Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-805/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Şirəliyev Rövşən Xanoğlan oğlunun, “xxxx” Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi və vəkili Əfrasiyabova Dilarə Paşa qızının iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şi kayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin (“xxxx” Sərnişin Aviaşirkətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı keçirdiyi 18.10.2016-cı il tarixli iclasın və onun nəticələrinin qanunsuz hesab edilməsi, iddiaçıya aid his sədə həmin iclasda tərtib edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Protokolun, həmin Protokol əsasında tərtib edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Protokoldan Çıxarışın və iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı qəbul edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Hüseynli, iş № 2(003)-1231/2019) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 25 oktyabr 2019-cu il tаrixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-12376/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxx” Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə qarşı iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı keçirdiyi 18.10.2016-cı il tarixli iclasın və onun nəticələrinin qanunsuz hesab edilməsi, iddiaçıya aid hissədə həmin iclasda tərtib edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Protokolun, həmin Protokol əsasında tərtib edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Protokoldan Çıxarışın və onun əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı qəbul edilmiş 18.10.2016-cı il tarixli 52 saylı qərarın etibarsız hesab edilməsi, maddi zərərin əvəzi olaraq 66394 (altmış altı min üç yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin(36 aylıq işsizlik müddəti üçün orta aylıq əmək haqqı məbləğinin cəmi- 62442 manat, üstəgəl, 19 il ərzində cavabdehə ödədiyi üzvlük haqqı məbləğinin cəmi-3952 manat) və mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə ba xılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi və vəkili Əfrasiyabova Dilarə Paşa qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı vəkili Şirəliyev Rövşən Xanoğlan oğlu izahatında göstərmiş dir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdeh “xxxx” Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İsteh salı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin (“xxxx” Sərnişin Aviaşirkətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı keçirdiyi 18.10.2016-cı il tarixli iclasın və onun nəticələrinin qanunsuz hesab edilməsi, iddiaçıya aid hissədə həmin iclasda tərtib edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Protokolun, həmin Protokol əsasında tərtib edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Protokoldan Çıxarışın və iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı qəbul edilmiş 18.10.2016-cı il tarixli 52 saylı Qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təm in edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3344/2017 saylı, 26.04.2017-ci il tarixli qətnaməsi ilə, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti də təmin edilməmişdir. Həmkarlar ittifaqı təşkilatının əmək müqaviləsinin ləğv edilməsinə dair verdiyi razılığı(yazılı qərarı) iddiaçının əmək vəzifələrinə kobud pozmasına yaxud əmək funksiyasını yerinə yetirməməsinə verdiyi qiyməti əks etdirir. İddiaçı da həmkarlar ittifaqı təşkilatının bu razılığı(yazılı qərarı) razılaşmaya, məhkəmədə əmrin ləğv edilməsi, işə bərpa və sair tələb üzrə iddiasına baxılarkən hazırkı iddia tələbində və apellyasiya şikayətində göstərdiklərini məhkəmənin diqqətinə çatdıra bilərdi. Lakin nə ləğv edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsində, nədəki Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3344/2017 saylı, 26.04.2017-ci il tarixli qətnaməsində, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6314/2017 saylı, 31 avqust 2017-ci il tarixli qərarında iddiaçının bu hallara istinad etməsi ümumiyyətlə görünmür, başqa sözlə iddiaçı həmin işə baxılarkən hazırki iddia tələbində və apellyasiya şikayətində göstərdiyi halların yoxlanılmasını tələb etməmişdir. Belə ki, həmkarlar ittifaqı təşkilatının bu qərarı həmin işə baxılarkən etibarsız hesab edilə, bununla da iddiaçının həmin iddiası təmin oluna bilərdi. Lakin bu qərarın ayrıca iddia üzrə etibarsız hesab edilməsi üçün qanuni əsas, yəni hüquqi mexanizm də olmalıdır. Əks halda süni surətdə bu və ya digər formada predmeti və əsası, eləcə də qanuni əsası olmayan müstəqil iddia tələblərinin sayı əsassız olaraq artmış olacaqdır. Buhallar isə mülki mühakimə icraatı üzrə ədalət mühakiməsinin səmərəliliyinə, prosessual qənaət prinsipinə xələl gətirmiş olacaqdır. Apelyasiya in stansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “həmkarlar ittifaqı təşkilatının iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı keçirdiyi iclasın, iclasın protokolunun, protokoldan çıxarışın, 18.10.2016-cı il tarixli 52 saylı qərarın saxtalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməli və bunun da qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olması təsdiq olunarsa qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsas ola bilər. Ona görə də işə bərpa və sair tələblərinin təmin edilməməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğundan yeni açılmış halar üzrə də məhkəmə aktlarına yenidən baxmaq üçün əsasların olmadığını da iddiaçı bilməmiş deyildir. Beləliklə, İddiaçı cavabdeh “xxxx” Qap alı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş və bununla bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcuddur. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinin digər hissələri, o cümlədən maddi və mənəvi zərər tələbi əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı qəbul edilmiş 18.10.2016-cı il tarixli 52 saylı qərarın etibarsız hesab edilməsinə dair tələbdən bilavasitə asılı tələblər olduğundan, yəni ondan törəyən, onunla bağlı olan, onun məhkəmə qaydasında baxılmalı olubolmamasından asılı olduğundan, onlara ayrıca hüquqi qiymət verilməsinə lüzum yoxdur. Çünki, həmkarlar ittifaqı təşkilatının əmək müqavi ləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı qəbul edilmiş 18.10.2016-cı il tarixli 52 saylı qərarın etibarsız hesab edilməsi məsələsi müstəqil, ayrıca iddia tələbi çərçivəsində məhkəmə qaydasında baxılmalı deyildirsə bu hüquqi qənaət qeyd olunan məsələdən yarandığına görə həmin tələblərə də şamil olunur. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iş məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını məhkəmə qərardadında o halda göstərir ki, iddia ərizəsindəki məsələnin iddiaçı üçün qanunvericiliyə uyğun nəticə yaradan əhəmiyyəti və hansısa orqana aidiyyəti olsun. Buna görə də, hazırki iddia ərizəsindəki məsələnin müstəqil iddia çərçivəsində qanunvericiliyə uyğun nəticə yaradacaq əhəmiyyəti, eləcədə hansısa orqana aidiyyəti olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir.” İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmamış və hesab etmişdir ki, “AR Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəs dövlər orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (İ, İİ. İV-cü hissələr). Bundan əlavə, Konstitusiyamızın 71-ci maddəsində qeyd olunduğu kimi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir (İİ. Vİİ-ci hissələr). Hazırki mübahisənin mahiyyətindən göründüyü kimi, cavabdeh təşkilat AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin, “Həmkarlar ittifaqları haqqında” AR Qanununun 1. 5-ci maddələrinin, öz fəaliyyətində rəhbər tutduğu Nizamnamənin 2.2.2 2.2.4. 2.9.2. 4.6-cı bəndlərinin tələblərinə riayət etmədiyindən, mənim hüquqlarımın pozulması ilə nəticələnən 18.10.2016-cı il tarixli 52 saylı qanunsuz qər ar qəbul etmiş və məhz həmin qərarın qanuniliyini mübahisələndirmək üçün mən məhkəməyə müraciət etmişəm.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, İddiaçı işə bərpa tələbi ilə əlaqədar mülki iş üzrə mülki mühakimə icraatında “xxxx” Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin razılığı müzakirə edilərək sübut kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən artıq həmin razılıqla bağlı müvafiq rəy mövcud olduğuna görə, yenidən ayrıca icraatda həmkarlar ittifaqının İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə razılığının mübahisələndirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmə
Məhkəmə qərarları › İş №2(102)-805/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-805/2020
18.02.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver