Məhkəmə qərarları › İş №2(102)-7911/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7911/2019

26.12.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7911/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10070/2019 nömrəli iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Mədinə Bağırova) 15 may 2019-cu il tari xli qətnaməsi ilə İddiaçı Cavabdeh “yaşayış evindən çıxarılma, evin boşaldılması, maddi ziyan” barədə ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh ünvan 2ında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi İddiaçı təhvil verilməsi, ilkin iddianın qalan hissələrdə, eləcə də Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh qarşıl ıqlı iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 28 fevral 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı Cavabdeh “yaşayış evindən çıxarılma, evin boşaldılması, maddi ziyan” barədə ilkin iddia tələbləri rədd edilmiş, İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ında yerləşən fərdi yaşayış evindən Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslərin çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 fevral 2018-ci il tarix li AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh mülkiyyətində olan ünvan 2ında yerləşən fərdi yaşayış evini 19 saylı notariat kontorunda İddiaçı satmışdır. Əmlaka dair mülkiyyət hüququ DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə 09.03.2018-ci il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşayan Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslər evi iddiaçıya satdıqdan sonra 3 ay müddətində evdən çıxacaqlarını öhdələrinə götürsələr də, əsassız olaraq evdən bu günə kimi çıxmamışlar. Hazırda cavabdeh həmin fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən «Yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ilkin iddia tələbin həcminin artırılması barədə ərizə ünvanlayaraq ünvan 2ında yerləşən fərdi yaşayış evindən Cavabdeh və onunla birlikdə yaşayan digər şəxlərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi İddiaçı təhvil verilməsi, Cavabdeh 01 mart 2018-ci il tarixdən qətnamə icra edilənə qədər hər aya görə 1300 manat kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək onunla İddiaçı arasında bağlanmış 28 fevral 2018-ci il tarixli A N-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 28 fevral 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2ında yerləşən fərdi yaşayış evini 19 saylı notariat kontorunda cavabdeh İddiaçı satmışdır. Əmlaka dair mülkiyyət hüququ DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə 09.03.2018-ci il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* çıxarışına əsasən cavabdeh İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı ilkin iddia tələbi əsassızdır və onun belə iddia tələbi irəli sürməsi üçün əsaslar yoxdur. Əksinə məhkəmən in diqqətini yayındıran İddiaçı ilə əri X3 arasında 26 fevral 2018-ci il tarixdə bağlanan borc müqaviləsinin olmasıdır. Həmin borc müqaviləsinin şərtlərinə görə, borc verən 155000 ABŞ dolları məbləğində pul vəsaitini borc alana 6 ay müddətinə - 26 avqust 2018-ci il tarixədək qaytarmaq şərtilə maliyyə yardımı kimi borc vermiş, borc alan isə borcu müqavilənin şərtləri əsasında geri qaytarmağı öhdəsinə götürmüşdür. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi alqı-satqı müqaviləsi həmin borc müqaviləsinin bağlandığı tarixə mütənasib gəlir. Alqı-satqı müqaviləsi həmin borc müqaviləsinin təminatı kimi bağlanmış, faktiki alqı-satqı olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şika yəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Onunla Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi və onunla x1 arasında bağlanılmış borc müqaviləsi ayrı-ayrı mahiyyətlərdə olmuşdur. Belə ki, əgər borc müqaviləsinin təminatı kimi alqı-satqı müqaviləsi bağlanılırdısa o zaman alqı-satqı müqaviləsinin əvəzinə borc müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanıla və ipoteka predmeti qanunvericiliyin tələblərinə əsasən ipoteka ilə yü klü edilərdi. Göründüyü kimi əmlaka dair alqı-satqı müqaviləsi 28.02.2019-cu il tarixdə bağlanılmış və dəyəri ödənildikdən sonra yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına rəsmiləşdirilmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi kimi alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək niyyəti ilə bağlanılırdısa, o zaman 26.02.2018-ci il tarixdə 155000 ABŞ dolları məğləğində borcu verdikdən sonra alqı-satqının aparılması üçün İddiaçı tərəfindən notariusun depozit hesabına 211500 manat məbləğində pulu hansı səbəbə köçürmüşdür? İddiaçı tərəfindən Cavabdeh evin alınması üçün pul ödənilir, həmdə əri Əli Ağaevliyə 155000 ABŞ dolları məğləğində borc verilirsə burada hansı müqavilənin pərdələnməsindən söhbət gedə bilər? Apellyasiya instansiyası məhkəməsi tərəfindən ayrı-ayrı şəxslər lə qanunvericiliyin tələblərinə riayət edilməklə fərqli tarixlərdə, məbləğlərdə və valyutada bağlanmış 2 ayrı müqavilənin pərdələmək məqsədilə bağlanıldığı qənaətinə gəlməsi sübutlara düzgün qiymət verilmədiyini göstərir. Həmçinin cavabdeh öz apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı tərəfindən onun həyat yoldaşı X2 faktiki olaraq borc verilməsini, daha sonra 2 gündən sonra isə öz mülkiyyətində olan evin satılmasını deyil, məhz həyat yoldaşının borc qismində götürdüyü pulun girovu qismində iştirak etdiyini bildirmişdir. Deməli onun ilk öncə həyat yoldaşının bağladığı borc müqaviləsindən məhz 2 gün keçdikdən sonra bağlamamağa real imkanı olmuşdur. Yəni, Cavabdeh alqı-satqı (iddia etdiyi girov) müqaviləsini bağlamaqdan imtina etmək üçün kifayət qədər vaxtı, imkanı, şəraiti və hüquq u olmuşdur. Lakin buna baxmayaraq o həmin müqaviləni Notariat Kontorunda bağlamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Notariat Kontorunda alqı-satqı müqaviləsinin mənası, qaydası, şərtləri və nəticələri ona tam izah edilmişdir. Digər tərəfdən isə Cavabdeh alqı-satqı müqaviləsini məcburetmənin (zorakılıq və ya hədələmənin) təsiri altında bağlanmasını ümumiyyətlə mübahisələndirməmiş, yəni o bu addımı yalnız həyat yoldaşı ilə məsləhətləşib könüllü atdığını qeyd etmişdir. Bundan başqa alqı-satqı müqaviləsinin məcburetmənin (zorakılıq və ya hədələmənin) təsiri altında bağlanılmasını təsdiq edən hər hansı hallar və sübutlar iş materiallarına əlavə edilməmişdir. Hətta əksinə olaraq yuxarıda qeyd edildiyi kimi Cavabdeh faktiki olaraq alqı-satqı müqaviləsini könüllü bağladığını etiraf etmişdir. D eməli hər hansı məcburetmədən (zorakılıq və ya hədələmə) söhbət gedə bilməz və Cavabdeh mübahisələndirdiyi müqaviləni zorakılıq və ya hədələmə yolu ilə bağlandığını təkzib etmişdir. Bundan başqa məhkəmə borc müqaviləsi üzrə müddət bitdikdən sonra borcun məhkəmə qaydasında tutulmasını tələb edilmədiyini bildirmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, o, 12.04.2019-cu il tarixdə X2 qarşı Bakı şəhəri, Səbail rayon məhkəməsində borcun və dəymiş zərərin tutulması ilə bağlı iddia qaldırmış və 15.04.2019-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi 2(009)-1485/2019 saylı mülki iş kimi məhkəmənin icraatındadır (Elektron Məhkəmə Sistemindən çıxarış əlavə olunur). Bundan əlavə mülki işə 1-ci instansiya məhkəməsində baxılarkən müqavilənin etibarsızlığı ilə bağlı qarşılıqlı iddiaya dair iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməməsi ilə bağlı gəldiyi nəticə Mülki Məcəllənin tələblərinə ziddir. Mülki işə əlavə olunmuş alqı-satqı müqaviləsindən göründüyü kimi Cavabdeh müqaviləni şəxsən imzaladığından iddia müddətinin axımı həmin gündən başlamışdır. Əgər əqd etibarsız idisə, Cavabdeh 1 il müddətində alqı-satqı müqaviləsini mübahisələndirə bilərdi. Qarşılıqlı iddia ərizəsindən göründüyü kimi Cavabdeh onun (iddiaçı) tərəfindən iddia qaldırıldıqdan sonra öhdəliyinin icrasından və dəymiş zərərin ödənilməsindən yayınmaq məqsədilə 24.03.2019-cu il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətini tətbiq etməli olduğu halda bunu etməmiş, bununla da kobud maddi və prosessual pozuntuya yol vermiş, məhkəmə prosesi zamanı və şikayətdə göstərdiyi yuxarda qeyd olunan dəlliləri araşdırmamış, onlara hüquqi qiymət verməmiş və yalnız formal olaraq öz mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs Bakı şəhər 19 saylı No tariat Kontorunun nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçıla Cavabdeh əri Əli Ağaevli arasında 26 fevral 2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda borc müqaviləsi bağlanmaqla borc münasibətləri yaranmışdır. Borc müqaviləsinə əsasən İddiaçı 6 ay müddətində 26 avqust 2018-ci il tarixdə qaytarmaq şərti ilə 155000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh əri Əli Ağaevliyə borc vermişdir. Həmin borc münasibətlərinin mövcud olmasını tərəflər mübahisələndirmirlər. Eyni zamanda mübahisəli alqı- satqı müqaviləsi üzrə hesablaşmanın aparılması üçün 26 fevral 2018-ci il tarixdə elə həmin notariat kontoru tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 211500 manat məbləğin notariusun depozit hesabına qəbul olunması barədə “xxxx” Bank ASC-yə müvafiq məktub verilmiş və 28 fevral 2018-ci il tarixdə İddiaçıla Cavabdeh arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Yəni, demək olar ki, eyni tarixdə Cavabdeh əri X4 Məmmədovdan həm 155000 ABŞ dolları məbləğində borc pul götürmüş, həm də Cavabdeh əri Əli Ağaevlinin razılığı da alınmaqla 211500 manat (125000 ABŞ dolları) dəyərində əmlakını borc aldığı şəxsə satmışdır. Hazırki tələbində İddiaçı həmin alqı-satqı müqaviləsi əsasında verilmiş mülkiyyət hüququna dair Çıxarışa istinad edərək cavabdehlə rin mübahisəli mənzildən çıxarılmalarını, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Cavabdeh də öz növbəsində qarşılıqlı iddia verərək mübahisəli mənzilə dair iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. İlk iddia tələbini rədd, qarşılıqlı iddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc müqaviləsi ilə müəyyən edilmiş, borcun qaytarılması müddəti bitdikdən sonra, İddiaçı borc müqaviləsi üzrə pulun məhkəmə qaydasında tutulması barədə iddia qaldırmamış, əksinə mübahisəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu hal özü-özlüyündə İddiaçı borc müqaviləsi üzrə verdiyi pulun mübahisə li fərdi yaşayış evi ilə əvəzləşdirmək məqsədilə alqı-satqı müqaviləsinin bağlanıldığını, başqa sözlə, bu hal fərdi yaşayış evinin alqı-satqısı müqaviləsinin demək olar ki eyni tarixdə bağlanmış borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanıldığını təsdiq edir. Mülki işin materialları ilə müəyyən edilmişdir ki, həqiqətən də mübahisəli fərdi yaşayış evinə dair tərəflər arasında alqısatqı müqaviləsi bağlanmasının forma baxımından bütün tələbləri (tərəflərin imzası var, pul bank vasitəsilə notariusun depozitinə ödənilmişdir, iddiaçının həyat yoldaşı evin satılmasına notarial qaydada razılıq vermişdir) gözlənilmişdir. Bu fakt, yəni mübahisəli fərdi yaşayış evinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin formal tələblərinin gözlənilməsi öz özlüyündə həmin əqdin yalan əqd olmas ını istisna etmir. Bununla belə iddiaçı və cavabdeh tərəfindən alqı-satqı müqaviləsi formal olaraq mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığından (ümumiyyətlə, həmin vaxt tərəflər bilərəkdən digər əqdi pərdələmək üçün formal olaraq hazırkı alqı-satqı müqaviləsini bağladıqlarından, onun formal şərtlərinə də əməl etmələri təbii idi) həmin alqı-satqı müqaviləsinin yalan əqd olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında İddiaçı mübahisəli fərdi yaşayış evinin satılmasına dair məlumatı hardan əldə etməsi, hansı səbəbdən indiyə qədər evdə cavabdeh və onun ailə üzvlərinin yaşaması, vicdanlı alıcı olduğu halda yaşayış evini nəyə görə indiyə qədər cavabdehdən təhvil almaması ilə bağlı sualları ağlabatan şək ildə cavablandıra bilməmiş, bu uyğunsuzluqları ağlabatan şəkildə izah edə bilməmişdir. Tərəflərin əqdin bağlanmasından əvvəlki, əqd bağlanan dövrdə və ondan sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, əslində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı tərəflərin əsl niyyəti (iradə ifadəsi) yaşayış evinin alınıb-satılması olmamış, onların iradə ifadəsi buna yönəlməmiş, tərəflərin əsl niyyəti iddiaçı ilə cavabdehin əri arasında yaranmış borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) başqa əqdi (borc müqaviləsini) pərdələmək məqsədi ilə bağlanmaqla, əhəmiyyətsiz əqd olduğundan qarşılıqlı iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsız hesa b edilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiqi barədə ilkin İddiaçı ərizəsini əsassız hesab edib qeyd etmişdir ki, Cavabdeh ailəsi bilirkdə hal-hazırda da mübahisəli evdə yaşayırlar, Cavabdeh həmin evi İddiaçı faktiki olaraq satmaq niyyəti olmadığından İddiaçı onların həmin evdən çıxarılmaları barədə məhkəmədə iddia qaldıranadək Cavabdeh mübahisəli evə dair hüququnun pozulduğunu bilməmişdir və o, mübahisəli evə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən halları İddiaçı iddia qaldırdıqdan sonra bilmişdir. Yəni, Cavabdeh tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını v ə kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında münasibətlərin əslində yalan əqd olması düzgün nəticəyə gəlsə də, məhkəmənin tərəflərin əqd bağlayarkən nəzərdə tutduqları əqdin qaydalarını tətbiq etməməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında mübahisəli evə dair bağlanmış əqd əhəmiyyətsiz əqd olduğund an və tərəflər arasında yaranmış münasibətə Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edildiyindən Mülki Məcəllənin 337.5ci maddəsinin tətbiqi istisna olunur. Lakin məhkəmə bu normaya istinad etməsinə baxmayaraq tərəflərin əslində nəzərdə tutduqları əqdin qaydalarını tədbiq etməyərək tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəsi natamam olmuş, düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfs ir etsin. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı işin hallarına əsasən tərəflər arasında bağlanmış əqdin (alqı-satqı müqaviləsinin) başqa əqdi (ipoteka müqaviləsini) pərdələmək məqsədi ilə bağlanıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tər əflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi, yalan əqdlərə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu norma imperativ qaydada müəyyən edilmişdir. Digər tərəfdən prosessual qanunvericilikdə qanunda göstərilən müstəsna hallarda məhkəmənin iddia tələblərindən kənara çıxma imkanı tanınmışdır. Qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hiss əsində göstərməlidir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Plenum Qərarı). Hazırki işdə əqdlərin etibarsızlığı ilə bağlı nəticələr iddia tələbində göstərilməsə də, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin qeyd olunan maddələrinin tələbləri və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarının göstərişləri məhkəməyə iddia tələbindən kənara çıxmağa imkan verir. Yuxarıda sadalanan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları ona dəlalət edir ki, tərəflər arasında əslində mənzilin alqı-satqısı ilə bağlı razılıq deyil, mənzilin alqı-satqısında əsas məqsəd cavabdehin əri Əli Ağaevlinin iddiaçıya olan borcun qaytarılması təminatı olaraq evin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı razılaşma olması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi sonda yanlışlığa yol verərək tərəflərin əslində nəzərdə tutduqları əqdə dair qaydaları tədbiq etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə mübahisənin predmeti olan yaşayış evinin alqı-satqısına dair tərəflər arasında 28.02.2018-ci il tarixli AN-1 ******* № li müqavilə üzrə alıcı İddiaçı tərəfindən ödənilməli olan 211500 manat məbləğ satıcı Cavabdeh verilməsi üçün notariusun “xxxxbank” ASC-nin “İnest” filialındakı depozit hesabına mədaxil edilmiş, satıcı Cavabdeh 8483,3 manat vergi tutulmuşdur. Lakin həmin pulun bankdan kim tərəfindən alınması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. İşin nət icəsi üçün mühüm əhəmiyyət kəsb edən həmin hal məhkəmələr tərəfindən müəyyən edilməmiş, cavabdeh tərəfə suallar verilməklə və banka sorğu verməklə həmin məsələ aydınlaşdırılmamışdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım ola n bütün tədbirləri görməli, qəbul ediləcək qətnamə cavabdehin əri Əli Ağaevlinin mənafeyinə toxunacağı halda onu məhkəmə iclasına cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi məsələsini həll etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10070/2019 nömrəli iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar