Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8075/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 105.6 kv.m. sahədən ibarət olan 2 otaqlı, 4 82 saylı mənzildən istifadə qaydası - 34 kv.m. sahəsi olan otağın İddiaçı, digər 18,5 kv.m. sahədən ibarət olan otağın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, mənzilin digər hissəsinin isə mülkiyyətçilərin ümumi istifadəsində olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(103)-11209/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Əliyev sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə qarşı “mənzildən istifadə qaydal arının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə qarşı iddia qaldıraraq, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 105.6 kv.m. sahədən ibarət olan 2 otaqlı, 482 saylı mənzildən istifadə qaydalarının: “31 kv.m. sahəsi olan otağın onun, digər 18,5 kv.m. sahədən ibarət olan otağın isə cavabdehlərin, mənzilin digər hissəsinin mülkiyyətçilərin ümumi istifadəsində olmaqla” müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdırlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n qətnamə qəbul edilərkən işin əhəmiyyətli halları nəzərə alınmamış və iş üzrə tətbiq edilməli olan Mülki Məcəllənin 215-ci maddəsini tətbiq etməyərək iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmiş, həmçinin, nə müəyyən edilmiş həqiqi hallara, nə də müəyyən edilməli olubda müəyyən olunmayan hallara uyğun əsaslandırılmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməsinə və iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü m addəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan fakt lara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan, ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış binasında yerləşən 482 saylı mənzilin 6/10 hissəsi iddiaçıya, 4/10 hissəsi isə cavabdehlərə (hər birinə 1/10 olmaqla) məxsusdur. Mənzil 34 kv.m. otaq, 18,5 kv.m. otaq, 22,6 kv.m. dəhliz, 19 kv.m. mətbəx, 4,5 kv.m. isə eyvandan ibarət olmaqla, ümumu sahəsi 105,6 kv.m.-dir. Tərəflər mənzildən istifadə qaydaları ilə bağlı razılığa gələ bilməmişlər. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır və işdəki sənədlərlə təsdiqlənir. İddiaçı, payının çox olmasına istinad edərək 34 kv.m. otaqın onun, 18,5 kv.m. otağın cavabdehlərin istifadəsinə verilməsini, qalan sahələrin isə ümumi istifadədə qalmasını tələb edir. Cavabdehlər isə 18,5 kv.m. otağın dörd nəfər üçün az olduğunu, iddiaçıya payından artıq sahə düşdüyünü və bununla da ümumi mülkiyyət hüquqlarının pozulduğunu bildirərək iddiaya etiraz edirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinc i instansiya məhkəməsi mübahisəni iddiaçının tələbinə uyğun həll etsə də, mənzildən istifadə qaydalarının qeyd olunan formada müəyyən edilməsi qanuni və ədalətli deyil. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin mənzil üzərində müvafiq paylarının müəyyən edilməsi özü-özlüyündə yaşayış sahəsinin hansısa hissəsinə həmin nisbətdə məhdudiyyətsiz malik olmaq və faktiki bölgü aparmaq imkanı vermir. Onun tərkib hissələri olan otaqlar və yardımçı sahələri ilə birlikdə bir əşya kimi bütün ümumi mülkiyyətçilərə məxsusdur. Mənzilin müxtəlif sahələri (otaq, dəhliz və s.) ayrıca əşya sayılmır. Ona görə ki, əsl əşya ilə onun tərkib hissələri birlikdə tamı formalaşdırdıqları üçün onlardan ibarət əşya (o cümlədən mənzil) bir əşya hesab edilir və onun üzərində yalnız bir mülkiyyət haqqı olur. Ümumi mülkiyyət halında isə həmin mülkiyyət haqqı birdən çox şəxsə aid olur (paylarına uyğun nisbətdə). Bu səbəbdən əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Dolayısı ilə, şəxsin (hazırkı işdə tərəflərin) mənzil üzərindəki payları evin bütün tərkib hissələrini (o cümlədən hər otağı) əhatə edir. Bu baxımından iddiaçının mənzilin 34 kv.m. dən ibarət olan otağının pay nisbətinə görə yalnız onun istifadəsinə verilməsi tələbi mahiyyət etibarilə cavabdehlərin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qayda olaraq başqa şəxsin hüquqlarının müdafiəsi üçün mülkiyyət haqqının məhdudlaşdırılması mümkündür. Lakin nəzərə alınmalıdır ki, məhdudlaşdırılma qanunda nəzərdə tutulmalı və yönəldiy i məqsədə mütənasib olmalıdır. Ümumi paylı mülkiyyətçilər arasında əşyadan istifadə ilə bağlı mübahisə yarandıqda istifadə qaydasının məhkəmə tərəfindən müəyyən edilməsi qanunda nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə araşdırma predmetini tətbiq edilməsi tələb olunan məhdudiyyətin mütənasib olub-olmamasını müəyyənləşdirmək təşkil edir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mütənasiblik dedikdə, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan tarazlığın olması, toqquşan hüquqlar və mənafelər arasında ədalətli balans qurulması, tərəflərdən birinin üzərinə əlavə yük qoyulmaması başa düşülür. Paylı mülkiyyətdə olan əşyadan istifadə qaydalrının müəyyən olunması ilə bağlı mütənasiblik qiymətləndiri lərkən nəzərə alınmalıdır ki, bir paydaşın əşyadan istifadəsi sərhədsiz olmayıb, digər paydaşın istifadə haqqının sərhəddi ilə məhdudlaşır. Ona görə də, müəyyənləşdirilən faktiki istifadə qaydası tərəflərin hər hansı birinin mülkiyyət hüququnun mahiyyətinə xələl gətirməməli, onu əsasından zədələməməlidir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, iddiaçının mənzil üzərindəki payı cavabdehlərin birlikdə paylarından 20 faiz çox olsa da, onun tələb etdiyi qaydada istifadə müəyyən edildikdə cavabdehlərin hər birinə düşən yaşayış sahəsi qanunla müəyyən edilmiş normadan az olur. Belə ki, 18.5 kv.m. otaq 4 nəfər sayına bölündükdə onların hər birinə 4.6 kv.m. sahə düşür. İddiaçının tələbinə uyğun istifadə qaydası müəyyən olunduqda cavabdehlərin hər birinə düşən yaşayış sa həsi qanunla müəyyən edilmiş minimum yaşayış sahəsindən də az sahə təşkil edir. Bu hal isə hər biri ayrı mülkiyyətçi olan cavabdehlərin insani şəraitdə yaşamalarını təmin edən, minimal standartlara və normalara cavab verən mənzil hüquqlarının qeyri-mütənasib şəkildə məhdudlaşmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, dörd nəfərdən ibarət olan cavabdehlərin 18,5 kv.m. otaqda yaşamağa məcbur tutulması minimum yaşayış standartlarının pozulmaqla cavabdehlərin üzərinə əlavə yük qoyulmasına, bununla da onların mülkiyyət və mənzil hüquqlarının əsasının zədələnməsinə səbəb olacaqdır. Başqa sözlə, iddiaçının tələbi ilə cavabdehlərin mülkiyyət hüquqlarına gətirilməsi istənilən məhdudiyyət yönəldiyi məqsədə mütənasib deyildir. Apellyasiya instansiyası məhkəməs i gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 135.10, 215.1, 215.4-cü maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, 104.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası t ərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş ü zrə 28 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8075/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8075/2019
25.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver