Məhkəmə qərarları › İş №2(102)-7925/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7925/2019

17.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7925/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili X3 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(103)-10932/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(002)901/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim K.B.Əsədov) İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(103)-10932/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Ələt qəsəbəsi, Salyan yolu küçəsi, 20 “B” saylı evə köçürülməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, sözügedən ev özbaşına tikili olmaqla cavabdehə məxsusdur. O, cavabdehin oğlu X2 ilə 22 iyun 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurub və birgə nikahlarından 11 mart 2010-cu ildə X4, 28 sentyabr 2014-cü ildə X5 adlı uşaqları doğulub. O, X2 ilə ailə qurduqdan sonra mübahisəli evə gəlin köçərək orada yaşayıb. Mübahisəli evin elektrik və qaz təchizatı ilə bağlı sənədləri cavabdehin adınadır. O, həmin evdə bir müddət mübahisəsiz yaşayıb, lakin sonradan cavabdehin ailəyə müdaxilə etməsi nəticəsində aralarında olan münasibətləri pozulub və cavabdeh onu iki azyaşlı uşaqları ilə birlikdə evdən qovub. Bundan sonra o, ailə üzvləri ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalıb. Hazırda isə kirayədə yaşamağa maddi imkanı yoxdur. Cavabdeh isə onu azyaşlı uşaqları ilə birlikdə gəlin gətirdiyi evdə yaşamağa qoymur. Onun istifa dəsində həmin evdən başqa digər yaşayış sahəsi yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLA Rİ Məhkəmə iclasında İddiaçı və vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli evin özbaşına tikili olmaqla cavabdehə məxsus olmasına, özbaşına tikili inşa etmiş şəxslərin və onun ailə üzvlərinin həmin evə hər hansı hüquq, habelə istifadə hüququ əldə etməmələrinə, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikiliyə sonuncunun oğlu X2un arvadı kimi gəlin gətirilsə də, oradan istifadə hüququ əldə etməməsinə, həmin evdə bir müddət yaşadıqdan sonra iddiaçının əri X2la birlikdə evdən könüllü çıxıb getmələrinə və başqa ünvanda yaşamalarına, qüvvədə olan mənzil və ailə qanunvericiliyinə görə ə r-arvaddan başqa digər cinsdən olan kənar şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilməsinə, iddiaçının iddia etdiyi otaqda cavabdehin oğlu X2un yeni ailə qurduğu arvadı X3 ilə birlikdə yaşamasına və hazırda iddiaçı ilə cavabdeh və onun ailə üzvləri arasında münaqişəli vəziyyətin olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 180.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvə la işin mübahisə olunmayan həqəqi hallarından görünür ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 20 “B” saylı ev cavabdeh tərəfindən özbaşına inşa edilməklə, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. 22 iyun 2010-cu il tarixdə iddiaçı rəsmi nikah əsasında cavabdehin oğlu X2la ailə qurub və həmin evə gəlin köçüb və onların həmin evdə birgə nikahından 11 mart 2013-cü il tarixdə X4, 28 sentyabr 2014-cü il tarixdə X5 adlı iki uşaqları doğulub. 09 yanvar 2018-ci il tarixdə iddiaçı ilə cavabdehin oğlu X2 arasında bağlanmış nikah pozulub. Bundan sonra 20 iyun 2018-ci il tarixdə X2 rəsmi nikah əsasında Şəhanə Ramazanova ilə ailə qurub, onların birgə nikahından iki uşaqları doğulub və hazırda onlar da mübahisəli evdə ya şayırlar. Göründüyü kimi özbaşına tikili olsa mübahisəli evin yaşayış sahəsi kimi mövcud olması, iddiaçının 2010-cu ildə həmin evə gəlin köçməsi, həmin evdə cavabdehlə və onun ailə üzvləri ilə birgə yaşayıb, ümumi təsərrüfat aparması işin mübahisə olunmayan hallarıdır və cavabdeh özü də izahatında bu halları inkar etməmişdir. Hazırda iddiaçının tələbi iki azyaşlı uşaqları ilə birlikdə 2010-cu ildə gəlin gəldiyi, cavabdehə məxsus evə köçürülmələri barədədir. İddiaçı tələbini mübahisəli evdə cavabdehin ailə üzvü kimi yaşaması, birgə təsərrüfüt aparması, başqa yaşayış yerinin olmaması ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaya etirazını iddiaçı ilə oğlu X2un ailə münasibətlərinə xitam verilməsi, sonuncunun 20 iyun 2018-ci il tarixdə başqa qadınla, yəni Şahanə Ramazanova ilə ailə qurması, on ların birgə nikahından iki uşaqlarının doğulması, iddiaçının köçüb yaşamaq istədiyi otaqda onların yaşaması, evin özbaşına tikili olmaqla onun tərəfindən inşa edilməsi, eyni zamanda evdə digər ailə üzvlərinin yaşaması və beləliklə də iddiaçı ilə yenidən evdə birgə yaşamalarının qeyri-mümkün olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərini tətbiq etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və ilk növbədə qeyd edir ki, 2010-cu ildə mübahisəli evə köçüb yaşayarkən iddiaçı ilə cavabdeh arasında hər hansı razılaşma, kontrakt bağlanması onlar bunu istəsələr belə mümkün deyildi. Çünki, bu cür razılaşma, kontrakt yalnız mülkiyyətçi ilə bağlana bilərdi. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsinin özünün də müəyyən etdiyi kimi, mübahisəli ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərənc am vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli evin özbaşına tikili olmasını əsas tutub iddiaçının iki uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbini rədd etməklə, əslində cavabdehin və onun ailə üzvlərinin, o cümlədən iddiaçının keçmiş əri X2un da evə münasibətdə iddiaçı ilə bərabər statusa malik olmalarını nəzə rə almamışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, evin faktiki mövcud olmaması, eləcə də evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münas ibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin mübahisəli ev barəsində “gözlənti” hüququna malik olması iddiaçının Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə təminat verilən hüquqlardan məhrum edilməsi üçün əsas olmamalıdır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qan unun analogiyasını istisna etmir. “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə d övlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisəli hüquq münasibətinə qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin 68-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi müzakirə olunmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmə k istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. Bu hal cavabdehin özünün izahatı ilə də inkar olunmur. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, üçüncü halın mövcud olub-olmadığı aydınlaşdırılmalı, iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən nə vaxt, hansı şəraitdə getməsi, evə qayıdıb orada yaşamaq istəyib-istəməməsi, evdə hər hansı əmlakının olub-olmaması bir daha araşdırılmalı, onun və azyaşlı uşaqlarının evdən məhrum edilmələrinin qanuni olubolmamasına düzgün hüquqi qiymə t verilməlidir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, məhrumetmə o, halda qanuni sayıla bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və sair) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əksinə, işdən görünür ki, hüquqi statusuna görə mübahisəli ev özbaşına tikilidir, nə iddiaçının, nə də cavabdehin həmin ev üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir və tərəflər həmin evə münasibətdə faktiki olaraq bərəbər statusda olmuşlar. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdən məcbu ri qaydada çıxarma; sonradan evə buraxmama və sair) ilk gündən qanunsuz olmuşdur və cavabdeh yuxarıda qeyd olunan maddənin qadağanedici tələblərini pozmuşdur və bu gün də pozuntunun nəticələri davam etməkdədir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, konstitusiyanın sözügedən norması birbaşa hüquqi qüvvəyə malikdir və mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddia ərizəsinin rədd edilməsi üçün əsas sayıla bilməz. Çünki, sözügedən evin faktiki mövcudluğu mülki iş materialları ilə istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi özü də bu faktı inkar etməmişdir. Cavabdehin izahatı ilə də müəyyən olunur ki, mübahisəli tikilidən uzun müddətdir ki, yaşayış sahəsi kimi istifadə olunur və həmin tikili faktiki olaraq onun sahibliyində, istifadəs indədir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125- ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsi də həqiqətə nail olmaq üçün məhkəmənin üzərinə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək kimi vəzifələr qoymuşdur. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(103)-10932/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar