Məhkəmə qərarları › İş №2(102)-808/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-808/2019

24.01.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-808/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 24 yanvar 2019-cu il İş № 2(102)-808/2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsindənƏrizəçi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov iş 2( 010)-3453/2018) Ərizəçi ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında 183,82 kv.m. torpaq sahəsi olan ümumi həyət daxilində olmaqla, ümumi sahəsi 38,5 kv.m olan bir mərtəbəli üç yaşayış otaqlı evin ərizəçi tərəfindən mərhum atası X5 vərəsəsi olaraq atasından qalmış həmin miras əmlakın faktiki qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova, A.Q.Hüseynov, iş 2(103)-11565/2018) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə rədd edilmişdir. H əmin qətnamədən ərizəçi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 17 aprel 2018-ci il tarixdə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, sonradan ərizənin dəqiqləşdiriməsi ilə bağlı ərizə verərək Bakı şəhəri, ünvan 2 ünvanında 183,82 kv.m. torpaq sahəsi olan ümumi həyət daxilində olmaqla ümumi sahəsi 38,5 m2 olan bir mərtəbəli üç yaşayış otaqlı evin onun 1-ci növbəli vərəsə olaraq miras əmlak kimi qəbul etməsinin tanınması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum atası X2 Varvara Kalistratyevna ilə 03.02.1992-ci il tarixdə rəsmi nikaha daxil olaraq ünvan 3 ünvanındakı evdə birgə ə r-arvad kimi yaşamışlar. Pançenko Varvara 1992-ci ilin yayında buradan köçərək Rusiya Federasiyasına getmiş və onun adına olan həmin fərdi yaşayış evini atası 1-ci növbə vərəsə kimi qəbul etmiş və orada yaşamışdır. 10.01.2006-cı ildə atası Muradov Əlfət bu evdə vəfat etmiş və onun vəfatından sonra isə atasının əvvəldən yazıb qoyduğu vəsiyyətnamə əsasında onun digər vərəsəsi olmadığına görə 1-ci növbə vərəsə kimi həmin evi özü orada yaşaması ilə əlaqədar olaraq miras əmlakı kimi faktiki olaraq qəbul etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. VarvaraPançenko 1992-ci ildə daimi yaşamaq üçün Rusiya Federasiyasına getdikdən sonra mübahisəli əmlak 2006-cı ilədək mərhum atasının sahibliyində olmuş, onun vəfatından sonra isə ərizəçi tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Ərizəçi atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək ərizəni rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ərizəçinin miras əmlak kimi mərhum atasına məxsus olduğunu bildirdiyi evin mərhum X7 məxsus olması barədə heç bir sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ərizəçinin mərhum atasına məxsus olduğunu bildirdiyi ünvan 1 ünvanında 183,82 kv.m. torpaq sahəsi olan ümumi həyət daxilində olmaqla ümumi sahəsi 38,5 kv.m olan bir mərtəbəli üç yaşayış otaqlı evin yeganə hüquqmüəyyənedici sənədi Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair Pasportdur. Həmin pasport isə X1 adına verilmişdir. Pasportun verilmə tarixi ərizəçinin mərhum atası i lə Varvaranın nikaha daxil olmasından əvvəlki tarixə təsadüf edir (pasport 1962-ci ildə tərtib edilmişdir). Ərizəçi, X3 Rusiya Federasiyasında vəfat etdikdən sonra mirasın atası tərəfindən qəbul edildiyini, atası vəfat etdikdən sonra isə onun tərəfindən qəbul edilməsinə istinad etsə də, evin yeganə sahibi olmuş X4 ölməsi barədə işdə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, evin tək sahibi olmuş X4 ölməsinə dair sübut olmadığı təqdirdə həmin əmlakın ərizəçinin atası tərəfindən miras əmlak olaraq qəbul edilməsi və sonra qızına vəsiyyət etməsi, ərizəçinin həm in əmlakı miras əmlak kimi faktiki qəbul etməsi barədə qənaətə gəlmək əsaslı olmayacaq. İlk növbədə həmin əmlakın miras olaraq ərizəçinin mərhum atasına keçməsi təsdiq olunmalıdır. Lakin ərizəçi bu halı sübuta yetirə bilməmişdir. Ərizəçi əvvəlcə X4 ölməsi ilə bağlı sənədləri əldə etməli və məhz bundan sonra miras qalmış əmlakın faktiki qəbulu ilə bağlı məsələni həll etməlidir. Ərizəçi evin X9 tərəfindən atasına satılmasına və sonradan isə bağışlanmasına istinad etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin tələbi həmin əqdlərin tanınması barədə olmamaqla mirasın faktiki qəbulu ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar