Məhkəmə qərarları › İş №2(102)-797/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-797/2022

28.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-797/2022 28.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4 Cavabdeh qarşı cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada təhvil verilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-122/2021 saylı iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. iddiaçı X4 mülkiyyətində Lənkəran rayonu Küvənil kəndində 0,1545 ha torpaq sahəsi vardır. Onun mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 15.10.2015-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi onun mülkiyyətində olsa da Cavabdeh onun torpaq sahəsini zəbt etmişdir. Belə ki, cavabdeh onun torpaq sahəsini zəbt edərək qeyri-kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. 19.10.2017-ci il tarixdə cavabdeh polis şöbəsində özü bunu etiraf etmişdir. Tələbinə baxmayaraq cavabdeh torpaq sahəsinin onun olduğunu iddia edir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(049)-63/2020 saylı qətnaməsi ilə (sədrlik edən T.Məmmədov) iddia qismən təmin edilərək Cavabdeh iddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçı X5 naturada təhvil verilm əsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X5 aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

4. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına 15.10.2015-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etmiş, iddiaçının hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı qanunsuz yolla əldə etdiyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikintitexniki ekspertizası tə yin edilmiş, lakin cavabdeh öz hərəkətləri ilə dəfələrlə ekspertizanın keçirilməsinə mane olmuş, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə MPM-nin 97.5-ci maddəsində təsbit edilmiş müddəadan çıxış edərək hesab etmişdir ki, Cavabdeh tərəfindən iddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0.1545 ha torpaq sahəsi zəbt edilmişdir. Bundan başq a, məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçı iddia tələbində torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması tələbini irəli sürsə də torpaq sahəsinin əvvəllər hansı vəziyyətdə olmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir.

5. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-ci maddəsinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına, “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 140, 152.1, 152.5, Torpaq Məcəlləsinin 111, Mülki Prosessual Məcəllənin 97.5, 119.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.

6. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(049)-63/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etm işdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1703/2020 saylı mülki iş üzrə 28 dekabr 2020-ci il tarixli qərardadı (hakimlər Q.B.Kərimov (sədrlik edən və məruzəçi), Z.B.Babayev və N.F.Mirzəyev) ilə məhkəmə-mühəndislik ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 10/1502 saylı rəyindən görünür ki, X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsinə baxış keçirilməsi zamanı iddiaçının nümayəndəsi Əliyev Elman, Cavabdeh, cavabdehin qızı Minayə, bir nəfər qohum adlandırdıqları şəxs və əvvəllər bu iş üzrə cavabdeh olmuş X2 iştirak etmişlər. Torpaq sahəsi daxilində olan 20 kub.metr qum çınqıl qarış ığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulmuş beton günglər əvvəllər bu iş üzrə cavabdeh olmuş X2 tərəfindən yığıldığı müəyyən olundu. X2 materialların ona məxsus olmasını təsdiqləmişdir. Cavabdeh Ağaəlı qızı mübahisəli torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Mübahisəli torpaq sahəsi halhazırda tam hasarlanaraq Cavabdeh və X2 tərəfindən istifadə edilir. Zəbt olunmuş torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi Cavabdeh tərəfindən hasarlanaraq zəbt edilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-122/2021 saylı mülki iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi (hakimlər Z.A.Zeynalov (sədr lik edən və məruzəçi) Z.M.Allahyarov və M.K.Həsənov) ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(049)-63/2020 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən iddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi hasarlanaraq zəbt edilmişdir. İddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən mübahisəli 0,1545 ha torpaq sahəsinin Cavabdeh qanuni əsaslarla istifadəsində, mülkiyyətində olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh ö z hərəkətləri ilə həqiqətin müəyyən olunması üçün məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların keçirilməsinə mane olmuşdur.

11. Cavabdeh (şikayəti tərtib edən Vəkil Babalı oğlu) kassasiya şikayəti verərək, hazırkı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-122/2021 saylı 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu X7 Cavabdeh müraciətinə əsasən işə aydınlıq gətirmək üçün bildirmişdir ki, Cavabdeh X4 torpağını zəbt etməmişdir. Belə ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi Aş ağı Nüvədi ərazisində yerləşir və ancaq ondan istifadə edir. X4 mülkiyyətində olan torpaq isə Küvənil kəndi ərazisində yerləşir və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən 5-6 km aralı məsafədədir. Bu barədə bələdiyyə üzrə yaradılmış komissiya müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində olan torpaq X4 iddia etdiyi torpaq deyil, ondan istifadə etmir və zəbt etməmişdir. Bundan başqa, Torpaq münasibətlərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 saylı Fərmanının yerlərdə icrası ilə əlaqədar dövlət səviyyəsində yaradılmış işçi komissiyası da Aşağı Nüvədi ərazi vahidi üzrə torpaq mülkiyyətçilərinin faktiki yerləşmə vəziyyəti elektron kadastr uçotu qaydasında dürüst dəqiqləşmə işi aparmış və bu əsasda elektron baza xəritəsi hazırlanmışd ır. Hazırlanmış xəritədə Cavabdeh mülkiyyət və istifadəsində olan pay torpaq sahəsi Aşağı Nüvədi ərazisində, X4 mülkiyyətində olan torpaq sahəsi isə Küvənil kəndində yerləşməsi faktı öz əksini tapmışdır. Bu bir daha sübut edici faktlardır ki, Cavabdeh X4 mülkiyyətində olan torpaqdan istifadə etmir və zəbt etməmişdir. Bununla yanaşı "AB Consulting MMC" adlı müəssisə ekspertiza işində heç bir mötəbər Texniki məlumat bazasına əsaslanmadan X4 mülkiyyəti kimi göstərdiyi 20 m3 qum-çınqıl və 18 ədəd güng yeri Rza Məsudun mülkiyyətində deyildir. Həmin yer bələdiyyə mülkiyyətidir və nə X4 və nə də Cavabdeh mülkiyyətində deyildir. Bunu Lənkəran rayonu X7 tərəfindən verilmiş 43 saylı 26 noyabr 2021-ci il tarixli məktubu və Şirvan Apellyasiya məhkəməsi tərəfindən çıxarılmış 25 sentyabr 2017-ci il tari xli 2(106)755/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi də təsdiq edir. Baxmayaraq ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin, Şirvan Apellyasiya Məhkəməsi qəbul etmiş olduğu qətnamədə MPM-nin bu tələblərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir.

13. İddiaçı Rza İddiaçı oğlu məhkəməyə kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Aşağı Nüvədi kəndi ərazisində və ümumiyyətlə Lənkəran rayonunun hər hansı hissəsində Cavabdeh mülkiyyətində hər hansı torpaq sahəsinin mövcudluğu barədə mülki iş materiallarında hər hansı məlumat və sübut yoxdur. Cavabdeh mülki işə həm birinc i, həm də apellyasiya instansiya məhkəmələrində baxılarkən bu barədə sübutunu (çıxarışı) məhkəməyə təqdim etməmişdir. Cavabdeh Aşağı Nüvədi kəndi ərazisində mülkiyyətində torpaq sahəsinin olması barədə iş materiallarında heç bir sübut olmadığı halda, kassasiya şikayətində ona məxsus torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 5-6 km. aralı məsafədə olması hansı sənədə əsasən müəyyən edilir? Bu onu təsdiq edir ki, belə bir fakt mövcud deyil, olsa idi, bu barədə sənədi cavabdeh birinci və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən təqdim edərdi və ya hazırki kassasiya şikayətinə əlavə edərdi. Heç bir bələdiyyə orqanının səlahiyyəti yoxdur ki, hər hansı şəxsin mülkiyyətində torpaq sahəsinin olub-olmamasını sadəcə arayışla təsdiq etsin. Hər hansı vətəndaşın mülki yyətində torpaq sahəsinin olması onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq edilir. Cavabdeh adında hər hansı torpaq sahəsinin olması heç nə ilə təsdiq edilmir. Ziddiyyətli məqam odur ki, əgər Cavabdeh şikayətində qeyd etdiyi kimi “mülkiyyətində” olan torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə eyni ərazini əhatə etmirsə və cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmişsə, bu zaman o, qətnamədən nə üçün kassasiya şikayəti verir? Əgər kassasiya şikayətində qeyd edildiyi kimi, mülki iş üzrə hər bir tərəfin (iddiaçı və cavabdehin) torpaq sahəsi özünün istifadəsindədirsə, o zaman Cavabdeh özünün istifadəsində olmayan torpaq sahəsi ilə bağlı çıxarılmış qətnamədən niyə şikayət edir? Növbəti ziddiyyətli məqam odur ki, X7 özünə aid olmayan ərazi üzrə - Lənkəran rayonunun Küvənil kəndi ərazisi üzrə necə arayış verir? Küvənil kəndi ərazisinin sərhədlərinin X3 müəyyən edilməsi qanunsuz və əsassızdır. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu kassasiya şikayətinə Lənkəran rayonu X3 arayışının əlavə edilməsi, ilk növbədə həmin arayışda göstərilən xüsusatların əsassız və qanunsuz olması bildirilməklə yanaşı, Mülki Prosessual Məcəllənin 407.1; 407.2 və 416.1-ci maddələrinin tələblərinə ziddir. Yeni sübut olaraq bələdiyyə arayışının cavabdeh tərəfindən təqdim edilmiş kassasiya şikayətinə əlavə edilməsi qanunsuzdur. Şirvan Apellyasiya Məhkəməsinin 25.09.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halların Mülki Prosessual Məcəllənin 82.3-cti maddəsinə əsasən yenidən mübahisələndirilmə sinin və sübut edilməsinin yolverilməzliyi ilə bağlı kassasiya şikayətində göstərilənlərlə bağlı qeyd edir ki, Cavabdeh həmin mülki iş üzrə tərəf olmamışdır, qeyd edilən mülki işdə iddiaçı Rza İddiaçı oğlu, cavabdeh isə X2 olmuşdur. Cavabdeh həmin mülki işdə ümumiyyətlə tərəf olmadığından və iştirak etmədiyindən, MPM- in 82.3-cü maddəsində nəzərdə tutulmuş “həmin işdə iştirak edən şəxslər tərəfindən” tələbi birmənalı olaraq istisna edilir. Həmçinin, həmin mülki işdə də müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsindən həmin işdə cavabdeh olan Ağazadə Abdullayev deyil, kəndin digər sakinləri tərəfindən istifadə edilir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

18. Maddə 88 Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

23. Maddə 418.1 Ma ddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. İddiaçı X8, ona məxsus Lənkəran rayonu Küvənil kəndində 0,1545 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını iddia edərək, onun torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəmə si tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Odur ki, qətnamə ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

32. Apellyasiya instansiyası məhkəməsinin araşdırmaları ilə müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına 15.10.2015-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 3

3. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli 10/1502 saylı rəyindən görünür ki, X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsinə baxış keçirilməsi zamanı iddiaçının nümayəndəsi Əliyev Elman, Cavabdeh, cavabdehin qızı Minayə, bir nəfər qohum adlandırdıqları şəxs və əvvəllər bu iş üzrə cavabdeh olmuş X2 iştirak etmişlər. Torpaq sahəsi daxilində olan 20 kub.metr qum çınqıl qarışığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulmuş beton günglər əvvəllər bu iş üzrə cavabdeh olmuş X2 tərəfindən yığıldığı müəyyən olundu. X2 materialların ona məxsus olmasını təsdiqləmişdir. Cavabdeh Ağaəlı qızı mübahisəli torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Mü bahisəli torpaq sahəsi halhazırda tam hasarlanaraq Cavabdeh və X2 tərəfindən istifadə edilir. Zəbt olunmuş torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi Cavabdeh tərəfindən hasarlanaraq zəbt edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(049)-10565/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı X4 cavabdeh X1 qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin qaytarılması və maneənin aradan qaldırılması tələbinə dair iddia təmin edilərək cavabdeh X2 iddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sah əsindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq su quyuları üçün hazırlanmış günglərin götürülməsi və iddiaçının mülkiyyətində olan 0,1545 ha torpaq sahəsində olan maneələrin aradan qaldırılması qət edilmişdir.

35. İşin bu halı ilə bağlı kassasiya kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(106)-755/2017 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(049)-10565/2016 saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddia tələbi rədd edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı X4 mülkiyyətində olan Lənkəran rayonu Küvənil kəndində yerləşən mübahisəli 0,1545 ha torpaq sahəsinin Cavabdeh qanuni əsas larla istifadəsində, mülkiyyətində olması barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.

37. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur, 20 ildir ki, həmin torpaq sahəsini əkib-becərir, iddiaçı torpağa dair sənədi qanunsuz yolla əldə etmişdir, buna görə də o torpaq sahəsindən çıxmayacaqdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı məhkəmə iclasında qanuni nümayəndəsi vasitəsilə təmsil olunmuşdur, cavabdeh tərəfindən məhkəmə iclas protokoluna dair qeydlər verilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Mülki Məcəllənin 140-c ı maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə kassasiya şikayətinin dəlilləri ilə təkzib edilir. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, Lənkəran rayonu X7 Cavabdeh Ağəli qızının müraciətinə əsasən işə aydınlıq gətirmək üçün bildirmişdir ki, Cavabdeh X4 torpağını zəbt etməmişdir. Belə ki, Cavabdeh Ağəli qızının mülkiyyəti ndə olan torpaq sahəsi Aşağı Nüvədi ərazisində yerləşir və ancaq ondan istifadə edir. X4 mülkiyyətində olan torpaq isə Küvənil kəndi ərazisində yerləşir və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən 5-6 km aralı məsafədədir. Bu barədə bələdiyyə üzrə yaradılmış komissiya müəyyən etmişdir ki, Cavabdeh Ağəli qızının mülkiyyətində olan torpaq X4 iddia etdiyi torpaq deyil, ondan istifadə etmir və zəbt etməmişdir. Bununla yanaşı "AB Consulting MMC" adlı müəssisə ekspertiza işində heç bir mötəbər Texniki məlumat bazasına əsaslanmadan X4 mülkiyyəti kimi göstərdiyi 20 m3 qum-çınqıl və 18 ədəd güng yeri Rza Məsudun mülkiyyətində deyildir. Həmin yer bələdiyyə mülkiyyətidir və nə X4 və nə də Cavabdeh Ağəli qızının mülkiyyətində deyildir.

40. Kassasiya şikayətinin bu dəlilləri ona əlavə edilmiş Şirv an Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(106)-755/2017 saylı qanuni qüvvəsini almış qətnaməsində də öz əksini tapmışdır.

41. Bundan başqa, Lənkəran rayonu X3 Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı 26 noyabr 2021-ci il tarixli, 43 saylı məktubuna əsasən, Lənkəran rayonunun Küvənil kəndində yerləşən X2 tərəfindən istifadə olunan 20 kub. metr qum, çınqıl qarışığı və 18 ədəd su quyusu üçün nəzərdə tutulan beton günglərin qoyulduğu torpaq sahəsi X3 mülkiyyətindədir və heç kimə bələdiyyə tərəfindən satılmamışdır.

42. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara istinad edilməklə, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi qənaətinə gəlinmişdir. Halbuki, məhkəmə bu qənaətə gələrkən, işdə olan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci və 103.1-ci maddələrinin tələbləri baxımından qiymət verməli və sübutlar arasında olan ziddiyyətlərə aydınlıq gətirməli idi.

43. Belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəyinə işdə olan digər sübutlarla yanaşı prosessual qanunvericiliyin tələb etdiyi formada qiymət verməmiş, habelə digər sübutları müqayisəli şəkild ə təhlil etmədən cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan sahəni zəbt etməsi qənaətinə gəlmişdir.

45. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

46. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, beləliklə də, gəldiyi nəticələr prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

48. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən apellyas iya instansiyası məhkəməsi sübutlara yuxarıda istinad olunan prosessual hüquq “normalarının tələblərinə riayət etməklə qiymət verməli, işin ziddiyyətli hallarını aradan qaldırmaqla, yeni məhkəmə aktı qəbul etməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə mövcud deyildir.

50. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-122/2021 saylı iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar