Məhkəmə qərarları › İş №2(102)-8018/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8018/2019

25.12.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8018/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Cavabdeh na qarşı “dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev, iş № 2(103)-4725/2019) iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-207/2019 saylı iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən 20-50 m-lik zolaqda (sahildən 33 və 39 metr məsafədə) inşa etdiyi 1 ədəd köməkçi tikili və 1 ədəd 6.3x11,5 metr ölçülü, yüngül konstruksiyalı, kənarları açıq, mövsümi istifadə olunan talvar onun hesabına sökülməsi və həmin tikililərin inşa edildiyi 700 kv.m. sahilboyu torpaq sahəsinin boşaldılaraq sahənin əvvəlki vəziyyətinə qaytarılması, iddia tələblərinin qalan hissədə təmin olunmaması, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat Cavabdeh ndan alınaraq dövlət büdcəsinə, ekspertiza xərci olan 50 (əlli) manat isə ondan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi (Agentlik) Cavabdeh na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin müfəttişləri tərəfindən ünvan 1 ünvanda yerləşən 20-50 metrlik zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı 07.08.2017-ci il tarixdə monitoring keçirildiyini, monitorinq zamanı cavabdehin ünvan 1 ünvanda yerləşən 20-50 metrlik zolağı altında olan torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1790 kv.m ölçüdə torpaq sahəsindən istifadə etdiyinin, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan 800 kv.m torpaq sahəsini zəbt edərək tikinti-quraşdırma işləri apardığının, sahədə 28 kv.m ölçüdə talvar, 2 qeyri-yaşayış binasının hər birinin 12 kv.m hissəsini inşa etdiyinin, 96 kv.m estakadanı sahil xəttindən dənizin içərisinə doğru quraşdırdığının müəyyən olunduğunu, bununla bağlı akt tərtib edildiyini, Bakı şəhəri, Səbail bələdiyyəsinin 22.11.2004-cü il tarixli 273 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 990 kv.m torpaq sah əsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Cavabdeh adına sənədləşdirildiyini, Agentliyin müfəttişlərinə monitorinq zamanı istifadə edilən əlavə torpaq sahəsi üzərində istifadə, icarə hüquqlarına, torpaq sahəsində inşa edilmiş tikiliyə dair qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər, o cümlədən tikinti obyektinin istismarına icazə verilməsi barədə sənəd təqdim edilmədiyini bildirmiş, buna görə də ünvan 1 ünvanda yerləşən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan, zəbt olunmuş torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən heç bir ərazi özgəninkiləşdirilməmişdir, dəniz sahilinə gediş-gəliş məhdudlaşdırılmamış, ərazidə heç bir əsaslı tikinti mövcud deyildir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2(103)-4725/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçının nümayəndəsi üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstə rə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2-1-ci maddəsinə, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli Fərmanının 2.6-cı bəndinə işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Səbail Bələdiyyəsinin 22.11.2004-cü il tarixli 273 saylı sərəncamına əsasən cavabdehə satılmış 990 kv.m torpaq sahəsində inşa edilmiş əsaslı tikili Xəzər dənizi sahilindən 62 metr məsafədə yerləşsə də, sahilboyu 20-50 m-lik zolaqda (sahildən 33 və 39 metr məsafədə) yerləşən 1 ədəd köməkçi tikilinin və 1 ədəd 6.3x11,5 metr ölçülü, yüngül konstruksiyalı, kənarları açıq, mövsümi istif adə olunan talvarın inşa olunduğu əlavə 700 kv.m. sahilboyu torpaq sahəsi cavabdehin istifadəsinə Torpaq Məcəlləsinin 46.2-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilməmişdir; bu isə o deməkdir ki, iddia tələbi həmin 700 kv.m. torpaq sahəsinə və orada inşa edilmiş tikililərə münasibətdə əsaslı olmaqla, Səbail Bələdiyyəsinin sözügedən 03.04.2016-cı il tarixli məktubu cavabdehin hərəkətinə haqq qazandıra bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Səbail bələdiyyəsinin 22.11. 2004-cü il tarixli 273 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 990 kv.m torpaq sahəsinin əlavə olunmuş çizgi əsasında alqı-satqı qaydasında Cavabdeh adına sənədləşdirilməsi qərara alınmış, həmin sahə 3400 manata ona satılmış, Səbail Bələdiyyəsi tərəfindən Cavabdeh 03.04.2016-cı il tarixdə ünvanlanmış məktubda isə, ona məxsus "xxxx" kafesinin ərazisindəki 700 kv.m torpaq sahənin abadlaşdırılması, dəniz sahilinin çirkləndirmədən qorumaqla sanitariya və gigiyena qaydalarına riayət edərək istfiadə etməsinə etiraz edilmədiyi bildirilmişdir. İddia tələblərinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ünvan 1 ünvanda yerləşən 20-50 metrlik zolağı altında olan torpaq sa həsinin istifadə vəziyyəti ilə bağlı 07.08.2017-ci il tarixdə keçirilən monitorinq zamanı cavabdehin ünvan 1 ünvanda yerləşən 20-50 metrlik zolağı altında olan torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1790 kv.m ölçüdə torpaq sahəsindən istifadə etdiyi, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan 800 kv.m torpaq sahəsini zəbt edərək tikinti-quraşdırma işləri apardığı, sahədə 28 kv.m ölçüdə talvar, 2 qeyri-yaşayış binasının hər birinin 12 kv.m hissəsini inşa etdiyi, 96 kv.m estakadanı sahil xəttindən dənizin içərisinə doğru quraşdırdığı müəyyən olunmuş, Agentliyin müfəttişlərinə monitorinq zamanı istifadə edilən əlavə torpaq sahəsi üzərində istifadə, icarə hüquqlarına, torpaq sahəsində inşa edilmiş tikiliyə dair qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər, o cümlədən t ikinti obyektinin istismarına icazə verilməsi barədə sənəd təqdim edilməmiş, buna görə dəünvan 1 ünvanda yerləşənXəzər dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan, zəbt olunmuş torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması mübahisələndirilmişdir. Cavabdeh isə iddiaya və apellyasiya şikayətinin etirazının dəlilləri kimi təmsil etdiyi şəxsin Xəzər dənizinin sahilində əsaslı tikinti kimi inşa etdiyi daşınmaz əmlak sahildən 62 metr aralı yerləşir və qanuni əsaslarla alqı-satqı yolu ilə alınmış torpaq sahəsində yerləşməsinə, mübahisəli sahədə yerləşən tikililərin isə yüngül konstruksiyalı olmaqla dənizə gediş-gəlişinin və gör üntünün məhdudlaşdırmadığın, habelə tikililərin istifadəsinin qaydaların tələblərinə zidd olmadığının ekspert rəyi ilə müəyyən edilməsinə, eyni zamanda, Bələdiyyə tərəfindən də 700 kv.m sahənin abadlaşdırma, dəniz sahilini çirklənmədən qoruma məqsədilə cavabdehin istifadəsinə verilməsinə etiraz edilməməsinə istinad etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10.12.2018-ci il tarixli ekspert rəyinə əsasən Səbail Bələdiyyəsinin 22.11.2004-cü il tarixli 273 saylı sərəncamına əsasən tərtib edilmiş alqı-satqı aktı cavabdehə satılmış 990 kv.m torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin Xəzər dənizi sahilindən 62 metr məsafədə yerləşməklə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.1-ci və 46.2-ci maddələri ilə müəyyən edilmiş, Xəzər dənizinin (gölünün) sahilboyu 20-50 metr mühafizə zolağına düşmür. Səbail Bələdiyyəsinin 03.04.2016-cı il tarixli məktubuna əsasən 700 kv.m sahilboyu torpaq sahəsinin istifadəsinə icazə verildiyinin, sahilboyu 20-50 m-lik zolaqda (sahildən 33 və 39 metr məsafədə) yerləşən 1 ədəd köməkçi tikilinin və 1 ədəd 6.3 x 11,5 metr ölçülü, yüngül konstruksiyalı, kənarları açıq, mövsümi istifadə olunan talvarın dənizə gediş-gəliş və görüntünü məhdudlaşdırmadığına (sahilə birbaşa keçidi təmin edən gediş-gəliş yolu mövcuddur) görə, həmin tikililərin istifadəsinin müvafiq qaydaların tələblərinə zidd deyil. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının Torpaq M əcəlləsinin 46.2-1-ci maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə veril ən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respubl ikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli Fərmanının 2.6-cı bəndinə görə isə, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında), ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla), üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş “m üvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən qanunvericilik normalarının rəhbər tutaraq iş üzrə ekspertiza rəyinə digər sübutlarla yanaşı hüquqi qiymət verərək Səbail Bələdiyyəsinin 22.11.2004-cü il tarixli 273 saylı sərəncamına əsasən cavabdehə satılmış 990 kv.m torpaq sahəsində inşa edilmiş əsaslı tikili Xəzər dənizi sahilindən 62 metr məsafədə yerləşsə də, sahilboyu 20-50 m-lik zolaqda (sahildən 33 və 39 metr məsafədə) yerləşən 1 ədəd köməkçi tikilinin və 1 ədəd 6.3x11,5 metr ölçülü, yüngül konstruksiyalı, kənarları açıq, mövsümi istifadə olunan talvarın inşa olunduğu əlavə 700 kv.m. sahilboyu torpaq sahəsi cavabdehin istifadəsinə Torpaq Məcəlləsinin 46.2-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilməməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, kassatorun iş üzrə keçirilmiş ekspertiza rəyinin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi düzgün qiymətləndirilməməsi barədə dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəb ul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət o vaxt yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Həmçinin də kollegiya qeyd edir ki, 700 kv.m. sahilboyu torpaq sahəsinin cavabdehin istifadəsinə Torpaq Məcəlləsinin 46.2-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilməməsi mübahisənin apellyasiya icraatı qaydasında araşdırılması zamanı müəyyən edildiyindən kassatorun Səbail Bələdiyyəsinin 03.04.2016-cı il tarixli məktubuna əsasən 700 kv.m sahilboyu torpaq sahəsinin istifadəsinə icazə verilməsinə istinad etməsi əhəmiyyəsizdir. Kassator m übahisələndirilən ərazidə heç bir əsaslı tikinti olmamasını qeyd etsə də, iddiaçı tərəfindən keçirilən monitorinq tərəfidən sözügedən sahədə 28 kv.m ölçüdə talvar, 2 qeyri-yaşayış binasının hər birinin 12 kv.m hissəsini inşa etdiyinin, 96 kv.m estakadanı sahil xəttindən dənizin içərisinə doğru quraşdırması faktları inkar edilmir, lakin işin materiallarından görünür ki, torpaq sahəsində inşa edilmiş tikiliyə dair qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, mülki işin materiallarından və tərəflərin qarşılıqlı hüquqi vəziyyətinə əsasən tərəflər arasında yaranmış hüquq münasibətləri qanunsuz tikilinin sökülməsi ilə bağlı yaranan mübahisə olduğundan yaranmış mübahisənin hüquq müstəvisində həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surədə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eləcə də, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində göstəril ir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahləri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq ed ilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bi r halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək iddia tələbi 700 kv.m. torpaq sahəsinə və orada inşa edilmiş tikililərə münasibətdə əsaslı olmaqla, Səbail Bələdiyyəsinin sözügedən 03.04.2016-cı il tarixli məktubunun cavabdehin hərəkətinə haqq qazandıra bilməməsinə dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu ü çün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar