Məhkəmə qərarları › İş №2(102)-800/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-800/2023

06.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-800/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı ilk, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-800/2023 (Açar sözlər: müqavilənin ləğvi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X8 ibar ət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X5, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı qərarın, alqı-satqı aktının, plan və ölçü sənədinin, müqavilələrin, çıxarışların ləğv edilməsi tələbinə dair ilkin; Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3858/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 28 nömrəli qərarı ilə, Abşeron rayonu Masazır Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən Cavabdeh2 fərdi ev tikmək məqsədilə 0,0992 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

2. Cavabdeh2 xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında torpaq sahəsini qızı Cavabdeh5 bağışlamış, həmin müqavilə əsasında torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.

3. Cavabdeh5 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsin i Cavabdeh1 satmış, həmin müqavilə əsasında torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-117/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinə dair bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası rədd edilmiş və həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı2 18 iyun 2019-cu il tarixdə Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsinin Cavabdeh2 ayrılması barədə cavabdehin xx.xx.2004-cü il tarixli, 28 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2-1(085)1220/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-134/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Qərar qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh1, X4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 (mübahisə predmeti barəsində müs təqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 4 saylı Abşeron Ərazi İdarəsi qarşı iddia ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 28 nömrəli qərarının, Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktının və DTXK Abşeron şöbəsinin xx.xx.2011-ci il tarixli, 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünün, daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 adına rəsmiləşdirilmiş Seriya MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2011-ci il tarixli, AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünün, Abşeron r ayonu 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 23 fevral 2016cı il tarixli, 4Ə-315 reyestr nömrə ilə qeydə alınmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0992 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh5 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi **********, ******* nömrəli çıxarışın və Sumqayıt ASAN xidmət mərkəzinin Notariat Kontorunda 22 fevral 2019-cu il tarixli 4Ə-645 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh5 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin və Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, ******* nömrəli çixarışın ləğv olunması barədə qətnamə çıxar ılmasını xahiş etmişlər.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların birgə rəsmi nikahından doğulmuş ilk oğulları X1 adına 2005-ci ilin mart ayında Abşeron rayonu Masazır kəndində 0,10 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 16,4 kv.m., köməkçi sahəsi 10 kv.m. olan yaşayış evi ilkin qeydiyyata alınmışdır. Sonradan onlara məlum olmuşdur ki, İddiaçı1 ilə ögey anası arasında yaranmış soyuq münasibətdən istifadə edən ögey bacısı həmin torpaq sahəsini qanunsuz yollarla anasının adına sənədləşdirmiş və bağışlama müqaviləsi əsasında özgəninkiləşdirmişdir.

8. İşə baxılarkən Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və əlavə ərizə verərək, İddiaçı1, İddiaçı2, onların ailə üzvləri X3, X7, X6, X2, Cavabdeh3, Cavabdeh4 və qeyrilərinin ona məxsus torp aq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsinin hasarlanması, darvazanın qoyulması, ərazidə qeyri-qanuni yarımtikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən Abşeron rayon Masazır qəsəbəsində 0.0992 ha torpaq sahəsini çıxarış əsasında mülkiyyətinə keçirmişdir. Torpaq sahəsini notariat qaydasında alqı-satqı edərək üçüncü şəxslərin hüquqlarından azad formada almışdır. Almamışdan bir müddət əvvəl həmin torpaq sahəsinə baxmaq üçün bir neçə dəfə həmin əraziyə getmişdir. Lakin heç vaxt orada yaşayış olmamış və heç kim həmin torpaq sahəsinə iddia irəli sürməmişdir. Torpaq sahəsi üzərində balaca bir tikili vardır. Torpağı alarkən həmin tikilini söküb yenisini tikmək fikrində olmuşdur. Çünki faktiki olaraq hə min tikili yaşayış üçün yararsızdır. Lakin son 1520 gün ərzində əvvəlcədən tanımadığı şəxslər ona məxsus torpaq sahəsinə girməyə imkan vermirlər. Onlar həmin torpaq sahəsində yerləşən tikilidə məskunlaşıblar. Şifahi danışıqlardan məlum olmuşdur ki, həmin şəxsləri ora İbrahim adlı şəxs yerləşdirib. İbrahim torpağı aldığı Cavabdeh5 qardaşıdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-51/2022 nömrəli iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0992 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan iba rət olmuşdur ki, mübahisəli torpaq sahəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir və həmin torpaq sahəsində yerləşən tikilidə hal-hazırda heç bir hüquqi əsas olmadan Cavabdeh3 və Cavabdeh4 yaşayırlar.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152-ci, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat

13. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, qətnamə əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3858/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsi qətnaməsinin qismən, yəni “Abşeron rayonu Masazır Bələdiyyəsinin 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının, Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satq ısına dair aktının və DTXK Abşeron şöbəsinin 09 sentyabr 2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh2 adına rəsmiləşən Seriya MA ******* nömrəli, 27 oktyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 27 oktyabr 2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” tələblərinin təmin olunmaması hissədə ləğv edilmiş, iddiaçılar həmin hissədə iddialarından imtina etdikləri üçün mülki iş üzrə icraata qeyd edilən tələblərlə bağlı hissədə xitam verilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Babayev və Ş.Məmmədova) apellyasiya şikayəti təm in edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə ilkin iddianın əqdlərin və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi, habelə qarşılıqlı iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd etmişdir ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqa vilənin bağlanmasından söhbət gedə bilməz.

18. İddiaçılar mübahisələndirdikdəri əqdlərin tərəfi olmadıqları halda həmin müqavilələrin ləğvini tələb etmişlər. Müqavilələrin ləğv olunması və ya dəyişdirilməsini tələb etmək hüququ müqavilə tərəflərinə aid edilmişdir. İddiaçılar isə mübahisələndirdikləri müqavilənin tərəfləri olmadığından onun ləğvini tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildirlər.

19. Qarşılıqlı iddiaçı isə üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlakla bağlı müvafiq tələb irəli sürməkdə subyektiv hüquqlara malik olmuşdur. Qarşılıqlı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından qanunla qorunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı1 (Vəkil ) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, çox saylı yazışmalardan sonra Abşeron rayonu Masazır Bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 12/03 saylı qərarı ilə özünün mübahisələndirilən xx.xx.2004-cü il tarixli, 28 nömrəli qərarı etibarsız hesab edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 421.1. Müqavilə nin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

26. Maddə

423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmi r.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

35. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya icraatının predmeti olan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçılar “Abşeron rayonu Masazır Bələdiyyəsinin 03 may 2004-cü il tarixli 28 nömrəli qərarının, Bələdiyyənin və DTXK Abşeron şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktının və DTXK Abşeron şöbəsinin 09 sentyabr 2011-ci il tarixli 173550 nömrəli torpaq sahəsinin kadastr plan və ölçüsünün, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh2 adına rəsmiləşən Seriya MA ******* nömrəli, 27 oktyabr 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və 27 oktyabr 2011-ci il tarixli AA 033259 saylı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi” tələblərindən imtina etdiklərindən həmin tələblərə aid hissədə mülki iş üzrə icraata xitam verilmiş v ə qərardad qanuni qüvvəyə minmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin hazırkı kassasiya icraatı üzrə yoxlanılan qətnaməsinin baxış predmeti, yalnız iddiaçıların tərəfi olmadıqları bağışlama və alqı-satqı müqavilələrinin, onların əsasında verilmiş çıxarışların ləğvi tələbləri və qarşılıqlı iddianın təmin edilmiş hissəsi olmuşdur. İşə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hissəyə əsaslandırılmış qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya baxışı zamanı istinad edilməmiş yeni dəlillər və ya faktiki hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3858/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar