Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7932/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh X2 qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 avqust 2019-cu il tarixli qətnaməsindənCavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclası nda baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev) iddiaçı X1 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsindəki 24 saylı evin, 8 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət edilmiş, Cavabdeh X2 qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbi təmin olunmamışdır.. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov, hakimlər İ.Xəlilov və A.İmanov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSAS İYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun ünvan 1 ünvandakı yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehin həmin mənzildən pasport qey diyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 24 saylı evin 8 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 2000-ci ildə evlənmiş, 2004-cü ildə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 24 saylı evin 8 saylı mənzili əldə etmişlər və 2010-cu ildə isə boşanmışlar. Qeyd edilən mənzil birgə nikah dövründə alındığı üçün onların birgə mülkiyyətində olmuşdur. Həmçinin iş materiallarından görünür ki, nikahları pozulduqdan sonra Cavabdeh borcuna görə tutma onun mübahisələndirilən mənzildəki ½ payına yönəlmişdir. Bununla bağlı keçirilmiş 18.02.2014-cü il tarixli açıq hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsindəki 24 saylı evin 8 saylı mənzilin 1/2 hissəsi İddiaçı tərəfindən 30000 manata alınmışdır. Nəticədə cavabdehin həmin əmlak üzərində sərəncam, istifadə və sahiblik hüquqlarına xitam verilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələblərinə görə mülkiyyə t hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqdur. Qanunun mənasından görünür ki, mülkiyyət hüququ sərəncam hüququ ilə birlikdə istifadə və sahiblik hüququndan ibarətdir. Yəni Cavabdeh mübahisəli mənzilin 1/2 hissəsi üzərində olan mülkiyyəti bununla bağlı keçirilmiş hərrac nəticəsində satıldığindan Cavabdeh həmin mənzildə olan 1,2 hissə payı üzərində sərəncam hüquqları ilə yanaşı sahiblik və istifadə hüquqlarına da xitam verilmişdir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, b u da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Hazırki iş üzrə tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı razılaşmanın olduğu müəyyən edilməmişdir. İddiaçının istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun olaraq, ailə münasibətlərinə xitam verildiyindən cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Odur ki məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, i ddiaçı ilə ailə münasibətlərinə xitam verildikdən sonra cavabdehin mənzilin ½ hissəsində olan mülkiyyət hüquqlarına xitam verilmişdir. Belə olan halda Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia ərizəsinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7932/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7932/2019
26.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver