Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-794/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinin boşaldılması, maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(107)-1038/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli, **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qəbələ şəhəri ərazisində 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X6, X8 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AA ******* nö mrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin qərarı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ şəhəri ərazisində cəmi 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-63 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş plan əsasında təhkim edilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinin ərazisindən 0,09 ha satılmış və 1,3725 ha torpaq sahəsi xx.xx.201 2-ci il tarixdə AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********51) yenidən qeydiyyata alınmışdır. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə olunmuş və hər il taxıl əkilmişdir. 2023-cü ildə ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsindən islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərində kiçilmə olması barədə məlumat aldıqdan sonra torpaq sahəsinin ərazisinə daxil olan və qurunt sularının toplanması məqsədilə istifadə olunan xəndəyin doldurularaq Qəbələ bələdiyyəsi tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həyətyanı torpaq sahəsi kimi satıldığını öyrənmişdir. Ona görə də, ailə üzvlərinin üm umi birgə mülkiyyətində olan AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə iddia qaldırılmışdır.
4. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Qəbələ bələd iyyəsinin və AR DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim olunmuş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış və ətrafı daş hasarla çəpərlənmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə ilə üst-üstə düşə bilməz.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2009-cu ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ bələdiyyəsindən alqı-satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafını daş hasarla çəpərləmiş və üzərində iki mərtəbəli fərdi yaşayış evi tik mişdir. İddiaçı tərəfindən ona indiyədək heç bir etiraz bildirilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməz.
6. Məhkəmə qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, müvafiq rəy əldə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyində göstərilmişdir ki, AA 014466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisi mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisi ilə hasarlanmaqla faktiki olaraq başqaları tərəfindən istifadə olunduğu, 913 kv/m hissəsinin isə yol yeri kimi istifadə edildiyi müəyyən edilmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(025)-74/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin olunmuş, İddiaçı məxsus olan AA 014466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1763 saylı ekspert rəyində qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisində yerləşən tikililərin (əhəng daşından inşa edilmiş hasar) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin hesabına müvafiq gələn hissələrdə sö külərək həmin torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Torpaqların alqısatqısına dair” aktı etibarsız olduğundan Cavabdeh3 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 və Cavabdeh2 da eyni əsaslara görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır.
9. Birinci instansiya məhkəməsi möv qeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 144, 152, 238 və 337-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 111-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdehlər аpellyаsiyа şikаyəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Qəbələ bələdiyyəsinin və AR DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim edilmiş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış və ətrafı daş hasarla bağlanmışdır. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. Cavabdeh1 izahatında qeyd etmişdir ki, 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alqı-satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmış və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. İddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alqı- satqı aktı əsasında X1. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmışdır. İddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.04 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. Bundan əlavə, Elvin Rizvanova ayrılmış 0.04 ha torpaq sahəsinə dair AR DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdehlərin ümumiyyətlə ekspertiza təyin edilməsindən, ekspertizanın aparılmasından məlumatları olmamışdır. Ekspetiza onların iştirakları olmadan keçirilmişdir. Ekspert tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi əldə edilməmişdir. Ümumiyyətlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi ekspertiza təyin edilən zaman və ölçü işləri aparılan zaman iştirakı təmin edilməmişdir. Ona görə də hesab edir ki, təkrar tikinti texniki ekspertizası təyin edilməli, ekspertiza keçirilən zaman tərəflərin iştirakları təmin edilməli və ekspertiza keçirilən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı təmin ed ilməlidir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1038/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X2 edən və məruzəçi) X7 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iş üzrə X11 adlı şəxs tərəf deyildir. Cavabdehlər nə özlərinin mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən, nə X9 məxsus heç bir mülkiyyət sənədi təqdim etməmiş, nə də sonuncunun hazırkı işə aidiyyəti ilə bağlı heç bir dəlil göstərməmişlər.
14. Hazırkı iş üzrə iddiaçının adına hal-hazırda qüvvədə olan mülkiyyət sənədi mövcuddur ki, həmin mülkiyyət sənədi ilə iddiaçının mülkiyyə tinə verilmiş torpaq sahəsinin bir hissəsinin (ekspert rəyində dəqiq göstərilmişdir) cavabdehlər tərəfindən zəbt edildiyi xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir.
15. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz.
16. Cavabdehlərin apellyasiya şikayətinin məhkəmə ekspertizası keçirilməsi ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, mülki işin materiallarında xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyi mövcuddur ki, həmin rəylə xüsusi bilik tələb olunan suallara cavab verilmişdir.
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən mütəxəssis rəyinin götürülməsi ilə bağlı hissədə isə kollegiya qeyd etmişdir ki, mülki işin materiallarında 9 saylı Qəbələ Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tarixli məktubu mövcuddur ki, həmin məktubda göstərilmişdir ki, “Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş **********51 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin cizgisində göstərilmiş torpaq sahəsi ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq bildirilirməlidir ki, bu kimi problemlərin həlli məqsədil ə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbir lər Planı”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Qəbələ rayonu Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə layihələr tərtib olunmuş və hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsi təmin olunur. Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdə və elektron kadastr məlumat bazasına daxil edildikdən və yerində dürüstləşdirmə işləri aparıldıqdan sonra qeyd olunan məsələ həllini tapacaqdır.
18. Kollegiya qeyd etmişdir ki, mütəxəssisin rəy verməməsinə baxmayaraq, ekspert tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilərək, müvafiq ölçü işləri aparılmaqla rəy verilərək xüsusi bilik tələb olunan suallar izah edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(107)-1038/2024 nömrəli qərardadı ilə məhkəmə ekspertizası keçirilməsindən imtina edilmişdir.
19. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, cavabdehlər onlara Bələdiyyənin qərarı ilə verilmiş torpaq sahələrini dövlət reyestrində qeydiyyata aldırmaq üçün müraciət etmiş, onlara dürüstləşdirmə işlərinin aparılması səbəbindən mülkiyyət sənədi verilmədiyi izah edilmişdir.
20. Kollegiya hesab etmişdir ki, mübahisəli torpaq sahəsi rəsmi olaraq qüvvədə olan mülkiyyət sənədinə əsasən iddiaçının mülkiyyətində olmaqla cavabdehlər tərəfindən istifadə edildiyi təsdiq olunur.
21. Belə bir halda, dürüstləşdirmə işlərinin qeyri-müəyyən vaxtda tamamlanmasından asılı edilməklə mülkiyyət sənədləri təqdim edilmədən iddiaçının mülkiyyətində olan cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin cavabdehlərə bələdiyyə qərarı ilə verildiyi iddia edilən torpaq sahələri ilə üst-üstə düşməsi ehtimalına görə iddiaçının hazırkı vəziyyətdə sübutlarla təsdiq edilməklə müəyyən olan hüquqları pozula bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehlər kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin torpaq sahələrinə gözlənilən mülkiyyət hüququnun olmasını, cavabdehlərin torpaq sahəsinin vicdanlı əldə edəni və istifadə edəni olmasını nəzərə almamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Qəbələ rayon sakini Cavabdeh3 Sahil oğluna fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin tarixdən etibarən satılmış torpaq sahəsi müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla, torpaq sahəsinin müvafiq yerquruluşu planı təsdiq edilməklə Cavabdeh3 Sahil oğluna təhvil verilmişdir. Həmin tarixdən bu günə kimi torpaq sahəsi mübahisəsiz olaraq Cavabdeh3 Sahil oğlu tərəfindən istifadə edilmişdir. Həmçinin Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarına əsasən bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Qəbələ rayon Əmirvan kənd sakini Cavabdeh1 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin tarixdən etibarən satılmış torpaq sahəsi müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla, torpaq sahəsinin müvafiq yerquruluşu planı təsdiq edilməklə Cavabdeh1 təhvil verilmişdir. Həmin tarixdən bu günə kimi torpaq sahəsi mübahisəsi z olaraq Cavabdeh1 tərəfindən istifadə edilmişdir. Eyni zamanda, Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarına əsasən bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Qəbələ rayon Əmirvan kənd sakini X10 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin tarixdən etibarən satılmış torpaq sahəsi müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla, torpaq sahəsinin müvafiq yerquruluşu planı təsdiq edilməklə X10 təhvil verilmişdir. Həmin tarixdən bu günə kimi torpaq sahəsi mübahisəsiz olaraq X13 tərəfindən istifadə edilmişdir. Daha sonra, X13 həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin üzərində sərəncam verilməsi barədə hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh2 etibarnamə vermişdir
24. Cavabdehlərin ümumiyyətlə ekspertiza təyin edilməsindən, ekspertizanın aparılmasından məlumatları olmamışdır. Ekspetiza onların iştirakları olmadan keçirilmişdir. Ekspert tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi əldə edilməmişdir. Ümumiyyətlə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi ekspetriza təyin edilən zaman və ölçü işləri aparılan zaman iştirakı təmin edilməmişdir. Ona görə də, təkrar tikinti-texniki ekspertizası təyin edilməli, ekspertiza keçirilən zaman tərəflərin iştirakları təmin edilməli və ekspertiza keçirilən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir.
25. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən müvafiq vəsatətlə müraciət edilərək mülki iş üzrə təkrar məhkəmə tikinti texniki ekspetizası təyin edilməsi, ekspertiza keçirilən zaman tərəflərin iştirakları təmin edilməsini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən mütəxəssis rəyinin götürülməsi və ekspert qarşısında müvafiq sualların qoyulması xahiş edilmiş, lakin məhkəmə tərkibi vəsatəti təmin etməmişdir.
26. Hazırkı vəziyyətdə haqlı olaraq suallar yaranır ki, əgər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəddə olan koordinatları müəyyən edilə bilmədiyi bir vəziyyətdə ekspert hazırkı iş üzrə necə rəy verə bilib və həmin rəy işə baxan məhkəmələr tərəfindən necə mötəbər sübut kimi qəb ul edilib.
27. Eyni zamanda birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, Qəbələ şəhəri ərazisində yerləşən 0,06 h torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli «Torpaqların alqısatqısına dair» Aktı etibarsız olduğundan Cavabdeh3 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 və Cavabdeh2 da eyni əsaslara görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə tərkibi də məhkəmənin həmin qənaəti ilə razılaşmışdır. Halbuki Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamənin 17-ci b əndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünün hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini aparır və həmin yerin planı və ölçüsünü sah ənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 06 may 2002-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Əsasnamənin 17, 18, 19, 21 və 22-ci bəndlərində nəzərdə tutulmuş “icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Yuxarıda sadalanan maddi hüquq normalarını n tələblərindən görünür ki, vətəndaş ona torpaq sahəsinin ayrılması üçün yalnız ərizə ilə bələdiyyəyə müraciət etməlidir Qanunverici torpaq sahəsinin ayrılması barədə vətəndaşın üzərinə müraciət etmək öhdəliyin qoyduğu halda, digər öhdəlikləri inzibati orqanların üzərinə qoymuşdur. Belə ki, bələdiyyə fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün DT və XK-nin yerli qurumuna göndərməli, sonuncu 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı dəqiqləşdirməli, habelə həmin torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barə də sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərməlidir. Bundan sonra bələdiyyə DT və XK-nin yerli qurumundan daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-c maddəsinə əsasən Göründüyü kimi, cavabdehlərin etimadı Qəbələ Bələdiyyəsinin qərarlarına əsaslanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinə əsasən inzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədi ilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olu nan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş materiallarına əlavə olunmuş sənədlərdən və digər sübutlardan göründüyü kimi Qəbələ rayon Qəbələ Bələdiyyəsinin yuxarıda qeyd edilən hər 3 qərarı hal-hazırda qüvvədə olmaqla ləğv edilməmiş, bununla da, cavabdehlərin həmin torpaq sahələrinə gözlənilən mülkiyyət hüquqları mövcud olmaqda davam etmişdir.
28. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Hazırkı vəziyyətdə işin mübahisəsiz halı iddiaçının guya zəbt olunduğunu iddia etdiyi torpaq sahələrinin 2007-ci ildən cavabdehlərin qanuni istifadələrində olmasından ibarətdir.
29. Hazırki məqamda sual yaranır ki, əgər həqiqətən də, iddiaçının torpağı cavabdehlər tərəfindən istifadə edilirdisə iddiaçı 2007-ci ildən bu günə kimi (təxminən 17 il ərzində) niyə susmuş, cavabdehlərə hər-hansı bir etiraz bildirməmişdir. Hətta güman (güman etməkdən başqa sübut yoxdur) edilsə ki, cavabdehlər iddiaçının torpağından istifadə edirlər cavabdehlərin onun susması nəticəsində pozulan hüquqlarının bərpası necə olacaqdır.
30. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvən ərək müvafiq vəsait qoymuş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki mülkiyyətçinin icazəsi ilə torpaq sahəsində yaxşılaşdırma işləri görmüş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
31. Qanunvericiliyin tələbinə görə məhkəmə qətnaməsi qanuni olmaqla bərabər həmçinin də, anlaşılan olmalıdır. Hazırkı qətnamədə isə zəbt olunduğu iddia edilən 1056 kv/m torpaq sahə sinin hansı hissəsinin cavabdehlərdən hansı tərəfindən istifadə edilməsi, hansı ölçüdə tikilinin hansı cavabdeh tərəfindən sökülməli olması öz əksini tapmamışdır Bu hal da, öz-özlüyündə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyin natamamlığına dəlalət edir ki, əgər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən müvafiq olaraq mütəxəssis rəyi alınsa idi, bu anlaşılmazlıqların heç biri olmayacaqdı. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.
33. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və müvafiq olaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Lakin cavabdehlərin mübahisəli t orpaq sahəsinə dair heç bir hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hal-hazırda iddiaçının mülkiyyətində olan və cavabdehlər tərəfindən zəbt edildiyi ekspert rəyi və işin digər halları ilə sübuta yetirilən torpaq sahəsinə dair çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü” vardır. Həmin Çıxarış qüvvədədir və cavabdehlərin şikayətlərinin heç bir hüquqi əsası yoxdur. Hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyridəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunma masını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
34. Ekspert rəyində cavabdehlərin iddiaçıya məxsus torpaq sahələrini zəbt etdiyi göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
36. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
37. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
38. Maddə 152.5. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmas ın.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
41. Maddə 239.2. Fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
42. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərdir.
44. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
46. Maddə 67, 4-cü hissə. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
47. Maddə 111, 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
48. Maddə 111, 3-cü hissə. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (o rada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilm iş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
61. Belə ki, hazırkı mübahisə üzrə iddiaçı iddia edir ki, cavabdehlər mulkiyyətində olan torpaq sahəsinin müxtəlif hissələrini zəbt edərək orada tikililər inşa etmişdir. Bu əsaslar la o, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsini tələb etmişdir.
62. Cavabdehlər iddiaya etiraz edərək bildirirlər ki, onlara torpaq sahəsi bələdiyyə tərəfindən verilmiş, torpaq ayrıma sənədləri mövcuddur, torpaq sahəsi onlara müvafiq dövlət orqanı tərəfindən tərtib edilmiş ayrıcı aktlara əsasən təhvil verilmişdir. Torpaq sahəsini uzun müddət əvvəl əldə etdiklərini, bu müddətdə torpaqdan istifadəyə və aparılmış tikiliyə iddiaçının hər hansı etirazının olmadığını göstərmişlər.
63. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi və apellyasiya instansiya məhkəməsinin razılaşdığı işin hallarına görə Qəbələ şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Torpaq ların alqı-satqısına dair” aktı etibarsız olduğundan Cavabdeh3 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 və Cavabdeh2 da eyni əsaslara görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır.
64. Məhkəmə tərkibi aşağı instansiya məhkəmələrinin göstərilən mövqeyi ilə razılaşmır.
65. Belə ki, birinci instansiya məhkəməsində işin mahiyyəti üzrə baxılması zamanı mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuş, lakin rəy verilməsindən imtina olunmuşdur. İmtinada göstərilir ki, “Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı iddiaçının adına tərtib edilmiş **********51 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyə tinə verilmiş 1,3725 hektar torpaq sahəsinin cizgisində göstərilmiş torpaq sahəsi ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır.... Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən və yerində dürüstləşdirmə işləri aparıldıqdan sonra qeyd olunan məsələ həllini tapacaqdır.
66. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert rəyində göstərmişdir ki, AA 014466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyd olunmuş pl anda (şəkil:1;2) işarələnmiş 1056 kv.m. ərazisi mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisi ilə hasarlanmaqla faktiki olaraq başqaları tərəfindən istifadə olunduğu, 913 kv.m. hissəsinin isə yol yeri kimi istifadə edildiyi müəyyən edilmişdir
67. Göründüyü kimi ekspert tərəfindən tədqiqat yalnız iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Halbuki, cavabdehlər iddiaya etirazlarında, apellyasiya və kassasiya şikayətində torpaq sahəsinin onlara bələdiyyə qərarı ilə ayrılması və müvafiq torpaq ayırma sənədlərinə malik olmalarını göstərmişlər. Eyni zamanda qeyd etmişlər ki, ekspert tədqiqatı zamanı onların malik olduqları hüquqmüyyənedici sənədlər tələb olunmamış, ekspertiza tədqiqatında iştirakları təmin olunmamışdır.
68. İlkin olaraq qeyd edilməlidir ki, ekspert rəyi və həmin rəy əsasında məhkəmənin gəlmiş olduğu nəticəsi anlaşılmaz və zidiyyətlidir. Belə ki, iddiaçı iddia tələbində hər bir cavabdehə münasibətdə zəbt olunması ehtimal etdiyi sahələrin ölçülərini göstərmiş, tələbində isə cavabdehlərin 0,18 ha torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir.
69. Ekspert rəyi ilə isə faktiki olaraq hər bir cavabdehin istifadəsində olan torpaq sahəsinin faktiki ölçüləri, onların torpaq ayrıma sənədlərinə uyğun olub-olmaması və iddiaçının iddia etdiyi sahələrin cavabdehlərin istifadə və sahibliyində olan sahələrlə hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşüb-düşməməsi müəyyən edilmədən qalmışdır.
70. İşə baxan məhkəmələrin mövqeyinə görə iddiaçının iddia etdiyi sahənin bir hissəsi cavabdehlərin istifadəsində olmaqla, digər hissəsindən isə ümümi yol kimi istifadə olunur. Belə olan halda digər sahə üzrə (ümumi yol kimi istifadə edilən) cavabdehlərin tələbə cavab verən şəxs olması aydınlaşdırılmamış qalmışdır.
71. Digər tərəfdən cavabdehlər etirazlarında göstərirlər ki, onlara torpaq sahəsi bələdiyyə qərarı əsasında ayrılmış və müvafiq reyestr orqanının tərtib etdiyi ayrıcı akt əsasında torpaq sahələri onlara təhvil verilmişdir. Məhz təhvil alınan andan torpaq sahələri onların istifadəsindədir.
72. Belə olan halda işin faktiki hallarını aydınlaşdırmaq səlahiyyətinə malik olan məhkəmələr, ilk əvvəl mübahisə edilən torpaq sahəsinin kənd təsərrüfat təyinatlı və ya yaşayış məntəqəsi torpaqlarına aid olub-olması yoxlanmalı, cavabdehlərə ayrılmış torpaq sahələrinin bələdiyyə fonduna aid torpaq sahəsinin daxilində yerləşib-yerləşməm əsi müəyyən edilməklə (bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədinin əlavəsi olan ayrıcı akt üzrə tədqiqat aparılmaqla), iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin ilkin torpaqayırma sənədlərinə uyğunluğunun yoxlanılması, cavabdeh tərəfə torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılması nəzərə alınaraq bələdiyyənin və təhvil aktını tərtib edən orqanın müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb olunması müzakirə edilməklə onların iştirakı ilə müvafiq prosessual hərəkətlərin aparılması təmin olunmalı idi.
73. Digər tərəfdən məhkəmələr nəzərə almalı idi ki, reyestr orqanının mütəxəssisləri mövcud olan koordinatlar əsasında rəy verilməsini mümkünsüz hesab etmişlər, belə olan halda ekspertin həmin koordinatlar üzrə verdiyi rəydə gəldiyi nəticələrinin işdə olan d igər sübutlarla birlikdə qiymətləndirməsi zəruri olmuşdur, lakin apellyasiya instansiya məhkəməsi belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir. Bu halda nəzərə almalıdır ki, mütəxəssis qarşısında qoyulan suallara cavab verilməməsi cavabdehlərin dəlillərinin əsassız olması demək deyildir, onların dəlillərinin araşdırılmasına təşəbbüs göstərilməməsi müdafiə olunmaq hüququnun pozulmasıdır.
74. Ümumi götürülsə iddiaçının tələbi məhz mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlıdır, bu halda isə həm iddiaçının, həm də cavabehlərin dəlilləri üzrə torpaq sahəsinin faktiki vəziyyəti onlara verilmiş hüquqmüəyyənedici sənədlərdəki koordinatlara uyğun olmasının yoxlanmasını zəruri etmişdir. 75. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azə rbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.
76. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır.... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
77. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir.... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
78. Göründüyü kimi, dövlət kadastrındakı məlumatlar torpaq sahəsinin kəmiyyət, yəni ölçüsü, yerləşməsi kimi məlumatları da əhatə edir. Bu məlumatlar isə hazırki halda, tərəflərin adlarına tərtib olunan sənədlərdəki koortinatlarla müəyyən olunur.
79. Ümumiyyətlə, qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətində 0,18 ha kənd təsərrüfatlı torp aq sahəsinin zəbt olunduğunu bildirsə də, məhkəmə araşdırmaları nəticəsində toplanmış sənədlərlə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmasını müəyyən etmək mümkün olmur. Yəni torpaqların faktiki vəziyyətində sürüşmələrin olmasının müəyyən olunması baxılan iş üzrə əhəmiyyətli haldır. Nəzərə alındıqda ki, cavabdehlərə torpaq sahəsi 2007-ci ildə ayrılmışdır, həmin vaxtdan torpaq sahəsi onların istifadəsindədir, bu müddət ərzində iddiaçının tələb irəli sürməməsinin səbəbləri aydınlaşdırılmalıdır.
80. Torpaq sahələrinin cavabdelərin istifadəsində uzun müddət olması və həmin müddət ərzində iddiaçının bu vəziyyəti görməsi və susmasından sonra baxılan iş üzrə tələbi irəli sürməsi onun hüququndan sui-istifadə etməsinə səbəb ola bilər. Lakin, apellyasiya məhkəməsi hazırkı idd iaya hüquqdan sui-istifadə hallarına yol verilibverilməməsi baxımından hüquqi qiymət verməmişdir.
81. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan suiistifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərk ən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).
83. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ə dalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli üçün iddiaçının və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri və koordinatları müəyyən olunmalı, həmin məlumatların tərəflərin hər birin verilən texniki sənədlərdəki məlumatlara uyğun olub-olmaması araşdırılmaqla, iddiaçının torpaq sahəsinin tam və ya hər hansı hissədə cavabdehlər tərəfindən zəbt olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməlidir.
85. Bununla yanaşı işə baxan məhkəmələr qeyd etmişlər ki, Qəbələ bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” akt etibarsız olduğundan həmin əmlaka mül kiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişlər.
86. Bu nəticəyə gələrkən işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr nəzərə almamışlar ki, iddiaçı cavabdehlərin torpaq sahəsini əldə edilməsi əsası olan alqı-satqı aktlarını mübahisələndirməmiş, iddiaçı cavabdehlərin istifadəsində olan torpaq sahəsinin tam hissəsinin ona aid olmasını iddia etməmişdir. Məhkəmələrin gəlmiş olduğu nəticəsindən aydın olmur ki, torpaq sahəsinin əldə edilməsinin əsası olan alqı-satqı aktı hansı əsasla etibarsız hesab edilmişdir. Halbuki, məhkəmələrin hər bir cavabdehin mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqlarının yaranması halına düzgün hüquqi qiymət vermək vəzifəsi olmuşdur.
87. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranı ş həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.
88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını tə şkil edir
89. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
90. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna et mir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı).
91. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur.
92. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmas ına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).
93. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olub- olmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlay ışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).
94. Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər. Belə ki, bu konstitusiya təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə, məhkəmə aktı qanunsuz hesab edilə bilər. (Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).
95. Eyni zamanda, müəyyən edilmişdir ki, Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarına əsasən bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Qəbələ rayon Əmirvan kənd sakini X10 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsinin satılması qərara alınmış, torpaq sahəsinin müvafiq yerquruluşu planı təsdiq edilməklə X10 təhvil verilmiş və istifadə edilmişdir. Bundan sonra X13 həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin üzərində sərəncam verilməsi barədə hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh2 etibarnamə vermişdir.
96. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, iddiaçı tələbini torpaq sahəsini müvafiq hüquqi sənədlər əsasında əldə edən şəxsə qarşı deyil, onun təmsilçisinə qarşı irəli sürmüşdür. İşə baxan məhkəmələr isə tələbin təmsilçiyə qarşı yönəldilməsinin və torpaq sahəsi ayrılmış şəxsin işə cəlb edilməsinin mümkü nlüyünü tərəflərlə birlikdə müzakirə etməmişdir.
97. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
98. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
99. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
100. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
101. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
102. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələ rinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
103. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(107)-1038/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir