Məhkəmə qərarları › İş №2(102)-80/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-80/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-80/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi, öhdəliyin kreditorun ixtiyarlı şəxsinə icra edilməsi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-697/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. İddiaçı 2013-cü ildə Cavabdeh 10.000 manat və 2.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Bu fakt işin mübahisəsiz halıdır.

2. İddiaçı bildirir ki, həmin vəsaiti özünə məxsus avtomobili girov qoyaraq borc almaqla əldə etmiş və cavabdehə vermişdir. Cavabdeh borcundan 5.800 manatı geri ödəmiş, qalan 6.200 manatı qaytarmamışdır.

3. Cavabdeh isə bildirir ki, borc götürdüyü 10.000 manat və 2.000 ABŞ dolları məbləğində pulu qaytarmışdır, iddiaçıya borcu qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 6.200 manat əsas borcun, 11.400 manat zərərin, 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17.630 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılm asını xahiş etmişdir. İddia tələbi yuxarıda göstərilən qaydada əsaslandırılmışdır (§ 2).

5. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı mülkiyyətində olan ** RG *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobili girov qoymuş və əvəzində X3 10.000 manat borc almış və həmin pulu və əlavə olaraq da 2000 manat ona vermişdir. Sonradan o, iddiaçının verdiyi 2000 manatı və Ramiz adlı şəxsin verdiyi 10.000 manatı qaytarmışdır. Hətta razılaşmaya görə iddiaçı avtomobilini girov qoyduğu üçün ona əlavə olaraq da pul vermişdir. Ramiz adlı şəxsdən götürdükləri pul onun tərəfindən qaytarıldığı üçün İddiaçı “Toyota Prado” markalı avtomobili etibarnamə əsasında geri qaytarmışdır. Hazırda iddiaçıya heç bir borcu yoxdur.

6. Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) xx xxxxxx 201 7-ci il tarixli, 2(13)-853/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6.200 manat əsas borc, 3.255,64 manat vurulmuş zərərin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9.485,64 manat pul məbləğinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə cavabdeh tərəfindən 10.000 manat və 2.000 ABŞ dolları məbləğində pulun alınmasına istinad edərək bu qənaətə gəlmişdir ki, 6.200 manat iddiaçıya qaytarılmamışdır və iddia tələbi əsas borca münasibətdə Mülki Məcəllənin 739.1-ci maddəsi baxımından əsaslıdır. Eyni zamanda Kapital Bank ASC-nin məhkəmə sorğusu əsasında verdiyi arayışa əsasən 6.200 manat pulun 36 ay ərzində 29,84 faiz dərəcəsi üzrə aylıq annuteti 266,66 manat təşkil edir. 6.200 manat pul vəsaitinə yekun olaraq 3.255,64 faiz məbləği ödənilir. İddia tələbinin zərərlə bağlı hissəsi həmin həcmdə cavabdehdən tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və Ə.Abdullayev) xx xxxxxx 2020-ci il tarixli, 2(104)-697/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(13)-853/2017 nömrəli qətnaməsi ləğv, İddiaçı iddiası rədd edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan ** RG *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobili X4 xeyrinə girov qoymuş (adına keçirməklə), sonuncuda öz növbəsində bunun müqabilində Cavabdeh 10000 manat, iddiaçı özü isə cavabde hə 2000 manat borc vermişdir. Cavabdeh, sonradan Ramiz adlı şəxsin verdiyi 10.000 manatı iddiaçının özünün iştirakı ilə birlikdə qaytarmış, Ramiz Hüseynov da bunun müqabilində iddiaçı Əsgər Mirəsgərovun “Toyota Prado” markalı avtomobili girovdan çıxararaq (adına etibarnamə verərək) geri vermişdir. İşin qeyd olunan bu halı cavabdehin, eləcədə məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq olunur. Həmçinin müəyyən olunur ki, iddiaçının özü tərəfindən cavabdehə verilmiş 2000 manatı da Cavabdeh qaytarmış, hətta razılaşdıqları əlavə pulu da iddiaçıya vermişdir. İşin qeyd olunan bu halı isə iddiaçının məhkəməyə verdiyi iddia ərizəsində öz təsdiqini tapır. Belə ki, İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh iki halda 2500 manat onun özünə, bir halda isə 800 manat etibarnamə üzrə nümayəndəsinə qaytarmışdır. Göründüyü kimi cavabdehə iddiaçıya məxsus avtomobilin girov qoyulması ilə Ramiz adlı şəxsdən 10000 manat alınmış, iddiaçının özü tərəfindən isə cavabdehə 2000 manat, cəmi 12000 manat verilmiş, Cavabdeh isə ümumilikdə 15800 manat, yəni 10000 manat Ramiz adlı şəxsdən alınmış borcu iddiaçının iştirakı ilə birlikdə Ramizə, iddiaçıdan aldığı 2000 manatın əvəzində isə onun özünə 5800 manat qaytarmışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Kollegiya gəlmiş olduğu bu qənaəti həmçinin onunla əsaslandırır ki, İddiaçı iddia ərizəsində mülkiyyətində olan avtomobili həmyerlisi X2 yanında-həyətində girov qoyaraq 10000 manat, digər tanışından isə 2000 manat alaraq cavabdehə ümumilikdə 12000 manat borc verdiyini bildirsə də, lakin bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan avtomobili cavabdehlə birlikdə Ramiz adlı şəxsin yanında girov qoymuş və bunun müqabilində 10000 manat borc alınmış və həmin məbləğdə pulu Cavabdeh götürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, çox qəribədir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minib icraya yönəldildikdən və cavabdehin pensiyasından aylıq tutmalar başladıqdan və təxminən iki ilə yaxın vaxt keçdikdən sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Buna baxmayaraq apellyasiya şikayəti mümkün sayılaraq ona baxılmış, rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia təmin olunmamışdır. İş materiallarından görünür ki, cavabdeh iddiadan məlumatlı olmuş, Ağdam rayon məhkəməsində iddiaya qarşı sübutlarını və ya şahidlərini təqdim edə bildiyi halda bunu etməmişdir. Apellyasiya məhkəməsi bunu nəzərə almadan qanunsuz olaraq cavabdehin dəvət etdiyi şahidlərin məhkəmə iclasında dindirilməsinə şərait yaratmışdır. Halbuki MPM-nin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehin şahidləri birinci instansiya məhkəməsinə çağırması və dindirilməsi üçün yetərli qədər imkanı olmuşdur. Apellyasiya məhkəməsi onun təqdim etdiyi şahidlərin dindirilməsini təmin etməmiş, qarşı tərəfin şahidlərinin dinlənilməsinə şərait yaratmışdır. Halbuki, qarşı tərəfin şahidlərinin dindirilməsindən sonra iddiaçının da şahidlərinin dindirilməsi üçün zərurət yaranmışdır. Məhkəmə iş üzrə sübutlara da düzgün hüquqi qiymət verməmişdir. Həm iddia ərizəsində, həm də birinci instansiya məhkəməsində iddidiaçı qeyd etmişdir ki, cavabdehə 10.000 manat pulu Ramiz Hüseynovdan borc alaraq vermişdir. Cavabdeh də həmin pulu qaytarmadığı üçün dostu X1 10.000 manat pul alaraq Ramiz Hüseynova qaytarmışdır. Yəni sonuncunun pulu qaytarılsa da, Cavabdeh faktiki olaraq ona olan borcu bu günədək ödənilməmiş qalm ışdır. Cavabdeh ona olan borcunu qaytardığını bildirsə də, bunu təsdiqləyən sübutları təqdim edə bilməmişdir. Əgər iddiaçı ədalətsiz davransaydı cavabdehin heç 5.800 manat qaytardığını etiraf etməzdi. Çünki, həmin məbləği qəbul etməsinə dair cavabdehdə qəbz və ya onun imzası olan sənəd yoxdur. İddiaçı həm halallıq baxımından, həm də qanunvericiliyə əsasən yalnız cavabdehin qalıq borcunu tələb edir.

12. Ali Məhkəməyə xx.xx.2020-ci il tarixdə İddiaçı kassasiya şikayətinin geri götürülməsi haqqında ərizə daxil olmuşdur. İş üzrə xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iştirak etsə də, İddiaçı iclasa gəlməmişdir. Bu səbəbdən həmin ərizənin həqiqətən də kassator tərəfindən verilib-verilmədiyini aydınlaşdırmaq mümkün olmamışdır. Eyni zamanda ərizə notarial qaydada təsdiqlən mədiyi üçün ona imza edənin şəxsiyyəti qeyri-müəyyən qalmışdır. Bu hallar məhkəmə iclasında müzakirə edildikdən sonra ərizənin İddiaçı tərəfindən verilməsinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə iclası təxirə salınmışdır. Buna baxmayaraq ötən müddət ərzində İddiaçı kassasiya şikayətinin geri götürülməsi haqqında notarial qaydada təsdiqlənmiş ərizəsi Mülki Kollegiyaya daxil olmamış, eyni zamanda tərəflər hazırkı məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, İddiaçı adından verilmiş ərizə mötəbər sayılmadığı üçün kassasiya şikayətinə mahiyyəti üzrə baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaları na baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çata n şəxsə ödəməlidir.

17. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.

18. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 12.000 manat məbləğində borc vermişdir. Cavabdeh, həmin məbləğdə borcun iddiaçı tərəfindən ona verilməsini mübahisələndirmir.

27. İddiaçı, b orcun 5.800 manatının ona qaytarıldığını etiraf edərək qalıq məbləğ kimi 6.200 manat əsas borcun və zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir.

28. Cavabdeh borcu iddiaçıya tam qaytardığını bildirərək mövqeyini belə izah edir ki, o, borc aldığı 10.000 manatı, iddiaçının borc aldığı Ramiz Hüseynova vermiş, sonuncu həmin pula görə iddiaçının girov götürdüyü avtomobilini özünə qaytarmışdır. İddiaçı da 5.800 manatın ona ödənildiyini etiraf etdiyi üçün qalan məbləği də qaytardığı təsdiq olunur. Cavabdeh bu halı təsdiq edən sübut kimi apellyasiya baxışında dindirilmiş Ramiz Hüseynovun və Saleh Məmmədlinin ifadələrinə istinad etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu məzmunlu izahatına və onu təsdiqləyən həmin şahidlərin ifadələrinə əsasən belə qənaətə gəlmişdir ki, borc cavabdeh tərəfindən iddiaçıya ödənilmiş və öhdəlik tam icra edilməsi səbəbilə aradan qalxmışdır.

30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə bu qənaətə gəlməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassı z hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. İşin yuxarıda qeyd edilən halları ona dəlalət edir ki, tərəflər arasında borc müqaviləsinə dair hüquq münasibətləri yaranmışdır. Belə olan halda, borcun qalıq məbləğinin qaytarılması tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi çıxış edir (§ 15).

33. Normanın məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Başqa sözlə, borc məblə ğinin borc alana verilməsi təsdiqləndikdən sonra: borc alan kreditor qarşısında borclanır və borcunu məhz borc verənə qaytarmaq öhdəliyi meydana gəlir; kreditor borc verdiyini sübutetmə yükündən azad olur; borcu qismən və ya tam olaraq ödədiyini iddia edən borclu, borcunu məhz kreditora və ya onun ixtiyarlı şəxsinə qaytardığını sübuta yetirmək yükünü daşıyır.

34. Bu qaydanı hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçı borc verən, cavabdeh isə borc alandır və aralarında bağlanmış müqavilə ilə məhz onların bir-birinə qarşı öhdəlikləri yaranmışdır. Bu hal ona dəlalət edir ki, kreditor olan iddiaçı, haradan və ya kimdən əldə etməsindən asılı olmayaraq borc verdiyi pul vəsaitini öz (əvəzedilən) əşyası kimi borcluya vermişdir. Pulu qəbul edən borclunun (cavabdehin) isə həmin vəsaiti məhz id diaçıya qaytarmaq öhdəliyi meydana gəlmişdir.

35. Bu baxımdan cavabdeh iddiaçının etiraf etdiyi 5.800 manatdan əlavə, 10.000 manat məbləğində pulu qaytardığını iddia etdiyi halda, onu məhz borcluya və ya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır (§ 19). 10.000 manat məbləğində pulun iddiaçıya verilmədiyi mübahisəsizdir. Cavabdeh həmin vəsaiti Ramiz Hüseynova verdiyini bildirir, bu halı həmin şəxs və əlavə bir şahid təsdiqləyir.

36. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, 10.000 manatın cavabdeh tərəfindən Ramiz Hüseynova verilməsi, iddiaçıya olan borcun qaytarılması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Ona görə ki, iddiaçının cavabdehə borc vermək üçün həmin məbləğdə pulu R.Hüseynovdan borca götürməsi faktı sonuncunu Cavabdeh qarşısında kreditor vəziyyə tinə gətirməmişdir. Çünki, pul vəsaiti məhz İddiaçı tərəfindən Cavabdeh verildiyi üçün cavabdehin həmin borcu R.Hüseynova deyil, İddiaçı qaytarmaq öhdəliyi yaranmışdır. Bu baxımdan Cavabdeh Ramiz Hüseynova 10.000 manat məbləğində pul verməsi borcun iddiaçıya qaytarılmasına dəlalət etmir. Həmin vəsaitin Ramiz Hüseynova verilməsi o zaman iddiaçıya olan borc öhdəliyinin icrası sayıla bilər ki, R.Hüseynov iddiaçının ixtiyarlı şəxsi olsun.

37. Yuxarıda qeyd edildiyi kimi borclu öz öhdəliyini kreditora və ya icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir və borcu həmin şəxslərə ödədiyini iddia edən tərəf bunu sübuta yetirmək yükünü daşıyır (§ 16, 19).

38. Hazırkı işdə İddiaçı, Ramiz Hüseynova olan borcunu özü ödədiyini bildirmiş, cavabdeh tərəfindən ona ödənilməli olan borc üzrə R.Hüseynovu n icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını etiraf etməmişdir.

39. Eyni zamanda Cavabdeh, Ramiz Hüseynovun icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə R.Hüseynov icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, iddiaçının buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

40. Kollegiya hesab edir ki, bu xüsusat üzrə cavabdehin dəvət etdiyi şahidlərin apellyasiya baxışında dindirilməsi və onların ifadəsinin sübut kimi qəbul edilməsi üçün kifayətedici prosessual əsaslar aşkar edilmir. Çünki, əlavə faktlar və sübutlar apellyasiya məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (§ 22).

41. İ ş materiallarından görünür ki, cavabdehin birinci instansiya məhkəməsində ona qarşı hazırkı iddianın qaldırılmasından məlumatı olmuşdur. Belə ki, iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsi çıxarıldıqdan sonra Cavabdeh, xx.xx.2017-ci il tarixli ərizə ilə həmin qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Onun ərizəsi təmin edilərək işə baxılması təzələnsə də, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus ünvanlara dəfələrlə bildirişlər göndərilmiş, hətta hakim tərəfindən teleqram göndərilməklə işə baxılmasının vaxtı və yeri barədə təkrar məlumat verilmiş, gəlməyəcəyi halda işə onun iştirakı olmadan baxılacağı bildirilmişdir.

42. Göründüyü kimi cavabdeh ona qarşı hazırkı iddianın qaldırılmasını bilsə də, iddiaya qarşı etirazını və ya sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Bunun ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına dair mötəbər sübutlar isə təqdim olunmamışdır. Belə olan halda, cavabdehin dəvət etdiyi şahidlərin apellyasiya baxışında dindirilməsi və onların ifadələrinin mümkün və kifayətedici sübut kimi qəbul olunması yuxarıda qeyd olunan prosessual hüquq normalarına uyğun deyil (§ 20-22).

43. Beləliklə, göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə ləğv edib iddianı rədd etməklə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını səhv tətbiq etmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda g östərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

44. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-697/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar