Məhkəmə qərarları › İş №2(102)-805/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-805/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-805/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X4 və X2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: birgə fəaliyyətdən yaranmış borcun tutulması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Guləhməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, cavabdehlər X4 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və X2 qarşı borcun tutulması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1712/2020 nömrəli 24 sentyabr 2020-ci il tarixli qət naməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 29 oktyabr 2015-ci il tarixli borc müqaviləsinə görə «borc verən» İddiaçı «borc alan» Cavabdeh1 60000 ABŞ dolları məbləğində pul verməyi, borc alan isə həmin pulu 29 sentyabr 2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 iddiaçıya təqdim etdiyi Şəxsiyyət vəsiqəsinin surətində iddiaçıdan 60000 ABŞ dolları aldığını göstərərək imza etmişdir. 21 iyul 2016-cı il tarixli borc müqaviləsindən görünür ki, «borc verən» İddiaçı «borc alan» Cavabdeh2 60000 ABŞ dolları məbləğində pul verməyi, borc alan isə həmin pulu 29 sentyabr 2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsi nə götürmüşdür. Cavabdeh Taleh Səfərli iddiaçıya təqdim etdiyi Şəxsiyyət vəsiqəsinin surətində iddiaçıdan 60000 ABŞ dolları aldığını göstərərək imza etmişdir. İşdə olan Səbail rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqinin 25 iyul 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, İddiaçı, həmçinin digər şəxslərin şikayətləri əsasında toplanmış material üzrə Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, onlara ittiham elan edilmiş, lakin İddiaçı şikayəti üzrə təqsirləndirilən şəxs Cavabdeh1 əməlləri biznes əlaqələrindən yaranmış mülki mübahisə olması sübuta yetirildiyindən, onun əməllərində cinayət tərkibinin əlamətləri olmadığından Cavabdeh1 barəsində cinayət təqi binə xitam verilmiş, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş Cavabdeh2 barəsində isə cinayət işi ayrıca icraata ayrılmaqla aidiyyəti üzrə Binəqədi RPİ-nə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat: Borc verən İddiaçı borclular Cavabdeh1 və Cavabdeh2 90150 ABŞ dollar pulun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə tutulması barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la 2011-ci ildə tanış olmuş, aralarında işgüzar münasibətlər yaranmışdır. Cavabdeh1 avtomobil hissələrinin alqısatqısı ilə məşğul olduğunu bildirmişdir. Cavabdeh1 ona pulunu əvvəlcədən ödəmək şərti ilə Dubay şəhərindən avtomobil hissələri gətirə b iləcəyini bildirmiş, bu barədə danışıb razılığa gəlmişlər. Taleh Dubay şəhərində olduğu üçün qardaşı Rafailin vasitəsi ilə Talehə bir dəfə 15000 ABŞ dolları, ikinci dəfə 7000 ABŞ dolları göndərmişdir. Taleh də həmin pulların müqabilində avtomobil hissələri alıb Azərbaycana göndərmişdir. 2015-ci ilin sentyabr-oktyabr aylarında Cavabdeh1 ona zəng edib Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən yeni tikilmiş hündürmərtəbəli binanın birinci mərtəbəsində ofisi olduğunu və «Renta Car» işlətdiyini demişdir. Bundan sonra o, bir neçə dəfə həmin ofisdə olmuş, orada Talehin qardaşları Rəfail və Rövşəni görmüş, onlarla da tanımış olmuş, Cavabdeh1 həqiqətən də «Renta Car» işlətdiyinin şahidi olmuş, Taleh kirayə verməyə 4-5 avtomobilinin olduğunu bildirmişdir. Həmin ərəfədə Cavabdeh1 ona birlikdə iş qurub birgə fəaliyyət göstərməyi, Dubay şəhərindən Bakıya avtomobil ehtiyyat hissələri və sonradan mobil telefonlar gətirərək satmağı təklif etmişdir. Talehin təklifi ilə razılaşmış, onlar birgə fəaliyyət göstərməyə başlamışlar. Cavabdehlər Cavabdeh1 və qardaşı Cavabdeh2 bir neçə dəfə olmaqla külli miqdarda pul vermişdir. Verdiyi pulların uçotunu aparmaq niyyəti ilə 29 oktyabr 2015-ci il tarixdə Cavabdeh1 ilə borc müqaviləsi bağlayaraq ona 29 sentyabr 2019-cu il tarixə kimi 60000 ABŞ dolları pul verildiyini təsdiq etmişlər. İkinci dəfə isə onun qardaşı olan Cavabdeh2 ilə 21 iyul 2016-cı il tarixdə eyni şərtlərlə 29 sentyabr 2019-cu il tarixə kimi 60000 ABŞ dolları pul verildiyini təsdiq etmişlər. Bir müddət keçdikdən sonra cavabdehlərin dələduzluqla məşğul olmaları, bir çox şəxslərdən k ülli miqdarda pul alıb qaytarmamaları, onu aldadıb pulunu mənimsədikləri ona məlum olmuşdur. Cavabdehlərdən vəd etdikləri malı, yaxud pulunu tələb etməyə başlamış, pulun bir hissəsini qaytarsalar da, qalan məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişlər. Ona görə də 26 dekabr 2016-cı il tarixdə Xətai RPİ-ə şikayət ərizəsi ilə müraciət etmiş, cavabdehlər haqqında cinayət işi başlansa da, yenə də ona vurulmuş ziyan ödənilməmişdir. Hal-hazırda Cavabdeh1 və Cavabdeh2 avtomobil gətirib satmaq adı ilə aldıqları 40000 ABŞ dolları, mobil telefon aparatları gətirib satmaq adı ilə aldıqları 48150 ABŞ dolları, cəmi 90150 ABŞ dolları məbləğində pul borcludurlar. Lakin həmin pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edirlər. Hər biri ilə ayrı-ayrılıqda müqavilə bağlasa da, Cavabdeh1 və Ca vabdeh2 qardaşları birgə fəaliyyət göstərmiş, geri qaytarılmış 29850 ABŞ dolları onların hər ikisinə aid olmuşdur. Masallı Rayon Məhkəmənin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)153/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 90150 ABŞ dollarının ödəniş günü Azərbaycan manatına məzənnə ilə müştəpək qaydada tutulub İddiaçı verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən tərəflər arasında bağlanmış 29 oktyabr 2015-ci il və 21 iul 2016-cı il tarixli yazılı borc müqavilələri, cavabdehlərin şəxsiyyət vəsiqələrinin surətlərinə etdikləri qeydlər, məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə İddiaçı cavabdehlərə cəmi 1 20000 ABŞ dolları məbləğində pul verməsi, cavabdehlərin isə həmin pulu 29 sentyabr 2016-cı il tarixədək qaytarmağı öhdələrinə götürmələri, lakin aldıqları puldan 90150 ABŞ dollarını qaytarmadıqları öz təsdiqini tapmış, cavabdehlər isə iddia tələbinə etirazlarınnı əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 739.1, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandımışdır. Qətnamədən apellyasiya şikayəti verən cavabdehlər onun ləğv, iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edərkən işin müəyyən edilmiş hallarına düzgün hüquqi qiymət verilməməsi, mad di və prosessual hüquq normalarının tələblərini pozulması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. Cavabdehlər göstərmişdir ki, iddiaçı ilə aralarında birgə fəaliyyət barədə şifahi razılaşma olmuş, həmin razılşmaya əsasən iddiaçının verdiyi pulu artıqlaması ilə qaytarmış, iddiaçı onlara ağ kağızlara imza etdirmişdir, iddiaçının təqdim etdiyi müqavilələrdə imzaların onlara məxsus olmasına dair ekspert rəyi də düzgün olmamış, yalnız şəxsiyyət vəsiqələrinin surətlərində olan imzalar onlara aid olmuşdur. İddiaçıya borcları qalmamışdır. 2017-ci ildən etibarən iddiaçı ilə heç bir münasibətləri qalmamışdır, məhkəmə 3 illik iddia müddətinin ötürülməsini də nəzərə almamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan A pellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1712/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Qəzənfər Kərimov və Zəki Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdehlər iddiaçının pul tələbinə qarşı etirazlarını yalnız öz izahatları ilə əsaslandırmışlar. Cavabdeh1 iddiaçıdan alver məqsədi ilə müxtərif vaxtlarda təxminən 50000- 55000 ABŞ dolları məbləğində pul aldığını, lakin avtomaşın ehtiyat hissələrinin və mobil telefonların satışından əldə etdiyi gəlir hesabına iddiaçıy a olan borcunu ödədiyini göstərsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Digər cavabdeh X3 iddiaçının ona heç vaxt pul vermədiyini, sadəcə qardaşı ilə birlikdə İddiaçı ofisinə getdiyini və orada İddiaçı ona heç bir qeyd olmayan ağ kağıza imza etdirdiyini göstərmişdir. Cavabdehlər etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişlər. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müa yinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 78.1-ci maddəsinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Apellyasiya məhkəməsinin gəldiyi nəticənin hüquqi əsasları, yəni istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsi əsaslandığı norma larla eyni olmuşdur. Cavabdehlər (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti il eyni olmuş, cavabdehlər göstərmişdir ki, onlarla iddiaçı arasında borc müqavilələri olmamış, iddiaçı onlara heç bir qeyd olmayan kağıza imza etdirmiş, sonradan həmin kağızlarda özü istədiyi kimi borc müqavilələrini yazmışdır. Tərəflər arasında birgə fəaliyyət haqqında şifahi razılaşma olmuş, həmin razılaşmadan da cavabdehlərin idjdiaçıya borcu qalmamışdır. Apellyasiya məhkəməsi sübutlara düzgün hüqu qi qiymət verməmiş, maddi hyquq normalarını da səhv tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz: Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlər isə vəkilsiz iştirak etdiklərindən izahatları dinlənilmədi. Kassasiya baxışının həddləri: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyindən kassasiya şikayətinin belə dəlilləri üzrə hər hansı bir araşdırma aparılmır və onlara qiymət verilmir. (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır (MPM-nin 416-cı maddəsi). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Qanunun tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş, yoxlanılmış və müəyyən edilmiş işin fakitki hallarına və sübutlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması kimi qiymətləndirilməməlidir. Baxılan işdə kassasiya şikayəti verən cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edil ən hüquq: Mülki Məcəllə: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, m allarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq edilmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirimədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yazılı formada tərtib edilməklə imzalanmış borc müqavilələri vardır, əlavə olaraq cavabdehlər hər biri özünün şəxsiyyət vəsiqəsinin surətinə müqavilələrdə göstərilən pulu almaları barədə olan qeyd və imza etməklə iddiaçıya təqdim etmişlər. İş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə görə müqavilələrdə olan imzalar cavabdehlərə məxsusdur, şəxsiyyət vəsiqələrinin surətlərindəki pulun alınmasına dair qeydlərin və imzaların onlar tərəfindən icra olunmasını cavabdehlər inkar etməmişlər. Müqavilələrin şərltlərinə görə iddiaçı cavabdehlərin hər birinə 60000 ABŞ dolları borc verməyi, cavabdehlər isə 29 sentyabr 2016-cı il tarixə kimi qaytarmağı öhdələrinə götürmüşdür. İddiaçı borc verdiyi 120000 ABŞ dollarından ona qaytarılmış məbləği çıxmaqla qalan 90150 ABŞ dollarını tələb edir, cavabdehlər iddiaçıdan 50000-55000 ABŞ dolları məbləğində pul aldıqlarını, həmin pulu da tam ödədiklərini göstərsələr də, bu halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının onlara heç bir qeyd olmayan ağ kağızlara imza etdirməsi, sonradan həmin kağızlarda özü istədiyi kimi borc müqavilələrini yazması barədə cavabdehlərin kassasiya şikayəti dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd ed ir ki, məhkəmələr haqlı olaraq bu dəlilləri inandırıcı hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1712/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar