Məhkəmə qərarları › İş №2(102)-7921/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7921/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7921/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı “qarajın arxa hissəsinin cavabdeh tərəfindən naturada bərpa edilməsi” tələbinə dair ilkin, Cavabdeh-nınX1 qarşi hüquqi şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş qarajın boşaldılması və sökülməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsindənCavabdehtərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) İddiaçı Cavabdeh-ya qarşı “qarajın arxa hissəsinin cavabdeh tərəfindən naturada bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh-nın X1 qarşi hüquqi şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş qarajın boşaldılması və sökülməsi barədə tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi 36a nömrəli binanın həyətində yerləşən 86 saylı qaraj adlandırılan özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir. Bak ı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) İddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apel lyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsinin Cavabdeh-nın X1 qarşi hüquqi şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş qarajın boşaldılması və sökülməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh –nın vəzifəli şəxslərinin əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması barədə çıxarılmış xüsusi qərardadın ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh-nə qarşı qarajın arxa hissəsinin cavabdeh tərəfindən naturada bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 36a nömrəli binanın həyətində yerləşən ona məxsus 86 saylı qarajın a rxa hissəsinin naturada Cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı hüquqi şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş qarajın boşaldılması və sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qanunsuz istifadəsində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi 36a nömrəli binanın həyətində yerləşən 86 saylı qarajın boşaldılaraq sökülməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilm əməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon İcraiyyə Komitəsinin sədr müavini E.İbrahimzadənin Bakı şəhəri Nərimanov rayonu 36 saylı Mənzil istismar Kontorunun rəisi M.A.Əliyevə, Rıleyev küçəsi (indiki Ələşrəf Əlizadə küçəsi) 36a saylı ünvanda yaşayan A.Q.Baba-zadəyə və digərlərinə ünvanlandığı 03.11.1988-ci il tarixli məktubdan görünür ki, Rıleyev küçəsi 36a saylı ünvandakı evin sakinlərinin kollektiv ərizəsinə baxılaraq minik avtomaşınlarının saxlanması üçün həyətin hasarı boyunca yüngül metal örtüyündən dam quraşdırılmasına icazə verilmişdir. Həmçinin ünvan 1 ünvanında yaşayan X3 ilə ünvan 2 ünvanında yaşayan İddiaçı arasında bağlanmış 29.12.2001-ci il tarixli müqavilənin surətindən görünür ki, C.C.Əsgərxan ov özünə məxsus ünvan 3 ünvanında yerləşən mənzili 119.000.000 manata İddiaçı satmışdır. Eyni zamanda X3 tərəfindən imzalanmış 26.01.2002-ci il tarixli ərizədən görünür ki, o, ünvan 3 ünvanında yerləşən özünə məxsus mənzili İddiaçı satarkən həmin binanın həyətində yerləşən və özünə məxsus 86 saylı qarajı da sonuncuya satmışdır. Nərimanov rayon MKTB-nin qeyri-yaşayış sahələrindən istismar haqqı üçün 22.06.2018-ci il tarixli və 29.06.2018-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı 2003-2018-ci illər üzrə qaraj haqqı olaraq 48 manat və 2018-ci il üzrə qaraj haqqı olaraq 12 manat ödəmişdir. Qəbzlərdə 36 saylı MKİS ilə bağlanmış 24 saylı müqaviləyə istinad edilmişdir. Bundan başqa Bakı Şəhər icra Hakimiyyətinin Başçısının 26.12.2014-cii il tarixli sərəncamından görünür ki, ünvan 4 ü nvanda yerləşən torpaq sahəsi icarə əsasında yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "Cavabdeh” Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının istifadəsində olan qarajın arxa divarı sökülmüşdür və sonuncu bu söküntünün Cavabdeh tərəfindən aparıldığını bildirərək ilkin iddianı, cavabdeh isə iddiaçının bu qaraja dair hər hansı bir hüquqa malik olmadığını, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26.12.2014-cü il tarixli sərəncamı ilə özünün qeyd edilən əraziyə hüquqlu olduğunu göstərərək qarajın tam sökülməsini tələb edir. Bununla yanaşı işin halları ilə müəyyən edilir ki, işə apellyasiya baxışı mərhələsində qaraj tam sökülmüşdür. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni düzgün olaraq i şin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İddiaçı tələb edir ki, ona məxsus qarajın arxa hissəsi cavabdeh tərəfindən bərpa edilsin. Lakin bu tələb təmin oluna bilməz. Çünki artıq qaraj sökülmüşdür, onun bir divarının-arxa divarının bərpası mümkün deyil. Eyni zamanda məhkəmə qərarı qanuni qüvvəsinə minmədən qaraj artıq cavabdeh tərəfindən söküldüyündən qarşılıqlı iddia da təmin oluna bilməz. Çünki iddia tələbi məhz özbaşına tikilinin sökülməsi barədə məhkəmə qərarının çıxarılması barədə idi və cavabdeh bu qanuni proseduru gözləmədən qarajı öz təşəbbüsü ilə tamamilə sökmüşdür. Mübahisə predmeti söküldükdən sonra cavabdehin qarşılıqlı iddiasının təmin olunması onun hərəkətlərinin qanuniləşdirilməsinə xidmət edəcək. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsində qanunsuz özbaşı na tikilinin sökülməsinin qaydaları müəyyən edilmişdir. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədlər üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh təşkilat məhkəmə qərarı olmadan iddiaçının istifadəsində olan qarajı sökməklə onun mülkiyyət hüququna qəsd etmişdir. Çünki işdən görünür ki, mübahisəli qaraj uzun illərdir iddiaçının istifadəsində olmuş, onun quraşdırılmasına sərf edilən material iddiaçıya məxsus olmuş, iddiaçı onun içərisində özünün şəxsi əmlaklarını saxlamışdır. Hazırkı vəziyyətdə nə qədər ki, ilk iddia ancaq qarajın bir divarının bərpa olunması barədədir və qaraj artıq söküldüyündən həmin divarın bərpası mümkün olmadığından ilk iddia rədd edilməli, eləcə də qarşılıqlı iddia özbaşına tikilinin sökülməsi barədə olduğundan və qaraj artıq məhkəmə qərarı olmadan söküldüyündən həmin iddia da təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilm iş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi cavabdeh təşkilat özünün ehtimal etdiyi pozulmuş hüquqlarının qorumaq üçün məhkəməyə müraciət etsə də, işə məhkəmədə baxılması prosedurlarına riayət etmədən qarajı sökmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddia tələblərini təmin olunması artıq mümkün deyil, iddiaların mahiyyəti üzrə qiymətləndirilməsinə zərurət qalmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək hər iki iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası cavabdehin vəzifəli şəxslərinin əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması barədə çıxarılmış xüsusi qərardadın ləğv edilmə si ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, Mülki Prossesual Məcəllənin 402-ci maddəsndə məhkəmələrin xüsusi qərardadlarından kassasiya şikayəti nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar