Məhkəmə qərarları › İş №2(102)-80/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-80/2020

10.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-80/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)2387/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(041)-37/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.S.Bayramov) İddiaçı Cavabdeh qar şı “3.000 manat kompensasiya ödənilməklə üç azyaşlı uşaqları ilə birlikdə evdən istifadə hüququna xitam verilməsi” barədə ilk iddia ərizəsi qismən təmin, Cavabdeh İddiaçı qarşı “kompensasiyanın naturada, yəni dəyəri 30.000-35.000 manat olan iki otaq şəklində verilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh 4.000 manat kompensasiya ödənilməklə onun üç azyaşlı uşaqları ilə birlikdə İddiaçı məxsus olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 3 otaqlı evdən istifadə hüququna xitam verilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)2387/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, M.K.Həsənov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmədə n, iş üzrə Kürdəmir rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.000 manat kompensasiya ödənilməklə mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evindən keçmiş gəlini Cavabdeh azyaşlı uşaqları xx xxxx 2007-ci ildə doğulmuş X4, xx xxxx 2010-cu ildə doğulmuş X1 və xx xxxxx 2013-cü ildə doğulmuş X2 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin rədd edilməsi və ona, üç azyaşlı uşaqları ilə birlikdə ödəniləcək kompensasiyanın naturada, yəni dəyəri 30.000-35.000 manat olan ev şəklində verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xx kas sasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli evin İddiaçı mülkiyyətində olmasına, sonuncu tərəfindən Cavabdeh təklif edilən 4.000 manat kompensasiya məbləğinin yetərli olmaqla, ona üç uşağı ilə birlikdə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsinə və beləliklə də birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları, tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, xx xxxxxxxx 2006-cı ildə Cavabdeh rəsmi nikah əsasında Müşfiq Məmmədovla ailə qurub və sonuncunun yaşadığı Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Həmin evdə onların birgə nikahından xx xxxx 2007-ci ildə Aysel, xx xxxx 2010-cu ildə x və xx xxxxx 2013-cü ildə Həsən adlı üç uşaqları doğulub. Sonradan Kürdəmir rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə x arasında bağlanmış nikah pozulub və hər üç uşaq anaları Cavabdeh yanında saxlanılıb. Eyni zamanda həmin məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli digər qətnaməsi ilə Cavabdeh xx və İddiaçı qarşı “üç azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” barədə iddiası təmin edilərək, Cavabdeh üç azyaşlı uşağı ilə birlikdə Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evə köçürülmələri qət edilib. Bundan sonra Kürdəmir rayonu, Atakişili kəndində, mülkiyyətdə olan 0,0828 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 111,1 kv.metr, yaşayış sahəsi 82,1 kv.metr, köməkçi sahəsi 29,0 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə xx adlarına qeydə alınıb və bu barədə onların adlarına reyestr orqanı tərəfindən “hüquqların dövlət qeydiyyatı haqqında” xx xxxxxxxx 2018-ci il tarixli Çıxarış verilib. Hazır da ilk iddia ərizəsində İddiaçı keçmiş gəlini Cavabdeh 3.000 manat, məhkəmənin gedişində isə 4.000 manat kompensasiya verilməklə üç uşağı ilə birlikdə onun evdən istifadə hüququna xitam verilməsini iddia edir. Cavabdeh isə ilk iddia ərizəsi ilə razılaşmır və qarşılıqlı iddia ərizəsində İddiaçı tərəfindən ona təklif edilən kompensasiyanın naturada, yəni dəyəri 30.000-35.000 manat olan 2 otaqlı evlə əvəz edilərək verilməsini iddia edir. Göründüyü kimi İddiaçı mübahisəli evin ½ hissəsinə mülkiyyət hüququ sonradan, yəni xx xxxxxxxx 2018-ci il tarixdən əmələ gəlsə də, nə Cavabdeh onun evə mülkiyyət hüququnu, nə də İddiaçı Cavabdeh evdən istifadə hüququnu mübahisələndirmirlər və hazırda tərəflər arasında kompensasiyanın məbləği ilə bağlı mübahisə vardır. Belə ki, İddiaçı Cavabdeh təklif etdiyi 4.000 manat kompensasiya məbləğinin yetərli olmaqla, ona üç azyaşlı uşağı ilə birlikdə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyini bildirir, Cavabdeh isə bununla razılaşmır. İşə əlavə edilmiş “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin bazar dəyəri 42.000 manat, orta aylıq kirayə haqqı isə 150 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və İddiaçı tərəfindən Cavabdeh təklif edilən 4.000 manat kompensasiya məbləği yetərli olmaqla, üç a zyaşlı uşağı ilə birlikdə ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Cavabdeh kassasiya şikayətinin əsas dəlili isə Mülki Məcəllənin 228.2-ci maddəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlıdır. Həmin maddənin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam veril ə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o, cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata ke çirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası Qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda daha sonra göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, bu, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəz ləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya instansiyası məhkəməsi, 4.000 manat kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlsə də, həmin məbləğin İddiaçı hesabına Cavabdeh üç azyaşlı uşağı ilə birlikdə hansı müddətədək davamlı surətdə və hansı müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsini kifayət qədər araşdırmamış, bunun üçün ən azından mübahisəli evdə Cavabdeh üç azyaşlı uşağı ilə yaşamış olduğu şəraiti (otaqların sayını, sahəsini, evin kommunal şəraitini və sair) öyrənmədən, İddiaçı tərəfindən Cavabdeh təklif edilən 4.000 manat kompensasiya məblə ğinin ona başqa yerdə məhz mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı veribverməməsini aydınlaşdırmamış, yalnız işə əlavə edilmiş mütəxəssis rəyinə əsaslanaraq öz vəzifəsini bitmiş hesab etmişdir. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe MPM-nin 14.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin maddənin mənasına görə, məhkəmə, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçm əsinə kömək göstərməlidir. Digər tərəfdən, Mülki Məcəllənin 27.1, 27.2 və 27.3-cü maddələrinin mənasına görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh ilə Müşfiq Məmmədov arasında bağlanmış nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş hər üç uşaq anaları Cavabdeh yanında saxlanılsalar da, onların yaşayış yeri son 11 il müddət ərzində fasiləsiz və etirazsız olaraq yaşadıqları və valideynlik hüququnu itirməmiş ataları Müşfiq Məmmədovun yaşayış yeri sayılan mübahisəli ev olm uşdur. Ona görə də İddiaçı tərəfindən üç azyaşlı uşağı ilə birlikdə Cavabdeh təklif edilən 4.000 manat kompensasiya məbləği yetərli olmamaqla yanaşı, eyni zamanda ədalətli deyildir. Çünki, təklif olunan 4.000 manat kompensasiya məbləğindən onların hər birinə 1.000 manat pul düşür ki, bu da onlara müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə onlara aid olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Bundan başqa, işdən görünür ki, mübahisəli ev bütövlükdə deyil, yalnız ½ hissədə İddiaçı mülkiyyətindədir, evin digər ½ hissəsi isə xx mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi evin digər payçısı xx işə baxılmağa cəlb edib, hazırki mülki mübahisəyə onun münasibətini öyrənmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik, əsaslılıq və ədalətlilik baxımından MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddənin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işə baxılarkən qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və möt əbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalan an maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-2387/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar