Məhkəmə qərarları › İş №2(102)-799/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-799/2022

15.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-799/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Laçın rayon Pirdinar kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-169*/2*21 nömrəli iş üzrə *9 sentyabr 2*21-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 fevral 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən et di: İşin halları İddiaçı cavabdeh Laçın rayon Pirdinar kənd orta məktəbinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmasına dair 14.*6.2*16-cı il tarixli, 35 nömrəli əmr ləğv edilməklə onun İsmayıllı rayonunda yerləşən Laçın rayonu Pirdinar kənd tam orta məktəbinə müəllim vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti ərzində *1.*9.2*2*-ci il tarixdən hesablanmaqla yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək hər ay üçün 2*2*ci il tarixdə orta əmək haqqı olan 744.5 manatın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, laçın rayon Pirdinar kənd tam orta məktəbinin 29.*6.2*18-ci il tarixli, 41 nömrəli əmrinin e tibarsız hesab edilməsi və onun Laçın rayonu Pirdinar kənd tam orta məktəbinin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 sentyabr 2*12-ci ıl tarixdən 16 sentyabr 2*13-cü il tarixədək Stansiya Sumqayıt qəsəbəsində yerləşən Laçın ravon 8 nömrəli ümumi orta məktəbdə, 19 sentyabr 2*13-cü il tarixdən 15 sentyabr 2*14-cü ilədək Laçın rayonu Ağzıbir kənd ümumi orta məktəbinin Ləkiçılpaq sinfində ibtidai sinif müəllimi işləmişdir. 15 sentyabr 2*14-cü il tarixdə isə İsmayıllı rayonunda yerləşən Laçın rayon Pirdinar kənd tam orta məktəbinə sinif müəllimi təyin edilmişdir. 2*16-cı il tarixdə analıq məzuniyyətinə çıxmış, 4 ay sonra məzuniyyətdən qayıtmışdır. 2*17/2*18-ci tədris ilinin sonuna qədər müəllim kimi fəaliyyətini davam etdirmiş, 2*18-ci ilin iyun ayında ikinci övladı anadan olmasına görə dərslərdə iştirak etməkdə çətinlik çəkməyi səbəbi ilə ikinci dəfə analıq məzuniyyətinə çıxmışdır. 2*2*-2*21-ci tədris ilinin başlanması ilə əlaqədar sentyabr ayının əvvəlində məzuniyyətdən qayıtdıqda ona işdən çıxarıldığı bildirilmiş və əmək kitabçası ona verilmiş, lakin işdənçıxma əmri təqdim edilməmiş və əmək kitabçasında işdən çıxmağına dair qeyd də aparılmamışdır. İlk dəfə Laçın rayon məhkəməsinə müraciət edəndə işdən çıxma əmri iş materiallarında olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər məhkəmə tərəfindən geri qaytarılmışdır. Əmrin təqdim edilməsi üçün rəsmi qaydada Laçın rayon təhsil şöbəsinə müraciət etdikdən sonra 17 dekabr 2*2*-ci il tarixdə direktor tərəfindən əmrdən çıxarış ona təqdim olunmuşdur. Lakin Laçın rayon Pirdinar kənd tam orta məktəbinin direktoru tərəfindən ona təqdim olunmuş əmr 14.*6.2*16-cı il tarixli 35 nömrəli əmr olmuşdur. Ona görə də o, iddia ərizəsində həmin əmrin ləğv edilməsini tələb etmişdir. Sonradan isə məlum olmuşdur ki, onun işdən çıxarılması ilə bağlı verilmiş əmr 29.*6.2*18-ci il tarixli, 41 nömrəli əmr olmuşdur. Göstərilənlərə əsasən də o, belə hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmiş, əmək kitabçasında işdən çıxarılması barədə qeyd aparılmamış, işdən çıxarılması barədə əmrin surəti ona təqd im edilməmiş, onunla son haqq-hesab aparılmamış, əmrin tərtib edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə cavabdeh tərəfindən riayət olunmamış, həmçinin onun övladının anadan olmasına görə sosial məzuniyyət hüququ yaranmasına və onun bu barədə müraciət etməsinə baxmayaraq qeyd edilən hal, yəni ona hamiləliyə və doğuşa görə məzuniyyət yerilməli olması Laçın rayon Pirdinar kənd tam orta məktəbinin direktoru tərəfindən lazımi qaydada rəsmiləşdirilməmişdir. Laçın Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 fevral 2*21-ci il tarixli, 2(*47)-146/2*21 saylı qətnaməsi ilə (hakim Cavad İbrahimov) iddia tələbi təmin edilərək, iddiaçı Nəsirova (Əhmədova) Rəmiyə İsgəndər qızının işdən azad edilməsi barədə Laçın rayon Pirdinar kənd tam orta məktəbinin 29.*6.2*18-ci il tarixl i, 41 nömrəli əmrinin etibarsız hesab edilməsi, iddiaçı Nəsirova (Əhmədova) Rəmiyə İsgəndər qızının Laçın rayon Pirdinar kənd tam orta məktəbinin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tərəflərin izahatları, iş materiallarına əlavə edilmiş digər sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Nəsirova (Əhmədova) Rəsmiyə İsgəndər qızı 2*11-ci il tarixdə Göyçay İdarəetmə və Texnologiya kollecini bitirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. İddiaçı 15.*9.2*14-cu il tarixdə müddətli əmək müqaviləsi üzrə Laçın rayon Pirdinar kənd tam orta məktəbinə ibtidai sinif müəllimi kimi iş ə qəbul olmuş, bir neçə il müddətli əmək müqaviləsi üzrə həmin məktəbdə işlədikdən sonra Laçın rayon Pirdinar kənd tam orta məktəbinin 29.*6.2*18-ci il tarixli 41 nömrəli əmrinə əsasən isə işdən azad olunmuşdur. İddiaçı işdən azad olunarkən cavabdeh Laçın rayon Pirdinar kənd tam orta məktəbinin həmin əmrində müddətli əmək müqaviləsinin müddətinin bitdiyini əsas gətirmiş, lakin qeyd edilən əmrdə əmək müqaviləsinin ləğv edilməsi qaydasının nəzərdə tutulduğu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi qeyd edilməmişdir. Göstərilənlərlə bağlı məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84cü maddəsinin İİ hissəsinin tələblərinə əsaslanaraq həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmrin əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilməli olduğunu qeyd edir. Belə ki, Laçın rayon Pirdinar kənd tam orta məktəbinin 29.*6.2*18-ci il tarixli 41 nömrəli əmrində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə istinad edilməli olmasına baxmayaraq, həmin əmrdə göstərilən maddəyə və onun hissəsinə istinad olunmamışdır. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsindən ən geci bir həftə müddətində işçinin müvafiq əmək müqaviləsinə xitam verilməli olmasının qeyd edilməsinə baxmayaraq, Laçın rayon Pirdinar kənd tam orta məktəbinin direktoru tərəfindən sözügedən mübahisələndirilən əmr tərəflər arasınd a bağlanmış əmək müqaviləsinin müddətinin bitməsindən on beş gün sonra, yəni 29.*6.2*18-ci il tarixdə verilmişdir. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin bitdiyi gün, yəni 14.*6.2*18-ci il tarixdə iddiaçı Nəsirova (Əhmədova) Rəsmiyə İsgəndər qızının X2 adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinin tələblərinə əsasən isə bu hal, yəni iddiaçının övladının anadan olmasından 7* təqvim günü əvvəl cavabdeh tərəfindən iddiaçı üçün müvafiq sosial məzuniyyətin verilməli olması əsasını özündə ehtiva edir ki, cavabdeh tərəfindən də iddiaçının bu hüququ pozulmuş və ona müvafiq sosial məzuniyyət verilməmişdir. Göstərilənlərdən əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsi nin İİ hissəsinin tələblərinə əsasən iddiaçının işdən azad olunması ilə bağlı əmrin surəti və işçinin əmək kitabçası işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü iddiaçıya verilməli olduğu halda cavabdeh tərəfindən Əmək Məcəlləsinin bu tələblərinə də riayət olunmamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Nəsirova (Əhmədova) Rəsmiyə isgəndər qızı işdən azad edilərkən cavabdeh Laçın rayon Pirdinar kənd tam orta məktəbinin direktoru tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş və eyni zamanda qeyd edilən əmrin məzmununa dair tələblərə də riayət olunmamışdır. Bundan başqa məhkəmə həmçinin belə hesab edir ki, iddiaçının iddia tələbinin cavabdeh tərəfindən qəbul edilməsi və bu barədə məhkəməyə müvafiq yazılı ərizəsini təqdim etməsi özüözlüyündə məhkəmə t ərəfindən göstərilən iddia tələbinin qeyd-şərtsiz qəbul edilməsi halını özündə ehtiva etməlidir. Qeyd edilən bu hallar da məhkəməyə Laçın rayon Pirdinar kənd tam orta məktəbinin 29.*6.2*18-ci il tarixli 41 nömrəli əmrinin etibarsız hesab edilməsi üçün əsaslar verir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin hallarından görünür ki. iddiaçının Laçın rayon Pirdinar kənd tam orta məktəbinin 29.*6.2*18-ci il tarixli 41 nömrəli əmrindən yalnız məhkəmə araşdırmaları zamanı məlumat olmuş, eyni zamanda cavabdeh tərəfi ndən mübahisəyə iddia müddətinin tətbiq olunmasma dair məhkəməyə hər hansı bir rəsmi ərizə də verilməmişdir. Əksinə, cavabdeh Laçın rayonu Pirdinar kənd tam orta məktəbinin direktoru X1 məhkəmə rəsmi ərizəsini təqdim edərək iddiaçının iddia tələbini qəbul etdiyini bildirmişdir. Belə olan halda məhkəmə qeyd edilən mübahisəyə iddia müddətinin tətbiq edilməsini lüzumsuz hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1, 73.2, 74.2, 76.1, 83.2, 84.1, 84.2, 84.3, 125.1, 138.1, 296, 3**.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 191.1, 191.2, 191.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Laçın rayonu Pirdinar kənd tam orta məktəbinin direktoru X1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İsmayıl Əhmədov- sədrlik edən və məruzəçi, Tale Kərimov, Tofiq Heydərov) *9 sentyabr 2*21-ci il tarixli, 2(1*6)-169*/2*21 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Laçın Rayon Məhkəməsinin 25 fevral 2*21ci il tarixli, 2(*47)-146/2*21 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətin i onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində iddia ərizəsinə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı 15.*9.2*14-cü il tarixli, 131 nömrəli əmrlə müddətli əmək müqaviləsi əsasında Laçın rayonu Pirdinar kənd tam orta məktəbinə sinif müəllimi kimi təyin edilmişdir. Müddətli əmək müqaviləsi əsasında çalışdığı üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına dəvət edilməmişdir. Buna görə də növbəti illərdə də müddətli əmək müqavilələri əsasında işə qəbul edilmişdir. İddiaçı ilə növbəti və sonuncu əmək müqaviləsi 2*17-ci ildə 2*17-2*18-ci illər üçün bağlanmışdır. İddiaçı 2*17-2*18-ci dərs ilində MDQ imtahanında iştirak etmiş, lakin keçid balı toplaya bilmədiyi üçün həmin keçid balı toplamış X3 vakat olan ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. Bundan sonr a vakat ibtidai sinif müəllimi yeri olmadığı üçün Təhsil Nazirliyi tərəfindən müddətli əmək müqaviləsi bağlanılmasına icazə verilməmişdir. Buna görə də İddiaçı ilə 15.*9.2*17-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün 24.*6.2*18-ci il tarixli, 41 nömrəli əmrlə müqaviləyə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş 26.*6.2*18-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmiş və həmin tarixdə çap edilmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, İddiaçı iddia ərizəsində 2*18-ci ilin iyun ayında yenidən uşaq doğmuş olduğunu və buna görə növbəti analıq məzuniyyətinə çıxdığını göstərsə də, bu halı təsdiq edən sübutun onun tərəfindən işəgötürənə təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı hüquqlarının pozulmasını aşkar et diyi gün öz etirafına görə *1.*9.2*2*-ci il tarixdir. Birinci instansiya məhkəməsi bu halın iddianın təmin edilməsinə mane olan hal kimi qəbul edilməməsini cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməməsi ilə əsaslandırmışdır. Lakin Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət kəsici müddət olmaqla tərəflərdən hər hansı birinin vəsatəti olmadan məhkəmə tərəfindən tətbiq edilən müddətdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddət kəsici müddətdir. İddiaçı *1.1*.2*18-ci il tarixli, 46 saylı əmrin surətini və əmək kitabçasını vaxtında almış, hüquqlarının pozulmasını bildiyi andan onun məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı və hüquqi imkanı olmuşdur. O, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş, iddia ərizəsinə baxan məhkəmənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.*3.2*2*-ci il tarixli qərarında qeyd olunduğu kimi kəsici müddəti nəzərə almaq vəzifəsi yaranmışdır. Başqa bir tərəfdən iddiaçı 2*17-2*18-ci tədris ili üçün diaqnostik qiymətləndirmə imtahanında iştirak etmiş, keçid balı toplaya bilməmişdir. Ona görə onun müddətli müqavilə əsasında tutduğu ibtidai sinif müəllimi vəzifəsinə həmin qiymətləndirmədə keçid balı toplamış başqa bir şəxs qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin hallarına uyğun olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməsli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmi n edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə imzalanmış əmək müqaviləsinin bitdiyi tarixdə, yəni 14.*6.2*18-ci il tarixdə iddiaçının övladı doğulmuş və əmək müqaviləsinə xitam verilməsinə dair 29.*6.2*18-ci il tarixli əmr verilərkən işçi üzrlü səbəbdən iş yerində olmamışdır və əmək müqaviləsinə xitam verilməsinə dair əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla müqavilə müddəti bitdikdən 15 gün sonra ve rilmişdir. Nəticədə o, Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla işdən çıxarılmışdır. Bundan başqa, iş materiallarından görünür ki, əmək kitabçası və işdən çıxarılmaya dair əmrin surəti işçiyə onun son iş günündə verilməmişdir. Əmək kitabçası işçi analıq məzuniyyətinə çıxdıqdan sonra işə qayıtdıqda, işdən çıxmaya dair əmr isə iddiaçı məhkəməyə müraciət etdikdən sonra təqdim edilmişdir. Lakin apelyasiya məhkəməsi bu halı qanun pozuntusu olaraq nəzərə almamış və iddiaçının əmək kitabçasını və əmrin surətini vaxtında aldığını bildirmişdir. Əmək kitabçası işçiyə təqdim edilərkən məlum olmuşdur ki, orada yalnız onun işə qəbul edilməsinə dair məlumat qeyd edilmiş, lakin işdən çıxarılmasına dair heç bir qeyd aparılmamış, qanunvericiliklə müəyyən edilmiş qaydada təsdi qlənməmişdir. Apelyasiya məhkəməsi bu məsələyə toxunmamış və pozuntunu qeydə almamışdır. Apelyasiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərkən nəzərə almamışdır ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən obyektiv səbəblərdən bəzi sənədləri məhkəməyə təqdim edə bilməmiş cavabdeh isə iddia müddəti ilə bağlı hər hansı etiraz bildirməmişdir. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, Əmək Məcəlləsində kəsici müddət anlayışı tətbiq edilmir. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının işdən çıxarılmasına dair əmrdən çıxarış işəgötürən tərəfindən ona 17.12.2*2*-ci il tarixdə təqdim edilmiş və həmin əmr işçinin mübahisələndirdiyi 29.*6.2*18-ci il tarixli əmr deyil, 14.*6.2*16-cı il tarixli, 35 saylı əmr olmuşdur. Həmçinin işçinin əmək kitabçasında onu n işdən çıxarılmasına dair heç bir qeyd aparılmamışdır. Nəticədə işçi uzun müddət işdən çıxarılması barədə məlumatsız olmuşdur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək kitabçası və mübahisələndirilən əmrin surətini iddia ərizəsinə əlavə edə bilmədiyi üçün Laçın rayon məhkəməsi 19.1*.2*2*-ci il tarixli qərardada əsasən sənədləri geri qaytarmış və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edə bilmək hüququnun olduğunu bildirmişdir ki, bu da obyektiv hallarla bağlı səbəblərdən sayılır.Nəticədə iddiaçı yalnız cavabdehdən işdən çıxarılmasına dair əmrin surətini aldıqdan sonra təkrar olaraq məhkəməyə müraciət edə bilmişdir. Apellyasiya məhkəməsi işə baxarkən iddiaçının qanun pozuntusu ilə işdən çıxarılmasını təsdiq edən sübutlara qiym ət verməyərək cavabdehin sübut təqdim etmədən istinad etdiyi fikirlərə əsaslanmışdır. Belə ki, Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 2*17-2*18-ci dırs ilində MDQ (müəllimlərin diaqnostik qiymətləndirilməsi) imtahanında iştirak etmiş lakin keçid balı toplaya bilmədiyi üçün onunla 15.*9.2*17-ci il tarixdə imzalanmış əmək müqaviləsinə xitam verilmiş və onun yerinə həmin vəzifəyə X3 qəbul edilmişdir.Bundan sonra vakant ibtidai sinif müəllimi yeri olmadığı üçün Təhsil Nazirliyi tərəfindən müddətli əmək müqaviləsinin bağlanılmasına icazə verilməmişdir. Nəzərə alınmalıdır ki, sadalanan halları qeyd edərkən Apellyasiya məhkəməsi heç bir sənədə istinad etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işti rakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 1*.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2*19-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.*3.2*2*-ci il tarixli Qərarına əsasən, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından ir əli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sən ədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1*.8-1. Bu Məcəllənin 159, 269, 28*, 284-5, 394-1, 397.2, 4*3-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 4*7.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apel yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş, İddiaçı ilə 15.*9.2*17-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün 24.*6.2*18-ci il tarixli, 41 nömrəli əmrlə müqaviləyə x itam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş 26.*6.2*18-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmiş, bununla da Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməmişdir. İddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsində müyəyən edilmiş 1 aylıq müddətlə bağlı əsaslandırmasına və mövqeyinə gəldikdə isə, iddiaçı müəyyənləşdirilmiş həmin müddətin kəsici müddət olmadığına istinad etsə də, həmin müddətin kəsici müddət olması yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsinin qərarı ilə də müəyyən edilmişdir. İddiaçı həmçinin qeyd edilən müddətin onun tərəfindən ötürülmədiyini də göstərmiş olsa da, işdən görünür ki, İddiaçı hüquqlarının pozulmasını aşkar etdiyi gün öz etirafına görə *1.*9.2*2*-ci il tarixdir. İddiaçı isə əmrin surətini v ə əmək kitabçasını əldə etdikdən sonra qanunvericiliklə hüquqlarının müdafiəsi üçün müəyyən edilmiş 1 aylıq müddəti pozmaqla məhkəməyə müraciət etmişdir ki, bununla da o, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu itirmiş olmuşdur. Ümumi kasasiya yoxlaması nəticəsində isə iddiaçının kasasiya şikayətində istinad etmiş olduğu maddə və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-196*/2*21 nömrəli iş üzrə *9 sentyabr 2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar