Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7945/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)2635/2019 saylı qətnaməsindən Cavabdeh1qulu oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(007)-344/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Nuriyev) iddiaçılar İddiaçı 1 və İddiaçı2 Cavabdeh1qulu oğluna qarşı “təmir xərclərinə görə pulun tutulması” barədə ilk iddia ərizəsi qismən təmin, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “mənzilin əvvəlki vəziyyətə gətirilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh1 təmir xərclərinə görə 14.735 manat pulun tutulub İddiaçı1 və İddiaçı2 verilməsi və qalan hissədə ilk iddia ərizəsinin rədd edilməsi qət olunub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)2635/2019 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “təmir xərclərinə görə pulun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onların xeyrinə Bakı şəhəri, XXX rayonu, XXX küçəsi, 17 saylı binanın 295 “A” saylı mənzilinə çəkilmiş 57.000 manat təmir xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş ediblər və tələblərini onunla əsaslandırıblar ki, onlar xxxx” MMC ilə 21 may 2013-cü il tarixdə müqavilə bağlamaqla, Bakı şəhəri, XXX rayonu, XXX küçəsi, 17 saylı binanın 295 “A” saylı mənzilini, müqavilədə 25.000 manat göstərilməsinə baxmayaraq, əslində 40.000 manat ödəməklə almışlar. Həmin tarixdən etibarən mənzil onlartərəfindən əsaslı şəkildə bütün kommunal şəraitlə təchiz olunmaqla təmir olunmuş və həmin ildən etibarən bu günə kimi ailələri ilə həmin mənzildə yaşayırlar. Mənzil alındıqda tam təmirsiz vəziyyətdə olmuş, mənzilə bu günə kimi onlar 57.000 manat məbləğində təmir və quraşdırma işləri üçün pul xərcləmiş, mənzili tam yaşayışa və istifadəyə yararlı vəziyyətə gətirmişlər. Zəruri sənədlərə baxanda da təsdiq olunur ki, bina qanuni əsaslarla “xxxx” MMC-yə məxsus olmuş və MMC sərəncam vermək hüququndan da istifadə etməklə onlarla müqavilə bağlamış və mənzili ilkin olaraq onlara təhvil verməklə sahibliyinə vermişdir. Mənzili alarkan mənzilə dair başqa bir şəxslə müqavilənin mövcud olmasını bilməmiş, artıq mənzili təmir edib köçüb yaşadıqda bu barədə öyrənmiş, həmin ərəfədə də MMC-nin ofisinə gedib rəhbərliyə müraciət etmişlər ki, məsələyə aydınlıq gətirsin. MMCnin ofisində mənzilin “xxxx” MMC-nin balansında olma sı barədə sənədlərlə onlar tanış edilmiş, həmçinin mənzilin “xxxx” MMC-yə qaytarılması barədə XXX Rayon Məhkəməsinin qətnaməsi ilə tanış edilmişlər. Qeyd olunan faktları bildikdən sonra mənzildə yaşamağa davam etmiş, mənzilin mübahisəli olduğunu bilməmiş, vicdanlı alıcı olaraq mənzilin dəyərini tamödəməklə mənzili almış və boş vəziyyətdə mənzili təhvil alıb külli miqdarda vəsait xərcləməklə təmir edib köçüb yaşamışlar. Eyni zamanda Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “mənzilin əvvəlki vəziyyətə gətirilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildə İddiaçı1 və Sinaxanım Kasumov tərəfindən aparılmış təmir işlərinin nəticələrinin onların öz hesabına sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini onunla əsasland ırıb ki, İddiaçı1 və XXXnın həmin puldan məhrum olmasının səbəbi onun hər hansı hüquqazidd və ya təqsirli hərəkəti deyil. Onlara belə bir maddi zərər dəyməsinin səbəbi yalnız digər cavabdeh “xxxx” MTK qanunsuz hərəkətləri olmuşdur, çünki “xxxx” MTK ilə İddiaçı1 arasında qanunsuz olaraq sözügedən mənzilin alqı-satqısına dair müqavilə bağlanılmış və mənzil İddiaçı1 qanunsuz satılmış, bundan sonra sonuncu tərəfindən mənzildə təmir işləri aparılmışdır. Göründüyü kimi sözügedən mənzil onun tapşırığı və ya digər hər hansı göstərişi, eləcə də razılığı əsasında təmir olunmamışdır. Belə olan vəziyyətdə isə o, ilk iddiaya cavab verməli olan şəxs olmadığından ilk iddia tələbi ona münasibətdə rədd olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLL ƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməs i Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ilk iddia ərizəsinin qismən təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi üçün əsasların olmasına, ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.6, 157.7-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, XXX rayon məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 “xxxx” MMC və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və digər tələblər barədə iddiası qismən təmin edilərək, “xxxx” MMC ilə XXX arasında bağlanmış 21 may 2013-cü il tarixli “mənzil alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi, XXX və İddiaçı2 Bakı şəhəri, XXX rayonu, XXX küçəsi, 2347-48 saylı məhəllədə yerləşən yaşayış binasının 3-cü giriş, 17-ci mərtəbəsində, 1 otaqlı, 295 “A” saylı mənzildən əşyaları ilə birlikdə məcburi qaydada çıxarıl maları, həmin mənzilin Cavabdeh1 təhvil verilməsi, “xxxx” MMC 25.000 manat pulun tutulub Takhir Kasımova ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh1 iddiasına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə “xxxx” MMC ilə XXX arasında mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış 21 may 2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, İddiaçı1 və XXXnın həmin mənzildən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması, mənzilin Cavabdeh1 təhvil verilməsi qət edilib. Həmçinin mülki iş materialları ilə müəyyən olunur ki, mənzil İddiaçı1 və XXXnın istafasində və sahibliyində olduğu müddətdə onlar həmin mənzildə təmir işləri görm üşlər. Hazırda İddiaçı1 və XXX mənzildə gördükləri təmir işlərinə görə Cavabdeh1 57.000 manat məbləğində pul tələb edir, sonuncu isə, bir tərəfdən İddiaçı1 və XXXnın mənzilin mübahisəli olduğunu bildiklərini, həmin mənzilə münasibətdə vicdanlı sahib olmadıqlarını və buna görə də təmir işləri aparmaqda haqlı olmadıqlarını, digər tərəfdən isə, hətta İddiaçı1 və XXXnın Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozisiya şərtləri daxilində vicdanlı olmaları ehtimal edilsə belə, ən azı onlar ayırılması mümkün olan yaxşılaşmalarını (qapı, pəncərə) özləri ilə apara bilmələrini bildirir. Eləcə də Cavabdeh1 İddiaçı1 və XXX tərəfindən edilmiş təmiri bəyənmədiyini, təmirin köhnəldiyini, məhz buna görə də mənzilin əvvəlki vəziyyətə gətirilməsini onlardan tələb etdiyini iddia edir. Məhkəmə Ekspertizası Mə rkəzinin 04 sentyabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, XXX rayonu, XXX küçəsində yerləşən 17 saylı binanın 295 “A” saylı mənzilində aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 14.735 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tə ləb edə bilər (Mülki Məcəllənin 157.6, 157.7-ci maddələri). Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərur vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmadlıdır. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsası kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 qanuni və ya müqavilə əsası olmadan İddiaçı1 və XXX tərəfindən sözügedən mənzildə aparılmış təmir xərlərinə görə 14.735 manat məbləğində əsassız varlanmışdır, ona görə də həmin pul vəsaitini onlara geri qaytarmağa borcludur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları t am, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1qulu oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tari xli, 2(103)-2635/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7945/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7945/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver