Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-806/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-806/2025 (Açar sözlər: apellyasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi əsası ilə qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “evə köçürülmə” tələbinə dair idd iası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6738/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 4 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı və oğlu X2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qeydiyyatsız köçkünlər Yeni Yaşayış massivi, 125 nömrəli evə köçürülməsi və yaşayış evindən istifadə ilə bağlı cavabdeh tərəfindən onlara yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Məhkəmə tərəfindən X3 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(001)-3556/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmiş, İddiaçı övladı xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə ilə bağlı cavabdeh tərəfindən iddiaçıya yaradan maneələrin arad an qaldırılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6738/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəç i), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin qaytarılması məsələsinin həll edilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə vəkil (nümayəndə) Vəkil2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, üçüncü şəxsə münasibətdə qətnamədən şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024-cü il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir.
8. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddət üçüncü şəxs tərəfindən ötürülmüş, şikayətin verilməsi müddətini ötürmüş üçüncü şəxs və onun vəkili “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə verməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
10. Qərardaddan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından və qətnamənin giriş hissəsindən göründüyü kimi, üçüncü şəxsi birinci instansiya məhkəməsində heç kim, o cümlədən, Vəkil2 təmsil etməmişdir. Başqa sözlə, üçüncü şəxs özü, təmsilçisiz (nümayəndəsiz və vəkilsiz) məhkəmə iclaslarında iştirak etmişdir. Vəkil2 birinci instansiya məhkəməsində üçüncü şəxsin deyil, iş üzrə Cavabdeh vəkili – nümayəndəsi olmuşdur. Vəkil2 qətnamə üçüncü şəxsə rəsmi qaydada verildikdən sonra xx.xx.2024-cü il tarixdən sonuncunun nümayəndəsi, xx.xx.2024-cü il tarixdən isə vəkili olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinə müvafiq olaraq, işdə iştirak edən üçüncü şəxsə ayrıca qətnamə göndərmiş və həmin qətnamə üçüncü şəxsə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun surətdə, rabitə orqanı tərəfindən, rəsmi qaydada, xx.xx.2024-cü il tarixində verilmişdir. Baxmayaraq ki, konvertin üzərində “xx.xx.2024-cü il” tarixli poçt ştempeli vurulmuşdur. Beləliklə, belə nəticəyə gəlinir ki, üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üçün müddətin axımı, xx.xx. 2024-cü il tarixdən deyil, qətnamənin üçüncü şəxsə rəsmi qaydada verildiyi müddətdən (gündən) hesablanmalıdır.
12. Yuxarıda qeyd edilən dəlillərdən göründüyü kimi, apellyasiya şikayəti xx.xx.2024cü il tarixdə verildiyindən, apellyasiya şikyətinin verilməsi üçün müddətin buraxılmasından söhbət gedə bilməz. Apellyasiya şikayətinin 1 ay müddətində verilməsi sübut olunduğundan o, mümkün hesab edilərək icraata qəbul edilməlidir.
13. Bundan əlavə, məhkəmə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən, işdə iştirak edən şəxsləri bu barədə məlumatlandırmamış, bununla da Mülki Prosessual Məcəllənin 263.6-cı maddəsinin tələblərini pozmuşdur. Əgər məhkəmə tərəfindən bu normaya riayət olunsaydı, apellyasiya şikayətinin verilməsi ilə bağlı müddətin buraxılmadığı müəyyən edilər, nəticədə belə ə sassız və qanunsuz qərardad çıxarılmazdı. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı üçüncü şəxs Fazil İbrahimov tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, üçüncü şəxs Fazil İbrahimov tərəfindən apellyasiya şikayətinin süründürməçilik məqsədi ilə verildiyini qeyd edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
15. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
16. Maddə 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.
17. Maddə 269.1. Şikayə tə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.
18. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
19. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
20. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
21. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
22. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
23. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi bar ədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
24. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
25. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
26. Maddə 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada on dan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən bax ılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində üçüncü şəxs Fazil İbrahimov tərəfindən qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadında qeyd olunmuşdur ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə vəkil (nümayəndə) Vəkil2 elektron kabinetinə xx.xx.2024cü il tarixdə yerləşdirilmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, üçüncü şəxsə münasibətdə qətnamədən şikayətin verilməsi üçün nəzərdə tutulmuş pro sessual müddətin sonuncu günü xx.xx.2024-cü il tarix olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddət üçüncü şəxs tərəfindən ötürülmüş, şikayətin verilməsi müddətini ötürmüş üçüncü şəxs və onun vəkili “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə verməmişdir.
34. Halbuki, üçüncü şəxs X3 ilə Cavabdeh qardaş olsalar da, Fazil İbrahimov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə birinci instansiya məhkəməsi tərəfindən cəlb edilmiş, həmçinin məhkəmə iclasında nümayəndə tərəfindən təmsil ed ilmədən və vəkilsiz iştirak etmiş, onun qardaşı olan Cavabdeh isə məhkəmədə nümayəndəsi və vəkili kimi Vəkil2 təmsil etmişdir.
35. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili kimi Vəkil2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, lakin Cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.
36. Qətnamənin surəti üçüncü şəxs Fazil İbrahimova isə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə deyil, poçt vasitəsilə göndərilmiş, qətnamə ona xx.xx.2024cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. Üçüncü şəxs Fazil İbrahimov əvvəl qardaşı Cavabdeh hüquqi yardım göstərmiş Vəkil2 ilə müqavilə bağlamış, bundan sonra Vəkil2 onu apellyasiya məhkəməsində nümayəndəsi kimi təmsil etməsi üçün xx.xx.2024-cü il tarixdə etibarnamə vermiş, xx. xx.2024-cü il tarixdə isə Vəkil2 üçüncü şəxs Fazil İbrahimova hüquqi yardım göstərməsi üçün vəkil orderini rəsmiləşdirmişdir.
37. Göründüyü kimi üçüncü şəxs Fazil İbrahimovun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsi üçün müddətin axımı, apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərdiyi kimi xx.xx.2024-cü il tarixdən deyil, qətnamənin üçüncü şəxs Fazil İbrahimova rəsmi qaydada təqdim edildiyi xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Bu halda üçüncü şəxs Fazil İbrahimovun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verildiyindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir.
38. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi apel lyasiya şikayətini qanunsuz olaraq yuxarıda göstərilən əsaslarla qeyri-mümkün hesab etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan məsələnin həll edilməsi apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə daxil olduğundan, kassasiya şikayəti həmin hissədə əsassızdır.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellya siya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6738/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.