Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-798/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-798/2024 Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-28/2023 nömrəli 16 may 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üz rə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə X2, İddiaçı (bundan sonra – iddiaçı) və ailə üzvlərinə 4,25 ha pay torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) ayrılmış, bununla əlaqədar mülkiyyət hüququnu təsdiq edən JN0006 saylı, kod 60708018 olan “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı verilmişdir.
3. X3 və ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı 4,25 ha torpaq sahəsi qeydiyyatdan keçmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir.
4. Cavabdeh2 və ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı 3,3993 ha torpaq sahəsi qeydiyyatdan keçmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.202 0-ci il tarixli çıxarış verilmişdir.
5. Cavabdeh1 atasının mülkiyyəti kimi qeydiyyatdan keçmiş, 2,41 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair Dövlət aktı təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən torpaq onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər tərəfindən tutularaq, onların istifadəsindədir. Cavabdehlər könüllü olaraq torpaq sahəsindən çıxmamaqla bərabər, ərazidən istifadəyə də imkan vermirlər.
8. Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 aprel 2021-ci il tarixli mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin 1.69 ha hissəsinin Cavabdeh2, 2.56 ha hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə olunduğu qeyd olunmuşdur.
9. Beyləqan Rayon Məhkəməsinin (hakim Seyfəli Seyfullayev) 2(020)-78/21 nömrəli 6 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə istinad edərək cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalı olduqları qənaətinə gəlmişdir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı (bundan sonra – Konstitusiya), Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 139.1, 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcə lləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 84, 111-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi və mübahisəli torpaq sahəsinin onun daimi istifadəsində və mülkiyyətində olması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Digər Cavabdeh2 də eyni tələblə apelyasiya şikayəti vermişdir.
14. Cavabdehlərin apellyasiya şikayətləri eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi Dövlət Aktını əsas tutaraq iddianı təmin etmişdir. Lakin, cavabdehlərin i stifadə etdikləri torpaq sahələri üzrə də müvafiq olaraq mülkiyyət hüquqlarını təsdiq edən sənədlər vardır, sərhədləri də həmin Aktdakı cizgilərlə tam olaraq uyğun gəlir.Belə ki, mübahisənin düzgün həll olunması üçün vacib olan məhkəmə ekspertizası keçirilməmişdir, əgər məhkəmə ekspertizası keçirilsə idi, onların torpaq sahələrinin qanuni sərhədləri daxilində olduğu aydın olardı.
15. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3 aprel 2023- cü il tarixli rəyində aşağıkalar qeyd olunmuşdur: 16. “...iddiaçıya məxsus torpaq sahəsi cavabdehlərə məxsus torpaq sahələri üst-üstə düşmür. Ancaq baza məlumatlarında olan kompleks yerquruluşu layihəsinə əsasən Cavabdeh2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3.3993 ha torpaq sahəsi ilə Cavabdeh1 qardaşı X1 və ai lə üzvlərinin mülkiyyətində olan 3.40 ha torpaq sahəsi üstüstə düşür. İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.2491 ha torpaq sahəsinin 2.22 ha hissəsi Cavabdeh2, 1,82 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. Qeyd olunan torpaq sahəsinin 0.21 ha hissəsi tikinti altında olan torpaq sahəsi ilə üst-üstə düşür.”
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-28/2023 nömrəli 16 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilərək, Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə (JN0006 saylı, kod 60708 018 olan) “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 4.25 ha torpaq sahəsinin 2,22 ha hissəsindən Cavabdeh2, 1,82 ha hissəsindən Cavabdeh1 çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər İlham Əsədovun sədrliyi və məruzəsi ilə, Tofiq Heydərovdan və Samir Mayılovdan ibarət tərkibdə).
18. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin edilməsi üçün, o, torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdehlər əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerlə şdiyi sübut edilməlidir.
19. Mübahisəli sahənin iddiaçının qanuni mülkiyyətində (istifadəsinə) olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsində iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Beyləqan Layihə Tədqiqat İdarəsinin mütəxəssinin arayışı alınmışdır. Məhkəmə iş üzrə mütəxəssis arayışına əsaslanaraq iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir
21. Məhkəmə kollegiyası iş üzrə ekspert rəyini sübut qismində qəbul edərək hesab etmişdir ki, iddia tələbi ekspertizanın rəyinə və iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerqurulu şu təşkili şöbəsinin mütəxəssis arayışına əlavə edilmiş plana uyğun olaraq qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası mövqeyini MM-in 157.2, Torpaq Məcələsinin 111-ci, MPM-in 77-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində qismən ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, həmin mübahisəli ərazi zəbt olunmayıb, hal-hazırki mübahisəyə qədər məhkəmə qətnamələri ilə ayrı-ayrı şəxsl ərin yerləşdirilməsi nəticəsində iddiaçının özünün və ailə üzlərinin pay torpaq sahəsindən oynaması olmuşdur ki, bununda səbəbi həmin ərazidə mülkiyyətə verilmiş torpaq sahəsinin həcminin fakiki ölçüdən az olmasıdır. Apelyasiya məhkəməsi tam hüquqlu məhkəmə instansiyası kimi araşdırmanı tam aparmamış, faktiki olaraq, iddia qaldırmamış iddiaçıların və cavabdeh kimi göstərilməmiş şəxslərin hüquq və vəzifələri ilə bağlı məsələni həll edərək, onların mülkiyyət hüquqlarına əsassız müdaxilə etmişdir.
25. Kassasiya şikayətinin digər dəlilinə görə, işə baxan məhkəmələr həmin torpaq sahəsinin 20 ildən artıqdır ki cavabdehlərin istifadəsində olduğunu, bu müddət ərzində torpaq sahəsinin zəbt olunması ilə bağlı heç bir iddia və mübahisə olmadığını nəzərə almamışdır.
26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, şikayətin əsassız olduğu üçün təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərər qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
30. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq ekspertizanın rəyi əsasında bu qənaətə gəlmişlər ki, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4.2491 ha torpaq sahəsinin 2.22 ha hissəsi Cavabdeh2, 1,82 ha hissəsi isə Cav abdeh1 tərəfindən istifadə olunur. Belə olan halda iddiaçının mülkiyyətin müdafiəsinə dair iddiası haqlı sayılaraq qismən təmin edilmişdir.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırıl ması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-28/2023 nömrəli 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.