Məhkəmə qərarları › İş №2(102)-8020/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8020/2019

26.12.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8020/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8881/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 12 mart 2019-cu il tar ixli, 2(011)-841/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə və digər şəxslərin ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi qismən, yəni “Cavabdeh ailə üzvlərinin və digər şəxslərin ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları” hissəsdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul ediərək, İddiaçının iddiası “Cavabdeh ailə üzvlərinin və digər şəxslərin ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları” hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə, yəni “Cavabdeh ünvan 1 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzilindən məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi” hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilm ədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin bütün ailə üzvləri birlikdə və heç bir hüquqi əsas olmadan həmin mənzildə yaşayan bütün digər şəxslərin ünvan 1 ünvanında inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 nömrəli mənzildən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8881/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçıla müqavilə sonradan 2014-cü ildə, lakin arxa tarixə bağlanmışdır, etibarsızdır. “xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilədə "xxxx" MMC-nin ünvanı ünvan 2əti yoxdur. Cavabdehlə bağlanmış müqavilədə və maliyyə arayışında "xxxx" MMC-nin ünvanı ünvan 3ndə İddiaçı şəxsiyyətini müəyyən edən sənəd kimi Ağcabədi rayon polis şöbəsinin verdiyi 00****** nömrəli 12.06.2003cü il tarixli şəxsiyyət vəsiqəsi qeyd edilmişdir.Vəkil sorğusuna Ağcabədi rayon polis şöbəsinin 08.10.2019-cu il tarixli 9/129- 19338 nömrəli cavab məkubunda İddiaçı 12.06.2003-cü il tarixdə AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsi aldığı qeyd olunmuşdur.İddiaçı 04.06.1970-ci ildə doğulmuş, 35 yaşı 04.06.2005-ci il tarixdə tamam olmuş, şəxsiyyət vəsiqəsini dəyişməmişdir. O, RF-nın vətəndaşıdır, Novosibirsk şəhərində yaşayır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında 14 iyun 1994-cü il tarixli Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, a tasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.Həmin Qanunun 7-ci maddəsinə əsasən Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.30 may 2006-cı il tarixli müqavilə bağlanarkən X3 şəxsiyyətini təsdiq edən sənəd kimi qüvvədən düşmüş şəxsiyyət vəsiqəsindən istifadə edildiyinə görə müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Həmçinin müqavilədəki və kassa mədaxil orderlərindəki imzaların İddiaçı məxsus olduğu şübhə doğurur və mübahisə yaradır. Bu sənədlər sonradan tərtib olunmuşdur. İddiaçının pul ödədiyi tarixlərdə Azərbaycan Respublikasında olub-olmadığı aydınlaşdırılmamışdır. Digər tərəfdən, Maraqlı şəxs 2014-cü ildən başlayaraq bir sıra dövlət orqanlarına ünvanladığı şikayət ərizələrində həmin mənzili özünün aldığını qeyd etmiş, İddiaçı barəsində heç nə yazmamışdır. Hazırki iddia ərizəsi İddiaçı adından verilərək ərizəni vəkil, nümayəndə X8 imzalamışdır. İşin 9-cu vərəqində olan 17.10.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Novosibirsk şəhərində yaşayan, RF-nın vətəndaşı İddiaçı Maraqlı şəxs adına Moskva şəhəri Dövlət Notariat kontunda reyestrdə 7E 1189 nömrə ilə qeydə alınmış 14.08.2018-ci il tarixli etibarnamə vermişdir.Maraqlı şəxs da 17.10.2018-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda reyestrdə 7E-8151 nömrə ilə qeydə alınmış etibarnamə ilə X5 MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulan hüquqları etibar etmişdir.Vəkil sorğusuna əsasən Bakı şəhəri 46 saylı notariat kontorundan İddiaçı Maraqlı şəxs Moskva şəhərində verdiyi etibarnamənin təsdiq olunmuş surəti əldə olunmuşdur. Həmin etibarnamə İddiaçı tərəfindən imzalanmamışdır.İddiaçı Maraqlı şəxs adına verdi yi, Moskva şəhəri Dövlət Notariat kontunda reyestrdə 7E-1189 nömrə ilə qeydə alınmış 14.08.2018-ci il tarixli etibarnamədə İddiaçı imzası olmadığından Maraqlı şəxs X5 verdiyi etibarnamə etibarsızdır. Fərhad Kərimov etibarsız etibarnaməyə əsasən iddia ərizəsini imzalamışdır. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sax lanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Hazırki işdə İddiaçı cavabdehin bütün ailə üzvləri ilə birlikdə və heç bir hüquqi əsas olmadan həmin mənzildə yaşayan bütün digər şəxslərin mənzildən çıxarılmasını, mənzilin boşaldılması və ona təhvil verilməsi tələblərini irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək iddianı cavabdehin ailə üzvlərinin və digər şəxslərin mənzildən çıxar ılması hissədə rədd, cavabdehin özünün mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissədə təmin etmişdir. İddianı rədd etdiyi hissədə apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh ilə yanaşı sonuncunun ailə üzvlərinə və digər şəxslərə, yəni qeyri-müəyyən şəxslərə münasibətdə, onların şəxsiyyətləri müəyyən edilmədən və işə cəlb etmədən təmin edərək, prosessual hüquq normalarını pozmuşdur. İşdən görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının da predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ünvan 1 ünvanı nda inşa edilmiş 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96,4 kvadrat metr olan 3 otaqlı 57 saylı mənzilə dair müxtəlif vaxtlarda 2 müqavilə bağlanmışdır: 1.icraçı “xxxx” MMC ilə payçı İddiaçı arasında bağlanmış 30 may 2006-cı il tarixli müqavilə. Həmin müqavilə “xxxx” MMC-nin möhürü ilə təsdiq olunmuşdur. 2.icraçı “xxxx” MMC ilə payçı Cavabdeh arasında bağlanmış 10 oktyabr 2008-ci il tarixli müqavilə. Həmin müqavilə “xxxx” MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Müqavilələrin tərəfləri olan hər iki fiziki şəxs müqavilə üzrə onlara aid öhdəlikləri icra etmiş və mənzilin dəyəri tam olaraq tikinti şirkətinə ödənilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, mənzil hazırda Cavabdeh istifadəsi və sahivliyindədir. Apellyasiya instansiyası məhkəməsi hesab etmi şdir ki, İddiaçı ilə “xxxx” MMC arasında 30 may 2006-cı il tarixli müqavilə bağlanılaraq, MMC-nın səlahiyyətli şəxsi tərəfindən imzalanması və təsdiq edilməsi xüsusatı iş materialları ilə müəyyən edildiyindən, həmin müqavilə bağlanılarkən hər hansı şəxsin (o cümlədən hazırki işdə olan cavabdehin) hüquqları pozulmadığından və iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri tam icra edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən mübahisələndirilən mənzillə əlaqədar iddiaçı üstün hüquqlara malikdir. Digər tərəfdən iddiaçı ilə bağlanmış həmin müqavilə qüvvədə olduğu müddətdə iddiaçıdan xəbərsiz mübahisələndirilən mənzilin Cavabdeh sahibliyinə verilməsi barədə tikintiyə aidiyyəti olmayan “xxxx” MMC-nin vəzifəli şəxsi tərəfindən başqa müqavilənin bağlanması, hab elə sonuncunun həmin mənzildə faktiki olaraq yaşaması iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsi cavabdehin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə tikinti şirkəti arasında bağlanmış müqavilədə mənzilin dəyərinin ABŞ dolları ilə göstərilməsi qanun pozuntusu olsa da, müqavilənin etibarsızlığı və iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarından məhrum edilməsi üçün əsas ola bilməz. Həmçinin, cavabdeh iddiaçı ilə tikinti şirkəti arasında bağlanmış müqavilədə icraçı tərəfindən tikilməkdə olan binada iddiaçıya pay verilməsini apellyasiya şikayətinin dəlili kimi qeyd etsə də nəzərə almamışdır ki, onunla bağlanmış müqavilə faktiki eyni məzmunludur və həmin dəlil əsas götürüldüyü halda, cavabdehlə də bağlanmış müqavilə etibarsız hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında bağlanmış müqavilələrdə tikinti şirkəti tərəfindən alıcılara tikilməkdə olan binada pay hüququnun verilməsi göstərilsə də, müqavilənin şərtləri təfsir edilərkən tərəflər arasında faktiki olaraq podrat müqaviləsindən irəli gələn münasibətlərin yaranması müəyyən olunur. Bundan başqa, İddiaçı mənzilə müvəqqəti və ya daimi istifadə hüququnu Maraqlı şəxs verməsi, uzun müddət ərzində həmin mənzildən istifadə etməməsi də hazırki iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, müqavilə məhz İddiaçıla bağlanmış və hazırki işdə iddiaçı kimi sonuncu çıxış edir. Apellyasi ya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı mübahisələndirilən mənzilə üstün istifadə və sahiblik hüquqları iş materiallarına əlavə olunmuş və “xxxx” MMC-nin vəzifəli şəxsləri barəsində istinaq olunmuş cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyindən və istinaqın nəticələrindən asılı olmayaraq müəyyən olunmalıdır. Belə ki, Cavabdeh ilə müqavilənin iddiaçı ilə olan müqavilədən sonra bağlanması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən mübahisələndirilməyən digər hal isə ondan ibarətdir ki, onunla bağlanılan müqavilə kim tərəfindən imzalanmasından asılı olmayaraq, tikintiyə aidiyyəti olmayan “xxxx” MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Həmin MMC-nin isə tikilən və ya tikilib başa çatdırılmış binaya heç bir aidiyyatı yoxdur, mənzilin satıcısı kimi çıxış edə bi lməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən t ərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavab dehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həq iqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, a lqısatqı qaydaları tətbiq edilir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikaətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiya məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlillərə tam, hərtərəfli və obyektiv baxaraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, nə podrat müqaviləsinə, nə də kooperativlərə və kooperativ üzvlərinin əmlakına (pay haqlarına), habelə daşınmaz əşyalara hüquqların əldə olunmasına dair hüquq normalarının tədbiqi baxımından Cavabdeh mübahisələndirilən mənzilə hər hansı bir hüququ əmələ gəlməmişdir. Onun mənzilə sahib olması qanuni sayıla bilməz. Yuxarıda qeyd olunduğu kimi, bir tərəfdən “xxxx” MMC, digər tərəfdən isə X9 arasında 10.09.2008-ci il tarixdə bağlanmış nömrəsiz müqavilə “xxxx” MMC-nin deyil, mənzil üzərində sərəncam vermək hüququ olmayan “xxxx” MMC-nin möhürü ilə təsdiqlənmiş, Cavabdeh mənzilin dəyəri olan 45982 manat pulu ödəməsi haqqında eyni tarixli 57 № li arayış da “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmin sənədlərin də, “xxxx” MMC-nin qanuni təmsilçisi deyil, səlahiyyəti olmayan X7 tərəfindən i mzalanması müəyyən edilmiş, Cavabdeh müqavilənin faktiki olaraq 2013-cü ilin iyul ayında bağlandığını, lakin 10.10.2008-ci il tarixə rəsmiləşdirildiyini etiraf etmişdir. Qeyd olunan faktlar mübahisəli mənzil üzərində sərəncam vermək səlahiyyəti olan olan “xxxx” MMC ilə Cavabdeh arasında kooperativ binada mənzil tikintisinə dair müqavilənin bağlanmasını və mövcud olmasını istisna edir. 10.10.2008-ci il tarixli müqavilənin bağlanmasının Cavabdeh mənzillə təmin olunması üçün deyil, onun aldadılaraq 45982 manat pulunun ələ keçirilməsi məqsədi ilə olması Xətai RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlnması və həmin iş üzrə Cavabdeh zərərçəkmiş şəxs kimi tanınması ilə də öz təsdiqini tapır. İddiaçı adına olan 30.05.2006-cı il tarixli müqavilənin arxa tarixə yazılması, vəkil Fərhad Kərimovun nümayəndə kimi İddiaçı təmsil etməyə səlahiyyətsiz olması, İddiaçı adından verilmiş etibarnamənin onun tərəfindən imzalanmaması barədə Cavabdeh kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər də əsassızdır. İddiaçı adına olan 30.05.2006-cı il tarixli müqavilənin arxa tarixə yazılması, faktiki olaraq 2014-cü ildə tərtib edilməsi iş materialları ilə öz təsdiqini tapmır, cavabdeh tərəf də öz etirazının əsasını təşkil edən bu halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Vəkil F.Kərimovun iddiaçının nümayəndəsi kimi səlahiyyətsiz olmasına gəldikdə isə, bu hal da işdə olan sənədlərlə öz təsdiqini tapmır. RF Moskva şəhəri Döblət Notariat Kontorunda 7E-1189 nömrə ilə qeydə alınmış, İddiaçı adından Maraqlı şəxs 2 il müddətinə verilmiş 14.08.2018-ci il tarixli etibarnaməni etibar edən İddiaçı öz soyadını və ata adını yazmaqla imzalamış, Maraqlı şəxs isə 17.10.2018-ci il tarixdə vəkil X5 barədə etibarnamə verməklə İddiaçı təmsil etməyi ona həvalə etmişdir. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8881/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar