya baxışında iddiaçı tərəf bildirmişdir ki, kredit müqaviləsində verilmiş kredit məbləğinin 88000 ABŞ dolları olması qeyd olunsa da, əslində cavabdehə ayrı-ayrı iki tranşla 24.07.2008 tarixdə 38768,44 ABŞ dolları, 08.07.2008-ci il tarixdə isə 32457,08 ABŞ dolları olmaqla cəmi 71255,52 ABŞ dolları pul vəsaiti verilmişdir. Lakin bank tərəfindən məhkəməyə təqdim edilmiş 14 sentyabr 2015-ci il tarixli, 376 №-li maliyyə arayışına əsasən iki tranzaksiya ilə cavabdehə 04.07.2008-ci il tarixdə 47880 ABŞ dolları və 08.07.2008-ci il tarixində 40120 ABŞ dolları olmaqla cəmi 88000 ABŞ dolları məbləğində kreditin verildiyi göstərilmişdir və məhkəmənin nəyə əsasən bu qənaətə gəldiyi şübhəlidir. Eyni zamanda məhkəmə qətnamədə məhkəmə prosesinə tərəflərin iştirakı olmadan baxılmasını qeyd etsə də, qətnamənin giriş hissəsində LPO İddiaçı-nin nümayəndələri olan X1 və X2 işdə iştirak etdiyi vurğulanmışdır. Həqiqətən də bankın nümayəndələri məhkəmə prosesində iştirak etmişdir və məhkəmə qətnaməsində də həmçinin bankın nümayəndələrinin izahatları göstərilmişdir. Buna baxmayaraq məhkəmənin hansı səbəblərdən bankın nümayəndələrinin iştirakını qeyd etməməsi və iş üzrə qərəzli olaraq hüquq normalarının kobud şəkildə pozulması ilə qətnamə çıxarması araşdırılmalıdır. Məhkəmə bankın iddia tələbini sübutların təqdim edilməməsi səbəbindən rədd etməsinə gəldikdə isə, iş materiallarındakı sənədlərdən də göründüyü kimi bu iş artıq dəfələrlə məhkəmədə olmuş və həmin iş üzrə 3 dəfə ekspertiza təyin edilmişdir. Məhkəməyə bankın iddia tələbini sübut edən kredit müqaviləsinin əsli, hesabdan çıxarışlar, maliyyə arayışları, kassa məxaric orderləri və hətta cavabdeh tərəfindən nə qədər pulun ödənilməsini və həmin pul vəsaitinin cavabdehin hansı borcuna silinməsi və cavabdehin həmin tarixə bank qarşısında nə qədər öhdəliyinin olması barədə 376 №-li, 14 sentyabr 2015-ci il tarixli ətraflı maliyyə arayışı təqdim edilmiş, həmin sənədlərə əsasən dəfələrlə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmişdir. Beləliklə də, Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsinə əsasən bank öz iddia tələbini sübu t etmək vəzifəsini yerinə yetirmiş, bu barədə məhkəməyə bütün zəruri sübutlar təqdim edilmişdir. Məhkəmə isə qətnaməsində qeyd edir: Bank iddia tələbində cavabdehin əsas borca görə 59188,07 ABŞ dolları borcu qaldığını iddia etdiyi halda, ekspert rəylərində tamamilə fərqli məbləğlər - birinci rəydə əsas borc üzrə 83170,40 ABŞ dolları, ikinci rəydə əsas borc üzrə 83147,78 ABŞ dolları, üçüncü rəydə isə əsas borc üzrə 62864,69 ABŞ dolları borcun qaldığı göstərilmişdir. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı hazırki iş üzrə cavabdehin dəlilləri kontekstində onun 27.06.2008-ci il tarixli 905 №-li kredit müqaviləsi üzrə 59188,07 ABŞ dolları həcmində borcunun olmasına dair əsaslı və şübhədənkənar sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin bu mövqeyi də tamamilə ziddiyyətli və banka qa rşı açıq-aşkar qərəzli olmaqla bərabər hüquq normalarının kobud surətdə pozulması ilə əsaslandırılmışdır. Belə ki, həm bank tərəfindən verilən maliyyə arayışlarında və hesabdan çıxarışlarda, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Mühasibalıq ekspertizasının verdiyi rəylərdə açıq-aşkar cavabdehin banka borcunun olması göstərilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəylərində cavabdehin borcunun bankın tələb etdiyi məbləğdən artıq olması, məhkəmənin həmin rəylərə əsasən bankın iddia tələbini tamamilə rədd etməsinə heç bir əsas vermir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiya sı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2008-ci il tarixli 905 №-li kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 26 % hesablanmaq şərti ilə 88000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı-nin 14.09.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 23.02.2015-ci il tarixədək mütəmadi olaraq edilmiş ödənişlər ilk növbədə kredit müqaviləsi üzrə hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş, nəticədə faiz borcunun tam olaraq ödənilməsinə baxmayaraq, əsas borcun 59188,07 ABŞ dolları məbləğində hissə sinin ödənilmədiyi göstərilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2008-ci il tarixli 905 №-li ipoteka müqaviləsindən görünür ki, 27.06.2008-ci il tarixli 905 №-li kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus və 130000 ABŞ dolları məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən 1 №-li binanın 28 №-li mənzili ipoteka ilə yüklü edilmişdir. Tərəflərin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 15.01.2016-cı il tarixə bank a əsas borc üzrə 83170,40 ABŞ dolları, faiz borcu üzrə 86932,53 ABŞ dolları təşkil edir. Cavabdehin vəsatəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2018-ci il tarixli rəyinə görə Cavabdeh1 banka 23.02.2015-ci il tarixə borcu əsas borc üzrə 83147,78 ABŞ dolları, faiz borcu üzrə 6756,24 ABŞ dolları təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə yenidən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2019-cu il tarixli rəyi ilə Cavabdeh1 banka borcu 27.06.2011-ci il tarixə əsas borc üzrə 62864,69 ABŞ dolları, faiz bor cu üzrə 8274,42 ABŞ dolları, 15.01.2016-cı il tarixə isə əsas borc üzrə 62864,69, faiz borcu üzrə 51193,35 ABŞ dolları təşkil edir. İddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin tələb olunan məbləğdə bocunun olmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı ilkin iddia ərizəsi və ona edilmiş dəqiqləşdirmələrə dair ərizələrində, eləcə də hazırkı mülki işə üçüncü dəfə apellyasiya qaydasında baxılanadək, verdiyi vəsatətlər, izahatlar və məhkəmə aktlarından yazdığı şikayət ərizələrində cavabdehə 88000 ABŞ dolları kredit verildiyini iddia etmişdir. Yalnız hazırkı apellyasiya baxışı zamanı iddiaçı tərəf bildirmişdir ki, kredit müqaviləsində veriləcək kreditin məbləği 88000 ABŞ dolları qeyd olunsa da, əslində cavabdehə ayrı-ayrı iki tranşla - 24.07.2008-ci il tarixdə 38768,44 ABŞ dolları, 08.07.2008-ci il tarixdə isə 32457,08 ABŞ dolları olmaqla, cəmi 71225,52 ABŞ dolları pul verilmişdir. Bundan başqa, tərəflərin qarşılıqlı istəyi ilə məhkəmə hazırkı iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmişdir. Hər üç rəyin də mülki işin digər materialları ilə ziddiyyət təşkil etdiyi və aşkar əsassız olduğu müəyyən olunmuşdur. Çünki iddiaçı tələbində cavabdehin yalnız əsas borcunun qaldığını, onun da məbləğinin 59188,07 ABŞ dolları olduğunu iddia etdiyi, eləcə də cavabdehin faiz borcunun qalmadığını, faiz borcunun tam olaraq bağlandığını bildirdiyi halda, hər üç ekspert rəyində cavabdehin faiz borcunun olduğu, həm də birinci rəydə faiz borcunun 86932,53 ABŞ dolları təşkil etdiyi, ikinci rəydə faiz borcunun 67556,24 ABŞ dolları təşkil etdiyi, üçüncü rəydə isə faiz borcunun 51193,35 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. Halbuki bank cavabdehin faiz borcunun qalmadığını bildirir. İddiaçının tələb etdiyi əsas borca münasibətdə də ekspert rəylərində göstərilən məbləğlər açıq-aşkar uyğunsuz və ziddiyyətli olmuşdur. Belə ki, bank iddia tələbində cavabdehin əsas borca görə 59188,07 ABŞ dolları borcu qaldığını iddia etdiyi halda, ekspert rəylərində tamamiylə fəqli məbləğlər - birinci rəydə borcu əsas borc üzrə 83170,40 ABŞ dolları, ikinci rəydə əsas borc üzrə 83147,78 ABŞ dolları, üçüncü rəydə isə əsas borc üzrə 62864,69 ABŞ dolları borcun qaldığı göstərilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iş üzrə cavabdehin dəlilləri kontekstində onun 27.06.2008-ci il tarixli 905 №-li kredit müqa viləsi üzrə 59188,07 ABŞ dolları həcmində borcunun olmasına dair əsaslı və şübhədənkənar sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı istinad etdiyi müqavilə üzrə cavabdehin borcu olmasına dair hər hansı şübhədən kənar və biri digərini tamamlayan, həm də təkzibolunmaz sübutlar verməlidir. İddiaçının belə sübutları yoxdur. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1244/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçı bank ilə Cavabdeh1 arasında kredit və ipoteka müqavilərinin bağlanması, onlar arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavadehə pulun verilməsi, kredit müqaviləsinə əsasən cavabdehin bir müddət ödənişlər etməsi işin mübahisə edilməyən hallarıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, kredit müqaviləsində verilmiş kredit məbləğinin 88000 ABŞ dolları olması qeyd olunsa da, iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı əslində cavabdehə ayrı-ayrı iki tranşla 24.07.2008 tarixdə 38768,44 ABŞ dolları, 08.07.2008-ci il tarixdə isə 32457,08 ABŞ dolları olmaqla cəmi 71255,52 ABŞ dolları pul vəsaiti verildiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırki iş üzrə kreditin cavabdehə verilməsi mübahisələndirilmir. Cavabdeh1la bank arasında cavabdehə 88000 ABŞ dolları kreditin verilməsi barədə müqavilə bağlanmış və cavabdeh krediti alaraq kredit müqaviləsi üzrə ödənişlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsini digər əsası kimi, iş üzrə keçirilmiş ekpertiza rəyləri arasında ziddiyətlərin olması və nəticədə iddiaçının i ddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməməsini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında 27.06.2008-ci il tarixli 36 ay müddətinə kredit müqavilə bağlanmış, müqavilənin müddəti 27.06.2011-ci il tarixdə bitmişdir. İşdən göründüyü kimi, Cavabdeh1 banka mütəmadi olaraq, o cümlədən müqavilə müddəti qurtardıqdan sonra da ödənişlər etmişdir. İddiaçı bank hazırki tələbində cavabdehin etdiyi ödənişləri faiz borcuna silindiyini, lakini cavabdehin 59188,07 ABŞ dolları əsas borcunun qalmasını bildirmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin edərkən ekspert qarşısında cavabdehin müqavilə müddətinin qurtardığı günə qədər nə qədər faiz, nə qədər əsas borcunun olması nı, müqavilə müddəti qurtardıqdan sonra faiz borcunun hesablanıbhesablanmamasını, müqavilə müddəti ərzində və sonrakı dövrlərdə cavabdeh tərəfindən edilmiş ödənişlərin hansı qaydada silinməsi barədə araşdırılma aparması barədə ekspert qarşısında sual qoymamış, bu halları müəyyən etməmişdir. Məhkəmə müqavilə müddəti qurtardıqdan sonra bankın faiz borcu hesablamasının qanunvericiliyə uyğun olmaması, cavabdeh tərəfindən edilmiş ödənişlərin artıq hesablanmaış faiz borclarına silinməsinin qanuni və əsaslı olmamasını nəzərə almamışdır. İş materialları əlavə edilmiş ekspertiza rəylərindən görünür ki, tədqiqat aparılarkən tərtib edilmiş ödəniş cədvəllərinə əsasən bank tərəfindən 25.02.2015-ci il tarixə, yəni müqavilə müddəti bitən dövrdən sonraya faiz borcu hesablanmış və cavabdeh tərəfindən edilm iş ödənişlər həmin faiz borcları da nəzərə alınmaqla faiz borclarına silinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredi t müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanmas ı imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonr a da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək hesablana bilər. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Bund an başqa işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin təyin etdiyi son ekspertiza nəticəsində cavabdehin müqavilə müddətində banka 62864,69 ABŞ dolları əsas borcunun olması müəyyən edilmişdir. İddiaçı isə tələbində cavabdehdən 59188,07 ABŞ dolları əsas borcu tələb erdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyləri arasında ziddiyətlərin olması iddia tələbinin ümumiyyətlə rəd edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən ekspert rəyləri arasında ziddiyətlərin olmasının əsas səbəbi, ekspertlərin müxtəlif dövrlər üçün borcu hesablamalaır olmuşdur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2018-ci il tarixli rəyi ilə Cavabdeh1 15.01.2016-cı il tarixə, 18 oktyabr 2018ci il tarixli rəyi ilə 23.02.2015-ci il tarixə, 28 iyun 2019-cu il tarixli rəyi ilə isə 27.06.2011-ci il tarixə olan borc məbləği hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Cavabdeh1 27.06.2008-ci il tarixli kredit müqaviləyə əsasən verilmiş kreditin məbləği, müqavilə müddəti qurtaran tarixə, yəni 27.06.2011-ci il tarixə olan borcu dəqiq müəyyən edilməli, müqavilə müddəti başa çatandan sonra faizlərin hesablanıb-hesablanmaması, əgər hesablanmışdırsa 27.06.2011-ci il tarixdən sonrakı ödəmələrin həmin faiz borclarına silinməsinin qanunvericiliyin yuxarıda sadalanan normalarına zidd olması nəzərə alınmaqla bu ödəmələrin müqavilə müddətində olan borclara silinməklə cavabdehin qalıq borcu müəyyən edilməlidir. Qeyd edilən sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi məsələsinə baxmalıdır. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3738/2018 nömrəli iş üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar