Məhkəmə qərarları › İş №2(102)-8078/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8078/2019

20.12.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8078/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, nümayəndəsi X4, vəkili X6, Cavabdeh2 vəkili X7 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)22/2018 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(005)-5334/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Əliyev) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “evdən çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 İddiaçı pasport qeydiyyatında olduğu ünvan 1 ünvanda yerləşən evdən çıxarılması qət edilib. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)22/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrəBakı şəhəri, xxx rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “evdən çıxarılm a barədə” iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, altı nəfər ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün düşüb. 1995-ci il tarixdən Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsində yerləşən “KMZ” ponsianatında məskunlaşıblar. 1998-ci ildə uşaqları böyüdüyündən və məskunlaşdıqları otaq darısqal olduğu üçün torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişlər. Həmin vaxt yaşadıqları pansionatın yaxınlığında, yəni xxx qəsəbəsində xxx adlı qadının 0,2 ha torpaq sahəsini və həmin torpaq sahəsinin içində 3x4 metr ölçüdə 1 otaqlı ev satdığını, otağa və torpaq sahəsinə baxarkən, torpaq sahəsinə bitişik 005 ha torpaq sahəsini də Səkinə adlı başqa bir qadının satdığını bilmişlər. Razılaşmaya əsasən xxxdan 0,2 ha sahəsini və bir otağı, Səkinədən isə həmin torpaq sahəsinə bitişik olan 005 ha torpaq sahəsini satın almışlar. Qeyd olunan torpaq sahəsinin içində olan 12 kv metr sahəsi olan ev balaca olduğundan, ona bitişik mətbəx və əl otağı tikib 1998-ci ildə altı nəfər ailə üzvləri ilə birlikdə ora köçərək, həm orada, həm də ponsianatda yaşamışlar. Sonradan Bakı şəhəri, xxx rayon məhkəməsinin 16 iyun 2003-cü il tarixli qətnaməsi ilə onun həmin mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə daimi pasport qeydiyyatına alınması qət edilib. Bu günədək həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır və bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. 2014-2015-ci illərdə yaşadıqları “KMZ” zavodunun ponsianatı plana düşərək söküləcəyini bildikdən sonra, ünvan 2 ünvanda olan 1 otaqlı evi ona bitişik əlavə tikililəri söküb, yerində iki mərtəbəli ev tikmək q ərarına gəlmişlər. Pansianat söküldüyü üçün orada yaşayan ailələr siyahıya alınaraq bildirilmişdir ki, ponsianat sökülərkən ailənin sayından yaşadığı otaqların sahəsindən aslı olmayaraq hər bir ailə üçün pul veriləcək və o, pulla da hər kəs gedib özü üçün şərait yaratsın. Ona görə də ponsianat sökülməzdən əvvəl gedib həmin otağın yerində iki mərtəbəli ev tikməyə başlamışlar. Evin yarısından çoxu tikildikdən sonra qaynı Cavabdeh1 ora gələrək əri xxxun tapşırığı ilə ustalara nəzarət etməyə başlayıb. Çünki qaynı Cavabdeh1 həmin vaxt heç bir yerdə işləmirdi və şəbəkə oyunları nəticəsində borca düşmüşdü. O, hər iki mərtəbəni tikib başa çatdırdıqdan sonra orada yaşamaq üçün, əvvəl ikinci mərtəbəni, sonradan isə birinci mərtəbəni təmir etdirmişlər. Qaynı Cavabdeh1 şəbəkə oyunları nəticəsində borc a düşdüyü üçün Bakı şəhəri, xxx rayonu xxx küçəsi, 126 saylı evin, 59-cu mənzilini satıb borcunu ödəyib və bu səbəbdən də ailə üzvləri ilə birlikdə köçüb kirayədə yaşayıb. Lakin kirayə haqqını ödəyə bilmədiyi üçün müvəqqəti olaraq ona və ailə üzvlərinə ünvan 2 evin ikinci mərtəbəsində yerləşən 5 otaqda yaşamasına icazə verib. O, evin birinci mərtəbəsini təmir edib ailə üzvləri ilə birlikdə ora köçdükdən sonra qaynı Cavabdeh1 gecə-gündüz televizorun, maqintofonun səsini ucadan verərək onun və ailə üzvlərinin evdə rahat yaşamalarına mane olmuşdur. X12 bu barədə irad bildirsə də bunun heç bir nəticəsi olmayıb və hətta sonuncu birinci mərtəbədə obyekt kimi açılmış otağın divarlarını sökərək, avadanlıqları sıradan çıxardıb və qapının kilidlərini yararsız vəziyyətə salıb. Vəziyyət o, yerə çatıb ki, o, ailə üzvləri ilə birlikdə özünə məxsus olan evə köçüb yaşaya bilmir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, nümayəndəsi xxx və vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar e dilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxküçəsi 2/5 saylı evin iddiaçıya məxsus olmaqla, sonuncunun həmin evə olan hüququnun istənilən şəxs, o cümlədən cavabdehlər tərəfindən pozulmaqdan müdafiə edilməli olmasına, cavabdehlərin həmin evin onlara məxsus olmasına dair apellyasiya şikayətində göstərdikləri dəlillərin işə əlavə edilmiş sübutlarla, o cümlədən həmin evə yerli baxış keçirilərkən təkzib edilməsinə və beləliklə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 158.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblə ri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyəili olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla işdən görünür ki, tərəflər Laçın rayonundan məcburi köçkün olmaqla yaxın qohumdurlar. Belə ki, Cavabdeh1 iddiaçının qaynı, digər cavabhehlər isə Cavabdeh1 ailə üzvləridir. İddiaçı, iddia edir ki, ünvan 2 evin yerləşdiyi torpaq sahəsini satın almaqla, həmin evi öz şəxsi vəsaitləri hesabına inşa edib və cavabdehlərə müvəqqəti olaraq həmin evdə yaşamalarına icazə verib. Hazırda cavabdehlər evdə birgə yaşayış qaydalarını pozmaqla, onun və ailə üzvlərinin e vdən sərbəst şəkildə istifadə etmələrinə mane olurlar. Ona görə də cavabdehlərin həmin evdən çıxarılmalarını iddia edir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə əri X13 rayonundan məcburi köçkün düşməsinə dair “məcburi köçkün vəsiqəsi”nin, özünün və əri Arif Muradovun “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətlərini, 28 noyabr 2003-cü il tarixdən sözügedən evdə daimi qeydiyyatda olmasına dair 55 saylı MKİS-i tərəfindən verilmiş 31 mart 2017-ci il tarixli 2 salyı formada arayışın əslini, 17 saylı Polis Bölməsinə təqdim etmək üçün verilmiş arayışın surətini, onun 2003-cü ildən sözügedən evdə yaşamasını təsdiq edən xxx,xxx, xxx, xxx, xxxxx, xxx tərəfindən imzalanmaqla notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərini, onun s özügedən evə pasport qeydiyyatına alınması vəzifəsinin xxx rayon Polis İdarəsinin Qeydiyyat və X2 həvalə edilməsinə dair Bakı şəhəri, xxx rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 16 iyun 2003-cü il tarixli qətnaməsinin surətini və sair çoxsaylı sənədlər, sübutlar təqdim edib. Cavabdehlər isə yaşadıqları evin 2/5 saylı deyil, Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxküçəsində yerləşən 2/6 saylı ev olduğunu, həmin evin iddiaçıya heç bir aidiyyətinin olmadığını, evi öz şəxsi vəsaitləri hesabına inşa etdirdiklərini göstərib iddia tələbinə etiraz edirlər və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə məcburi köçkün kimi sözügedən evdə məskunlaşmalarına dair 55 saylı MKİS-nin 17 iyul 2017-ci il tarixli aryışının, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xxx rayonu üzrə sektorunun 17 iyul 2017-ci il tarixli arayışının əslini, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxxprospekti, 126 saylı evin, 2 otaqlı, 59-cu mənzilini 50.000 manata Ceyhunə Həsənovaya satmalarına dair notarial qaydada təsdiq edilmiş 04 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin əslini, “xxxx” ASC tərəfindən xxx rayonu, xxxküçəsi 2/6 saylı evə dair Cavabdeh1 adına verilmiş “su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmaya dair” 23 aprel 2015-ci il tarixli texniki şərtin surətini, fotoşəkillərin əslini və sair çoxsaylı sənədlər, sübutlar təqdim etmişlər. Göründüyü kimi ünvan 1 evin iddiaçının, Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxküçəsində yerləşən 2/6 saylı evin Cavabdeh1 faktiki sahibliyində olması mülki iş materialları ilə istisna olunmur və hazırda tərəflər arasındakı hazırki mübahisə əslində cavabdehlərin faktiki yaşadıqları evin 2/5 saylı və ya 2/6 saylı ev olub-olmaması ilə bağlı yaranmışdır. İddiaçı iddia edir ki, cavabdehlərin faktiki yaşadıqları ev ona məxsus olmaqla 2/5 saylı evdir, cavabdehlər isə onların faktiki yaşadıqları evin 2/6 saylı ev olduğunu və iddiaçının onlara qarşı 2/6 saylı evdən çıxarılmalarına dair hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını göstərib iddia tələbinə etiraz edirlər. Əvvəla, apellyasiya instansiyası məhkəməsi tərəflərin iddia etdikləri 2/5 və 2/6 saylı evlərin eyni evlər olub-olmamasını, ümumiyyətlə Bakı şəhəri, ünvan 3 ünvanda faktiki olaraq neçə evin olmasını, həmin evlərin tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində və ya buna lazım i icazələr almaqla tikilib-tikilməməsini, kimin tərəfindən tikilməsini aydınlaşdırmadan, bunun üçün ən azından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin hüquqi satusunu müəyyən edib torpaq sahəsinin mülkiyyətiçisini işə baxılmağa cəlb edib hazırki mübahisəli məsələyə onun münasibətini öyrənmədən, əgər eyni evə 2/5 və ya 2/6 saylı ünvan verilmişdirsə də, eyni evə fərqli ünvanların hansı əsasa, nəyə görə verilməsini araşdırmadan, həmçinin eyni evə dair fərqli arayışlar vermiş 55 saylı MKİS-nin rəisinin, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xxx rayonu üzrə sektor müdirinin və digər qurumların vəzəfəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət vermədən, onların səlahiyyətli nümayəndələrinin hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, eləcə də i ddiaçının ünvan 1 evə pasport qeydiyyatına düşməsinə əsas olmuş İddiaçı cavabdeh xxx rayon Polis İdarəsinin Qeydiyyat və X1rşı “vəzifəli şəxsin qeyri-hüquqi hərəkətlərindən şikayətinə dair” 2-1116/2003 saylı mülki işi tələb edib ona baxış keçirmədən, həmin iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 16 iyun 2003-cü il tarixli qətnaməsinə əsasən iddiaçının hansı evə daimi pasport qeydiyyatına alınmasını dəqiqləşdərmədən, xüsusi bilik tələb edən qeyd olunan sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirib və ya mütəxəssis cəlb edib rəy almadan, yalnız birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələrinə və mübahisəli ünvana yerli baxış keçirməklə iddiaçının iddia etdiyi 2/5 saylı evlə, cavabdehlərin faktiki yaşadıqları 2/6 saylı evin fərqli ünvanlar olmasına və cavabdehlərin iddiaçıya məxsus 2/5 saylı evdə yaşamalarına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin həmin Məcəllənin 88, 106.1-ci maddələrində göstərilir ki, işdə iştirak edən şəxslərin, o cümlədən şahidlərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları, ifadələri iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən iddiaçı, iddia ərizəsində 2/5 saylı evin yerləşdiyi 0.2 ha torpaq sahəsini xxx ad lı qadından, ona bitişik 005 ha torpaq sahəsini isə Səkinə adlı qadından satın aldığını göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri fərqləndirilir. Həmin Məcəllənin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsin də və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsində göstərilir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüqüqu əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdəl bağlamaq ixtiarı yoxdur. “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin faktiki yaşadıqları evin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, iddiaçının iddia etdiyi 2/5 saylı evlə, 2/6 saylı evin eyni evlər olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehlərə qarşı iddia qaldırmış iddiaçının 2/6 saylı evdən onların çıxarılmasına dair iddia qaldırmaq ü çün müvafiq subyektiv hüquqa malik olub-olmamasını aydınlaşdırmadan, 2/5 və 2/6 saylı evlərə dair aidiyyəti orqanlar tərəfindən verilmiş çoxsaylı sənədlərə hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblə rini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstəril ən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəh bər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli, 2(103)-22/2018 saylı qətnaməsiləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar