Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-797/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Əliyev Kənan Kamal oğlunun, Cavabdeh vəkili İsmayılov Səliməcan İsa oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019 -cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, əmlak üzərində payının müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə, iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov, iş № 2(011)-3915/2019) İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, əmlak üzərində payının müəyyən edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edil miş, cavabdehlər İddiaçı, X7 və ailə üzvləri olan X10, X12, X14 və X5 iddiaçı X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (məruzəçi), R.Eyvazov və Z.Əliyev, iş № 2(103)10999/2019) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əliyev Kənan Kamal oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh vəkili İsmayılov Səliməcan İsa oğlu izahatında göstərmi şdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozul masına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən yalnız aşağıdakılara istinad etmişdir. “Məhkəmə kollegiyası mübahisə edilən hissələrdə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152-158; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin hüquqi istinadları mövcud olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, sübuta yetiril məyən dəlillər və təkcə mülkiyyət hüququna münasibətdə fərqli təzahür edilməsinə əsas deyildir. Apellyasiya şikayəti əsassız olduğundan onların verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları üçün məhkəmə xərclərinin tərəflərə aid edilməsini kollegiya qanuni hesab edir.” İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “qarşılıqlı iddia tələbi ilkin iddia tələbi irəli sürən şəxslərə qarşı yönəlməli, digər şəxslər isə qarşılıqlı iddia tələbinə cavab verən şəxs kimi göstərilməsi və həmin tələbin icraata qəbul edilməsi qanuni və əsaslı bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlı dır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddiam aşağıdakı hallarda qəbul edir: (156.1.1) qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; (156.1.2) qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; (156.1.3.) qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qarşılıqlı iddia ərizəsinin təsviri hissəsindən və xahişindən müəyyən edilir ki, qarşılıqlı iddiaçı iddia verilməsinin ümumi qaydalarına riayyət etsə və tələb MPM-nin 156cı maddəsində sadalana n şərtlərə cavab vermiş olsa da, qarşılıqlı tələblər ilkin iddiaçı olmayan daha digər şəxslərə qarşı da yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd edir ki, “qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (mü ştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. Yuxarıda qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məlum qərarmdakı şərhdən müəyyən edilir ki, hazırki işdə ilkin iddiada cavabdeh olan Cavabdeh tərəfindən ilk İddiaçı qarşı iddia qaldırılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilən olsa da, tələblərin X8ma və onun övladlarına qarşı da yönəldilməsi yolverilməz olmuşdur. Bu isə onu ehtiva edir ki, qarşılıqlı iddia ərizəsinin MPM-nin 155-156-cı maddələrinin tələbləri baxımından düzgün yoxlamayaraq tam şəkildə icraata qəbul etmişdir.” Kassasiya şikayətinin həmin dəlili ilə Məhkəmə kollegiyası razılaşır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin məsələ ilə əlaqədar hüquqi mövqeyi baxımından qeyd olunan dəlili əsaslı hesab edir. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, “hər iki instansiya məhkəməsinin işin zahiri hissəsini tədqiq etmiş, lakin ədalətli məhkəmə araşdırmasının məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalı olmasını ehtiva etməsini nəzərə almamışdır ki, bununla da gəlinən nəticə ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iy ul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına almır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar)” Məhkəmə kollegiyası kassasiya şikayəti nin həmin dəlilini də əsaslı hesab edir. Belə ki, iddia tələbinin bir hissəsini Bakı şəhəri, ünvan 3 ünvanında 0,04 ha (400 kv.metr) torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sağ tərəfində ayrıca giriş-çıxış qapısı olan birinci mərtəbəsində 2 otaq, dəhliz, 2-ci mərtəbəsində 2 otaq, mətbəx, dəhliz, eyvan, tualet və hamam, 3-cü mərtəbəsində 3 otaq, tualet, dəhliz və eyvandan istifadə və sahiblik hüququnun tanınması təşkil etsə də nə birinci instansiyası məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı hər hansı araşdırma aparmamış, iddiaçı və ailə üzvlərinin həmin evə köçüb orada yaşamasının əsaslarını qiymətləndirməmişdir. Birinci instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinə istinad etsə də, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı heç bir maddi hüquq normasına istinad etməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələblərinin pozulmasına dəlalət edir. İddia tələbinin mübahisəli ev üzərində payının müəyyən edilməsi tələbi ilə əlaqədar Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki mülki işə əlavə olunmuş RX seriyalı, ******* saylı, 14.12..2016-cı il tarixli çıxarış ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 D məhəllə, 1-ci keçid, ev 9 mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Həmin evə mülkiyyət hüququnun Cavabdeh adına qeydiyyatdan keçdiyi halda İddiaçı evin bir hissəsi üzərində payının müəyyən edilməsi üçün əsaslar möv cud olmamışdır. İddiaçı yalnız yuxarıda qeyd olunan çıxarış və onun verilməsi üçün əsas olan qeydiyyat ləğv edildikdən sonra evə payının müəyyən edilməsi ilə bağlı iddia qaldırmaq hüququna malik ola bilərdi. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslıdır və həmin hissədə ləğv oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ünvan 1 evdən istifadə və sahiblik hüququnun tanınması və qarşılıqlı iddia hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Qalan hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin qismən ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən ünvan 1 evdən istifadə və sahiblik hüququnun tanınması və qarşılıqlı iddia hissəsində ləğv edilib, mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-797/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-797/2020
07.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver