Məhkəmə qərarları › İş №2(102)-801/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-801/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-801/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh10, Cavabdeh5, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “kirayə haqqı ödənilmək, mənzillə təmin etməklə, mənzildən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh4 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “evin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiaları barədə iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətini n qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2(103)-4659/2024 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Mənzil-Tikinti Kooperativi, Cavabdeh3 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Mənzil-Tikinti Kooperativinin kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəmə aktı həm ilkin iddia, həm də qarşılıqlı iddia ilə bağlı hissələrdə mübahisələndirildiyi halda dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş “evin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyan” tələbi ilə bağlı iddiaya münasibətd ə ödənilməli olan dövlət rüsumu 389 manat təşkil edir. Kassator İddiaçı Mənzil-Tikinti Kooperativi isə kassasiya şikayəti vermək üçün cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Mənzil-Tikinti Kooperativinin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Mənzil-Tikinti Kooperativinin şikayətini geri qaytardıqdan sonra, mülki işi Cavabdeh3 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2(103)-4659/2024 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı Mənzil-Tikinti Kooperativinin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar