Məhkəmə qərarları › İş №2(102)-792/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-792/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-792/2024 15.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Əliyeva Kəmalə Hüseynbala qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-792/2024 Açar sözlər: müqavilənin etibarsızlığı; müqavilə öhdəliyinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə İddiaçı Cavabdeh1 MMC-yə qarşı əmlak və pul tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1843/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən v ə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Əliyeva Kəmalə Hüseynbala qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi) müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbləri barədə iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-242/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Nümayəndə3 və K.Əliyevanın kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanda yerləşən “İstilik” kafesi X1 mülkiyyətində olmuşdur.

2. İddiaçı adından nümayəndəsi X5 və Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli razılaşma müqaviləsinə əsasən tərəflər birgə kommersiya maraqlarını rəhbər tutaraq pul vəsaitlərini, digər maddi resurslarını, peşəkar təcrübələrini, işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirmək yolu ilə ünvan 1 ünvanda 1 girişli 12 mərtəbəli yaşayış binasını inşa etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən obyektin dəmir beton kontruksiyasının xarici və daxili arakəsmələrinin hörülməsi müqavilə imzalandığı gündən 26 ay müddətinə başa çatmalıdır. Müqavilənin 6-cı bəndində tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m, 18 kv.m qaraj, yaşayış mərtəbəsinin 613 kv.m. sahəsi birinci tərəfə - X2 məxsus olması razılaşdırılmışdır.

3. İddiaçı adından etibarnamə əsasında nümayəndəsi X3 notariat qaydada verdiyi 31 mart 2011-ci il tarixli ərizəsinə əsasən İddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsində Cavabdeh1 MMC-nin tikinti işləri aparmasına etiraz etməmiş, bu barədə gələcəkdə iddia qaldırmayacağını bəyan etmişdir.

4. Cavabdeh1 MMC-nin direktoru (MMC) ilə Əliyeva Kəmalə Hüseynbala qızı (payçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Şərifzadə 215 ünvanda binanın tikintisi başa çatdıqdan sonra həmin binada 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “MMC" “Рауçıyа (sahənin son kalkulyasiya dəyərini müqavilədə müəyyən edilmiş qaydada tam ödəndikdən sonra) verməyi, "Payçı" isə həmin sahəni qəbul etməyi öz öhdələri nə götürmüşlər.

5. Cavabdeh1 MMC-nin direktoru (MMC) ilə Cavabdeh2 (payçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Şərifzadə 215 ünvanda binanın tikintisi başa çatdıqdan sonra həmin binada 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 960 kv.metr olan sahəni “MMC" “Рауçıyа (sahənin son kalkulyasiya dəyərini müqavilədə müəyyən edilmiş qaydada tam ödəndikdən sonra) verməyi, "Payçı" isə həmin sahəni qəbul etməyi öz öhdələrinə götürmüşlər.

6. Əliyeva Kəmalə Hüseynbala qızı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizəyə görə, o, Bakı şəhəri Yasamal rayonu Şərifzadə 215 ünvanda Cavabdeh1 MMC tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 960 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına sənədləşdirilməsinə və k eçirilməsinə etiraz etmədiyini və həmin sahəyə dair adına olan müqavilənin ləğv edilməsinə razı olduğunu və gələcəkdə bununla bağlı heç bir şikayətinin və iddia tələbinin olmayacağını bildirmişdir. 7. ünvan 4 ünvanda (yeni qaydalarla ünvan 5şayış sahəsi Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2020- ci il tarixli Y/2 nömrəli müqaviləyə, "Bəşir İnşaat” MMC-nin 157 nömrəli xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

8. Cavabdeh1 MMC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır, təsisçisi 20 manat 100% pay hüququ ilə X7r.

9. Məhkəmə tikinti-texniki ekspertizanın xx.xx.2022-ci il tarixli 10/5839 nömrəli ekspert rəyinə görə, mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 215 (yeni qaydalarla: AZ1012 Bakı şəhəri Yasamal rayonu X9 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin ümumi sahəsinin faktiki olaraq 905 kv.metr təşkil etdlyi müəyyən edilir; Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 215 (yeni qaydalarla: AZ1012 Bakı şəhəri Yasamai rayonu X9 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsindəki mübahisə predmeti olan Cavabdeh2 mülkiyyətində olan 905 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi ilə iddiaçı X4 və cavabdeh "xxxx" MMC arasında bağlanmış və 30 dekabr 2009-cu ildə təsdiq olunmuş müqavəlinin 6-cı bəndində nəzərdə tutulan 293 kv.metr qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü və eyni sahə olduğu müəyyən edilmişdir; Bakı şəhəri Ya samal rayonu A.M.Şərifzadə küçəsindəki 215 (yeni qaydalarla: AZ1012 Bakı şəhəri Yasamal rayonu X9 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən əlavə hər hansı bir ölçüdə boş olan qeyri-yaşayış sahəsindən əlavə hər hansı bir ölçüdə boş olan qeyriyaşayış sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 30 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 1 ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluş u olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən icra edilməmiş hissəsi olaraq həmin ünvanda tikilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m. hissəsinin və 18 kv.m. qarajın cavabdehdən alınaraq ona verilməsi və vurulmuş maddi zərərə görə cavabdehdən 120.000 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddianın əsaslarına görə, cavabdeh 30 oktyabr 2009-cu il tarixli müqavilə öhdəliklərini yaşayış sahəsi ilə bağlı hissəsində əməl etsə də, binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m. hissəsi və 18 kv.m. qarajla bağlı öhdəliklər bu günə qədər yerinə yetirilməmişdir.

12. Cavabdeh1 MMC birinci instansiya məhkəmə sində ərizə verərək, mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1843/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəf öz öhdəliyini lazımınca icra etdiyini sübut edə bilmir. Lakin müqavilənin icrası müddətinin 26 ay müəyyən edilməsini, habelə mübahisəli ərazidə cavabdehin tikinti işləri aparmasına etiraz etmədiyi və gələcəkdə buna dair iddia qaldırmayacağına dair iddiaçının adından onun nümayəndəsi X5 tərəfindən yazılmış 31 mart 2011-ci il tarixli ərizəni nəzərə alaraq, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti vertmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8119/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli, qətnaməsi ilə (hakim T.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinovdan və A.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, inşa edilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən 293 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin və 18 kv.m. ölçüdə qarajın İddiaçı təhvil verilməsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edil mişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə iddia müddətini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına istinad edərək göstrəmişdir ki, cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra etməməsi nəticəsində İddiaçı mülkiyyətindən qanunsuz məhrum olmaqla məhz onun mülkiyyət hüquqları pozulmuş, onun mülkiyyəti bərpa olunmamış və belə olan halda mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz və onun tələb hüququ hər hansı müddətlə məhdudlaşdırıla bilməz. Bundan başqa, işin hallarından göründüy ü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Cavabdeh iddiaçının əmlaklarının əvəzində iddiaçıya pul vəsaitini verdiyini bildirsə də, bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçıya pulun verilməsini təsdiq edən sübutların məhkəmə kollegiyasına təqdim edilməsi cavabdehə təklif olunsa da və buna görə məhkəmə iclası təxirə salınsa da, cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməsi sübut olunmur. Müqavilə üzrə 293 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi və 18 kv.m. ölçüdə qaraj İddiaçı təhvil verilməli, həmin hissədə iddia təmin olunmalıdır. Lakin bununla da onun mülkiyyət və əmlak hüquqları bərpa olunmaqla maddi ziyanın tutulması barədə iddia sübut olunmadığından və təmin edilməsi üçün əsaslar olmadığından, iddia həmin hissədə təmin edilməməlidir. c) Kassasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh1 MMC qətnamədən kassasiya şikayəti vermişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1531/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qərarı ilə (hakim E.Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Vəliyevadan və A.Abbasovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

20. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, iş materiallarından müəyyən olunur ki, cavabdehin hazırki iddiaya və iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etirazın dəlillərinə iddiaçının iddia müddətinin ötürülməsi ilə yanaşı, mübahisələndirilən qeyriyaşayış sahəsinin başqa şəxsin mülkiyyətində olması olmuşdur. Apellyasiya məhkəməsi iddia müddətinin tətbiqinə yuxarıda şərh edilən qaydada hüquqi qiymət vermişdir. Lakin məhkəmə tərəfindən cavabdehin irəli sürdüyü digər dəlili ilə bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. Halbuki, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilmiş və alınan sənədlərlə müəyyən olunmuşdur ki, Əliyeva Kəmalə Hüseynbala qızı Cavabdeh1 MMC ilə bağlanmış 25 fevral 2018-ci il tarixli 1 nömrəli müqavilə ilə onun adına olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 945 kv.m. qeyriyaşayış sahəsini 30 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin icarəsinə vermişdir. Həmçinin, Cavabdeh2 Cavabdeh1 MMC ilə bağlanmış 28 iyul 2020-ci il tarixli Y/2 nömrəli müqavilə ilə onun adına olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 960 kv.m. qeyri-yaşayış sahəsini 18 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin icarəsinə vermişdir. Lakin apellyasiya məhkəməsi iddiaçının tələb etdiyi qeyri-yaşayış sahələrinin hazırda başqa şəxslərin hüquqlarından azad vəziyyətdə mövcud olub-olmamasını, o cümlədən tələb olunan 293 kv.m. qeyri-yaşayış sahənin Əliyeva Kəmalə Hüseynbala qızına və (və ya) Cavabdeh2 müqavilə ilə verilmiş sahə(lər) ilə üst-üstə düşməsini araşdırmamış, düşdüyü halda sahənin hazırki sahibini (sahiblərini) işə cəlb edib, onun iştirakı ilə tərəflərin hansının üstün hüquqlara malik olmasına hüquqi qiymət verməmişdir. Halbuki, qeyd olunan məsələlərin həllindən hazırki iddianın təmin edildiyi halda qətnamənin icrasının mümkünlüyü asılıdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-242/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim E.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Həsənovdan və N.Cəfərovdan ibarət tərkibdə) İddiaçı Cavabdeh1 MMC-yə qarşı əmlak və pul tələbinə dair hazırki mülki işin icraatı iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İkinci mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları e) Birinci in stansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Əliyeva Kəmalə Hüseynbala qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 215 (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 347) ünvanda Cavabdeh1 MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 MMC ilə Əliyeva Kəmalə Hüseynbala qızı arasında bağlanmış 25 fevral 2018-ci il tarixli 1 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, Cavabdeh1 MMC ilə Cavabdeh2 ilə bağlanılmış 28 iyul 2020-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqinə; Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu A.M.Şərif zadə küçəsi 215 (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 347) ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (********** nömrəli qeydiyyat, **********83-05301-083001 nömrəli reyestr) ləğv olunmasına və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 215 (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 347) ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq, həmin sahənin 293 kv.m. hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-78/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd edilmişdir.

24. Birinci instansiya m əhkəməsinin qətnaməsinin əsaslarına görə, iş materiallarına əsasən, iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsini cavabdeh Bəşir İnşaat MMC-dən tələb etmək hüququ olsa da, işin hallarından göründüyü kimi iddiaçı ötən illər ərzində tələb hüququndan istifadə etməmişdir, həmçinin qeyri-yaşayış sahəsinin verilməsi yalnız birgə fəaliyyət haqqında müqavilədə nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə Kəmalə Əliyevaya satılmış və sonuncu da həmin sahəni icarəyə vermişdir. Qeyri-yaşayış sahəsi icarədə olarkən Kəmalə Əliyeva tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 satılmışdır. DƏDRX çıxarışdan da göründüyü kimi qeyri-yaşayış sahəsi hal-hazırda Cavabdeh2 sahibliyində və mülkiyyətindədir. İşin mübahi səsiz halı ondan ibarətdir ki, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi hazırda başqa şəxslərin hüquqlarından azad vəziyyətdə deyildir, belə olduğu halda sahənin hazırki sahibi üstün hüquqlara malikdir. Beləliklə, qeyri-yaşayış sahəsi hal-hazırda Cavabdeh2 mülkiyyətində olduğundan məhkəmə onun üstünlük hüququnu nəzərə alaraq iddia tələbinin əqdlərin etibarsızlığı hissəsində rədd olunması qərarına gəlir. Həmçinin məhkəmə hesab edir ki, işin halları ilə müqavilənin etibarsızlığına səbəb olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmçinin iddiaçının iddia ərizəsində Kəmalə Əliyevanın Cavabdeh1 MMC-nin direktorunun həyat yoldaşı olmasına istinad edərək müqaviləni mübahisələndirməsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə hüquqi şəxsin təsisçisinin ailə üzvləri ilə müqavilə bağlamasına hər hansı bir məhdudiyyət qoyulmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi əqdlərin etibarsızlığı hissəsində əsassız hesab edilərək rədd edildiyindən Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (********** nömrəli qeydiyyat, **********83-05301-083001 nömrəli reyestr) ləğv olunması və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 (yeni qaydalarla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq, həmin sahənin 293 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də rədd edilməlidir. Eyni zamanda, işin müəyyən edilmiş hallarını əsas gö türərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh Bəşir İnşaat MMC-yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir Məhkəmə həmçinin Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş etiraza münasibətdə qeyd etmişdir ki, həmin etirazda iddiaçıya qeyri- yaşayış sahəsinə görə pul vəsaitini ödənildiyi qeyd edilsə də, MMC tərəfindən həmin halı təsdiq edən sənəd, ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh MMC və eləcə də Cavabdeh2 nümayəndəsi və vəkili etirazlarında iddiçının nümayəndəsi tərəfindən verilmiş xx.xx.2011ci il tarixli ərizəyə istinad edərək iddiaçının gələcəkdə heç bir iddia qaldırmayacağı barədə yazılı zəmanət verməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, həmin ərizədə İddiaçı özünə məxsus ünvan 8 ünvanın da yerləşən torpaq sahəsində Cavabdeh1 MMC tərəfindən tikinti işlərinin aparılmasına etirazının olmadığını və bu barədə gələcəkdə iddia qaldırmayacağını bildirmişdir. Göründüyü kimi həmin ərizədə qeyri-yaşayış sahəsinə görə pul məbləğinin ödənilməsi və həmin qeyri-yaşayış sahəsinə görə iddia qaldırılmayacağı qeyd edilməmişdir. Məhkəmə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi qənaətinə gəldiyindən iddia müddətinin tətbiqinin müzakirə edilməsini məqsədəmüvafiq hesab etmir. f) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3852/2023 nömrəli iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərovdan və V.Sadıqovdan ibarət tərkibdə) 2(103)-242/2023 və 2(103)3852/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş mülki işlər üzrə icraat g) Apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-242/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov sədrliyi və məruzəsi ilə, S.Bəhrəmzadə və N.Cəfərov ibarət tərkibdə) iddiaçının apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli və 6 aprel 2023-cü il tarixli qətnamələri ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 215 nömrəli (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 347) ünvanda yerləşən yaşayış binasın ın 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m. (qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Əliyeva Kəmalə Hüseynbala qızı arasında bağlanmış 25 fevral 2018-ci il tarixli 1 nömrəli müqavilənin qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit (təsdiq) edilmiş; Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 215 nömrəli (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 347) ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m. (qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Y/2 nömrəli müqavilənin qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit (təsdiq) edilmiş; Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 215 nömrəliu (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 347) ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m. (qeydə alınan sahə 905.kv.m) olan qeyri- yaşayış sahəsinin 293 m2 hissəsində Cavabdeh2 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilmiş və qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmş; iddia tələbləri qalan hissədə təmin edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə əlaqədar birinci iş üzrə apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 və Əliyeva Kəmalə Hüseynbala qızı üçüncü şəxs qismində işə cəlb olundu və mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 215 (Yeni qaydalarla: AZ1012 Bakı şəhəri Yasamal rayonu X9 küçəsi 347) nömrəli evin 1-ci mərtəbəsindəki Cavabdeh2 mülkiyyətində olan 905 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin faktiki ölçüsü, həmin sahə ilə iddiaçı X4 və Cavabdeh1 MMC arasında bağlanmış və 30 dekabr 2009-cu ildə təsdiq olunmuş müqavilənin 6-cı bəndində nəzərdə tutulan 293 kv. metr qeyri-yaşayış (bax.i.v.10-16) sahəsinin üst-üstə düşüb-düşməməsi, yoxsa ayrı sahə olması, 905 kv. metrdən ibarət qeyri/yaşayış sahəsindən əlavə hər hansı bir ölçüdə boş olan (hansısa şəxsin istifadəsində olmayan) qeyri-yaşayış sahəsinin mövcud olub-olmaması, mövcuddursa, sahəsinin nə qədər olmasının müəyyən edilməsi üçün mə hkəmə tikinti-texniki ekspertizası təyin edərək rəy alınmasını təmin etdi.... İddiaçı ilə cavabdeh MMC arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 30 dekabr 2009-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər. Çünki, müqavilənin şərtlərində müxtəlif müqavilələrə aid elementlər mövcuddur. Başqa sözlə, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də deyil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh MMC öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə, o cü mlədən hüquqdan iddiaçıya zərər vurmaq məqsədilə suiistifadə edərək bundan yayınır. Belə ki, ilk növbədə qeyd olunur ki, birinci iş üzrə məhkəmənin gəldiyi qənaət yanlış olmuşdur. Çünki, mübahisəli ərazidə müqavilə bağlanmamışdan əvvəl iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsi (“İstilik” kafesi) olmuşdur. İddiaçı da mülkiyyətində olan daşınmaz əmlakının əvəzində yeni daşınmaz əmlak əldə etmək üçün birincinin sökülərək yerində yenisinin inşa olunmasına razılıq vermişdir. Demək ki, hazırki mübahisə də iddiaçının mülkiyyətində olan daşınmaz əmlakdan məhrum olması ilə bağlı yaranmışdır. Ona görə də bu mübahisəyə yalnız müqavilədən əmələ gələn öhdəliklərin icra edilməməsi kimi baxılması düzgün olmazdı. Çünki, müqavilənin predmeti müqavilə tərəflərindən birinin mülkiyyətind ə olan əmlaka tam əşya hüququnun itirilməsi müqabilində əldə edilməli olan digər daşınmaz əmlaka tam əşya hüququnun əldə edilməməsi ilə bağlıdır. Bu cür vəziyyətdə iddia müddətinin tətbiqini Mülki Məcəllənin 384.0.4-cü maddəsi açıq-aşkar istisna edirdi.... Bundan əlavə, birləşdirilmiş mülki iş üzrə birinci instansiya məhkəməsi mübahisənin həllinə Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq edərək iddianı rədd edərkən qeyriyaşayış sahəsinin hal-hazırda Cavabdeh2 mülkiyyətində olduğundan onun üstünlük hüququnu nəzərə alıb iddia tələbinin əqdlərin etibarsızlığı hissəsində rədd olunması qərarına gəlmişdir. Bununla əlaqədar, məhkəmə tərkibi qeyd edir ki, fərdi- müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əl indən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçı, həm də cavabdehlər Kəmalə Əliyeva və Cavabdeh2 ilə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız daşınmaz əşyanın dövlət reyestrində hüququn qeydə alınması və sahənin Cavabdeh2 istifadəsində olması əsas götürülməklə həmin müqavilələrin qanuni olması, digər müqavilənin isə nəzərə alınmaması qanuni yanaşma deyildir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlı ola bilər. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər. Lakin hazırki iş üzrə mübahisəli qeyriyaşayış(293 kv.m) sahəsinə dair əvvəlcə Kəmalə Əliyeva, sonra Cavabdeh2la müqavilə bağlanaraq onlara təhvil verilməsi və sonradan Cavabdeh2 mülkiyyətinə keçməsi əhəmiyyətsiz əqd, yəni görünüş üçün bağlanmış əqd nəticəsində baş vermişdir. Bu cür vəziyyətdə məhkəmənin Mülki Məcəllənin 452-ci maddəsinin tələblərini düzgün şəkildə təfsir etməməsi, əlbətdə ki, iddianın əsaslı olmasını istisna etmirdi. Yəni, məhkəmənin qənaətindən belə çıxır ki, artıq iddianın predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alındığı üçün, həmin əmlakın əvvəlcə Kəmalə Əliyevanın, sonra isə onun adına sənədləşdirilməsinə dair müqavilələrin etibarsızlığı tələb edilə bilməz. Başqa sözlə, məhkəmənin yanaşmasına görə, fərdi- müəyyən əşya əhəmiyyətsiz əqd əsasında belə başqa şəxsin mülkiyyətinə verilmişdirsə və bu müvafiq qaydada qeydə alınmışdırsa, deməli, həmin şəxs üstünlük hüququna malikdir və əşya onda qalmalıdır. Ona görə də əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə ə qd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Ona görə də mübahisəli qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 xeyrinə aparılmış qeydiyyat, onun həmin əşya üzərində hüquq əldə etməsinə əsas vermir. Bir daha qeyd olunur ki, İddiaçı 293 kv. metr qeyri-yaşayış sahəsinin dəyərini hələ Cavabdeh1 MMC ilə arasında bağlanmış xx.x x.2009-cu il tarixli müqaviləyə əsasən öz əmlakını təqdim etməklə tam şəkildə ödəyərək, Mülki Məcəllənin 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasının tələbinə görə artıq həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. Eyni zamanda, iddiaçı qeyd olunan əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın Cavabdeh2 verildiyi tarixdən (xx.xx.2021-ci il) əvvəl - xx.xx.2021-ci il tarixdə rəsmi qaydada iddia irəli sürmüşdür. Deməli, İddiaçı öz tələb hüququnu əmlakın Cavabdeh2 mülkiyyətinə verilməsindən əvvəl həyata keçirdiyinə görə üstünlük hüququnu da itirməmişdir. Göründüyü kimi, məhkəmə əvvəlcə əhəmiyyətsiz əqdlərin hal-hazırda mövcud olan hüquqi nəticəsinə qiymət vermiş, lakin müqavilələrin əhəmiyyətsizliyinə hüquqi qiymət verməmişdir. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən hər iki müqavilədə qeyd olunan hallar qüsurlu olmuşdur.... Bundan əlavə, etibarsız olduğu tələb edilən müqavilələrin məzmunu da tərəflər arasında həqiqi mülki hüquq münasibətlərinin yarandığını istisna edir. Çünki, həmin şərtlər daha çox gələcəkdə icra ediləcək öhdəlikləri nəzərdə tutan hallara aiddir və bağlanıldığı tarixə görə həqiqi hüquqi vəziyyəti əks etdirmir. Çünki, işin mübahisəsiz halıdır ki, müqavilələrdə göstərilən tarixlərdə qeyri-yaşayış sahəsi artıq tam hazır vəziyyətdə idi. Hətta Cavabdeh2la olan müqavilədə göstərilən tarixdə qeyri-yaşayış sahəsi artıq uzun müddət ərzində icarəd ə olmaqla fəaliyyət göstərdiyi də işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə “müqavilə tərəflərinə”, xüsusən də sonuncu müqavilə üzrə nə mane olurdu ki, onlar müqavilə şərtlərini həqiqi, puç olmayan mülki hüquq münasibətlərinə uyğun müəyyənləşdirə bilmirdilər. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də cavabını da cavabdehlər inanıdırıcı və ağlabatan şəkildə məhkəmənin diqqətinə çatdırmalı idi, ancaq çatdırmayıb yada çatdıra bilməyiblər. Müqavilələrdə qeyri-yaşayış sahəsinin qiymətinin dəqiq və konkret göstərilməməsi də onların əhəmiyyətsizliyini, yalnız görünüş üçün bağlanıdığını daha da əsaslı edir. Yuxarıda qeyd olunduğu kimi Kəmalə Əliyeva cavabdeh MMC-nin rəhbərinin arvadı olduğundan sonuncunun kifayət qədər yüksək məbləği ödəyib qeyri-yaşayış sahəsini əldə etməsi inandırıcı deyild ir. Əvvəla, buna, yəni alıcıların qeyri-yaşayış sahəsini əvəzli əldə etmələrinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Kəmalə Əliyevanın MMC-nin bank hesabına və ya kassasına hansısa məbləğdə ödəniş etməsi təsdiq olunmur. Müqavilədə qiymət göstərilmədiyi kimi maliyyə arayışında da məbləğ göstərilməyib. Demək, Kəmalə Əliyeva tərəfindən hansısa formada ödəniş etməsi təsdiq olunmur. Cavabdeh2 mübahisə predmeti olan sahəni bilavasitə MMC dən deyil, Kəmalə Əliyevadan ******* (iki milyon dörd yüz min) manata aldığını bəyan etsə də bu hallar da sübuta yetirilməlidir. Düzdü, cavabdeh MMC maliyyə arayışında Cavabdeh2 müqaviləyə əsasən aldığını və borcunun olmadığını qeyd edib. Ancaq bir halda ki, Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsini MMC-dən deyil, Kəmalə Əliyevadan bəyan etdiyi qiym ətə alıb, onda MMC deyil, Kəmalə Əliyeva ona qeyri-yaşayış sahəsinin dəyərinin ödənildiyinə və borcu qalmadığına dair sənəd verməli idi yaxud da qeyd olunan məbləğdə vəsaitin verildiyi hansısa bir sübutla qeydə alınmalı idi. Lakin belə bir sənədin (mədaxil qəbzi və ya orderi) mövcudluğuna dair də məhkəməyə sübut təqdim edilməmişdir. Deməli, əslində müqavilənin əvəzli olmasına baxmayaraq, istər Kəmalə Əliyeva, istərsə də Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri nə MMC-yə, nədə bir-birinə ödənilməmiş, verilmiş maliyyə arayışları isə saxta tərtib edilmişdir. Mübahisələndirilən müqavilələr üzrə Cavabdeh1 MMC-yə pul ödənilib-ödənilməməsinin aydınlaşdırılması məqsədi ilə MMC-nin hesabı olan bankdan məlumat alınması üçün verilən vəsatəti birinci instansiya məhkəməsi təmin etməkdən imti na etsə də, apellyasiya baxışı zamanı həmin vəsatət təmin edildi və "xxxx" ASC tərəfindən verilmiş məlumatda Kəmalə Əiyeva və Cavabdeh2 tərəfindən MMC-nin hesabına qeyri-yaşayış sahəsi ilə əlaqədar hər hansı bir ödəniş edilməsi aşkarlanmadığı göstərilmişdir. Demək, əslində MMC-nin təsisçiçi və direktoru olmuş Qurban Əliyev qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmək üçün bu cür görünüş üçün müqavilələr bağlamışdır ki, onlar da puç əqdlər sayılır. Qeyd olunduğu kimi hər iki müqavilə formal olaraq bağlanılmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakın payçı kimi göstərilmiş Kəmalə Əliyevanın və ya Cavabdeh2 mülkiyyətinə keçməsinə yönəlməmişdir. Başqa sözlə, tərəflərin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmuşdur. Bu cür əqdlər Mülki Məcəllənin 340-cı madd əsinə əsasən əhəmiyyətsiz əqdlərdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdlər heç bir hüquqi nəticə doğurmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən müqavilələr görünüş üçün bağlanan uydurma əqd hesab olunur. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bun unla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən müqavilələrin əhəmiyyətsiz əqd olduğunu iddiaçı iddia edir. Müqavilələrin tərəfi olan şəxslər isə həmin müqavilələri hansısa formada mübahisələndirməyiblər. Demək ki, bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gəlməyəcək. Göründüyü kimi, müqavilələri bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi, yəni 293 kv.metr qeyri yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarmaq istəməmələri açıq-aşkar təsdiq olunur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏR İ a) Kassasiya şikayətinin dəlilləri

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər K.Əliyeva və Nümayəndə3 ondan kassasiya şikayətləri verərək, K.Əliyeva iddia təmin olunan hissədə ləğv edilib, iddianın təmin edilməməsi, Nümayəndə3 qətnamənin ləğv edilərək, iddianın Nümayəndə3 aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

30. Cavabdeh K.Əliyevanın kassasiya şikayətinin dəlillərinə görə, məhkəmənin tərəflərin hüquqi nəticə yaratmamaq niyyəti ilə əqdi bağlaması ağlabatan mühakiməyə uyğun deyil. Belə ki, Nümayəndə3 ilə bağlanmış müqavilədə tərəflərin hüquqi nəticə yaratmaq niyyəti olmasa idi əmlak Farizə təhvil verilməz idi və Farizin faktiki sahibliyində olmazdı. Eyni zamanda işin mübahisəsiz halı da qeyri-yaşayış sahəsi təmir elət dirilmiş və "xxxx" MMC arasında icarə müqaviləsi imzalanmışdır. Məhkəmə yalnız müqavilədə qeyri-yaşayış sahəsinin qiymətinin göstərilməməsinə istinad etmişdir, bu hal isə Əliyeva Kəmalə və Cavabdeh2 ilə bağlanmış əqdlərin özüözlüyündə etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqd hesab olunması üçün də əsas deyildir. Bəxtiyar Məmmədov ilə Cavabdeh1 MMCarasında bağlanmış 30 dekabr 2009-cu il tarixli Razılaşma müqaviləsinin 5.1-ci maddəsinin tələbinə əsasən müqavilə imzalandığı gündən 26 ay müddətində başa çatdırılmalıdır. Yəni tərəflər arasında bağlanmış müqavilənin tələbinə əsaəsn 2012-ci ilin fevral ayının sonuna qədər iş başa çatmalı idi. İddiaçı isə qanunvericiliyin tələbinə əsasən 3 il müddətində 2015-ci il tarixə qədər məhkəmədə iddia qaldırmalı olduğu halda iddia müddətini ötürərək do qquz il sonra iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

31. Cavabdeh Nümayəndə3 kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh qeyriyaşayış sahəsi ilə bağlı əqd bağlayarkən iddiaçının iddia etdiyi hüququnu bilmək imkanında olmamışdır. Bu səbəblə də cavabdehin bağladığı əqdi uydurma əqd hesab etmək uydurma əqdin mahiyyətinə ziddir. Çünki, bir əqdin uydurma olması əqdi bağlayan tərəflərin sonrakı hərəkətləri ilə müəyyən edilir. Belə ki, işin hallarından aydın olur ki, cavabdehlərin sonrakı hərəkətləri bağlanmış əqdin uydurma olmasını istisna edir. Çünki, cavabdeh xx.xx.2020 il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi həmin qeyriyaşayış sahəsini "xxxx" MMC-yə notarial qaydada icarəyə vermiş (xx.xx.2020 tarixdə) və daha sonra həmin əmlakı dövlət reyestr xidmətində qeydiyyatdan ( xx.xx.2021 tarixdə) kecirmişdir. xx.xx.2020 tarixli alqı-satqı müqaviləsi əsasında hüquqi nəticələr yaranmışdır. İddiaçının daşınmaz əmlakla bağlı müqavilədə öhdəliyin icra müddəti müəyyən edilməmiş, lakin müqvilənin müddəti öhdəliyin icra edilməsi anı ilə müəyyən edilmişdir. Bu isə o deməkdir ki, öhdəliyin icra müddəti müəyyən edilməmiş, bu səbəblə də hazırki mübahisə ilə bağlı MM-in 427.2-ci maddəsi ilə tənzimlənməlidir. Beləliklə, iddiaçının tələb haqqı dərhal yarandığına görə, iddia müddəti mütləq qaydada tətbiq edilməli və iddia rədd edilməlidir İddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirilməsini Cavabdeh1 MMC-dən tələb etmək hüququ olsa da, işin hallarından göründüyü kimi iddiaçı ötən illər ərzində tələb hüququndan istifadə etməmişdir, həmçinin, qeyri-yaşayış sahəsinin veri lməsi yalnız birgə fəaliyyət haqqında müqavilədə nəzərdə tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətlərinə qarşı iddiaçının etirazında şikayətlərin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanu n əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 35. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələ r azadlığı; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan ist ifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; Maddə 178.8 (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı an dan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır; Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəti cəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilm iş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsininşərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə ed irlər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərar: “Konstitusiya Məhkəməsinin Plenumu MM-in 384.0.4-cü maddəsi ilə bağlı qeyd edir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkan ı da hər hansı bir müddətlə məhdudlaşdırılmır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktın ın mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.”

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətlərində qətnamənin qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı tələblər təmin olunan hissədə şikayətlərdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

45. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

46. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

47. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

48. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

49. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

50. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanar aq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar).

51. Öhdəliyə əsasən isə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlmə si halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.

52. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.

53. Müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.

54. Bu kontekstdə, kassasiya şikayətlərinə münasibətdə qeyd olunmalıdır ki, şikayətlərin dəlilləri əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 30 dekabr 2009-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsidir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh MMC öhdəliyini yerinə yetirməmişdir. İddiaçı 293 kv.metr qeyriyaşayış sahəsinin dəyərini cavabdeh MMC ilə bağladığı müqaviləyə əsasən öz əmlakını təqdim etməklə, tam şəkildə ödəyərək, artıq həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. Başqa sözlə, müqavilənin predmeti müqavilə tərəflərindən birinin mülkiyyətində olan əmlaka tam əşya hüququnun itirilməsi müqabilində əldə edilməli olan yeni daşınmaz əmlaka tam əşya hüququnun əldə edilməməsi ilə bağlıdır ki, bu vəziyyətdə Mülki Məcəllənin 384.0.4-cü maddəsi iddia müddətinin tətbiqini istisna edir.

55. Həmçinin, iddiaçının mübahisələndirdiyi müqavilələrdə qeyri-yaşayış sahəsinin qiymətinin dəqiq və konkret göstərilməməsi onların uydurma əqd olmasına, yalnız görünüş üçün bağlandığına dəlalət edir. Alıcıların qeyri-yaşayış sahəsini əvəzli əldə etmələrinə dair heç bir mötəbər sübut təqdim edilməməsi bu qənaəti qüvvətləndirir. Odur ki, apellyasiya instansiyası məhkəməsi doğru olaraq bu qənaətə gəlmişdir ki, hər iki müqavilə formal olaraq bağlanmış, tərəflərin niyyət və iradəsi müqavilələrin predmeti olan əmlakın payçı kimi göstərilmiş K.Əliyevanın və ya Cavabdeh2 mülkiyyətinə keçməsinə yönəlməmiş, tərəflərin iradəsi və iradə i fadəsi formal, görünüş üçün olmuşdur.

56. Uydurma əqd əhəmiyyətsizdir, əhəmiyyətsiz əqd bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yarandıqda həmin əqdin əhəmiyyətsiz hesab edilməsi barədə deyil, mövcud əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə müddətindən asılı olmadan iddia qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı, §38).

57. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

58. Göstərilənlər ə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-242/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2 və Əliyeva Kəmalə Hüseynbala qızının kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar