Məhkəmə qərarları › İş №2(102)-796/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-796/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-796/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qaytarılması) 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7966/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin heç bir əsas olmadan hesabladığı 527,56 (beş yüz iyirmi yeddi manat, əlli altı qəpik) məbləğində borcun ləğv edilməsi barədə, o cümlədən iddiaçı tərəfindən 150 (bir yüz əlli) manat məbləğində ödənilmiş vəsaitin, həmçinin iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 210 (iki yüz on manat) məbləğində ödənilmiş vəsaitin iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim N.A.Cəfərli) 09 sentyabr 2022-ci il tarixli, 2(008)-3562/2022 saylı qətnaməsi ilə iddia tələ bi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən, **********60106 saylı abonentə xx.xx.2021-ci il tarixli NDM 027152 saylı akt əsasında hesablanmış 527.56 manat borcun silinməsi və həmin akt əsasında İddiaçı tərəfindən ödənilmiş 150 manat pulun "xxxx" ASC tərəfindən İddiaçı geri ödənilməsi, 50 manat vəkil xərcinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh "xxxx" ASC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022ci il tarixli, 2(008)- 3562/2022 saylı qətnaməsindən şikayət verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-7966/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş apellyasiya şikayətində cavabdeh qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və hallara istinad etməmişdir. Şikayətçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamış, yalnız qanunvericiliyin normaları sa dalanmışdır.

6. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)7966/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3562/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3562/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində konkret maddi hüquq normasının yəni “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.32-ci maddəsini düzgün tətbiq etmədiyi hallar dəqiq olaraq qeyd olunmuşdur. Belə ki, apelyasiya şikayətində iddiaçının sayğacına baxış zamanı aşkar olunmuş müdaxilə faktına görə müvafiq aktın tərtib olunması və akta əsasən itirilmiş elektrik enerjsinin dəyərinin hesablanması zamanı cavabdeh tərəfindən “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.32-ci bəndinə istinad edilməsi konkret olaraq göstərilmişdir. Həmçinin birinci instansiya məhkəməsinə təqdim olunmuş sayğaca müdaxilə faktını özündə əks etdirən NDM № 027152 saylı akt və aktın icra vərəqəsi apellyasiya şikayətində istinad edilən sübut kimi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində cavabdeh tərəfindən sadəcə qanunvericiliyin normalarını sadalandığını qeyd etsə də, aşkar olunmuş sayğaca müdaxilə faktına münasibətdə birinci instansiya məhkəməsinin maddi hüquq normasını, yəni EEİQ-nın 8.32-ci maddəsini düzgün tətbiq etmədiyi hallar apellyasiya şikayətində aydın şəkildə ifadə olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar olduğu halda, apellyasiya məhkəməsi apellyasiya şikayətini əsassız olaraq qeyri-mümkün hesab edərək geri qaytarmış və bununla da prossesual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 10. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 11. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 12. 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 13. 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 14. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 15. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 16. 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 17. 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 18. 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 19. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya ş ikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 20. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 21. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadında qeyd edilmişdir ki, təqdim edilmiş apellyasiya şikayətində cavabdeh qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və h allara istinad etməmiş, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamış, yalnız prosessual qanunvericiliyi sadalamışdır.

25. Halbuki, iddiaçı təqdim etdiyi apellyasiya şikayətinin 6-ci bəndində istinad etdiyi və mətnini əlavə etdiyi maddi hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə etmişdir.

26. İş materiallarında olan cavabdehin apellyasiya şikayətindən müəyyən olunur ki, şikayət Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsi olan apellyasiya şikayətinin formasına uyğun tərtib edilmişdir.

27. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayəti yuxarıda göstərilən əsaslarla qeyri-mümkün hesab etmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7966/2022 nömrəli mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin mü mkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar