Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7907/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, X1 vəkili Sadıqov İbrahim Miri oğlunun, X4 vəkili Cəbrayılov Mehman Hümsi oğlunun iştirakları ilə, X1 və X4 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qət naməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. X4 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Qasımov, iş 2(001)4309/2017) İddiaçı ilə Cavabdeh Mənzil – Tikinti Kooperativi arasında bağlanmış 1 8 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m olan 2 otaqdan ibarət 27 nömrəli mənzilin Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov, iş № 2(103)-1657/2018) Cavabdeh-nın apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiye v və İ.Xələfov, iş № 2(102)-7001/2018) Cavabdeh-nınkassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsiləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya baxışı zamanı X4 və X1 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Apelyasiya instansiyası məhkəməsində X4 cavabdehlər Cavabdeh-ya, İddiaçı və X1na qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından 20 aprel 2014-cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli mən zilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 18 yanvar 2008-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və X1 arasında bağlanılmış 01 may 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 27 nömrəli mənzili özbaşına zəbt etmiş X1nun və onunla yaşayan ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin X4 təhvil verilməsi öhdəliyinin Cavabdeh-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev, iş № 2(103)-2416/2019) Cavabdeh-nın apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsiləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh Mənzil – Tikinti Kooperativi arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m olan 2 otaqdan ibarət 27 nömrəli mənzilin Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsin i, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. X4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X1nun vəkili Sadıqov İbrahim Miri oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qa nun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. X4nun vəkili Cəbrayılov Mehman Hümsi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin mü əyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan Cavabdeh ilə (direktoru X3 şəxsində) alıcı İddiaçı arasında bağlanmış Yaşayış binasında mənzil tikintisi haqqında 18 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-nın tikilməkdə olan binasının 1-ci girişində, 5-ci mərtəbəsində, 99,0 kv.m. ümumi sahəsi olan 2 otaqdan ibarət 27 nömrəli mənzili alıcıya verilməsini, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 48015 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh-nın sədri X3 və mühasibi X5 tərəfindən imzalanmış Maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1 girişi 5 mərtəbəsində ümumi sahəsi 99,0 kv.metr olan 2 otaqlı 27 saylı mənzilin pay dəyərindən 18 yanvar 2008-ci il tarixdə 48015 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh ilə (direktoru X3 şəxsində) alıcı X1 arasında bağlanmış Yaşayış binasında mənzil tikintisi haqqında 01 may 2013-cü il tarixli müqavilənin surətinə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-nın tikilməkdə olan binasının 1-ci girişində, 5-ci mərtəbəsində, 99,0 kv.m. ümumi sahəsi olan 2 otaqdan ibarət 27 nömrəli mənzili alıcıya verilməsini, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 39600 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh-nın sədri X3 tərəfindən imzalanmış Maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən X1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 1 girişi 5 mərtəbəsində ümumi sahəsi 99,0 kv.metr olan 2 otaqlı 27 saylı mənzilin pay dəyərindən 01 may 2013-cü il tarixdə 39600 manat məbləğində pul ödənilmişdi r. İş materiallarında olan Cavabdeh ilə (direktoru X3 şəxsində) alıcı X4 arasında bağlanmış Yaşayış binasında mənzil tikintisi haqqında 20 aprel 2014-cü il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-nın tikilməkdə olan binasının 1-ci girişində, 5-ci mərtəbəsində, 99,0 kv.m. ümumi sahəsi olan 2 otaqdan ibarət 27 nömrəli mənzili alıcıya verilməsini, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 39600 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh-nın sədri X3 tərəfindən imzalanmış Maliyyə arayışının təsdiq olunmuş surətinə əsasən X4 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşa yış binasının 1 girişi 5 mərtəbəsində ümumi sahəsi 99,0 kv.metr olan 2 otaqlı 27 saylı mənzilin pay dəyərindən 20 aprel 2014-cü il tarixdə 39600 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 sentyabr 2016-cı il tarixli məktubuna əsasən həmin İdarədə Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh-nın rəhbərləri və digər şəxsləri tərəfindən mənzil satışında yol verilmiş qanunsuzluq halları araşdırılır. O, cümlədən müəyyən edilmişdir ki, sifarişçı kimi Cavabdeh-nın sədri X3 və kooperativin digər təsisçiləri ilə podratçı kimi X10 arasında Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi, 5 ü nvanında 16 mərtəbəli yaşayış binasının əsaslı tikintisinin aparılması üçün 01 mart 2007-ci il tarixli müqavilə bağlanmış, sonuncuya öhdəliklərin icra etməsi məqsədilə binadan ******* manat dəyərində 80 mənzil verilmişdir. Cavabdehnın əməkdaşlarının ifadələrinə və istintaqa təqdim olunmuş 30 avqust 2016-cı il tarixli mütəxəssis aktına əsasən X7 öhdəliklərini tam icra etmədən ******* manat dəyərində mənzilləri artıq əldə etmişdir. Hazırda X7 binada tikinti işlərini yarmıçıq qoymaqla və barter yolu ilə əldə etdiyi çoxlu sayda mənzilləri sataraq, pul vəsaitlərini MTK-nın xəzinəsinə mədaxil etməməklə, Cavabdeh-ya külli miqdarda zərərə vurması haqqında həmin MTK-nın sədri X3 şikayəti üzrə araşdırma aparılır. Məktubda Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi, 5 ün vanında inşa edilmiş binada bir sıra, o cümlədən 27 saylı mənzillərin mübahisəli olmaqla, bu mənzillərlə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılması barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən təsdiq olunmuş 30 noyabr 2017-ci il tarixli ittiham aktının surətindən müəyyən olunur ki, X10 digər əməllərlə yanaşı podratçı kimi Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 5 ünvanında 2 girişli, 16 yaşayış mərtəbəsi və 256 mənzildən ibarət binanın tikintisi üçün Cavabdeh-nın rəhbərliyi tərəfindən “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”lər və nağd pulun kooperativə ödənilməsi haqqında maliyyə arayış ları əsasında müxtəlif şəxslərə satılmaqla pul vəsaitləri ona vermiş 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* manat vəsaiti, o cümlədən 27 №-li mənzildən 56500 ABŞ dolları əldə etmiş və həmin pul vəsaitinin ******* ABŞ dolları, yəni ******* manat hissəsini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamağa görə Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin ittiham aktına əsasən İddiaçı cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən təsdiq olunmuş 28 dekabr 2018-ci il tarixli ittiham aktının surətindən müəyyən olunur ki, X3 və X6 qabaqcadan əlbir olmaqla X3 sədri olduğu Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilən binanın 2 otaqlı, 99 kv.m. sahəli, 27 №-li mənzili 18 yanvar 2008-ci il tarixli müqavilə ilə İddiaçı satdığı və onun tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda, 2013-cü ilin aprel ayında həmin mənzilin əvvəldən heç kimə satılmamasını X1na yalandan bildirib, tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi 1 may 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında X1 satılması adı ilə ondan həmin tarixdən başlayaraq 1 il müddətində binanın həyətində yerləşən ofis otağının istinaqla müəyyən edilməyən kooperativ əməkdaşları vasitəsi ilə vahid niyyətlə 39600 manat məbləğində pulu və təkrarən qe yd olunan mənzilin əvvəldən heç kimə satılmamasını 2014-cü ilin aprel ayında övladı X4 mənzil almaq üçün müraciət etmiş X15 yalandan bildirib, tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi 30 aprel 2014-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında ona satılması adı ilə sonuncudan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 39600 manat məbləğində pulu X6 birlikdə alıb, aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarl ığı etdiyinə görə Azərbaycan Respublikası CM-in 178.3.2, 29.178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin cinayət işi üzrə İddiaçı, X1 və X4 zərərçəkmiş şəxs qismində tanınmışlar. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əv əzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, X4nun mübahisələndirilən mənzilə hüquqları tanınmadığı üçün onun Cavabdeh ilə X1 arasında bağlanılmış 01 may 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, X1nun və onunla yaşayan ailə üzvlərinin mübahisələndirən mənzildən çıxarılma sı tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsini tətbiq edərək belə nəticəyə gəlmişdir ki, həmin maddəyə əsasən iddiaçı MTK-nın səlahiyyətli şəxsi ilə müqaviləni imzaladığına, həmin müqavilə bağlanarkən hər hansı şəxsin hüquqları pozulmadığına, iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam icra edildiyindən o, mənzillə əlaqədar üstün hüquqlara malikdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi həmin nəticə ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd etdiyi əsaslar ilə MM-nin 452.1-ci madd əsində nəzərdə tutulmuş əsaslar üst-üstə düşmür. Ona görə apelyasiya instansiyası məhkəməsinin MM-nin 452.1-ci maddəsinə əsasən üstün hüquqa malik olması barədə nəticəyə gəlməsi düzgün hesab edilə bilməz. Belə ki, MMnin 452.1-ci maddəsinin birinci cümləsi kreditorun öhdəliyin icra olunmadığı halda fərdimüəyyən əşyanı borclunun əlindən alınması və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququnu ehtiva edir. Həmin maddənin ikinci cümləsində isə qeyd olunur ki, bu hüquq 3-cü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli mənzillə əlaqədar cavabdehin üç müqavilə bağladığını, hər üç müqavilə üzrə mənzili alan şəxslərin onun dəyərini ödədiyini, mənzilin müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs X4na mülkiyyət hüququ ilə verilərək onun tərəfindən təmir olunduğunu və hazırda həmin mənzildə onun digər alıcısı X1nun yaşadığını müəyyən etsə də bu xüsusatları nəzərə almadan MM-nin 452.1ci maddəsinə istinad edərək İddiaçı iddia tələbinin təmin etmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən maddi hüquq norması kimi Azərbaycan Respublikası MM-nin 452.1-ci maddəsinə istinad etmək ilə səhvə yol vermişdir. Belə ki, mübahisəli əmlak başqa şəxsə verildiyinə görə MM-nin 452.1-ci maddəsi iddia tələbinin təmini üçün əsas ola bilməz. Həmin maddənin 452.2-ci maddəsi müəyyən edir ki, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. İddiaçı iddia ərizəsini müqaviləni n ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi adlandırmışdır. (bax: İ cild iş vər.1) Bundan əlavə mülki işin materialları ilə müəyyən edilir ki, mübahisəli mənzilin 3 nəfərə satılması ilə əlaqədar “xxxx” MTK-nın sədri X2 ittiham elan edilmiş və həmin cinayət işi üzrə həm iddiaçı, həm X1, həm də X4 zərərçəkmiş şəxs kimi tanınmışdır. Məlumdur ki, eyni mənzil 3 nəfərə satıldığı halda eyni mənzil zərərçəkmiş şəxslərin üçünə də verilə bilməz. Ona görə belə hallarda məhkəmənin tərəflərlə öhdəliyin predmeti olan əmlak əvəzinə onun əvəzinin ödənilməsi məsələsini müzakirə etməsi məqsədə müvafiq hesab olunmalıdır. Digər tərəfdən həmin mübahisə ilə bağlı işin cinayət mühakiməsi qaydasında məhkəmənin icraatında olması məhkəmə hökmü üzrə hansı nəticənin əldə olunmasının nəzərə alınmasını da şərtləndirir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə almadan X4 iddia tələbini rədd etmiş, İddiaçı iddia tələbini isə təmin etmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, X4 mübahisələndirilən mənzilə hüquqları tanınmadığı üçün Cavabdeh ilə X1 arasında bağlanmış 01 may 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, X1nun və onunla yaşayan ailə üzvlərinin mübahisələndirilən mənzildən çıxarılması tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Lakin X4 mübahisələndirilən mənzilə hüquqlarının nə üçün tanınmaması məhkəmə qətnaməsində əsaslandırılmamışdır. Mülki işin materialları ilə müəyyən edilir ki, eyni mənzil həm İdd iaçı, həm X1, həm də X4 satılmış və onlar mənzilin dəyərini ödəmişlər. Ona görə həmin mənzilə iddia tələbi sürmək üçün subyektiv hüquqa malik olmamaq əsaslı hesab edilə bilməz. Mülki işin materialları ilə müəyyən edilir ki, mənzilin təmirini X4 həyata keçirmişdir. X1 mənzilə köçərkən onun təmirli olmasını da etiraf etmişdir. Eyni zamanda İddiaçı mənzildə təmir aparmadığını təsdiq etmişdir. Belə olan halda X4 subyektiv hüquqa malik olmaması barədə nəticə əsaslı hesab oluna bilməz. Cavabdeh iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Məhkəmə kollegiyasının 26 fevral 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayətində qeyd etmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1657/2018 nömrəli, 26 fevral 2018-ci il tarixli qətnaməsində Baş prokuror yanında Korrupsiyaya qarşı Müb arizə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab məktubuna istinad edərək qətnamə qəbul etmişdir. Həmin məktubda göstərilir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m olan 2 otaqdan ibarət 27 nömrəli mənzilə dair digər iki şəxslə müqayisədə İddiaçı ilə daha əvvəl, 18 yanvar 2008-ci il tarixdə müqavilə bağlanmış və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Məhkəmənin bu qənaəti ilə razı deyilik. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab məktubunda göstərilmişdir ki, gələcəkdə baş verə biləcək ziddiyyətli halların, qanuni əsaslarla Cavabdeh-dan mənzil almış vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə, m ülki işlərə baxılarkən Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi, 5 ünvanında inşa edilmiş binada 3, 4, 5, 10, 12, 22, 27, 30, 35, 45, 53, 54, 63, 67, 70, 77, 86, 90, 91,95, 98, 99, 100, 101, 104, 114, 117, 119, 122, 127, 130, 138, 150, 165, 195, 197, 216, 227, 234, 235 №-li mənzillərin mübahisəli olmaqla, bu mənzillərlə əlaqədar olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmasını və ibtidai istintaqın nəticəsindən asılı olaraq müvafiq qərar qəbuİ ediləcəyini nəzərə almağınızı xahiş edirəm. Göründüyü kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq qərarın qəbul edilməsi üçün istintaqın nəticəsinin gözlənilməli olduğunu qeyd etmişdir. Bu halda məhkəmənin İddiaçı müqaviləsinin d aha əvvəl olması qənaətinə gəlməsini düzgün hesab etmirik.” Kassasiya şikayətində istinad olunan məktubun surəti mülki işə əlavə olunmuşdur. (bax iş vərəqə49. İ cild ) Bundan əlavə X4 Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlandığı mülki işə əlavə olunmuş ərizəsində (bax iş vərəqə
153. İ cild) göstərilmişdir ki, “Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X3 məhkəməyə iddia ərizəsi ilə bağlı etiraz göndərmiş və etirazında rəsmi olaraq bir daha bildirmişdir ki, X1 tərəfindən 27 nömrəli mənzilə edilən iddia tələbi əsassızdır. Belə ki, həmin mənzil makler X15 və hüquqşünas X6 tərəfindən saxta sənədlə X1 verilmişdir və həmin mənzilin pulu Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməmişdir. Həmin fakt hal-hazır da Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübariz ə İdarəsinin İstintaq idarəsinin müstəntiqi Kazım Həmzətov tərəfindən araşdırılır. Mübahisələndirilən 27 nömrəli mənzilin vicdanlı sahibi X4dur və o mənzilin pulunu MTK-ya tam ödəmişdir və bu barədə ona maliyyə arayışı verilmişdir. Bundan başqa Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mənə məxsus 27 nömrəli mənzilə dair məhkəmədə mübahisə qaldırmış İddiaçı mənzili qanunsuz satmış MTK ilə podrat müqaviləsi əsasında iş görən X10 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. X8 CM-nin 179.3.2-ci maddəsi ilə təqsirlənmə sinə dair cinayət işi hal-hazır da Bakı Ağır Cinayətlər Məhkəməsində (hakim Eldar İsmayılovdur) məhkəmə baxışı mərhələsindədir.” X3 həmin məktubunun surəti mülki işə əlavə olunmuşdur. (bax iş vərəqə 160 İ cild) Nəhayət mülki işə əlavə olunmuş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ittiham aktının surətindən məlum olur ki, o, hazırki mübahisənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-ya məxsus binanın 1-ci girişinin 5-ci mərtəbəsinin 27 saylı (2 otaqdan ibarət ümumi sahəsi 99 kv.m olan) mənzilin dəyəri olan 56500 ABŞ dollarını öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə faktiki halların birtərəfli araşdırılması b axımından həmin cinayət işi üzrə məhkəmə hökmünün işə əlavə edilərək dəyərləndirilməsi əhəmiyyət kəsb edir. X1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Məhkəmə hazırki qətnaməni qəbul edən zaman maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Bakı şəhəri, Yasamal r-nu, M. Xiyabani küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından 20 aprel 2014cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.m təşkil edən 27 nömrəli mənzilə İddiaçı köçürülməsini özündə ehtiva edən məhkəmə qətnaməsini çıxaran məhkəmə kollegiyası mənim hazırda həmin yaşayış sahəsində yaşamaq üçün çəxmiş olduğum bütün xərclərin əvəzinin kimdən alınması, ödədiyim kommunal xərclərin aqibətinin necə olacağına əhəmiyyət verməmiş və bununla da mənim hüquqlarımı əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilə bağladığı gündən 10 ildən artıq vaxt ötməsinə baxmayaraq, İddiaçı həmin mənzillə bağlı heç bir mübahisə açmaması onun mənzilə ehtiyacı olmamasından irəli gəlir. Lakin, hazırki yaşayış sahəsi mənim ailəmin yeganə yaşayış yeridir və həmin yaşayış yerinin mənim əlimdən alınaraq mənimlə eyni hüquqa malik olan digər şəxsə verilməsi barədə qəbul olunmuş məhkəmə qətnaməsi həm də ədalətsizlik nümunəsidir.” Məhkəmə kollegiyası X1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.