Məhkəmə qərarları › İş №2(102)-7940/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7940/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7940/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-1 885/2019, hakim T.C.Xəlilova) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh 10500 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi qət edilmiş,Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı 350 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9631/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov, X.Ə.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia rədd edilmiş, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətna mədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ilkin iddia hissəsində ləğv edilərək ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 28 yanvar 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.500 ABŞ dolları borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh da qarşılıqlı iddia qaldıraraq İddiaçı 6000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qə tnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdaifə edərək təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhk əməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk və qarşılıqlı iddianın əsasını pul tələbi təşkil edir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddianın rədd edilməsi hissəsində mübahisələndirilir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ev almaq üçün yığdığı 40.000 ABŞ dollarını saxlamaq üçün 2006-cı ilin noyabr ayında qardaşı Cavabdeh vermişdir. Bir müddət sonra o ev tapmış və həmin evi almaq üçün qardaşına verdiyi pulu geri istəmiş, həmin məbləğdən 29.500 ABŞ dolları qaytarılmış, sonuncuda 10.500 ABŞ dolları qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan ist ifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Bu halda iddiaçı ilk növbədə cavabdehdən tələb etdiyi pul məbləğini cavabdehə saxlaması üçün verdiyin i sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinəəsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi araşdırılmış sübutlar məcmusu ilə müəyyən etmişdir ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar