Məhkəmə qərarları › İş №2(102)-7922/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7922/2019

11.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7922/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli 2(103)7913/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev, iş 2(008)-7928/2018) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək iddiaçının iki uşağı ilə birlikdə N küçəsində y erləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 14 aprel 2008-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra tərəflər birlikdə N küçəsində yerləşən özbaşına tikilidə yaşamışlar. 2018-ci ilin oktyabr ayında iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kass asiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsin ə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olmaqla orada cavabdeh və valideynləri yaşayırlar. Cavabdeh ailə qurması ilə əlaqədar iddiaçını həmin evə köçürsə də sonradan münasibətlərinin pozulması ilə əlaqədar onu evdən çıxmağa məcbur etmiş, lakin özü həmin evdə yaşamaqda davam edir. İddiaçı mübahisəli evə 2008-ci ilin aprel ayında cavabdehlə ailə qurduqdan sonra köçmüş, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin tələblərinə uyğun olaraq cavabdehin ailə üzvü kimi onunla bərabər yaş ayış sahəsindən istifadə hüququ əldə etmişdir. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdehin hərəkəti nəticəsində iddiaçı yeganə yaşayış vasitəsi kimi istifadə etdiyi yerindən mərhum olunduğundan məhkəmə qanunun analogiyasına əsaslanmaqla Mənzil Məcəlləsi nin 53, 54-cü maddələrinin qüvvəsini tətbiq edərək iddianı təmin etmiş və bu zaman həmçinin hər kəsin hüquq və azadlıqlarına təminat verən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə istinad etmişdir. Mübahisəli ev özbaşına tikili olsa da, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını ödədiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iddiaçının pozulmuş mənzil hüququnun bərpasını təmin etdiyindən qanuni və əsaslı sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar