Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8024/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Kürdəxanı Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) “bağ sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli 2(103)-9000/2019 nömrəli qətn aməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh bağ sahəsindən çıxarılması və onun tərəfindən vurulmuş 2500 manat zərərin ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Kürdəxanı Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Rzayev) 2(008)-535/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xxx bağ sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Xumar Mər danova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 06 avqust 2019-cu il tarixli 2(103)-9000/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-535/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəxanı qəsəbə bələdiyyəsinin ərazisinə daxil olan İddiaçı xx, 11.95 kv.m olan bağ sahəsinin bələdiyyənin qüvvəsində olan iclas protokolu əsasında vergi qeydiyyatına alınması, 11.04.2012-ci il tarixli plan-sxemin təsdiq edilməsi Kürdaxanı bələdiyyəsi tərəfindən İddiaçı bu bağ sahəsinə hüquq sahibliyinin tanınması hesab edilir. Məhkəmə iş materialları əsasında nəzərə almalı idi ki, Kürdaxanı bələdiyyəsi müstəqil qeyri-dövlət, özünü idarəetmə orqanı olaraq İddiaçı bu bağ sahəsinin yeganə və qanuni vicdanlı sahibi kimi tanıyır, torpağın vergi ödənişləri də İddiaçı tərəfindən ödənilir. Sabunçu rayon Məhkəməsinin 22.07.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza rəyində mübahisələndirilən torpaq sahəsinin, koordinatları və yeri müəyyən edilmiş xx bağ sahəsinin İddiaçı başqa heç bir şəxsə məxsus olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiy a məhkəməsi iş üzrə dəlilləri nəzərə almamaqla səhv nəticəyə gəlmişdir. Torpaq sahəsinə özbaşına müdaxilə etmiş Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətində bu torpaq sahəsinin yaxın qohumu x qızına müddəti 2015-ci ildə bitmiş icarə müqaviləsinin və həmin müqavilədə istinad edilən sahənin İddiaçı sahibliyində olan sahəyə heç bir aidiyyətı olmadığı Kürdaxanı bələdiyyəsinin mütəxəssislərinin rəyi ilə də öz təsdiqini tapmışdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi x və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsa sən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xxx ilə X2 arasında bağlanmış 07 dekabr 2005-ci il tarixli 440 saylı torpaq icarə müqaviləsinə əsasən, xxx hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi 10 il müddətinə X1 icarəsinə verilmişdir. Kürdəxanı bələdiyyəsinin İddiaçı ünvanladığı məktuba əsasən, İddiaçı təqdim etdiyi üç bağ qonşularının təsdiq ərizələri və istifadələrində olan xxx 1200 kv.m bağ sahəsinin heç bir mübahisə pred meti olmaması əsas götürülərək, 11.04.2012-ci il tarixdə plan-sxem çəkilərək, qeydiyyata götürülmüşdür və torpaq vergisinə cəlb olunmuşdur. Hal-hazırda xxx bağ sahəsi 3 tərəfdən 2 metr hündürlükdə daş hasar içərisindədir, dəmir darvazası çıxarılmış, başqa tikintisi və yaşıllığı yoxdur. 2017-ci ilə qədər İddiaçı tərəfindən torpaq vergiləri ödənilmişdir. Bundan başqa məhkəmə kollegiyasına təqdim edilmiş qəbzlərdən görünür ki, X2 tərəfindən mübahisəli torpaq sahəsi üzrə 2000-ci il tarixdən 2016-ci il tarixədək torpaq vergisi ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13116 nömrəli, 18.09.2018-ci il tarixli rəyindən görünür ki, xxx22 iyun 2018-ci il tarixli 65 saylı məktubunu nəzərə alaraq, mübahisə predmeti olan torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin istifadəsində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi xxx məxsus olmaqla, 07.12.2005-ci ildə 10 il müddətinə X1 icarəsinə verilmiş, icarənin müddəti ilə 07.12.2015-ci il tarixdə bitmişdir. Bundan əlavə mübahisəli torpaq sahəsinin hər-hansı digər şəxsin icarəsinə verilməsinə dair məhkəməyə hər-hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə ümumiyyətlə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının hazırki iş üzrə verdiy i iddianı qaldırmağa subyektiv hüququ olmamasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olduğu üçün qanuni və əsaslı olmuşdur. Belə ki, “XXX şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövq elərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia qaldırılan zaman mübahisə predmetini təşkil edən torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilmədiyindən, onun həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərlən dirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MM-nin: - 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquq ları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçının yuxarıda göstərilən tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi (157.8-ci maddə nəzərə alınmaqla) təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə 1-ci dispozisiya şərtinin mövcudluğu, yəni tələb edilən torpaq sahəsinə iddiaçının hər hansı hüququnun (mülkiyyət, sahiblik və ya is tifadə) mövcudluğu müəyyən edilmir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, se rvitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi əsasları qanunla dəqiq müəyyən edilmişdir və bu hal başqa sübutlarla təsdiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı mad dəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisə li torpaq sahəsinə iddiaçının aidiyyəti qanunla müəyyən edilmiş sübutlarla təsdiq olunmadığından, həmin torpaq sahəsinə cavabdehin də hər hansı hüquqmüəyyənedici sənədi olmadığı halda belə, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğvi üçün əsas vermir. Buna görə də, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğ u üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Y qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli 2(103)9000/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8024/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8024/2019
25.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver