Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-797/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(103)-5296/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 27 fevral 2023- cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları:
1. Əvvəllər ünvanı Zabrat-1 qəsəbəsi, R.Axundov küçəsi, 47 “a”, sonradan Ruhulla Axundov küçəsi, indi isə Ş.Axundova küçəsi, ev 0110 olan ev özbaşına tikilidir.
2. İddiaçı adına evə dair Bakı şəhəri Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2005-ci il tarixli Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsi barədə hesabat mövcuddur.
3. İddiaçı arvadı X2 adına olan Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında sənədə əsasən, abunə kodu **********20007, ünvan 1 Zabrat, Axundov, ev 0002, mənzil 0007, xx.xx.2009-cu il tarixdə dəyişdirilmiş sayğacın №-si A440718879M101773 qeyd edilmişdir. Sayğacın 1279 olan göstəricisi xx.xx.2015-ci ildən sonuna qədər dəyişməmişdir. Sayğacın sonun cu göstəricisi 10 iyun 2021-ci il tarixdə qeyd edilmişdir.
4. Cavabdeh adına mübahisəli evə dair xx.xx.2021-ci il tarixdə 3560 №-li qeydiyyat nömrəsi, tikintinin koordinatları, əmlak verigisi ödəyicisinə dair 1810119HJJTF kodu verilmişdir.
5. X4 adına "xxxx" QSC tərəfindən 44/TŞ-082234/Z-1 №-0li izahat və cizgilər tərtib edilmiş, Azərişıq ASC-də abunə kodu **********00001, sayğac nömrəsi 21353732M335408, quraşdırılma tarixi xx.xx.2021-ci il göstərilən abunə haqqında sənəd, Azəriqaz İB tərəfidən **********00063 №-li kodla xx.xx.2021-cxi il tarixdə qeydiyyata alınmasına dair abonentin saldosu, "xxxx" ASC tərəfindən 44231358 №-li abonent kodu verilmişdir. 6. 30 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh izahatında göstərmişdir ki, sözüg edən torpaq sahəsini 17000 manat müqabilində almış və həmin vaxt torpaq sahəsini satan şəxs heç bir sənəd təqdim etməmişdir. Həmin vaxt torpaq sahəsinin içərisində yarıtikili olmuşdur. Təxminən bir ildir ki, o, həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamış, ora hasar çəkib darvaza qoymuş, evin tikintisinə başlamış və həmin müddət ərzində ona heç kim müraciət olmamışdır. Həmin torpaq sahəsinə aid bələdiyyədən verilmiş şəhadətnamə vardır və həmin sənədin surətini təhqiqata təqdim etmişdir.
7. Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14 №-li məktuba əsasən, İddiaçı və Quliyeva (Cəfərova) Zərifə İslam qızının adına qeydiyyatdan keçməsi və onların əmlak ödəyəcisi kimi qeydiyyatda olmaları barədə Zabrat Bələdiyyəsində heç bir məlumat yoxdur. İş üzrə qəbul edilmi ş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan, 62 kv metr sahədən ibarət fərdi yaşıyış evini xx.xx.2004-cü ildə X1 3500 ABŞ dolları qarşılığında almış və ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Ev 1997-ci ildə inşa edilmişdir. Zabrat Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 67 №-li məktubuna əsasən Bakı şəhəri Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İ darəsi tərəfindən iddiaçıya xx.xx.2005-ci il tarixli Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat verilmişdir. Evin abunə elektrik kodu iddiaçının arvadı X2 adına çəkilmişdir. İddiaçı işi ilə əlaqədar Rusiya Federasiyasına getmiş və evi qaynı X6 tapşırmışdır. Əsgər Quliyev də arada Rusiyaya gedib-gəlirdi. O, 2021-ci ilin iyun ayında evə gedərkən, evin cavabdeh tərəfindən zəbt edildiyini öyrənmişdir.
10. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, özbaşına tikili olan evi zəbt etməmiş, təxminən 2010-cu ildə iddiaçıya 17000 manat verib almışdır. Həmin evin qabağında hətta “satılır” yazılmışdır. Evi almamışdan əvvəl şəkillərini çəkmişdir. İddiaçı ona evin qanuni sənədinin olmadığını demişdir. Həmin vaxt evin təmiri, pəncərəsi, qapısı, döşəməsi, tavanı, darvazası, daş hasarı yox idi. Cavabdeh 5-6 il əvvəl evdə əsaslı təmir tikinti işləri aparmış, pəncərə, dəmir barmaqlıqlar, dəmir qapı, plastik pəncərələr, dəmir darvaza, döşəməyə taxta millər qoymuş, evin qabağında 5x10 metr ölçüdə daşdan zal tikmiş, bunların hamısına təxminən 25000 manat vəsait xərcləmişdir. Lakin, evdə hələ də təmir işləri davam edir. Öz vəsaitinə kanalizasiya, su, qaz çəkdirmiş, əvvəl öz adına, sonra isə oğlu X3 adına qeydiyyata saldırmışdır. Hər il evə dair bələdiyyəyə əmlak vergisi ödəyir. Evə işıq, su, qaz çəkiləndə ASAN xidmət tərəfindən evə R.Axundov küçəsi, 11011 ünvan qoyulmuşdur. Cavabdeh evi alanda heç bir sayğac olmamışdır. Həmçinin, qonşular da iddiaçını deyil, yalnız cavabdehi tanıyırlar.
11. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X5 göstərmişdir ki, o, təxmini 18-20 ildir ki, həmin ərazidə yaşayır. Cavabdehin həmin əraziyə nə vaxt köçdüyünü təxmini xatırlamır, lakin mübahisəli evin qabağında «satılır» yazılmışdır, sonradan həmin elan yığışdırıldı və cavabdeh həmin evdə yaşamağa başladı. O, mübahisəli evdə usta olaraq işləmişdir. Eyni zamanda, kommunal xəttlərin dəqiq nə vaxt çəkildiyini bilmir, lakin cavabdehdən əvvəl orada heç bir qaz, işıq və ya su xəttləri olmamışdır.
12. Digər şahid X8 göstərmişdir ki, o, cavabdehin qardaşı oğludur, alqı-satqıda şəxsən iştirak edib, evə görə ödəniş təxmini 17000 manat olmuşdur.
13. Digər şahid X12 göstərmişdir ki, o, mübahisəli evin yerləşdiyi ərazidə 1981-ci ildən yaşayır, cavabdehlə daima bir-birinin evlərinə gedib-gəlirlər. Cavabdeh oraya təxmini 2010-cu ildə gəl mişdir. Evin əksər təmir işlərini şəxsən görmüş, əsasən də hörgü işləri ilə məşğul olmuşdur. Ondan başqa orada 2 əlavə usta da işləmişdir. Ev ilk öncə yarımçıq vəziyyətdə idi, daha sonra əlavə otaqlar inşa edilmişdir. Eyni zamanda, cavabdeh evə köçməmişdən əvvəl evin hər hansı su, qaz və ya işıq sayğacı olmamışdır, bütün kommunal xətlər cavabdeh tərəfindən çəkilmişdir. Həmçinin, Elburuz adlı şəxsi tanımır.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-1262/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi (hakim: Tahirə Əsədova) ilə iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının adına qeyd olunan hesabat xx.xx.2005-ci il tarixdə tərtib edilmişdir. Cavabdeh tərəfindən uzun illər ərzin də həmin evdə tikinti-təmir işlərinin aparılması, kommunikasiyaların çəkilməsi evin artıq cavabdehə məxsus olmasına dəlalət edir. Ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin, evə uzun illər ərzində cavabdeh və onun ailəsi tərəfindən nümayişli şəkildə sahiblik edilməsi evin sahibliyinin ona keçməsinə dəlalət edir. Həmçinin, cavabdeh statusu özbaşına tikili olan evə dair özünün və ailəsinin hüququnu təsdiq edən kifayət qədər sənədlər təqdim etmişdir
16. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş arvadı X2 adına "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında sənədə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin sənədlə son illərə qədər evin sahibliyinin onda və ailəsində olmasını sübut etməyə ça lışmışdır. Lakin, həmin sənədə son göstərici xx.xx.2021-ci il tarixdə qeyd edilmiş, cavabdeh isə sayğacı xx.xx.2021-ci tarixdə, yəni X2 adına olan sayğac hələ aktiv olanda quraşdırılmışdır. Bir obyektdən sayğac çıxarılmadıqda, yeni sayğacın quraşdırılması mümkün deyil. Bu əsas həmin sənədin digər bir evə aid olduğunun göstəricisidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2 və 165.1-ci, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətini onu nla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Belə ki, mübahisəli fərdi yaşayış evi 1997-ci ildə tikilmişdir. O, ailəsi ilə birlikdə həmin evdə 2015-ci ilin iyun ayına qədər yaşamış, 11 il ərzində evə faktiki sahiblik etmiş və onun həmin evə gələcəkdə mülkiyyət hüququ əldə etmək üçün “gözlənti hüququ” olduğunun bildirmişdir. Cavabdeh isə ona məxsus evə özbaşına girərək (evi 17000 manata satın aldığını iddia etsə də, 17000 manat pulu kimə verdiyini və evi kimdən aldığını sübut edə bilməmişdir) evə faktiki sahiblik etməyə başlamış, yerli bələdiyyəni və dövlət qurumlarını aldadaraq evin ona məxsus olduğunu göstərmişdir. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona 14 yanvar 200 5-ci il tarixli hesabata əsasən sözügedən fərdi yaşayış evinin sahibi odur. Cavabdeh isə 5-6 il bundan öncə özbaşına olaraq onun evinə girib orada özbaşına təmir-tikinti işləri aparıb qanunsuz sahiblik edəndir. İddiaçının vicdanlı sahib kimi cavabdehdən öz əmlakını geri tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi müvafiq maddi hüquq normasının tələblərini pozaraq, cavabdehin ona məxsus evi özbaşına zəbt etdiyini və girib orada yaşadığını müəyyən etdiyi halda, onu evin həqiqi sahibi olması qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə yaşayış evinə köçürülmə barədə iddia tələblərini ümumiyyətlə görməzdən gəlmiş və qətnamədə buna münasibət bildirməmişdir. O, iddiasında qeyd etdiyi kimi 2004-cü ildən 2015-ci ilin iyun ayının ortalarınadək ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdı r. İşi ilə əlaqədar 2015-ci ildə Rusiyaya getmişdir. Onun yaşadığı evdən başqa yerə getməyi həmin evə yaşayış hüququnu itirməyinə əsas vermir. Birinci instansiya məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, işə birtərəfli qaydada baxmış, iddiaçının hüquqlarının təmin olunmasına şərait yaratmamışdır.
20. Cavabdehin apellyasiya şikayətinə təqdim etdiyi yazılı etiraz iddia tələbinə etdiyi etirazın dəlillərinə uyğun olaraq əsaslandırılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 03 oktyabr 2022-ci il tarixli, 2(103)-5296/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rəfael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini n dəyişdirilmədən saxlanılması qət olunmuşdlur.
22. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsasladır, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçının pellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillər, şahid ifadələri, polis orqanında cavabdehin vepdiyi izahat, cavabdehin oğlunun adına su, qaz, işıq və sair müqavilələr, iddiaçının əmlak vergisinin ödəyicisi kimi Zabrat Bələdiyyəsində qeydiyyatdan keçməməsi barədə məktubu, iddiaçının adına qeyd olunan hesabatın xx.xx.2005-ci il tarixdə tərtib edilməsi, cavabdeh tərəfindən uzun illər ərzində həmin evdə tikinti-təmir işlərinin aparılma sı, kommunikasiyaların çəkilməsi evin artıq cavabdehə məxsus olmasına dəlalət edir.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 164.1, 164.2 və 165.1-ci, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6 və 372.7-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi müvafiq maddi hüquq normasının tələblərini pozaraq, cavabdehin ona məxsus evi özbaşına zəbt etdiyini və girib orada yaşadığını müəyyən etdiyi halda, cavabdehi evin həqiqi sahibi olması qənaətinə gəlmişdir. Bundan başqa, cavabdeh ona məxsus fərdi yaşayış evini 17000 manata ondan aldığını iddia etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Evin qabağında küçədə yazılmış “satılır” sözünün altındakı telefon nömrəsi də nə ona, nə də ki onun qohumlarına məxsus olmamı şdır. Həmin “satılır” lövhəsinin hansı evə və torpaq sahəsinə məxsus olması isə müəyyən deyildir. Apellyasiya instansiyası məhkəməsi cavabehin etirazındakı etirafına diqqət yetirməmiş, cavabdeh tərəfindən məhkəməyə gətirilmiş şahidlərin mənbəyi göstərilməyən izahatlarına əsaslanmışdır. Həmçinin, o, birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixli vəsatət verərək, onun arvadı X2 adına olan 09.03.**********7 saylı abonent kodu ilə çəkilmiş elektrik xəttinin hansı ünvanda yerləşməsi və həmin koda uyğun sayğacın hansı ünvanda quraşdırılmasının müəyyən edilməsi məqsədi ilə Sabunçu rayonu Zabrat-1 qəsəbəsi coğrafi yerləşmə üzrə hansı ünvanda sayğacın quraşdırılması və elektrik xəttinin çəkilməsi üzrə yerləşmə sxeminin və layihə məlumatlarının təqdim edilməsi üçün "xxxx" ASC-yə sorğu veril məsini xahiş etmişdir. Lakin, birinci instasniya məhkəməsi vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə şikayətinin dəlili kimi bu vəsatətə münasibət bildirməmişdir. İddiaçının həmin qəsəbədə və həmin küçədə başqa bir evi olmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında çıxarışına əsasən, iddiaçının arvadı X2 adına olan **********20007 saylı sayğacın xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan göstəricisi 1279 olmuşdur və 7 il ərzində hər hansı bir dəyişiklik olmamışdır. Bu da onu təsdiq edir ki, onlar orada 2015-ci ilin iyun ayınadək yaşamış və sayğacın göstəricisi 2015-ci ildən heç dəyişməmişdir. Lakin məhkəmələr işin bu hallarını düzgün və obyektiv araşdırmayaraq onun məhkəmə müdafiə hüququnu pozmuşdur.
27. İddiaçı şikayətini Azərbaycan R espublikasının Mülki Məcəlləsinin 27.1, 27.3, 157.2, 157.8 və 179.3-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 372 və 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onu iddia ərizəsinə və apellyasiya şikayətinə etdiyi etirazların dəlillərinə uyğun olaraq əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafi ə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassas iya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(103)-5296/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.