Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-801/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-801/22 (Açar sözlər: işə bərpa) Bakı şəhəri, 15 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh XXXna qarşı “işə bərpa” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1955/2021 nömrəli, 02.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 iyun 2018-ci il tarixli, 104/k saylı əmrə əsasən, İddiaçı Hirkan Milli Parkında mehtər vəzifəsinə təyin edilmiş, 01 noyabr 2018-ci il tarixli, 193/k saylı əmrə əsasən, Osaküçə meşəbəyliyinin 06a saylı dolaya 3 ay sınaq müddətinə mühafizə yegeri vəzifəsinə təyin edilmişdir. 2. 15 may 2020-ci il tarixli İddiaçı tərəfindən imzalanmış Hirkan Milli Parkının İltizamnaməsinə əsasən, İddiaçı ona təhkim olunmuş Milli Parkın Osaküçə meşəbəyliyinin 06a saylı dolayın müvafiq kvartallarında (cəmi 637 ha) meşə qanunvericiliyinin tələblərinə uyğun şəkildə mühafizə tədbirlərini həyata keçirməyə, cavabdeh olduğu ərazidə köküstə yaş ağacların kəsilməsinə, qanunsuz heyvan ovlanmasına, torpaq zəbtlərinə və qanunsuz rekrerasiya fəaliyyətinə, arı pətəklə rinin qanunsuz yerləşdirilməsinə qarşı var gücüylə çalışacağına, narkotik mənşəli bitkilərin aşkar olunması, tərkibində narkotik maddə olan yabanı halda bitən və ya qanunsuz əkilən bitkilərin məhv edilməsi, onların vegetasiya dövrü nəzərə alınmaqla qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bütün zəruri tədbirləri görəcəyinə, yanğın təhlükəsizliyini daim nəzarətdə saxlayacağına, iş vaxtı qanunsuz ərazini tərk etməyəcəyinə, öz vəzifə mövqeyindən istifadə etməyəcəyinə, istənilən qanun pozuntusuna yol verdiyi təqdirdə təbiətə, dolayısı ilə dövlət əmlakına dəyən ziyanı qeydşərtsiz ödəcəyinə dair öhdəlik götürmüşdür.
3. İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu dövr ərzində dəfələrlə pozuntulara yol vermiş, bununla bağlı aktlar tərtib edilmiş, izahatları alınmış, o öz izahatlarında öz əməlləri ni etiraf etmiş, onun vəzifəsində yol verdiyi nöqsanlar nəticəsində təbiətə ümumilikdə 4202,48 manat dəyərində ziyan dəyməsi müəyyən edilmiş, İddiaçı hesablanmış ziyan məbləğini müəyyən hissəsini ödəmişdir. 4. 31 iyul 2020-ci il tarixli, 119/ü saylı əmrə əsasən, İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 5. 28 oktyabr 2020-ci il tarixli, 140/ü saylı əmrə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmədiyinə görə Osaküçə meşəbəyliyinin 06A saylı dolayı ərazisində mühafizə yegeri İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 02 noyabr 2020-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hirkan Milli Parkının onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə 28 oktyabr 2020-ci il tarixli, 140/ü saylı əmrinin ləğv olunması və işə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının direktoru Azər Mirzəyev tərəfindən onun barəsində verilmiş 28 oktyabr 2020-ci il tarixli, 140/ü saylı əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Osaküçə Meşəbəyliyinin 06a dolayının ərazisində mühafizə yegeri vəzifəsinə işə bərpa olunması və 02 noyabr 2020-ci il tarixdən eti barən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş aktın düzgün olmaması, həyat yoldaşının Hirkan Milli Parkında baş verən neqativ hallar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat verməsinin rəhbərliyin xoşuna gəlməməsi və onu cəzalandırmaq qərarına gələrək onunla əmək müqaviləsini ləğv etmələrinə əsaslanmışdır.
9. Lənkəran Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)-641/2021 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia təmin edilmişdir.
10. İşə baxan məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin əsaslarını təşkil edən ha lları sadalamış, həmin halların mövcud olmasını istisna etməmiş, nəticədə hesab etmişdir ki, işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyaları nəzərdə tutulmadığından, İddiaçı əsassız olaraq əmək funksiyalarını yerinə yetirməməsi əsası ilə işdən azad edilmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Konstitusiyanın 60, 125, Əmək Məcəlləsini 10, 46, 57, 59, 61, 71, 82, 300-cü, MPM-nin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır.
12. Həmin qətnamədən cavabdeh XXX apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdən çıxma əsaslarının iddiaçı ilə bağlanmış əmək müqaviləsinə daxil edilməməsi barədə qətnamədə qeyd olunanlar əsaslı deyil, iddiaçının əmək funksiyaları onunla imzalanmış iltizamda tam olaraq əks etdiril miş və iddiaçı həmin iltizamı imzalamışdır. Məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prrosessual hüquq normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), S.Mayılov və İ.Əsədov) 02.09.2021-ci il tarixli, 2(106)-1955/2021 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)-641/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Həmin məhkəmə də gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun əmək funksiyaları göst ərilmədiyi üçün 1-ci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
15. Cavabdeh XXX qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh XXX kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:
18. Maddə
39. İİİ. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. 1
9. Maddə
39. İV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
20. Maddə
72. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
21. Maddə
78. Ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
22. Maddə 43. “e”bəndi. Əmək müqaviləsində işçinin əmək funksiyası mütləq göstərilməlidir.
23. Maddə 70. ç bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqav iləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə 71. 2-ci bəndi. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 72. c; e; ə; f bəndi. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, m üəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
26. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
27. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci his səsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
28. Maddə 6.2. Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir.
29. Maddə 62.1. Xüsusi mühafizə olunan təbiət əraziləri ətraf mühitin mühafizəsi sahəsində xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsil kəsilmək təhlükəsi qarşısında olan fauna v ə flora növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq və su məkanı (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.
30. Maddə 62.2.2. Azərbaycan Respublikasında mühafizə məqsədləri və istifadənin xüsusiyyətlərinə görə fərqlənən xüsusi mühafizə olunan təbiət ərazilərinə milli və təbiət parkları status verilir.
31. Maddə 62.4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri beynəlxalq, respublika, bölgə və ya yerli əhəmiyyətli ola bilər. Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanunu:
32. Maddə
1. Xüsusi mühafizə olunan təbiət obyektləri - elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir.
33. Maddə
21. Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.
34. Maddə
22. Təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarixmədəniyyət obyektlərini qoruyub saxlama Milli parkların əsas vəzifələrindən biridir. “Azərbaycan Respublikasının Hirkan Milli Parkı ha qqında” Əsasnamə:
35. Maddə 1.1. Azərbaycan Respublikasının Hirkan Milli Parkı (bundan sonra Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (dəmirağacı, Hirkan şimşadı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Xəzər lələyi, Hirkan biçəvəri, ipək akasiyası, bəbir, xallı maral, cüyür, talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli 81 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yaradılmışdır.
36. Maddə 1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.
37. Maddə 1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə
53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmi ni artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
46. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə ü çün məcburidir. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. İddiaçı özünün əmək fu nksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün işdən azad edilmişdir. Onun işdən azad olunması əsası, işində yol verdiyi nöqsanlardan ibarət olmuşdur. Həmin nöqsanlar qoruğun ərazisində olan qiymətli ağacların kəsilməsi, odun kimi satılması və.s. hərəkətlər olmuşdur. Həmin faktlarla bağlı cavabdeh təşkilatın nümayəndələri dəfələrlə aktlar tərtib etmiş, müvafiq araşdırmalar aparmış, inzibati tənbeh tədbirləri görmüş, iddiaçı həmin tənbehlərlə razılaşaraq qismən ödənişlər etmişdir.
51. İddiaçı həmin rəsmiləşmələrin əsassız olması, onun işdən azad olunmasının bilərəkdən təşkil edilməsinə əsaslanaraq işdən çıxarılması barədə əmrin ləğv edilməsini tələb etmişdir. İddia ərizəsindən də görünür ki, iddiaçı işdən azad olunmasının səbəbləri kimi 16 sentyabr 2020-ci il ta rixli aktın düzgün olmaması barədə ərizə verməsi və həyat yoldaşı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə şikayət edilməsi ilə əlaqədar işdən çıxarıldığını bildirmişdir. Məhkəmə baxışı mərhələlərində də iddiaçı tələbinin əsası kimi həmin hallara istinad etmişdir. O, heç vaxt əmək funksiyalarını bilməməsinə istinad etməmişdir.
52. İddia tələbinin təmin edilməsi qənaətinə gələn aşağı instansiya məhkəmələri öz mövqelərini yalnız onunla əsaslandırmışlar ki, işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyalarının nədən ibarət olması göstərilməmişdir.
53. İşəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyalarının nəzərdə tutulmaması halını işə baxan məhkəmələrin özləri tərəfindən tələbin əsası kimi götürülmüşd ür. Hansı ki, MPM-nin tələblərinə görə (§38) iddianın əsasını dəyişmək müstəsna olaraq iddiaçıya aid səlahiyyətdir.
54. İddianın əsası-məhkəməyə müraciət edən iddiaçının öz tələbində əsaslandığı hallar təşkil edir. İddiaçı hazırkı işdə heç bir halda özünün əmək funksiyalarını bilmədiyinə istinad etməmişdir.
55. Məhkəmə kollegiyası əmək qanunvericiliyinə əsasən (§22) əmək müqaviləsində işçinin əmək funksiyasının mütləq göstərilməsi və onun hüquqi nəticələri ilə bağlı məsələlərə öz münasibətini bildirməyi zəruri hesab edir. Həmin normanın təyinatı, güddüyü məqsəd ondan ibarətdir ki, işəgötürən və işçi arasındja görüləcək işlə bağlı aydın mənzərə olsun, tərəflər qarşılıqlı olaraq bir-birinə qarşı öz hüquqlarını yerinə yetirə bilsin və qarşılıqlı öhdəliklərinin icrasını tələb edə bilsinlər. Elə peşələr, vəzifələr var ki, onu daşıyan şəxslərin üzərinə əmək müqaviləsi ilə əlavə funksiyalar qoyulmadığı təqdirdə (əmək qanunvericiliyində belə funksiyaların daxil edilməsini istisna etmir) həmin peşə sahiblərinin, vəzifələrin funksiyaları onların adından da bəlli olur. Məsələn, sürücü, idarənin hüquqşünası, elektrik qaynaqçısı, krançı, və.s. Belə peşə sahibləri müvafiq olaraq avtomobili idarə edir, idarənin hüquqi məsələlərini həll edir, qaynaq edir, kranı idarə edir və.s.
56. Hazırkı işdə iddiaçı Hirkan Milli Parkında Osaküçə meşəbəyliyində mühafizə yegeri vəzifəsinə işə qəbul edilmişdir. Qoruğun ərazisində mühafizəni həyata keçirən şəxsin əsas vəzifəsi ondan ibarət ola bilər ki, ona tapşırılmış ərazinin flora və faunasını qorusun. Burada mübahisəyə səbəb ola biləcək bir hal mövcud deyil. Əmək funksiyalarının aydın olmaması ilə bağlı hallar o vaxt işə bərpanın əsası kimi çıxış edə bilər ki, işçinin öz işi ilə bağlı olmayan nöqsanlara görə, və yaxud onun işinə aid olsa da müəyyən mübahisələr doğuran hallar mövcud olsun. Məsələn, hazırkı işdə iddiaçı meşə zolağında seyrək olan ərazilərdə ağacların əkilməməsinə görə, və yaxud ağacların vaxtında suvarılmamasına görə işdən azad olunmuş olsaydı, onda, həmin işlərin görülməsinin işçinin əmək funksiyalarına daxil olub-olmaması ilə bağlı mübahisə aparmaq olardı. Çünki həqiqətən, meşənin mühafizəçisindən meşə ərazisində ağacların əkilməsi, meşəni suvarmağı tələb etmək onun birbaşa funksiyasına aid deyil.
57. Adi kənar müşahidəçi belə, meşə qoruğunun mühafizəsini həyata keçirməli olan şəxsin vəzifəsi kimi ilk olaraq düşünə bil əcəyi vəzifə ağacların kəsilməkdən qorunması ola bilər. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı həmin kəndin mədəniyyət evinin müdiri və sonra həmin qoruqda mehtər vəzifəsində çalışdıqdan sonra mühafizə yegeri vəzifəsinə təyin edilmişdir. Qeyd olunan halları müəyyən edən məhkəmənin qoruğun mühafizəçisinin öz funksiyalarını bilməməsi əsası ilə iddianı təmin etməsi əsaslı hesab oluna bilməz.
58. Hansı ki, İddiaçı tərəfindən imzalanmış, öz xətti ilə doldurulmuş 15 may 2020-ci il tarixli Hirkan Milli Parkının İltizamnaməsində qeyd edilir ki, İddiaçı ona təhkim olunmuş Milli Parkın Osaküçə meşəbəyliyinin 06a saylı dolayın müvafiq kvartallarında (cəmi 637 ha) meşə qanunvericiliyinin tələblərinə uyğun şəkildə mühafizə tədbirlərini həyata keçirməyə, cavabdeh olduğu ərazidə köküstə yaş ağacların kə silməsinə, qanunsuz heyvan ovlanmasına, torpaq zəbtlərinə və qanunsuz rekrerasiya fəaliyyətinə, arı pətəklərinin qanunsuz yerləşdirilməsinə qarşı var gücüylə çalışacağına, narkotik mənşəli bitkilərin aşkar olunması, tərkibində narkotik maddə olan yabanı halda bitən və ya qanunsuz əkilən bitkilərin məhv edilməsi, onların vegetasiya dövrü nəzərə alınmaqla qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bütün zəruri tədbirləri görəcəyinə, yanğın təhlükəsizliyini daim nəzarətdə saxlayacağına, iş vaxtı qanunsuz ərazini tərk etməyəcəyinə, öz vəzifə mövqeyindən istifadə etməyəcəyinə, istənilən qanun pozuntusuna yol verdiyi təqdirdə təbiətə, dolayısı ilə dövlət əmlakına dəyən ziyanı qeydşərtsiz ödəcəyinə dair öhdəlik götürmüşdür.
59. Yuxarıda qeyd olunanlara yekun vuraraq kollegiya hesab edir ki, Apel lyasiya Məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsində işçinin funksiyalarının nədən ibarət olması barədə məlumatların göstərilməməsi əsası ilə iddianın təmin olunması əsaslı olmamışdır.
60. İşə baxan 1-ci instansiya məhkəməsi və Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfin irəli sürdüyü iddiaçının yol verdiyi nöqsanları ardıcıllıqla sadalamış, onları təkzib etmədən, hüquqi qiymət vermədən, işin xüsusi diqqətəlayiq halı olan respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi olan Hirkan Milli Parkında iddiaçının işlədiyi dövrdə yol verdiyi pozuntuları nəzərə almadan iddianı təmin etməsi əsaslı hesab oluna bilməz.
61. İş materiallarının 47-97 və 115-132-ci səhifələrində olan çoxsaylı ərizələr, aktlar, izahatlar, təqdimatlar, fotoşəkillər və həcm-qiymət cədvəllərindən gö rünür ki, 28.10.2019 – 28.10.2020-ci il tarixlərdə iddiaçının razılığı ilə Türkəncil kəndinin bir qrup sakini tərəfindən kəsilmiş ağacların oduncağı aparılmış, Türkəncil kəndinin bir neçə sakini iddiaçının onlara odun verməyi vəd edərək onlardan pul almasına dair Hirkan Milli Parkının rəhbərliyinə şikayət ərizələri ünvanlanmış, 2020-ci ilin altı ayı ərzində iddiaçının mühafizə yegeri olduğu Osaküçə meşəbəyliyinin 06a saylı dolayında 6 ağackəsmə, 4 ədəd ağac budanması və 5 baş sahibsiz mal-qaranın otlaması faktları aşkar edilmiş, iddiaçı kəsilmiş ağacları müəyyən etdikdə onların kim tərəfindən kəsildiyini bilmədiyi üçün rəhbərliyə məlumat verməmiş, 2020-ci ilin oktyabrında isə, 3 ədəd ağacın ikisinin kəsilməsi, birinin kök bağının sınması faktı aşkar edilmişdir.
62. Qeyd edilən hallar iddia çının öz əliylə yazılmış və onun tərəfindən imzalanmış izahatlarla təsdiq edilir. Belə ki, törədilən pozuntularla bağlı çoxsaylı aktlar tərtib edilmiş, aktlar tərtib edilən zaman iddiaçının izahatları alınmış, izahat verərkən iddiaçı törətdiyi əməlləri etiraf etmiş, həmin əməllər nəticəsində vurulmuş maddi ziyanla bağlı cavabdeh tərəfindən hesabatlar hazırlanmış, iddiaçı öz izahatlarında vurulmuş maddi ziyanı ödəməyə hazır olduğunu bildirmiş və ziyanın az bir qismini ödəmişdir.
63. Bundan başqa, Azərbaycan Respublikası "Qırmızı Kitabı"na daxil edilmiş ağacların (qızılağac) kəsilməsi, Milli Parkın iddiaçıya təhkim edilmiş dolayına sahibsiz heyvanların daxil olması, köküstə yaş ağacın (vələs ağacı) kəsilməsi, oduncaqların qanunsuz olaraq kənd sakinlərinə satılması kimi hallar aşkar edilmiş, Lənkəran rayonu, Türkəncil kənd sakinləri tərəfindən Hirkan Milli Parkının direktoruna iddiaçının qanunsuz əməlləri barədə şikayət ərizələri daxil olmuş, həmin ərizələrdə iddiaçının odun vermək vədi ilə müxtəlif məbləğlərdə pul alması bildirilmiş, iddiaçı öz izahatında həmin halı təsdiq etmişdir.
64. İddiaçının əmək müqaviləsi ləğv edilənədək və ləğv edilərkən, cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərinə (§30 və §31) riayət edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərkən və əmək müqaviləsi ləğv edilərkən Hirkan Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin iclasları keçirilmiş, Həmkarlar İttifaqının qabaqcadan razılığı alındıqdan sonra müvafiq əmrlər verilmişdir. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etmə lidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
68. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.
69. İşə yenidən baxılarkən mübahisə ilə bağlı hüquqi dəyərləndirmə yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla həyata keçirilməli, ətraflı araşdırma aparılmaqla, iş materiallarında olan sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verilməlidir.
70. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işin mü əyyən edilən faktiki hallarına düzgün qiymət verməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır.
71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkının kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1955/2021 nömrəli, 02.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova