Məhkəmə qərarları › İş №2(102)-791/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-791/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-791/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)1369/2019 saylı qətnaməsindən Cavabdeh x qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(007)-542/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh x qızına qarşı “avtomobilin yarı pulunun, başqa ödənişlərin və ödədiyi pul məbləğinin reqres qaydasında tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 9.488,80 manatpul vəsaitinin, “Hyundaı İ 20” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı atomobilin dəyərinin yarısını təşkil edən 5.500 manat,1.517,50 manat, həmçinin mənzil-kommunal xərclərinə görə 950,40 manat və hüquqi xidmətə görə ödənilmiş 400manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)1369/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyas iya şikayəti qismən təmin edilərək, iş üzrə, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin “xx xxxx 2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, cavabdehin mənzil payına düşən 3/5 hissəsi “xxxx” ASC 11.661,58 manat pulun reqres qaydasında tutulmasının qismən təmin edilməsi” hissəsində ləğv edilib, həmin hissədə iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 11.369,59 manat pulun tutulub iddiaçıya verilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən, cavabdehin apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı, iddia ərizəsi və əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avt omobilin yarı qiymətinin, yəni 5.500 manat pulun, həmçinin banka ödənilmiş 1.517,50 manat pulun, xx xxxx 2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı da daxil olmaqla, cavabdehin mənzil payına düşən 3/5 hissəsinə görə “xxxx” ASC ödənilmiş 11.661,58 manat pulun reqres qaydasında tutulması, mənzil-kommunal xərclərinə görə 36 manat olmaqla, xx xxxx 2014-cü ildən, 2017-ci ilin oktyabr ayı da daxil olmaqla, payına düşən 3/5 hissəsinə mənzil-kommunal xərclərinin, yəni 950.40 manat pulun və hüquqi xidmətə görə “xxxx” MMC ödəmiş olduğu 400 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh və vəkili xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edi lsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müx ə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddia tələbini 11.661,58 manat pul tələbinə aid hissədə qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsasların müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 37.3-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbi q etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu məhkməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin olunmayan- “Hyundai İ20” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və kredit müqavilələri üzrə qalıq borcunun tərəflərə aid edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddi a tələbi qismən təmin edilərək, “Hyundai İ 20” markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə xx arasında xx xxxxx 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin avtomobilə tərəflərin ½ həssədə bərabər pay hüquqları müəyyən edilmiş, İddiaçılə “xxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən 651 manat, xx xxxxxx 2012-ci il tarixdə “xxxx” İKB ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1.834 manat və “EmbaFinans” BOKT ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 550 manat ödənilməmiş borc tərəflərin birgə borcu hesab edilmiş, 1.517,50 Cavabdeh aid edilmiş, qətnamə Cavabdeh mənzilə və mənzilə görə götürülmüş kredit borcunda payların müəyyən edilməsi hissəsind ə dəyişdirilmiş, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 56 “a” saylı evin 91-ci mənzilinə 3/5 hissədə Cavabdeh, 2/5 hissədə isə İddiaçı payları müəyyən edilmiş, xx xxxx 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına mütənasib olaraq, yəni Cavabdeh 3/5 hissədə, İddiaçı isə 2/5 hissədə “xxxx” ASC ödəmələri qət edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə görə, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2010cu il buraxılışlı ağ rəngli, mühərrik tutumu 1400 sm3 olan “Huyndai İ 20” markalı, **-HO-*** dövlət qeydiyyat nömrəli avtomobili n, 2019-cu ilin fevral ayına, iş materiallarında olan qeydiyyat şəhadətnaməsinin və mütəxəssis rəyinin məlumatlarına əsasən, təxminən 9 il istismar müddətini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 13.000 manat müəyyən edilir. “xxxx” ASC xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına görə, İddiaçı tərəfindən 2014-cü ilin mart ayından 2017-ci ilin noyabr ayınadək ipoteka krediti üzrə mənzil ödəniş 17.403,08 manat təşkil etmişdir. Eləcə də “xxxx” MMC xx xxxx 2019-cu il tarixli arayışına görə, sığortalı İddiaçı ipoteka götürən şəxslər üçün həyat sığortası müqaviləsi üzrə Cəmiyyətə 2014-cü ilin mart ayından 2017-ci ilin noyabr ayınadək, ümumilikdə, 767.45 manat sığorta haqqı ödəmişdir və İddiaçı sığorta müqaviləsi üzrə öhdəliklərini lazımi şəkildə yerinə yeti rmədiyinə görə, sığorta müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə xitam verilmişdir. Həmçinin “xxxx” ASC xx xxxxxx 2019-cu il tarixli arayışına görə, İddiaçı 2012-ci ildən Şirkətdə sığortalıdır və bu günədək “xxxx” ASC 2012-ci ildə 180 manat, 2013-cü ildə 180 manat, 2014-cü ildə 180 manat, 2016-cı ildə 119,40 manat, 2017-ci ildə 119,40 manat, 2018ci ildə 119,40 manat olmaqla cəmi 898,20 manat sığorta haqqı ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC xx xxxxxxx 2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, “Hyunda İ 120” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı atomobilin orta bazar qiyməti 11.000 manat təşkil edir. İşə əlavə edilmiş kassa mədaxil orderlərinə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 56 “a” saylı evin 91 saylı mənzilinə görə xx xxxx 2014-cü ildən xx xxxxx 2017-ci il tarixədək cəmi 15.814,72 manat ipoteka və sığorta ödənişləri həyata keçirilmişdir. Eyni zamanda “xxxx” MTK arayışına görə, xx xxxx 2014-cü ildən 2017-ci il oktyabr ayı daxil olmaqla Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 56 “a” saylı evin 91 saylı mənzilinə görə kommunal xərcləri 1.584 manat təşkil etmişdir. İddiaçı, onun Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 “a” saylı evin 91 saylı mənzilinə görə xx xxxx 2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, “xxxx” ASC-nə cavabdehin mənzil payına düşən 3/5 hissəsinə 11.661,58 manat pul ödənişi etməsinə dair iddia etdiyi hallar qismən öz təsdiqini tapdığından və məhkəməyətəqdim olunmuş ödəniş qəbzlərinə əsasənödənilmiş ipoteka və sığortaməbləği cəmi 15.814,72 manat müəyyən edildiyindən, iddia tələbi qey d olunan hissədə qismən təmin olunmalı və İddiaçı tərəfindən ödənilmiş 15.814,72 manatməbləğin3/5 hissəsi, yəni9.488,80 manatpul vəsaiti, “Hyunda İ 120” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı atomobilin dəyərinin yarısı, yəni 5.500 manat, 1.517,50 manat pul vəsaiti və xx xxxx 2014-cü il tarixdən, 2017-ci il oktyabr ayı daxil olmaqla, Cavabdeh payına düşən 3/5 hissəsinə mənzil-kommunal xərcləri, yəni 950.40 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayıb qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilə görə xx xxxx 2014-cü ildən 2017-ci ilin oktyabr ayı da daxil olmaqla, cavabdehin mənzil payına düşən 3/5 hissəsinə 11.661,58 manat pul ödənişi etməsinə dair iddia etdiyi halların qismən öz təsdiqini tapdığını və məhkəməyətəqdim olunmuş ödəniş qəbzlərinə əsasənödənilmiş ipoteka və sığortaməbləğinin cəmi 15.814,72 manat müəyyən edildiyini əsas gətirərək, iddia tələbinin qeyd olunan hissədə qismən təmin olunması,iddiaçı tərəfindən ödənilmiş 15.814,72 manatməbləğin 3/5 hissəsi, yəni9.488,80 manat pulun cavabdehdən tutulması ilə bağlı yanlış qənaətə gəlmişdir. Çünki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı, xx xxxx 2014-cü ildən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, 18.949,33 manat ipoteka və sığortaödənişi etmiş, həmin məbləğin cavabdehin mənzil payına düşən 3/5 hissəsi isə 11.369,59 manat təşkil edir. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, həmin hissədə qətnamə ləğv edilməli və iddia o hissədə qismən təmin edilməlidir. Apellyasiya instansiya sı məhkəməsi, eyni zamanda cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, əvvəla, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını göstərsə də, konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozulduğunu açıqlamamış və iş üzrə daha hansı araşdırma aparmalı olduğunu konkret olaraq göstərməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi onun apellyasiya şikayətinin dəlillərini şikayət xatirinə şəxsi mülahizələrinə əsaslanan fikirləri kimi qiymətləndirmişdir. Daha sonra, cavabdeh apellyasiya şikayətində iddia tələbinin mənzil- kommunal xərclərinə görə 950.40 manat pul vəsaitinin faktiki yaşamadığı mənzilə görə nə üçün ödəməli olduğunu bildirsə də, bu dəlillər də əsaslı sayıla bilməz. Çünki, mənzildən istifadə edilməməsi, həmin mənzilə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas ola bilməz. Belə ki, bu hal Mənzil Məcəlləsinin 137.10-cu maddəsinin imperativ tələbidir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçir ən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Bundan başqa, hazırki iddia tələblərinin faktiki əsasları Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilən hallardan yaranmışdır. Ona görə də, iddiaçı qeyd olunan tələblərlə məhkəməyə müraciət etməkdə haqlı olmuş və bu tələblər üzrə onun subyektiv hüququ olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1, 385.1.1, 385.1.2, 386, 387.1, 388-ci mad dələrinin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin “xx xxxx 2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, cavabdehə mənzildən payına düşən 3/5 hissəsi “xxxx” ASC 11.661,58 manat pulun reqres qaydasında tutulmasının qismən təmin edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia ərizəsi qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlillərini müx ə edib hesab edir ki, apellyasiya instan siyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti t əmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh x qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-1369/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar