Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8012/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi Cavabdeh2, vəkili X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən Süleymanova İntizar Vəli qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(039)931/2019, hakim G.İ.Cavad ova) iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 Süleymanova İntizar Vəli qızı və Cavabdeh2 qarşı iddiası təmin olunmuş, iddiaçıların X1 xüsusi mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülməsi qət edilmiş, İddiaçı2 iddiası rədd edilmiş, X1 qarşılıqlı iddiası təmin edilərək onun xüsusi mülkiyyətində olan Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2272/2019, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) X1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnaməni n ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə xahiş etmişdir. İşin halları: Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evi 24.07.2003-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 11 fevral 2019-cu il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2 və Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə və Cavabdeh2 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişlər. X2 da ilk iddia üzrə iddiaçılar tərəfindən mülkiyyətindən olan evdən qovulduğuna və hazırda heç bir şəraiti olmayan vaqonda yaşadığına istinad edərək mülkiyyətində olan Qara manlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindın maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar, o cümlədən iddiaçıların başqa yaşayış yerlərinə sahib olmaları nəzərə alınmamış, onun iddiaçıların qanunsuz hərəkətləri nəricəsində əmlakından məhrum olmasına qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar mə hkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk iddia tələbinin əsasını fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla evə köçürülmə, qarşlıqlı iddia tələbinin əsasını mülkiyyətçinin ona məxsus evə köçürülməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıların istifadə hüquqlarının tanınmaqla köçmək istədikləri fərdi yaşayış evi 24.07.2003-cü il tarixdən X1 xüsusi mülkiyyətindədir. Bununla bərabər iddiaçılardan mülkiyyətçinin oğlu İddiaçı3 1964cü ildən, gəlini İddiaçı1 1985-ci ildən, nəvəsi İddiaçı4 1987-ci ildən, oğlunun gəlini İddiaçı2 isə 2011-ci ildən mübahisəli evdə yaşamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Re spublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbərinə görə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri ailə üzvləri hesab edilir. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin raz ılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə, apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 mübahisəli evə dair istifadə hüquqları evin Cavabdeh1nın xüsusi mülkiyyəti kimi qeydiyyata alınmasından əvvəl yaranmışdır. Azərbaycan Respublikası MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaql a kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8012/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8012/2019
24.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver