Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-804/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Siyəzən rayonu X3 Cavabdeh qarşı “torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (sədri) Nümayəndə və vəkili xxx, Cavabdehin prosessual hüquqi varisinin vəkili xxxnun iştirakları ilə, Sumqayı t Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-2397/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Siyəzən rayonu X3 sədri və icarəçi Cavabdeh arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx xxxxxx 2014-cü il tarixli, 01 nömrəli müqaviləyə əsasən Siyəzən rayonu, X3 xx xxxxxx 2001-ci il tarixli, 20 saylı qərarı əsasında Bələdiyyənin inzibati ərazisindəki 300 hektar torpaq sahəsi heyvandarlıq üçün 15 il müddətinə illik hər hektarı 5 manat olmaqla, cəmi 1500 manata Cavabdeh icarəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ünvan 1 bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin bələdiyyənin mülkiyyətində olan 300 hektar torpaq sahəsinin üzərində icarə hüquqlarına xitam verilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-181/2020 nömrəli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddia təmin edilmiş, Cavabdeh Siyəzən rayonu X3 mülkiyyətində olan 300 hektar torpaq sahəsinin üzərində icarə hüquqlarına xitam verilməklə, həmin torpaq sahəsinin boşaldılması, iddiaçının ödəməkdən azad edildiyi 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apelyasiya şikayəti verərək, Siyəzə n Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-181/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixdə ölmüş və X2 onun prosessual hüquqi varisi qismində tanınmışdır. İddiaçı Siyəzən rayonu X3 sədri Nümayəndə xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət edərək, iddiaçının cavabdehə qarşı heç bir tələbinin olmamasını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(106)-1663/2020 nömrəli qərardadı ilə iddiaçı Siyəzən rayonu X3 sədri Nümayəndə iddiadan imtina barədə ərizəsi təsdiq edilmiş, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-181/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Si yəzən rayonu X3 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Siyəzən rayonu X3 sədri Nümayəndə və vəkili xxxoğlu kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(106)-1663/2020 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adından iddiadan imtina barədə ərizə cavabdehin vəkili tərəfindən məhkəmə iclas zalın da tərtib edilmiş və iddiaçının sədrinə ərizənin məzmunu və hüquqi nəticələri izah edilmədən imza etdirilməklə, məhkəməyə təqdim olunmuşdur. İddianın əsasını təşkil edən hər hansı bir hal cavabdeh tərəfindən aradan qaldırılmamış, ərizə kargüzarlıq tələblərinə uyğun tərtib edilməmiş və ünvan 1 bələdiyyəsində qeydiyyatdan keçməmişdir. Məhkəmə tərəfindən iddiaçının sədrinə bu ərizənin prosessual hüquqi nəticələri izah olunmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin prosessual hüquqi varisi X1 etibarnamə əsasında nümayəndəsi, vəkil xxx kasasiya şikayətinə yazılı etiraz verərək, bələdiyyə sədrinin ali təhsilli şəxs olmasını, iddiadan imtinanın hüquqi nəticələrinin sonuncuya izah edilməsini, eyni zamanda mübahisələndirilən məhkəmə qərardadı qəbul edildikdən sonra iddiaçı ya olan icarə borcunun tam ödənilməsini göstərmiş və kasasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Siyəzən rayonu X3 sədri Nümayəndə və vəkil xxxoğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin prosessual hüquqi varisi X1 etibarnamə əsasında nümayəndəsi, vəkil xxx kasasiya şikayətinə etiraz etmiş və kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məh kəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apelyasiya məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilə rkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəf indən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiadan imtinasının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını müəyyən etməklə qəbul etmiş və mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə mülki işin icraatına xitam vermişdir. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının sədri məhkəməyə ünvanladığı ərizənin onun tərəfindən imzalanmasını mübahisələndirməmişdir. Həmin ərizədə isə göstərilmişdir ki, onun Cavabdeh qarşı iddia və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir və prosessual qanunvericiliyin tələbləri ona izah edilmişdir. Həmçinin iş üzrə apelyasiya instansiyası məhkəməsində tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclas protokolunda qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh tərəflə hazırki mübahisə ilə əlaqədar aralarında məhkəmədənkənar müəyyən razılaşmalarının əldə edildiyini, qanunvericiliyin tələbinin ona aydın olduğunu, iddiadan imtina edilməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsinə səbəb olmasının bildiyini, iş üzrə icraata xitam verilməsinin gələcəkdə həmin əsaslarla iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmasının ona aydın olduğunu, iş üzrə icraata xitam verilməsinin xahiş etdiyini göstərmişdir. Beləliklə, iddiaçının sədrinin imzaladığı ərizənin hüquqi nəticələrinin ona izah edilməməsindən ibarət kasasiya şikayətinin dəlili iş materialları ilə təkzib olunur. İddiadan imtina ərizəsinin kargüzarlıq tələblərinə zidd tərtib edilməsinə dair kasasiya şikayətinin dəlilinə gəldikcə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı mülki prosessual qanunvericilikdə hər hansı tələb irəli sürülməmiş və bu əsasla iddiadan imtinanın qəbul edilməməsi nəzərdə tutulmamışdır. Müəyyən olunur ki, Nümay əndə ərizə imzalanan dövrdə Siyəzən rayonu X3 sədri vəzifəsində fəaliyyət göstərmiş və bu səbəbdən bələdiyyənin adından müvafiq sənədləri imzalamaq səlahiyyətinə malik olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Siyəzən rayonu X3 sədri Nümayəndə və vəkili xxxoğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-2397/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-804/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-804/2021
26.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver