Məhkəmə qərarları › İş №2(102)-795/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-795/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-795/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3534/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8600 manat məbləğində əsas borcun, 4000 manat məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 16 iyul 2021 -ci il tarixli, 2(073)-1149/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8600 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: S.M ayılov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və N.Mirzəyev) 2(106)-3534/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(073)-1149/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına (Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsindəki formaya) uyğun deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

6. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur.

8. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(073)-1149/2021 saylı qətnaməsindən apelyasiya şikayətini 01.10.2021-ci il tarixinədək rabitə orqanına təhvil verdiyi halda apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin hansı tarixdə göndərilməsini araşdırmadan apelyasiya şikayətinin mümkünlüyü yoxlayarkən Mülki Prossesual Məcəllənin 01.10.2021-ci il tarixdən qüvvəy ə minmiş redaksiyasının göstərişlərini tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

10. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

11. MPM-ə əsasən kassasiya instansiyası mə hkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

12. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

13. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktı nın tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu

14. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. (maddə 2.1)

15. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. (maddə 2.2) Mülki Prossesual Məcəllə

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)

17. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

18. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

19. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

20. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

22. İş materiallarından görünür ki, apel yasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına (Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsindəki formaya) uyğun deyildir.

23. Bununla bağlı kasatorun dəlilləri ondan ibarətdir ki, Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(073)-1149/2021 saylı qətnaməsindən apelyasiya şikayətini 01.10.2021-ci il tarixinədək rabitə orqanına təhvil verdiyi halda apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin hansı tarixdə göndərilməsini araşdırmadan apelyasiya şikayətinin mümkünlüyü yoxlayarkən Mülki Prossesual Məcəllənin 01.10.2021ci il tarixdən qüvvəyə minmiş redaksiyasının göstərişlərini tətbiq etmişdir.

24. Göründüyü kimi Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(073)1149/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin rabitə orqanına verilməsi tarixinin müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiya məhkəməsi qeyd edilən halı araşdırmamışdır.

25. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı və Cəlilabad Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(073)-1149/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin rabitə orqanına verilmə tarixi müəyyənləşdirilməklə Cavabdeh apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq redaksiyas ının tələbləri baxımından qiymət verilməlidir.

26. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3534/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar