Məhkəmə qərarları › İş №2(102)-791/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-791/2019

28.03.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-791/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassatorun vəkili Əliyev Mehman Əlizaman oğlunun, cavabdehin nümayəndəsi x1 və vəkili Süleymanov Türkel Hümbət oğlunun iştirakları ilə, iddiaçı x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8866/2018 saylı 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Mə hkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova, iş № 2(011)-4376/2018) iddiaçı İx2 cavabdeh xxxx ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı x2 Xətai Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş № 2(103)8866/2018) iddiaçı x2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən iddiaçı x2 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı x2 cavabdeh xxxx ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx ASC-nin 06/205 saylı, 19 mart 2018-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı müddətə görə əmək haqqısının ödənilməsi və mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 fevral 2010-cu il tarixində 06/85 saylı Əmrlə təsdiq edilmiş Müqavilə əsasında xxxx ASC-yə mühasibat şöbəsinə (əsas vəsaitlərin uçotu sektoru) mühasib vəzifəsinə 9-cu dərəcə ilə işə qəbul edilmişdir. 25 iyun 2013-cü il tarixli 06/401 saylı Əmrlə “Əmək müqaviləsinə əsasən müddətsiz olaraq həmin şöbənin əmək haqqının hesablanma sı uçotu sektoruna mühasib keçirilmişdir.” 02 dekabr 2013-cü il tarixli, 06/904 saylı Əmrlə “Əmək haqqı saxlanılması şərtilə Əmək müqaviləsinə əsasən həmin şöbəyə əmək haqqının hesablanması və uçotu sektoruna əlavə əmək haqqı saxlanılması şərtilə 10-cu dərəcəli mühasib vəzifəsinə keçirilmişdir”. 01 oktyabr 2015-ci il tarixində 06/1183 saylı Əmrlə “Əmək müqaviləsinə əsasən 14 saylı istilik sistemləri istismarı sahəsinə 5-ci dərəcəli əsas işçinin xəstə olduğu müddətdə Dispetçer-kargüzar peşəsinə keçirilmişdir”. 10 iyul 2017-ci il tarixli 06/815 saylı Əmrlə Əmək müqaviləsinə əsasən işçinin xəstə olduğu müddətə müddətli olaraq Mərkəzi Dispetçer Xidmətinə 8-ci dərəcəli texniki dispetçer vəzifəsinə keçirilmişdir. 06 sentyabr 2017-ci il tarixli, 06/1159 saylı əmrlə əmək müqaviləsinə əsasən işçi nin növbəti əmək məzuniyyətində olduğu müddətdə Mərkəzi Dispetçer Xidmətinə 8-ci dərəcəli Texniki dispetçer vəzifəsinə keçirilmişdir. 02 oktyabr 2017-ci il tarixli 06/240 saylı Əmrlə “Əmək müqaviləsinə əsasən işçinin analıq məzuniyyətində olduğu müddətdə Xidmətin 8-ci dərəcəli texniki dispetçer vəzifəsinə keçirilmişdir. 19 mart 2018-ci il tarixli 06/205 saylı Əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Onun işdən azad olunmağı barədə müəssisə tərəfindən verilmiş Əmrin sürətini dəfələrlə tələb etməsinə baxmayaraq, ona bu vaxta kimi təqdim edilməmişdir. Qeyd etmişdir ki, onun müəssisədə işlədiyi müddətdə başqa işə keçirilməyi barədə ona heç vaxt ətraflı məlumat verilməmişdir. Belə ki, hazırda Əmək kitabçasını aldıqda ona məlum olmuşdur ki, güya o, hansı sa işdə olmayan işçinin yerinə işə qəbul olunmuşdur. Lakin bu belə deyildir. Belə ki, o, ilk vaxtlar işə qəbul olunanda onun daimi işə götürüldüyü bildirilmişdir. Eyni zamanda, səhmdar cəmiyyətdə işlədiyi 08 fevral 2010-cu il tarixdən 16 mart 2018-ci ilə kimi heç bir nöqsanı olmamışdır. Sonuncu iş günü ona rəhbərlik edən Fərid Bağırov işdən sonra əlavə vaxtda işdə qalmağa ehtiyac olmadığını bildirmiş və saat 18:00-a kimi iş növbəsini başa vuraraq evə getmişdir. 19.03.2018-ci il tarixində səhər saat 9:00-da işə gəlmiş və həmin vaxt onun rəisi Fərid Bağırov onun işdən azad olunmağını bildirmiş, lakin bunun səbəbinin nədən ibarət olması barədə heç bir məlumatının olmadığını demişdir. Belə olan təqdirdə o, kadrlar şöbəsinin rəisi x1 qəbuluna getmiş və işdən çıxarılmasının səbəbini soruşduqda o da ona “bu barədə heç bir məlumatının olmadığını və onun "xxxx” ASC-nin sədri tərəfindən öz təşəbbüsü ilə işdən azad olunmasını bildirmişdir. O, həmin vaxt x1 “mənim heç bir nöqsanım olmadığı halda müəssisənin sədri məni hansı əsasla işdən çıxarmışdır, mən heç vaxt müəssisənin sədri ilə ünsiyyətdə olmamışam və demək olar ki, onun mənim əmək fəaliyyətim barədə heç bir məlumatı yoxdur” soruşduqda x1 onun iradlarına cavab verə bilməmişdir. O, hesab edir ki, xxxx ASC-si tərəfindən onun işdən azad olunması əsassızdır və hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin kobud pozuntusu ilə müşahidə olunduğundan ləğv edilməli və o, işinə bərpa olunmalıdır. Müəssisə onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad edərkən onun nə zaman və hansı hərəkəti müəssisənin fəaliyyətinə ziyan vurmasını əsaslandırmalı idi. Lakin əmək kitabçasına yazılmış əmrdə həmin hal göstərilməmişdir. (Əmr müəssisədən tələb edilmiş, lakin əmrin sürəti ona təqdim edilməmişdir). Ona görə də, onun işdən azad edilməsi barədə verilmiş Əmr Əmək Məcəlləsinin iki maddəsinin “Ç ” bəndinin tələbinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İşdən azad olunması barədə müəssisədaxili Həmkarlar İttifaqı Komitəsində təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və məsələyə münasibəti soruşulmamışdır. Ona görə o, hesab edir ki, 06/205 saylı, 19 mart 2018-ci il tarixli əmr əsassız olduğundan etibarsız hesab edilməli, o, işə bərpa edilməli və onun işdən əsassız azad edilməsi ilə əlaqədar məcburi iş buraxılma müddətinin bütün dövrü üçün əmək haqqı hesablanıb ödənilməlidir. Qeyd oluanları nəzərə alıb, iddanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x2 və vəkili M.Ə.Əliyev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması, yaxud iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Əmək Məcəlləsinin 70 (ç bəndi), 71, 83, 186, 187, 190, MPM-nin 76.1, 77.1, 88, 106.1, 106.2-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili M.Ə.Əliyev kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8866/2018 saylı 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi x2 və vəkili T.H.Süleymanov ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiklərini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərb aycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, işdə iştirak edən şəxsləri dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericil ik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni iş ə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, iddiaçı x2 08 fevral 2010-cu il tarixindən xxxx ASC-nin Mühasibatlıq şöbəsinə əmək haqqının hesablanması və uçotu sektoruna mühasib vəzifəsinə qəbul edilmiş, 02 oktyabr 2017-ci il tarixli, 06/1240 saylı Əmrə əsasən Mərkəzi Dispetçer Xidmətinə müddə tli olaraq 02 oktyabr 2017-ci il tarixindən (əsas işçinin analıq məzuniyyətində olduğu müddətə) texnik dispetçer vəzifəsinə keçirilmişdir. x2 texnik dispetçer vəzifəsində çalışdığı müddət ərzində Çağrı mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olmuş, iddiaçıya həmin şikayətlərə əsas olan səbəblərin aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, hər hansı nəticəsi olmamış, iddiaçı vəzifə təlimatında müəyyən edilmiş əmək funskiyalarını yerinə yetirmədiyinə görə onun işdən azad olunmasına dair təqdimatla 19 mart 2018-ci il tarixdə müraciət olunmuş və Komitənin növbədənkənar iclası keçirilərək x2nın 19 mart 2018-ci il tarixindən işdən azad olunması barədə qərar qəbul edilmişdir. Mülki işdə olan Həmkarlar İttifaqı Komitəsinin 19 mart 2018-ci il tarixli aktı ilə təsdiq edilir ki, x2 Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunsa da iştirak etməmiş, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək v ə icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd olunan Məcəllənin 80.1-ci maddəsinə əsasən ƏM-in 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssi sədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi doğru vurğulamışdır ki, hazırkı mülki iş üzrə iddiaçı işdən çıxarılmasını onun (iddiaçının) Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvü olması, habelə onun xaricdə yaşayan qardaşının hökumət əleyhinə çıxışları ilə əlaqələndirsə də, bu işdə olan sübutlarla təsdiq edilmədiyindən, iddiaçı ilə əmək müqaviləsi vəzifə təlimatında müəyyən edilmiş əmək funskiyaların ı yerinə yetirmədiyinə görə ləğv edildiyindən, əmək müqaviləsi ləğv edilərkən İşəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən və bu, işdə olan sübutlarla təsdiq edildiyindən, iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı İx2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8866/2018 saylı 13 sentyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar