Məhkəmə qərarları › İş №2(102)-7912/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7912/2019

26.12.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7912/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməs i mülki kollegiyasının 2(103)-10383/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Səbail rayon məhkəməsinin (hakim Rəna Qafarova) 12.04.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin 18 dekabr 2018-ci il tarixli 856 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin 6 saylı poçt filialının X4 rəisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə almadığı əmək haqqının və pul mükafatlarının hesablanmaqla İddiaçı ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzi olan 500 manat məbl əğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Azad İmanov) 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “əmək fəaliyyətinin bərpası, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respub likasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC ilə əvəz edilməsi, “xxxx” MMC-nin 18.12.2018-ci il tarixli, 856 saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinin ona münasibətdə ləğv edilməsi, “xxxx” MMC-nin ona qarşı törətdiyi qanuna zidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyətinin bərpa edilməsi, tutduğu vəzifəyə, bu mümkün olmadıqda isə həmin vəzifəyə uyğun başqa vəzifəyə bərpa edilməsi, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın, işsiz qaldığı müddət ərzində itirilmiş əmək haqqı məbləğlərinin və pul mükafatlarının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıx arılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 41 ildir ki, poçt sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. “xxxx” MMC-nin baş direktoru Emin Əfəndiyevin 327 nömrəli, 06.08.2018-ci il tarixli “struktur dəyişikliyi haqqında” əmrinin 1-ci bəndinə əsasən, “xxxx” MMCnin 6 saylı X10 əməliyyatları və Xəzinə şöbəsi 01.09.2018-ci il tarixdən etibarən ləğv edilmiş və buna görə də o, işsiz qalmışdır. Həmin əmr verilərkən o, əmək məzuniyyətində olmuşdur. O, 01.09.2018-ci il tarixinədək “xxxx” MMC-nin 6 saylı poçt filialının X4 rəisi vəzifəsində çalışmışdır. “xxxx” MMC-nin baş direktoru Emin Əfəndiyev tərəfindən 14.08.2018-ci il tarixdə ünvana eyni tarixli məktub yollayaraq, onun 01.09.2018-ci il tarixinədək tutduğu vəzifədən azad ediləcəyi bildirilmişdir. 18.12.201 8-ci il tarixində isə E.Əfəndiyevin 856 nömrəli əmrinə əsasən, o, tutduğu vəzifəyə eyni tarixdən etibarən xitam verilmişdir. O isə öz növbəsində buna etiraz edərək, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmiş, müraciətinə əsasən isə nəticə arzu olunan olmamışdır. O, vəzifəsindən azad edilərkən tutduğu və ixtisar edilən vəzifəyə uyğun başqa işlə təmin olunacağına təminat verilsə də, lakin hər hansı bir işlə təmin edilməmişdir. Həmçinin onun əlillik dərəcəsi var. Sağ ayağı dizdən aşağı ambutasiya edilmişdir. 7 yaşından protezdən istifadə edir. Əlillik dərəcəsi olan şəxslər barəsində iş yerlərinin ixtisarı ilə bağlı olaraq əmək müqaviləsinə xitam verilməsi qanunla qadağan edilmişdir. Cavabdehin ona qarşı edilmiş qeyri-qanuni və qanuna zidd hərəkətləri nəticəsində əsəb hissi keçirmişdir. Bunun nəticəsidir ki, səhhətində ciddi problemlər yaranmışdır. Cavabdeh qanuna zidd hərəkətləri ilə ona mənəvi zərər yetirmişdir. Cavabdehin ona yetirdiyi mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 3000 manat məbləğindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş m ateriallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı 28.08.1978-ci il tarixli, 683/ok saylı əmrlə poçt sahəsində işə qəbul edilmiş və sonradan həmin sahədə müxtəlif vəzifələrdə çalışmışdır. “xxxx” MMC-nin 01.03.2011-ci il tarixli, 721110 saylı əmrindən görünür ki, 01.03.2011-ci il tarixdən X4 rəis müavini İddiaçı X4 rəisi vəzifəsinə aylıq əmək haqqı 203,60 manat olmaqla 13-cü dərəcə ilə keçirilmişdir. “xxxx” MMC-nin baş direktoru tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirinin birinci müavininə üvanladığı 17.07.2018-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, “xxxx” MMC-də xidmət keyfiyyətinin artırılmasını, poçt filiallarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini təmin edən yeni funksional strukturun yaradılmasına başlanıldığı, birinci mərhələdə Bakı şəhəri üzrə X9 əməliyyatları və Xəzinə şöbələrinin funksiyaları “xxxx” MMC-nin aidiyyəti şöbələri tərəfindən həyata keçiriləcəyini, bununla əlaqədar, Bakı şəhəri üzrə X9 əməliyyatları və Xəzinə şöbələrinin ləğv olunmasına razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (nazir) tərəfindən verilmiş Əmrin 1-ci hissəsindən görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiya lar Nazirliyinin tabeliyində olan “xxxx” MMCnin strukturu təsdiq edilmiş, həmin Əmrin 1-ci hissəsinin 01.07.2018-ci il tarixdən qüvvəyə minməsi göstərilmişdir. “xxxx” MMC-nin baş direktorunun əmək məzuniyyətinin verilməsi haqqında 03.08.2018ci il tarixli, 0224/297 saylı əmrindən görünür ki, İddiaçı (6 saylı Poçt Filialının X4 rəisi) 16.10.2017-16.10.2018-ci ili üçün 13 avqust 2018-ci il tarixindən 25 sentyabr 2018-ci il tarixinədək 44 təqvim günü (42 gün əsas, 2 gün ştat) əmək məzuniyyəti verilmişdir. “xxxx” MMC-nin stuktur dəyişikliyi haqqında 06.08.2018-ci il tarixli, 327 nömrəli əmrindən görünür ki, “xxxx” MMC-nin 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı və 6 saylı X9 əməliyyatları və Xəzinə şöbələri 01.09.2018-ci il tarixdən ləğv edilmişdir. “xxxx” MMC-nin baş direktoru tərəfindən “ xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə üvanladığı 14.08.2018-ci il tarixli, İRŞ-01-02- 14/3382 saylı məktubundan görünür ki, “xxxx” MMC-də xidmət keyfiyyətinin artırılmasını, poçt filiallarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini təmin edən yeni funksional strukturun yaradılmasına başlanıldığı üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin razılığı ilə 01.09.2018-ci il tarixdən “xxxx” MMC-nin 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı və 6 saylı X9 əməliyyatları və Xəzinə şöbələrinin ləğv edilməsi nəzərdə tutulduğundan yeni funksional strukturun yaradılması ilə əlaqədar qeyd olunan struktur bölmələrində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirilməsi xahiş olunmuşdur. X7 Həmkarlar İttifaqı Bakı-2 şöbəsi s ədrinin “xxxx” MMCnin baş direktoruna ünvanladığı 14 avqust 2018-ci il tarixli, BHK 1/72 saylı məktubdan görünür ki, "xxxx” MMC-də xidmət keyfiyyətinin artırılması, poçt filiallarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi ilə əlaqədar 14.08.2018-ci il tarixli İRŞ 01-02-14/3382 saylı məktuba baxılmışdır. X9 əməliyyatları və Xəzinə şöbələrinin ləğv edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl olunmaq şərti ilə işçilərin ixtisar olunmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin baş direktoru tərəfindən 06.08.2018-ci il tarixdə qəbul edilmiş 327 saylı Əmrdən görünür ki, “xxxx” MMC-nin 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı və 6 saylı X9 əməliyyatları və Xəzinə şöbələri 01.09.2018-ci il tarixdən l əğv edilmişdir. “xxxx” MMC-nin baş direktoru tərəfindən İddiaçı ünvanlanmış 14.08.2018-ci il tarixli, 102-25/3352 saylı məktubundan görünür ki, “xxxx” MMC-nin 6 saylı Poçt Filialında işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 6 saylı X10 əməliyyatları şöbəsində tutduğu ştat vahidi 01.09.2018- ci iltarixdən ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 16.10.2018-ci il tarixindən xitam veriləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılması şərti ilə iş axtarmaq üçün imkan yaradılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması, eyni zamanda xəbərdarlıq müddəti əvəzin ə razı olduğu təqdirdə orta aylıq əmək haqqının 2,0 misli bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməsi nəzərinə çatdırılmışdır. “xxxx” MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 18.12.2018-ci il tarixli, 856 nömrəli əmrindən görünür ki, 6 saylı Poçt Filialının X4 rəisi İddiaçı bağlanmış əmək müqaviləsinə ştatının ixtisarı ilə əlaqədar 18 dekabr 2018-ci il tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” MMC-nin 08 aprel 2019-cu il tarixli, HŞ-1-15-1-32/1793 saylı cavabından və ona əlavə edilmiş siyahıdan görünür ki, 2018-ci ilin oktyabr, noyabr və dekabr aylarında “xxxx” MMC-nin müxtəlif şöbələrində (boş) vakant vəzifələr olmuşdur. “xxxx” MMC-nin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, həyata keçiri lən struktur islahatları nəticəsində sizin vaxtilə rəisi olduğunuz “Poçt əməliyyatları şöbəsi” ixtisar olunduğuna və mövcud vəziyyətdə vakant olan “əməliyyatçı” vəzifəsi sizin iş təcrübənizə, peşəkarlıq səviyyənizə uyğun olmadığına görə, struktur islahatları başa çatdırıldıqdan sonra əmək stajınıza, peşəkarlıq səviyyənizə uyğun müvafiq vakant yer yaranacağı halda, işlə təmin edilməyinizə baxılacağı, eyni zamanda əmək müqaviləsinə ilin 18 dekabr tarixindən xitam verildiyinə və işçilərə bayram pulu verilməsinə dair Nazirliyin göstəriş məktubu qeyd olunan tarixdən sonrakı dövrə düşdüyünə görə ona bayram pulunun verilməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işdən çıxarılmasını qanuni və əsaslı hesab etməmiş, belə nəticəyə gəlmişdir ki, qeyd olunan əsasla işçinin işdən çıxarılması zamanı onun işdə saxlama imkanının olub-olmamasını araşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, qanunvericilikdə olan dəyişikliyə əsasən, işçinin işdə saxlama imkanının araşdırılması işəgötürənin vəzifəsi deyil. Ştatın ixtisarı ilə əlaqədar qanunda nəzərdə tutulan təminatlar həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-c i maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Qeyd olunan tədbirlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda əmək müqaviləsi ləğv edilməzdən əvvəl əmək stajından asılı olaraq müəyyən müddətlərdə xəbardar edilməsi, həmçinin əmək stajından asılı olaraq işdənçıxma müavinətinin ödənilməsidir. Bundan başqa Əmək Məcəlləsinin 78-ci maddəsində işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçinin işdə saxlanılması ilə bağlıdır ki, həmin Məcəll ənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tu tulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göstərilən maddi hüquq norması işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işçilərin işdə saxlanılması imkanının araşdırılması vəzifəsini nəzərdə tutur. Hazırkı iş üzrə işəgötürən İddiaçı əmək stajına, peşəkarlıq səviyyəsinə uyğun müvafiq vakant yer yaranacağı halda, işlə təmin edilməsinə baxılacağını qeyd etməklə iddiaçının iş təcrübəsinin, peşəkarlıq səviyyəsinin yüksək olduğunu təsdiq etmişdir. Buna baxmayaraq işəgötürən ştatın ixtisarı zamanı İddiaçı əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsi müəyyən edilməklə onun işdə saxlanma imkanının olub-olmamasını araşdırmamış, onun başqa işə keçmək istəyinin olub -olmamasını müəyyən etməmişdir. Hansı ki, iddiaçı tutduğu vəzifədən də aşağı vəzifəyə keçirilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin normada məhz işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən əmək müqaviləsinə xitam verilməsi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasının da nəzərədə tutulması təsadüfi deyil. Belə ki, qanunveric ilik işçilərin sayının azaldılması və ya ştatların ixtisarının həyata keçirilməsi zamanı yalnız qeyd olunan təminatları (xəbərdarlıq müddəti, işdən çıxma müavinəti) nəzərdə tutmamış, həmçinin işçinin işçilərin işdə saxlanılması imkanının araşdırılmasını və əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilərkən hətta həmkarlar ittifaqının razılığının da alınmasını nəzərdə tutmuşdur. Həmkarlar ittifaqı yığıncağı qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəticəyə gəlməmişdən əvvəl işçinin təhsili, ixtisası, iş təcrübəsi, peşəkarlıq səviyyəsi, onun şəxsiyyətini xarakterizə edən halları, həmçinin işçinin ixtisasını (peşəsini) və peşəkarlıq səviyyəsini qiymətləndirərək, başqa vəzifəyə uyğun olması, başqa işlə təmin olunması imakanını müzakirə edərək əmək müqaviləsinə xitam ve rilməsinə razılıq verir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Apellyasiya şikayətində qeyd edilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10383/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar