Məhkəmə qərarları › İş №2(102)-7942/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7942/2019

26.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7942/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, Cavabdeh1iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 12 saylı notariat kontorunun notariusu X2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödəniməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli qətnaməsindənİddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məh kəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 12 saylı notariat kontorunun notariusu X2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödəniməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) iddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmişdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 12 saylı notariat kontorunun notariusu X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri 12 saylı notariat kontorunda bağlanmış 3M-1031 reyestr nömrəli 30 noyabr 2015-ci il tarixli 12.841 manat məbləğində kredit müqaviləsinin etibarsız hesab edilməsi, mənə vi zərərə və işgüzar nüfuza vurulmuş zərbəyə görə cavabdehdən 1.000.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında bağlanmış 30.11.2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən borc alana 12841 manat məbləğində pul borc vermiş, bo rc alan krediti 01.02.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış 06.06.2017-ci il tarixli məktubdan görünür ki, 30.11.2015-ci il tarixli təsdiq edilmiş kredit müqaviləsinə əsasən Hacıyev X1ndan aldığı 12841 manat məbləğdə borcu qaytarmağa dair götürdüyü öhdəliyi bu günədək yerinə yetirməmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış 14.06.2017-ci il tarixli, məktubdan görünür ki, sonuncuya 30.11.2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə dair yaranmış mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əq d mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1 -ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlan an əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 347.1 -ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə kollegiyası iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tələbininin əsası kimi, Cavabdeh1lə 30.11.2015-ci il tarixli kredit müqaviləsinin, aralarında olan işgüzar münasibətlərdən yaranmış öhdəliklərin təminatı qismində bağlandığına istinad etsə də, bunu təsdiq edən, sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər arasında işgüzar münasibətlərin mövcudluğu, onlar arasında borc münasibətlərinin mövcudluğunu istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əq din etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi 30.11.2015-ci il tarixdə tərəflərin iştirakı ilə notariat kontorunda bağlanmış və tərəflər həmin müqaviləni öz imzaları ilə təsdiq etmişlər. Bu isə onu deməyə əsas verir ki, İddiaçı kredit müqaviləsini əhəmiyyətsiz əqd olaraq müqavilə bağlandığı andan 1 il müddətində, müqavilənin vacib əhəmiyyətli yanılma nəticəsində bağlandığına görə isə 1 ay müddətində mübahisələndirə bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 12 s aylı notariat kontorunun notariusu X2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin iddiaçı cavabdehdən mənəvi zərər və işgüzar nüfuzun ləkələnməsinə görə ******* manat məbləğində pul vəsaitinin tutulmasını tələb etsə də, iddia tələbinin bu hissəni əsaslandırmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər, onun işgüzar nüfuzun ləkələnməsi ilə bağlı hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir. Odur ki, iddia tələbini maddi və mənəvi zərərin əvəzi qismində ******* manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində də təmin etməyən birinci instansiya məhk əməsinin qətnaməsinibu hissədə də dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar