Məhkəmə qərarları › İş №2(102)-805/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-805/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-805/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1, X11, X12 və X7 qarşı, üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti və ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1215/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdən göründüyü kimi, xx.xx.1986-cı il tarixli orderlə Sumqayıt şəhəri 7-812-ci məhəllə, 14 nömrəli evin, 10 saylı 1 otaqlı mənzili Cavabdeh1 verilmişdir. 2. xx.xx.1996-cı il tarixli 136 saylı orderlə Cavabdeh1 3 nəfərdən (özü, qızı və oğlu) ibarət ailə tərkibinə yaşayış sahəsi 31.35 kvm olan 2 otaqlı 12-ci mikrorayon, ev 7, mənzil 40 ayrılmışdır.

3. Bundan sonra xx.xx.1997-ci il tarixli order əsasında həmin mənzil X3 ayrılmışdır.

4. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7, mənzil 40 məcburi köçkün ailəsi tərəfindən tutulduğundan Cavabdeh1 həmin ünvana köçə bilməmiş və əvvəki mən zildə yaşamaqda davam etmişdir. 5. 2007-ci ildə Cavabdeh1 əvvəlki orderdən istifadə etməklə 14 saylı evin 10 saylı mənzilini özəlləşdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 14, 10 saylı mənzilə özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 14, 10 saylı mənzilə dair Cavabdeh 1 adına verilmiş orderin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 14, 10 saylı mənzilə dair özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1, cavabdehin qızı X8 uşaqları ilə birlikdə (uşaqları 2006-cı il təvəllüdlü X15 və X13) həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona verilmiş Sumqayıt şəhəri, 7-812-ci məhəllə ev 14, 10 saylı mənzil cavabdeh tərəfindən qeyri-qanuni şəkildə özəlləşdirilmişdir. Bununla əlaqədar olaraq o, Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər İcr a Hakimiyyətinin xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ev 14, 10 saylı mənzilinin əvvəlki kirayəçisi və istifadəçisi cavabdeh X5 order əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7, 40 saylı mənzil ayrılmışdır. Lakin həmin mənzil məcburi köçkün ailəsi tərəfindən tutulduğundan həmin ünvana köçə bilməmiş, əvvəlki mənzildə yaşamağa davam etmişdir. 2007-ci ildə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 14, mənzil 10 Cavabdeh1 tərəfindən özəlləşdirilmişdir.

9. Sumqayıt Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2019-ci il tarixli 2(060)-3727/2019 saylı qətnaməsi ilə (hakim C.Məmmədov) iddia tələbi təmin olunaraq Sumqayıt şəhəri, 7-8-12- ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə dair Sumqa yıt Şəhər İcra Hakimiyyəti tərəfindən X4 adına verilmiş xx.xx.1986-cı il tarixli 317 saylı order və həmin order əsasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinin özəlləşdirilməsi əsasında X4 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv olunmuş, cavabdehlər X9, X16, X15 və X6 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı mənzilindən çıxarılmaları, İddiaçı1 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzillin özəlləşdirilməsinə əsas olmuş xx.xx.1986-cı il tarixli X4 adma verilmiş 317 saylı order Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 1996-cı il tarixli sərəncamı ilə qüvvədən düşmüşdür, lakin cavabdeh X9 həmin orderi Sumqayıt şəhər İcra Hakimiyyətinə təhvil verməmiş və qüvvədən düşmüş order əsasında Sumqayıt şəhəri 7-812-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı mənzilini öz adına özəlləşdirmişdir. Belə ki, 1993-cü ildə Xəzər SC Sumqayıt Şüşə zavodunun xx.xx.1993-cü il tarixli 6 saylı protokolu ilə X5 aid olan yaşayış sahəsi 17.0 kvm olan 1 otaqlı 7-8-12-ci məhəllə, ev 14, mənzil 10 X1 1 nəfərdən (özü) ibarət olan ailə tərkibinə ayrılmış və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 682 nömrəli sərəncamı əsasında həmin mənzilə dair adma xx.xx.1997-ci il tarixli 115 saylı order verilmişdir. Ona görə də Sumqayıt şəhəri 7-812-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı mənzilin özəllədirilməsi etibarsız hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən cavabdehlər Cavabdeh1 və X16 apellyasiya şikayəti vermişlər.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3312/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2019ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) apelyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərin mənzildən çıxarılması, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qə bul edilərək iddia tələbi həmin hissədə rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, nə qədər ki cavabdehlər order əsasında onlara məxsus olan və məcburi köçkünlər tərəfindən tutulan mənzilə köçə bilmir və bu səbəbdən mübahisəli mənzili boşalda bilmirlər, iddiaçı da həmin mənzil boşaldılmayanadək ora köçürülə bilməz. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən maddi hüquq norması kimi yalnız mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə istinad etmişdir. Həmin maddədə orderin yaşayış sahəsinə köçmək üçün yeganə əsas olduğu və yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsi tə sbit olunmuşdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Qətnamədən İddiaçı2 kassasiya şikayəti vermişlər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-352/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İskəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və Q.Əsgərov) İddiaçı2 kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)3312/19 saylı qətnaməsi ləğv olunaraq, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən normaya d üzgün istinad etmiş olsa da, onu düzgün tətbiq etməmişdir. Belə ki, mübahisəli hüquq münasibətinə Mənzil Məcəlləsinin 48-ci maddəsinin tətbiq olunması nəticəsində iddia tələbi rədd yox, yalnız təmin edilə bilər. Çünki həmin norma mübahisəli mənzilə cavabdehlərin deyil, iddiaçının hüququ olduğunu təsbit edir. Digər tərəfdən, qüvvədə olan məhkəmə qərarlarından göründüyü kimi, Cavabdeh1 da eyni əsaslarla özünə məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 7 saylı evin 40-cı mənzilindən məcburi köçkünlərin çıxarılması barədə iddia qaldırmış və məhkəmə mənzilin order əsasında Cavabdeh1 məxsus olduğunu nəzərə alaraq iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Qətnamədən cavabdehlər Cavabdeh1 və X16 apellyasiya şikayəti vermişlər.

18. Sumqayıt Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1215/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və F.Məmmədov) cavabdehlər Cavabdeh1 Minas qızı və X8 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, X8, X10 və X6 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı mənzilindən çıxarılmaları, X2 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil order əsasında İddiaçı1 verildiyindən və bu order sonuncunun həmin mənzilə köçürülməsi üçün yeganə əsas olduğundan iddianı bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ona aid hissədə iddianın təmin edilməməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iz ahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma ap armır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi (mübahisəli mənzil dövlət mənzil fonduna aiddir və tərəflər arasında hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixdən əvvəl yaranmışdır. )

27. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. (maddə 48). Mülki Prossesual Məcəllə

28. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

31. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1215/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar