Məhkəmə qərarları › İş №2(102)-8/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-8/2023

01.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 21 dekabr 2021-ci il tarixli, 2(103)10581/2021 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə cavabdeh X1 68166,38 ABŞ dolları borcun, ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 106 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldi lmişdir.

3. İpoteka predmetinin açıq hərracdan satılması "xxxx" MMC-yə həvalə edilmiş, mənzil ilkin satış qiyməti 160000 manat olmaqla, 29 yanvar 2021-ci il tarixdə ilkin hərraca çıxarılmış, hərrac baş tutmamışdır.

4. İpoteka predmeti 15 % aşağı qiymətlə, yəni 136000 manata 17 fevral 2021-ci il tarixdə təkrar hərraca çıxarılmış, həmin hərrac həmçinin baş tutmamışdır. Bu barədə “Birja yenilikləri” qəzetində elan dərc edilmişdir. 5. "xxxx" MMC 23 fevral 2021-ci il tarixdə ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 102000 manat olmaqla ipoteka saxalayana təklif etmiş, Ləğv prosesində olan Cavabdeh3 ASC isə ipoteka predmetinin qeyd olunan qiymətə əldə olunması məqsədi ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqı nda yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ipoeka saxlayanın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi barədə 10 mart 2021-ci il tarixli məktub vermişdir. 6. "xxxx" MMC-nin 29 aprel 2021-ci il tarixli məktubuna əsasən tələbkar Ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən əmlakın əldə etmələri 10 mart 2021-ci il tarixli məktubla razılıq məktubu vermiş, xidmət haqqı ilə bağlı ödəniş həyata keçirilmədiyindən protokol təqdim edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində yerləşən 106 saylı evin 11 saylı mənzilinə dair ipoteka yüklülüyünə xitam verilməsi, həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin təkrar hərracda alıcısı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetində müvafiq elan verilmişdir. Həmin elan tarixindən sonra ipoteka saxlayan (tələbkar) Cavabdeh3 ASC ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunlar ı barədə protokol imzalanmamışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(006)4625/2021 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC arasında Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 106 saylı evin 11 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 106 saylı evin 11 saylı mənzili ipoteka yüklülüyündən azad edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, qətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestrində Bakı şəhəri, Nərimanov rayonu, X 3 küçəsi, 106 saylı evin 11 saylı mənzilinin Ləğv prosesində olan Cavabdeh3 ASC qarşısında ipoteka ilə yüklülüyünə xitam verilməsi ilə bağlı müvafiq qeydlərin aparılması üçün əsas olması qeyd edilmişdir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinə, “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 42.1, 42.3, 43.4, 43.5, 43.7, 43.8ci “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 3-cü, Mülki Məcəllənin 325.1, 408.1ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad edərək göstərmişdir ki, 17 fevral 2021-ci il tarixli hərracın baş tutmamış elan olunmasının kütləvi informasiya vasitələrində 23 fevral 2021-ci il tarixdə dərc edilməsi işin mübahisəsiz halıdır. Bu səbəbdən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC 30 gün müddətində hüququndan istifadə edərək, ipoteka predmetini təkrar hərracda satış qiymətindən 25%-dək az qiymətlə almalı idi. Lakin cavabdeh tərəfindən 18 mart 2021-ci il tarixədək ipoteka predmetinin alınması ilə əlaqədar tədbirlər görülməmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyə əsasən ipoteka predmetinin əldə edilməsi üçün müddət hər hansı şərtlə müəyyən olunmamış və ipoteka saxlayan göstərilən müddət ərzində bütün texniki məsələləri həll etməklə, əmlakı əldə etmək vəzifəsini daşıyır. Başqa sözlə, tələbkar tərəfindən 10 mart 2021-ci il tarixli məktubla razılıq veril məsi onun həmin əmlakı qəbul edilməsi kimi qiymətləndirilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat 12.

17. Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(006)-4625/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(103)-10581/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovun və A.Ə.İsgəndərovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(006)4625/2021 nömrəli qətnaməsi Ləğv prosesində olan Cavabdeh3 ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. 14.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə olunması ilə bağlı hər hansı real addım atmamış, əmlakı hərracdan əldə etməmiş, sadəcə olaraq hərrac təşkilatına əmlakı əldə etmək niyyətində olmasına dair məktub göndərməklə kifayətlənmişdir. Halbuki, ipoteka predmetinin əldə edilməsi dedikdə, həmin əmlakın əldə edilməsi ilə bağlı real addımların və hərəkətlərin edilməsi başa düşülür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması F ondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(103)-10581/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka haqqında” Qanunun 43.5, 43.6, 43.7, 43.8-ci, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ipoteka saxlayan Ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən hərrac təşkilatçısının mərhələli hərrac prosedurlarını gözləmiş və təklif müraciətinə rəsmi məktubla münasibət bildirilmişdir. Məhkəmə tərəfindən ipoteka saxlayanan məktubuna hüquqi qiymət verilməmişdir.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Etiraz iddia ərizəsində istinad olunan hallarla, iddiaçının şəxsiyyəti barədə məlumatlarla əsaslandırılmışdır. Həmçinin “İpoteka haqqında” Qanunun 42.4 və Mülki Məcəllənin 319.6-cı maddəsinə istinad edilməklə göstərmişdir ki, Ləğv prosesində olan Cavabdeh3 ASC əmlakı əldə etmək üçün kredit tələbinin məbləği həcmində, yəni 78902 manat məbləğində əmlakın alış qiymətini ödəməkdən azad olsa da, alış qiymətinin qalan 23100 manat məbləğində artıq məbləği pul şəkildə ipoteka qoyana qaytarma lı idi. Lakin bank əmlakın əldə olunması istiqamətində heç bir real addım atmamış, onu əldə etmək niyyətində olmasına dair mücərrəd məktub yazmaqla kifayətlənmiş, nə əmlakın dəyərini tam, nə vergiləri və digər məcburi ödənişləri ödəməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4 2.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştir ak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilə r, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesa b olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Hazırki kassasiya şikayətinin dəlilləri ipoteka predmetinin təkrar hərrac baş tutmamış elan olunduqdan sonra 30 gün müddətində ipoteka saxlayanın əmlakı həmin hərracdakın satış qiymətindən 25 faiz aşağı qiymətlə alınmasına razılıq verməsinin “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqini istisna etməsindən ibarətdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin icraatında olan işlər üzrə fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardad qəbul edilmişdir. Bu qərardadın qəbul edilməsi ilə bağlı işə baxılması təxirə salınmışdır.

29. Həmin Qərardada əsasən: - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. - İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla b ağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

30. Qərardadda Ali Məhkəmənin tərkibi ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qeyd etmişdir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur. Belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunverici “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsi ilə ipoteka predmetinin hərracdan əldə edilməsi üçün də eyni qaydanı müəyyən etmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, hərracdan i poteka predmeti olan və yaxud olmayan əmlakın əldə edilməsi qaydası qanunvericilikdə aydın şəklildə tənzimlənsə də, “İpoteka haqqında” Qanunun ilkin redaksiyasında ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka predmetini əldə etməsi qaydası müəyyən edilməmişdi. Lakin sonradan həmin qanuna edilmiş dəyişikliklə belə əldə etmə də əmlakın hərracdan əldə edilməsinə dair müəyyən edilmiş ümumi qaydaya uyğun nizamlanmışdır. Belə ki, “İpoteka haqqında” Qanuna 2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Qanunla əlavə edilmiş yeni 43.7-1-ci maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayır və bu protokol müq avilə qüvvəsinə malikdir. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyi l, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam v ermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.

31. Beləliklə, hazırki işdə ipoteka saxlayan olan kassator hərrac baş tutmamış elan olunduqdan sonra 30 gün müddətində ipoteka predmetinin əldə edilməsinə dair razılığını bildirsə də, bu razılığın reallaşdırılması istiqamətində tədbirlər görmədiyindən, yəni qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq protokol imzalanmadığından, ipotekaya xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olmuşdur.

32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(103)-10581/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar