Məhkəmə qərarları › İş №2(102)-80/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-80/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-80/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-80/2023 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1719/2021 saylı, 09 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında əmlakın Dövlət Reyesrtindən MA № ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət 52 saylı mənzil İddiaçı adına 05 iyun 2010-cu il tarixdə qeydə alınmışdır.

2. İddiaçı ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Ailə həyatı qurduqdan sonra Cavabdeh1 oğlu İslam birlikdə ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə köçmüşlər. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur.

3. İddia ərizəsi verilən vaxtda Cavabdeh1 Təvəkgül oğlunun mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində yerləşən 10/5 saylı ev mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikah pozulduqdan s onra iddiaçı cavabdehlərdən dəfələrlə mənzili tərk etməyi tələb etsə də, cavabdehlər onun bu tələbinə əməl etməmişlər.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3101/2019 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması, hazırkı qətnamənin Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması qət edilmişdir.

7. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2015-ci il tarixdə yaranmışdır. Cavabdehlər qeyd olunan qanunveri ciliyin tələblərinə əsasən artıq iddiaçının ailə üzvü statusunu itirmiş və bu səbəbdən qanunvericiliyə uyğun olaraq sözügedən mənzilə olan istifadə hüquqlarına xitam verilməli və həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə eyni zamanda hesab etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Habelə hüquqlarını həyata keçirmək istəyi qanunidir. Onun xüsusi mülkiyyətində olan mənzilə dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabdehlərin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilər ək, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 4.2, 77.1 və 88-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində biinci icraat

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. 1

0. Apellyasiya şikayətlərində məhkəmənin maddi hüquq normalarının tələblərini pozması, tətbiq olunmalı qanunvericiliyi tətbiq etməməsi, məhkəmə iclasında cavabdehlərin iştirakını təmin etməməsi arqumentlərini irəli sürməklə, şikayətlərini eyni məzmunda olmaqla onunla əsaslandırmışlar ki, iddiaçı ilə Cavabdeh1 2015-ci il dekabr ayında faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Onların nikahları rəsmiləşənədək Cavabdeh1, iddiaçının mənzilini əsaslı təmir etmişdir. Çünki həmin vaxt mübahisəli mənzildə yaşamaq mümkün olmamışdır. Mənzilin təmirində Cavabdeh2 da iştirak etmiş və bu işə böyük əmək sərf etmişdir. Buna görə də iddiaçı Cavabdeh1 da mənzildən istifadə etməsinə razılıq vermiş və onu həmin mənzilə qeydiyyata aldırmışdır. Lakin bir müddət sonra iddiaçı Cavabdeh1 qarşı məhkəmədə boşanma barədə iddia qaldırmışdır. İddiaçı Cavabdeh1la nikaha girərkən səmimi olmamış və məqsədi onların vəsaiti hesabına evinə təmir etdirmək olmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5208/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Valeh Ağayev və Elnur Həsənov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz. Buna görə də, birinci instansiya məhkəməsinin id diaçının iddia tələbi üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğun olmuş, məhkəmə tərəfindən haqlı olaraq iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası apellyatorların iddiaçıya məxsus mənzilin onlar tərəfindən təmir edilməsi ilə bağlı arqumentina dair qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya qarşı məhkəməyə müstəqil iddia tələbi ilə müraciət edərək mənzilin təmirinə sərf etdikləri vəsaiti geri tələb etmək hüquqları vardır.

13. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mənz il Məcəlləsinin 30.4, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə istinad etmişdir. Kassasiya instanisyası məhkəməsində birinci icraat

14. Cavabdeh1 (Vəkil) kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5208/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Apellyasiya şikayətində göstərildiyi kimi birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş, buna görə onlar hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşlar. Bu halda ap ellyasiya instansiyası məhkəməsi cavabdehlərə məhkəmə bildirişlərinin göndərilib-göndərilməməsi, əgər göndərilmişdirsə həmin bildirişlərin onlara çatıb-çatmaması, bildirişlər çatdırılmamışdırsa bunun səbəbləri aydınlaşdırılmalı idi. Lakin məhkəmə bu dəlilləri araşdırmamış, hətta özü də cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin digər dəlilinə əhəmiyyət verməmişdir. Həmin dəlil ondan ibarət idi ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir. Lakin birinci instansiya məhkəməsi qətnamədə bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Ona görə də apellyator həmin məsələni apellyasiya şikayətində dəlil olaraq göstərmişdir. Qeyd edilməlidir ki, İddiaçı Cavabdeh1la nikaha girərkən səmimi olmamış və məqsədi Cavabdeh1 vəsaiti hesabına öz mənzilini təmir etdirməkdən ibarət olmuşdur. Öz niyyətinə nail o lduqdan sonra isə boşanıb və bunun ardınca Cavabdeh1 həmin mənzildən çıxarılması barədə iddia irəli sürüb. İşə baxan məhkəmələr isə qətnamə çıxararkən işin hallarının heç birini, həmçinin nikaha daxil olanadək əzab-əziyyətlə topladığı pul vəsaitini iddiaçının evinin təmirinə xərclədiyi üçün, həmin mənzildən çıxarılacağı halda özünə başqa yaşayış yeri əldə etmək imkanın olmadığını nəzərə almamışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5802/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim Vüqar Həsənov (sədrlik edən və məruzəçi), hakimlər Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5208/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il t arixli qətnaməsi qismən – “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması, hazırkı qətnamənin Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

17. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili N ümayəndə apellyasiya şikayətinə qarşı etiraz edərək şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iş üzrə apellyasiya məhkəməsinin qərarının 3-cü səhifəsində Cavabdeh1 da münasibət bildirilmişdir. Sorğuya cavab məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktubla cavabdehin mülkiyyətində mənzilin olması təsdiq olunur. Qətnamə qəbul edilən zaman cavabdehin adına mənzil mövcud olmuşdur. Hazırda da məhz birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi yoxlanılır. Göründüyü kimi, cavabdehin özünün mülkiyyətində mənzili olmuş və onun yaşayış yerinə ehtiyac olmamışdır. Sorğuya cavab gec gəldiyindən həmin məktubu birinci instansiya məhkəməsində təqdim edə bilməmiş və apellyasiya icraatı zamanı təqdim etmək məcburiyyətində qalmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1719/2022 saylı 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi) hakimlər Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmədən, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası araşdırma aparmış və iddiaçı tərəfə cavabdehin mülkiyyətində mənzil və ya evin olub-olmamasına dair sübutun təqdim edilməsi təklif olunmuşdur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********97 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 Təvəkgül oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçə sində yerləşən 10/5 saylı ev qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

21. Məhkəmə kollegiysı qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında aparılmış araşdırmanın nəticəsindən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən Cavabdeh1 Təvəkgül oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, ev 10/5 qeydiyyatda olduğundan ona münasibətdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin norması tətbiq edilməklə yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılması qanuni və əsaslı hesab edilə bilməz.

22. Məhkəmə kollegiysı həmçinin, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı elektron qaydada təqdim edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövl ət reyestrindən verilmiş arayışa münasibətdə qeyd etmişdir ki, həmin arayış hazırki halda sübut əhəmiyyətə malik olmaqla birinci instansiya məhkəsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi yoxlanılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən Cavabdeh1 Təvəkgül oğlunun adına ev qeydiyyatda olmuşdur.

23. Məhkəmə kollegiysı həmçinin apellyatorun iddiaçıya məxsus mənzilin onun tərəfindən təmir edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3023/2019 saylı 06 noyabr 2019cu il tari xli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsindəki 45 saylı evin 52 saylı mənzilinin təmirinə sərf edilmiş 13.280 manat pul vəsaitinin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamənin iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1541/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3869/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 kasasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1541/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Ona görə də apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2 və 420-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (103)-1 719/2022 saylı 09 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1719/2022 saylı, 09 mart2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)3023/2019 saylı 06 noyabr 2019-cu il tarixli, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən 13.280 (on üç min iki yüz səksən) manat məbləğdə pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə qaytarılanadək, Cavabdeh1 Təvəkklül oğlunun ünvan 1 ünvanında yerləşən 52 saylı mənzildən istifadə hüququnun saxlanması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etmədən işə baxmış, apelyasiya şikayətinin dəlillərini nəzərə almamış və xx.xx.2020-ci il tarixli, 2(103)5208/2020 saylı qətnamə ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(009)-3101/2019 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır.

27. İşə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi bu dəfə də qanunvericiliyin tələbini pozmuş, apelyasiya şikayətinin dəlillərini nəzərə almamış və Ali Məhkəmənin göstərişlərini lazımi səviyyədə icra etməmişdir. Nə birinci dəfə, nə də ikinci dəfə baxan apelyasiya instansiyası məhkəməsi apellyatorun məhkəmə iclasında iştirakını təmin etməmişdir.

28. İş materiallarından görünür ki, işə apelyasiya instansiyası məhkəməsində yenidən baxılarkən apelyator məhkəməyə rəsmi ərizə təqdim edərək, heç bir yaşayış yerinin olmadığı barədə Daşınmaz əmlakın d övlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli arayış təqdim etmiş və keyfiyyətli hüquqi yardım almaq məqsədi ilə özünə vəkil tutmaq üçün məhkəmə iclasının başqa günə təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə onun ərizəsini ümumiyyətlə nəzərə almamış və elə həmin gün işə baxaraq qətnamə çıxarmış, bununla da apelyatorun müdafiə hüququnu təkrarən pozmuşdur.

29. İddiaçı Cavabdeh1la nikaha girərkən səmimi olmamış və məqsədi Cavabdeh1 vəsaiti hesabına öz mənzilini təmir etdirməkdən ibarət olmuşdur. Bunun nəticəsi olaraq cavabdeh həm yaşayış sahəsindən, həm də pul vəsaitindən məhrum olmuşdur. İşə baxan məhkəmələr isə qətnamə çıxararkən bu halların heç birini, yəni, hazırda cavabdehin heç bir yaşayış sahəsinə malik olmadığnı, iddiaçının yalan vədlərinə inanaraq bütün pul vəsaitini id diaçının evinin əsaslı təmirinə xərclədiyini və həmin mənzildən çıxarılacağı halda özünə başqa yaşayış yeri əldə etmək imkanının olmadığını nəzərə almamışlar.

30. Bundan başqa, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində cavabdehin iddiaçıya məxsus olan mənzilin təmirinə sərf etdiyi pul vəsaitinin 13.280 manat məbləğdə olduğunu qeyd etmişdir. Halbuki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3023/2019 saylı 06 noyabr 2019-cu il tarixli, qanini qüvvəsini almış qətnaməsində ekspert rəyinə istinad olunaraq mübahisəli mənzilin təmirinə 26.560 manat vəsait xərcləndiyi müəyyən edilmiş və həmin vəsaitin yalnız 50 faizinin, yəni 13.280 manatının Cavabdeh1 qaytarılması təmin edilmişdir. Buna baxmayaraq, İddiaçı həmin məhkəmə qətnaməsini də icra etmir və onun 70 yaşı tama m olduğuna görə icra məmurları həmin qətnamənin icrası ilə bağlı inzibati xəta ilə bağlı tədbirlər də görə bilmirlər. Belə olan halda, yəni Cavabdeh1 iddiaçı tərəfindən aldadıldığı, pul vəsaitindən və ümid etdiyi yaşayış yerindən məhrum edildiyi halda, məhkəmənin əvvəllər cavabdehin adına mənzil olduğunu əsas götürərək onun mübahisəli mənzildən istifadə hüququnu saxlamaması qanuni və əsaslı sayıl bilməz.

31. Hazırda cavabdehin başqa yaşayış yeri olmadığı üçün və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmiş 13.280 manat pul vəsaitini iddiaçı cavabdehə ödəmədiyi üçün, ən azından həmin qətnamə icra olunanadək mübahisə predmeti olan mənzildən cavabdehin istifadə hüququ saxlanılmalı idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Mə cəlləsi

32. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. M addə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.

38. Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

39. Maddə 414.2. Kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə əsaslandırılmış vəsatət kassasiya şikayəti, yaxud işdə iştirak edən şəxsin kassasiya şikayəti ilə bağlı etirazı və ya izahatı ilə birlikdə verilə bilər.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya instansiyası tərəfindən qoyulmuş göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir..

47. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessua l hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

48. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********97 nömrəli sorğuya cavaba əsasən Cavabdeh1 Təvəkgül oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində yerləşən 10/5 saylı ev qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında aparılmış araşdırmanın nəticəsindən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən həmin ev Cavabdeh1 adı na olmuşdur. Cavabdeh tərəfindən apellyasiya icraatı zamanı elektron qaydada təqdim edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayış isə, hazırki halda sübut əhəmiyyətinə malik olmaqla birinci instansiya məhkəsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, cavabdehin yaşamaq üçün başqa yerinin olmaması barədə kassasiya şikayətinin dəklilləri əsassızdır.

49. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin iddiaçıya məxsus mənzilin onun tərəfindən təmir edilməsi ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh1 iddiaçı kimi cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3023/2019 saylı, 06 noyabr 20 19-cu il tarixli qətnaməsi ilə həmin iş üzrə iddiaçı tərəfindən mübahisəli mənzilin təmirinə sərf edilmiş 13.280 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, qeyd olunan qətnamədə göstərilən halların hazırki iddia tələbi ilə hər hansı bağlılığı olmadəğından, kassasiya şikayətinin həmin qətnamə icra olunanadək mübahisə predmeti olan mənzildən cavabdehin istifadə hüququnun saxlanılmalı olması barədə dəlili əsslı hesab edilə bilməz.

50. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin iştirakının təmin edilməməsi və onun müdafiə hüququnun pozulması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətində də qeyd olunduğu kimi məhkəmə i clasının vaxtı və yeri barədə cavabdehə xeyli müddət əvvəldən məlumat verilməsinə baxmayaraq, cavabdeh müdafiə hüququndan istifadə edərək Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilən arayışı işə əlavə etmək barədə apellyasiya məhkəməsinə yazılı vəsatət ünvanlasa da, məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.

51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

52. Məhkəmə kollegiyası eyni zamanda Cavabdeh1 Vəkil kassasiya şikayətinə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması barədə Ali Məhkəməyə daxil olmuş ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə işə yazılı icraat qaydasında baxılması qərara alındığından, həmçinin kassasiya şikayətinin dəlilləri hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyət kəsb etmədiyindən işə məhkəmə iclasında baxılmasına zərurət yoxdur.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessua l hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

54. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1719/2021 saylı, 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar