Məhkəmə qərarları › İş №2(102)-798/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-798/2022

26.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-798/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2547/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Lənkəran şəhəri, 20 Yanvar küçəsi, 37 ünvanında yerləşən fərdi yaşayış evi 12 aprel 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin ünvanda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 daimi qeydiyyatdadırlar. X3 və Babayeva X1 şəhəri, 20 Yanvar küçəsi, 37 “A” ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin yanvar ayında İddiaçı ona məxsus fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 və qeyrilərinə qarşı (cəmi 8 nəfər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus evdə qeydiyyatda olmaqla yaşamalarının onun mülkiyyət hüququnu pozmasını əsas gös tərməklə onların yaşayış evinə istifadə hüquqlarının olmamasının müəyyən olunmasına və evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-889/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: R.A.Məmmədov) iddia təmin edilərək cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 Lənkəran şəhəri, N saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərə məxsus əşyaların onların vəsaiti hesabına evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər Cavabdeh6, Cavabdeh9, X3 və Cavabdeh5 apellyasiya şikayəti verərək mübahisəli evdə 40 ildən artıq bir müddət ərzində yaşamalarını, iddiaçının q anunsuz yolla evə mülkiyyət hüququnu əldə etməsini, onların yalnız kompensasiya ödənilməklə evdən çıxarılmalarının mümkün olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2547/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), Z.M.Allahyarov və M.K.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(049)-889/2021 saylı qətnaməsi cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair hissədə ləğv edilərək iddianın həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh9 kassasiya şikayəti verərək mübahisəli evdə 40 ildən artıq bir müddət ərzində yaşamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hər əkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (152.5) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti q ətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 30 may 2001-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının nənəsi X4 hazırkı iş üzrə cavabdehlər X3, Cavabdeh9, Cavabdeh5 və Cavabdeh6 qarşı orderin etibarsız hesab edilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək Lənkəran şəhər XDS İK tərəfindən Cavabdeh9 adına verilmiş 03 avqust 1988-ci il tarixli 514 saylı orderin etibarsız hesab edilməsi, Cavabdeh9 ailə üzvləri ilə birlikdə digər yaşayış sahəsi verilməklə Lənkəran şəhəri, N saylı evdən çıxarılmaları qət edilmişdir. Müəyyən olunmuşdur ki, cavabde hlər mübahisəli evə qanunla müəyyən olunmuş qaydada istifadə hüququ əldə etməməklə onların bu hüquqları dövlət Reyestrində qeydə alınmamış, ev qəzalı vəziyyətdə olmaqla orada heç kim yaşamır. Ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla cavabdehlərə məxsus əşyaların orada yerləşməsi onun qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və o na dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (152.5) Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin 40 ildən artıq bir müddət ərzində mübahisəli evdə yaşamaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilməli olması barədə dəlillərini müzakirə edərək onların əsassız olması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasə n və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2547/2021 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar