Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-802/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin alqı-satqı müqaviləsi, ər-arvadın ümumi mülkiyyəti, maneələrin qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Biləsuvar rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində c əlb edilməklə) torpaq sahəsinin sənədləşdirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1887/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0.11416 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh (bundan sonra – cavabdeh) adına qeydiyyatdan keçmişdir.
2. Cavabdehlə X2 arasında həmin torpaq sahəsinin 0.0078 ha hissəsinin (bundan sonra – mübahisəli torpaq sahəsi) 5000 manata sonuncuya satılması barədə xx.xx.2013cü il tarixli notariat qaydada təsdi q edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır.
3. X2 xx.xx.2020-ci il tarixdə ölmüş, əri İddiaçı (bundan sonra – iddiaçı) ondan qalmış mirasın qəbul edilməsi barədə ərizə ilə Biləsuvar rayon notariat ofisinə müraciət etmiş, mübahisəli torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmadığından həmin əmlaka münasibətdə müraciətindən imtina edilmişdir.
4. Bundan sonra, iddiaçı mübahisəli torpaq sahəsinin mərhumun adına qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə (bundan sonra – Reyestr xidməti) müraciət etmiş, daşınmaz əmlakla bağlı tərəflər arasında mübahisə olduğundan müraciətindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabde hə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən satılmış 0.14416 ha torpaq sahəsinin sənədləşməsinə cavabdehin törətdiyi maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, mərhum arvadının vəfatından sonra ondan miras qalmış həyətyanı torpaq sahəsindən istifadə etmək istədikdə, cavabdeh buna imkan verməmiş və onu torpaq sahəsinə buraxmamışdır. Bundan sonra, notariat ofisinə müraciət edərək, həmin torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin dövlət reyestrindən çıxarış olmadığına görə müraciətindən imtina edilmişdir. Bununla bağlı Reyestr xidmətinə müraciət etsə də, hal-hazıradək çıxarış ın alınması mümkün olmamışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində qanunla qorunan hüquqları pozulmuş, buna görə də, hüquqlarının bərpa olunması məqsədilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının mərhum arvadı ilə arasında 0.14416 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi olmamışdır. Mülkiyyətində ümumiyyətlə 0.14416 ha torpaq sahəsi olmamış və iddiaçının arvadına göstərilən ölçüdə torpaq sahəsi satmamışdır. xx.xx.2013-cü il tarixdə iddiaçının arvadı ilə arasında ailə üzvləri ilə ümumi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 78 m2 hissəsinin alqı-satqısına dair müqavilə bağlamış, 2016-cı ilə kimi alqısatqının məbləği ilə bağlı mübahisələri olmuş və həmin ildən 78 m2 torpaq sahəsinin alqısatqısında n imtina etmişdir. İddiaçının arvadından aldığı pulun qaytarılması ilə əlaqədar həyətində olan təsərrüfat damının bir otağını aylıq 150 manat hesabı ilə müvəqqəti ona vermişdir. Razılaşmaya görə aldığı pulun məbləği qaytarılana kimi o, həmin damı icarəyə verə bilərdi ki, hazırkı vaxtadək icarəyə verməklə bundan istifadə etmişdir. İddiaçı hazırda mərhum arvadından miras qalmış əmlakı tələb edir. Halbuki, mübahisə predmeti olan torpaq sahəsi mərhumun mülkiyyətində olmamışdır. Belə olan halda, ona həmin torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi qanuni olaraq verilməmişdir. Odur ki, iddiaçı arvadından miras qalmış torpaq sahəsinin sənədləşməsinə maneçiliyin aradan qaldırılmasını tələb etsə də, mərhuma məxsus torpaq sahəsi olmadığından iddiaçının ona qarşı belə bir tələb hüququ yoxdur. Di gər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 373.2-ci maddəsinə əsasən iddia müddəti keçdiyindən iddia rədd edilməlidir.
8. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(022)-4166/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Əhmədov) iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı halda mübahisəli torpaq sahəsi miras kütləsi hesab edilmədiyindən və ona dair iddiaçının hər hansı qanuni gözləntisi mövcud olmadığından, iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir.
10. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 178.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 67, 68-ci və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün zəruri olan hərəkətləri həyata keçirməsinə cavabdehin törətmiş olduğu maneçiliklərin aradan qaldırılmasını xahiş etmişdir. Belə olan halda məhkəmənin Mülki Məcəllənin 178.1-ci maddəsinə istinad etməsi əsaslı hesab edilə bilməz. Torpaq Məcəlləsinin 68-ci maddəsinin məzmunundan tam aydın görünür ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələr inin sərhədlərinin yerdə müəyyən edilməsini özündə ehtiva edir. Göründüyü kimi, həmin torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadığı təqdirdə dövlət qeydiyyatına alınmasından söhbət gedə bilməz. Cavabdeh tərəfindən iddiaya qarşı heç bir sübut təqdim olunmamışdır. Eyni zamanda, iddianı rədd edərkən məhkəmə cavabdehlə bağlanmış notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə heç bir münasibət göstərməmiş və sonda iddia üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1887/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və Z.Zeynalov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsi nin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçı ilə mərhum arvadı birgə nikahları dövründə əvəzli əqd (notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi) əsasında mərhumun adına almışlar və həmin əmlak onların birgə mülkiyyəti hesab olunur. Mərhumun ölümü ilə əmlaka dair alqı-satqı müqaviləsinin onun adına bağlanmasına baxmayaraq, vərəsəliyə açılan əmlakın ½ hissəsini təşkil edir. Odur ki, iddiaçı mübahisəli əmlaka ½ hissədə mülkiyyət hüququnun, vərəsəliyə açılan ½ hissədə isə miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsi kimi hüquqlarının tanınmasını, mülkiyyətə qəsd edəndən yaratdığı maneələrə son qoymağı tələb etmək hüququna malikdir.
15. Kollegiya öz mövqeyini, Mülki Məcəllənin 13 9.1, 139.3, 139-1.1.3, 144.1, 146.1, 146.2, 146.7, 152.1, 152.2, 152.3, 152.4, 157.1, 157.4, 157.8, 225.1, 646.1, Ailə Məcəlləsinin 32.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3, 22.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2 Ağabala oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 1151.1, 1321.3-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı hazırda mərhum arvadından miras qalmış əmlakı tələb edir. Lakin mübahisəli torpaq sahəsi mərhum arvadının mülkiyyətində olmadığından onun miras kütləsinə daxil olmam ış, buna görə də, iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. İddiaçının heç bir vərəsəlik şəhadətnaməsi olmasa da, məhkəmə subyektiv hüququ olmayan şəxsin əsassız iddiasını təmin etmişdir. Eyni zamanda, məhkəmə vərəsələrin siyahısını müəyyən etməmiş, iddiada iddiaçının mübahisəli əmlakda pay tələbi olmadığı halda onun ½ hissədə payçı olduğunu qeyd etməklə iddia tələbindən kənara çıxmışdır. Göründüyü kimi, məhkəmə Mülki Məcəllənin 178.1-ci, Torpaq Məcəlləsinin 67.4-cü maddələrinin tələblərinə zidd olaraq qeydiyyatdan keçməmiş hüququ müdafiə etməklə, onun mülkiyyət hüququnu pozmuşdur.
18. Digər tərəfdən, iddiaçının mərhum arvadı ilə aralarında bağlanmış 2013-cü il tarixli əqdlə bağlı mübahisələri olduğundan hər iki tərəf əqdin digər prosessual hərəkətlərini icra et məməklə əhəmiyyətsiz əqd kimi həmin əqdi etibarsız hesab etmişlər. Lakin məhkəmə tərəfindən bu xüsusata qiymət verilməməklə əhəmiyyətsiz əqd qanuni hesab edilmişdir.
19. Bundan başqa, iddiaçının arvadı mübahisə predmeti ilə bağlı aralarında müqavilə bağlandıqdan 7 il sonra vəfat etmiş, bu müddətdə Mülki Məcəllənin 648.1-ci maddəsində göstərildiyi kimi, daşınmaz əşyaların alqı-satqısı halında mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydiyyata alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirməli olduğu halda keçən müddət ərzində bunu etməmişdir. Məhkəmə tərəfindən bu xüsusata da qiymət verilməmişdir. İddiaçı tərəfindən Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddətləri də ötürüldüyü üçün iddia rədd olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakında kı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüquq u qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
28. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:...384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.
29. Maddə
560. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcını n mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Ailə Məcəlləsi
31. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
32. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri əsasən iddiaya etirazın dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə ba ğlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
43. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə istinad etsə də, işə birinci və apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddia müddətini tətbiqi ilə bağlı ərizə verməmişdir. Halbuki Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
44. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil ed ilmir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1887/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.