Məhkəmə qərarları › İş №2(102)-802/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-802/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-802/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil Vəkiloğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 31 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiasının r ədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10313/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2079/2019 saylı işi üzrə 31 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə istifadə hüququnun (xitam olması) olmamasının müəyyən edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil Vəkiloğlu kassasiya şikayəti verərək şikayətdə Mənzil Məcəlləsinin 30.4-c ü və 30.5-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanunsuz hesab etmişdirlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09.09.2019-cu il tarixli 2(103)-10313/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilərək yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məh kəməsinin MK-nın qəbul etdiyi 09 sentyabr 2019-cu il tarixli 2(103)-10313/19 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş material larında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materialları əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 030279 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Ünvan mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 40a/c saylı reyestr kitabında 7581 səhifəsində, 30/3263 nömrəsi ilə 18.02.2000-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı və digər şəxslər Cavabdeh, X2 ünvan 2 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)-10694/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-937/2018 saylı 07 iyun tarixli qətnaməsi mübahisələndirilən-28 avqust 2009-cu il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, 28 avqust təvəllüdlü X3 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia hissəsində rədd edilməsi qət edilmişdir. Ali Məhkəmənin mülki kollegiyasının 13.02.2019-cu il tarixl i, 2(102)-1052/19 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hazırkı iş üzrə 07.11.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti 18-ci PŞ-nə göndərilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, materialın saxlanılmasından ötrü Nərimanov RPİ-nin 18-ci arxivin ə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-998/2004 saylı qətnaməsi ilə, iddianın qismən edilməsi, Cavabdeh 15.11.2002-ci il təvəllüdlü Ülviyyə ilə ünvan 4 ünvanında yerləşən 52 saylı mənzilə köçürülməsi, iddianın yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13. 29, Azərbaycan Respublikası MM-nin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbayc an Respublikası MM-nin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1,30.2, 30.4-cü maddələrinin, Mülki Məcəllənin 6, 152, 157-ci, MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1,82.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbi q etdiyi hüquq normaları düzgün olmuşdur. İddiaçı və vəkili Vəkil Vəkiloğlu kassasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü və 30.5-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz olduğunu qeyd edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlillərə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassator kassasiya şikayətində maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı hüquq normalarının düzgün tətbiq edilməməsini əsaslandıra bilməmişdir. Belə ki, həmin dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti ndə göstərilən dəlillər əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 09 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar