Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8047/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, Ərizəçi 000 oğlunun, vəkili Vəkil, maraqlı şəxsin vəkili X1 iştirakı ilə, Ərizəçi 000 oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli 2(107)2223/2019 nömrəli qətnaməsindən Ərizəçi 000 oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək 000kolxozunda çoban işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 23 aprel 2019-cu il tаrixli, 2(037)369/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək 000kolxozunda çoban işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və İnşallah Quliyev) 01 avqust 2019 -cu il tarixli qətnaməsi ilə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tаrixli, 2(037)-369/2019 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək 000kolxozunda çoban işləməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi 000 oğlu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlillə ri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin 000kolxozunda çoban işləməsi faktını təsdiq edən sübut yoxdur. Lakin məhkəməni belə nəticəyə gəlməsini qanunsuz və əsasızdır. Belə ki, o, Ermənistan Respublikasından qaçqın düşüb və əmək kitabçasıda orada qalmışdır. Ərizəçinin kolxozda çoban işləməsini onunla birlikdə işləyən 3 nəfər şahid təsdiq edir. Hətta həmin şahidlərdən birinin əmək kitabçasıda var və iş materiallarına əlavə edilmişdir. Prosessual məsələlər Ərizəçi 000 oğlu və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassas iya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdirlər. Maraqlı şəxsin vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Ərizəçi iddia tələbində göstərmişdir ki, 1955-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək Ermənistan Respublikasının Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləmişdir. 1975-ci ilin noyabr ayında hərbi xidmətə getmiş, 1977-ci ilin dekabr ayında hərbi xid mətdən qayıtdıqdan sonra 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək “Qoşabulaq” kolxozunda çoban işləmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkün düşərək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmış, hazırda da orada yaşayır. Ərizəçinin 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsinə dair əmək kitabçası yoxdur. Buna görə də, 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini xahiş et mişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, X4 və X5 ifadə verərək, həmin faktı təsdiq etmişdirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək 000kolxozunda çoban işləməsi faktını müəyyən etməklə Mülki Prossesual Məcəllənin tələblərini pozmuşdur. Belə ki, Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək 000kolxozunda çoban işləməsi heç bir mötəbər sübut olmadan, yalnız şahid ifadələri ilə müəyyən edilmişdir. Halbuki, Mülki Prossesual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə isə başqa sübut və ya hər hansı bir dəlil yoxdur. Ona görə də kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməli, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona yaşa görə pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Əmək stajının müəyyən edilməsi faktının hüquqi əh əmiyyəti isə pensiya qanunvericiliyi ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvv ədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Hazırki iş üzrə ərizəçinin əmək fəaliyyətinə dair sənədləri üzürlü səbəbdən yəni milli münaqişə ilə bağlı Ermənistan Respublikasını tərk etmək məcburiyyətində qaldığına görə təqdim edə bilməməsi və həmin sənədləri başqa qaydada almağın mümkün olmaması aşkardır və bu fakt yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli, 08 saylı qərarının 13.4-cü bəndin ə əsasən Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd edilən faktın yalnız şahid ifadələri ilə təsdiq edilməsi, iş üzrə isə başqa sübut və ya hər hansı bir dəlil olmaması və Mülki Prossesual Məcəlləsinin 106.1-ci maddəsinə istinad etməklə iddianın rədd edilməsi qənaətinə gəlməsi ilə razılaşmır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin iza hatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-cü maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Göründüyü kimi, şahid ifadələri sübutların bir növüdür və ərizəçinin tələbini təsdiq etmək üçün şahid ifadələri də sübut hesab olunur və digər sübut növlərinin şahid ifadəsindən üstünlüyü qanunvericiliklə müəyyən edilməmişdir. Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblə rini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut 3 şahid ifadəsi olsa da, məhkəmə həmin şahid ifadələrinin işə aidiyyəti olubolmamasını, həmin şahidlərin həqiqətən də ərizəçi ilə birlikdə qeyd edilən kolxozda işləyibişləməməsini, həmin şahid ifadəsinin mötəbərliyinə əmin olmağa əsas verən digər halları ətraflı araşdırmaqla, həmin sübuta qiymət verməli və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər hesab etdiyini qətnamədə əsaslandırmalıdır. Buna görə də, apellyasiya məhkəməsinin tələbin y alnız şahid ifadələri ilə təsdiq edilməsinə, başqa mötəbər sübut olmamasına istinad edilməklə rədd edilməsi yuxarıda qeyd edilən prossesual hüquq normalarının tələblərinin pozulmasına səbəb olmuşdur. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi 000 oğlunun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.08.2019-cu il tarixli 2(107)2223/2019 nömrəli q ətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8047/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8047/2019
30.12.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver