Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-808/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiаçı İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh qarşılıqlı iddiaları barədə iş üzrə QƏRARİ (Açar sözlər: payların naturada bölünməsi, istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X2 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dаir ilkin, Cavabdeh “torpaq sahəsindən naturada istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-6320/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) qardaşdırlar. 2. ünvan 1 ünvanda yerləşən, 108.5 kv.m sahəsi olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) 7/8 hissədə cavabdehin, 1/8 hissədə iddiaçının paylı mülkiyyətindədir.
3. Mübahisəli fərdi yaşayış evi 0.05 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir və bu sahəyə dair torpaqayırma sənədi mövcud deyil.
4. Tərəflərin mülkiyyətində olan fərdi yaşayış evi onlar tərəfindən faktiki olaraq birbirindən təcrid olunmuş şəkildə istifadə olunur, haz ırda bununla bağlı tərəflər arasında arasında mübahisə yoxdur.
5. Evin yerləşdiyi 0,05 ha torpaq sahəsi də mübahisə tərəfləri arasında faktiki olaraq bir-birindən təcrid şəkildə naturada bölünməklə istifadə edilməkdədir. Hər iki tərəfin öz istifadəsində olan torpaq sahəsinə ayrıca giriş-çıxış darvazası vardır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)849/2021 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı mübahisəli ünvanda yerləşən torpaq sahəsindən iddiaçı tərəfindən tikilmiş qanunsuz tikilinin onun hesabına sökülməsinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edər ək, paylara uyğun real bölgünün aparılmasını və çıxarışa əsasən mübahisəli yaşayış sahəsində 1/8 payına mütənasib olaraq 0.014160 ha dövlət mülkiyyətində olan torpaq sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırmışdır ki, yaşadığı evin torpaq sahəsi uzun müddətdir ki, onların arasında bölünmüş və hasar çəkilmişdir. Buna baxmayaraq, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə müraciətlər edərək evin və torpaq sahəsinin ona məxsus olmasını bildirir, öz ərizələrində ona və ailəsinə qarşı böhtan xarakterli məlumatlar yazır. Cavabdeh iki dəfə məhkəməyə müraciət edərək, onun tərəfindən aparılmış tikilinin sökülməsi və maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi vermiş və göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi onun mülkiyyətindədir və onun öz həyətinə aid olan hissədə hər hansı bir tikilinin aparılmasını qanunsuz hesab edərək, sökülməsini tələb edir. Onun ailəsi ilə yaşadığı hissə atadan miras qalmış yaşayış sahəsinə aid deyil. O, miras qalmış mülkün texniki pasportuna əsasən qeyri-yaşayış sahəsi sayılan hamam hissəsində yaşayır. Onun payına aid olan yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və mütəmadi olaraq ona qarşı qeyri-qanuni tələblər irəli sürülməkdədir. Mübahisəli fərdi yaşayış evində payların real bölgüsünün aparılmasına zərurət yaranmışdır. Çünki cavabdeh onu ümumi istifadədə olan torpaq sahəsinə buraxmır.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin paylara uyğun olaraq naturada istifadə qayd asının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. İddiaçının 108.5 kv.m yaşayış sahəsi ola evin 1/8-ni təşkil edən 13.5 kv.m hissəsinə hüququ çatsa da, 19 kv.m-də yaşayır və ona çatacaq olan paydan da artıq istifadə edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7289 saylı rəyinə əsasən, mübahisəli fərdi yaşayış evi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir və qərardadda qeyd olunan paydan (1/8 hissə) qismən kənara çıxmaqla (5.34 m2 ) faktiki bölgü Məhkəmə Tikinti-X1 Metodlarının və İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4-cü bəndlərinin tələblərinə uyğundur. Torpaq sahəsi üzərində tərəflər arasında p ay bölgüsü müəyyən edilmədiyindən həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin payçılar arasında olan payları üzrə torpaq sahəsindən paylardan qismən kənara çıxmaqla istifadə edilə bilər. Mübahisə predmeti olan torpaq sahəsindən istifadə qaydasına dair bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən hər iki tərəf fərdi yaşayış evi üzərindəki paylarının naturada bölgüsünün onların faktiki istifadə etdikləri şəkildə aparılmasına etirazlarının olmadıqlarını bildirmişlər.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh torpaq sahəsinin ekspert rəyində göstərilmiş faktiki bölgüyə uyğun istifadə qaydasının müəyyən edilməsinə etiraz etməmişdir.
14. İddiaçının vəkili torpaq sahəsinə münasibətdə ekspert rəyi ilə razılaşmadıqlarını bildi rmişdir. O, mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin faktiki istifadəsində olan torpaq sahəsi çıxarışdan görünən sahədən çoxdur. Elə bu səbəbdən hesab etmişdir ki, sahənin faktiki ölçüsünün müəyyən edilməsi və tərəflərin paylarının müəyyən edilməsi üçün torpaq sahəsində məhkəmə tərəfindən yerində müayinə keçirilməldir.
15. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) ilkin iddianın qismən təmin edilməsi, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçıya məxsus 1/8 hissədə payın cavabdehə məxsus 7/8 hissədə paydan naturada ayrılması və payların ayrılmasının fərdi yaşayış evinin faktiki olaraq təcrid olunmuş formada bölündüyü şəkildə həyata keçirilməs i, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, mübahisəli ünvanda yerləşən torpaq sahəsi üzərində iddiaçı və cavabdehin istifadə qaydalarının onların bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı ekspert rəyinə istinadla qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin bu cür faktiki bölgüsü ekspert tərəfindən həm tikinti-texniki və inşaat qaydalarına uyğun, həm də tərəflərin bu fərdi yaşayış evi üzərindəki paylarına əsasən (qismən (5.34 kv.m) kənara çıxmaqla) uyğun h esab edilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçıya məxsus 1/8 hissədə pay cavabdehə məxsus 7/8 hissədə paydan naturada ayrılmalı, payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.
18. Tərəflərin ümumi istifadəsində olan torpaq sahəsinə gəldikdə isə, torpaq sahəsinin də fərdi yaşayış evi kimi faktiki olaraq bir-birindən təcrid şəkildə bölünməklə tərəflərin istifadəsində olduğu, bu faktiki bölgünün həm tikinti-X1 metodlarına uyğun olduğu, həm də tərəflərin fərdi yaşayış evindəki paylarına mütənasib (bu paydan qismən (5.4 kv.m) kənara çıxmaqla) olduğu müəyyən edilmişdir.
19. Məhkəmə iddiaçının vəkilinin yerində müayinə ilə bağlı vəsatətini əsassız hesab edərək, ekspert rəyinə istinadla qeyd etmişdir ki, çıxarışda mübahisə predmeti olan torpaq sahəsinin 0.014160 ha olduğu qeyd olunduğu halda baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin torpaq sahəsinin 0.05 ha olduğu müəyyən edilmişdir. Yəni, ekspert tərəfindən müvafiq ölçü işləri torpaq sahəsinin faktiki ölçüsünə uyğun aparılmış, yekunda torpaq sahəsinin faktiki təcrid bölgüsünün tikinti norma və qaydalarına və tərəflərin paylarına uyğun olduğu müəyyən edilmişdir.
20. Məhkəmə torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair hissədə də ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi üzərində istifadə qaydaları tərəflərin bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.
21. Məhkəmə ilk iddianın “torpaq sahəsindən istifadə hüququnun müəyyən edilməsi”nə aid hissədə qeyd etmişdir ki, iddiaçı bu torpaq sahəsinin paylı mülkiyyətçisi olduğundan onun mülkiyyətində olan paya onsuz da istifadə hüququ vardır. Bu hüquq onun torpaq sahəsinə olan mülkiyyət hüququndan qaynaqlanır və məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Odur ki, ilk iddia bu hissədə təmin edilə bilməz.
22. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157, 213, 215, 220, 243-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 52-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci m addələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, qarşılıqlı iddianın torpaq sahəsinə münasibətdə faktiki bölgüyə əsasən deyil, iş üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7289 saylı ekspert rəyinə uyğun (yəni, bölgü həyata keçirilərkən ekspert rəyində göstərilmiş 80 kv.m-i nəzərə almaqla) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən 0.05 ha torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7289 saylı rəyinə deyil, əsassız olaraq faktiki bölgüyə əsaslanmışdır. Belə ki, onlar iş üzrə verilmiş ekspert rəyi ilə də tikiliyə münasibətdə razılaşıblar, lakin torpaq sahəsi ilə bağlı qeyd ediblər ki, torpaq sahəsi 5 sotdur və buna uyğun olaraq həmin torpaq sahəsinin 1/8 hissəsi 62 kv.m etsə də, rəydə 80 kv.m kimi göstərilmişdir, hansı ki, tərəflərindən birinci instansiya məhkəməsində də göstərilmişdir ki, iddiaçı hətta ona çatacaq olan paydan artıq istifadə edir, amma bununla belə tərəflərindən mübahisə uzanmasın deyə rəydəki rəqəmlərlə razılaşılmışdır. Lakin, məhkəmə torpaq sahəsinə münasibətdə yekun qərar qəbul edərkən bölgünü ekspert rəyində göstərilən 80 kv.m-ə münasibətdə deyil, faktiki sahəyə, yəni 108.5 kv.m-ə əsaslanaraq həyata keçirmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır, çünki məhkəmə keçirilmiş məhkəmə tikinti-t exniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/7289 saylı rəyindəki 80 kv.m-i nəzərə almadan qətnamə qəbul etmişdir
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6230/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və M.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəli evin yerləşdiyi torpaq sahəsindən tərəflərin istifadə qaydasını həmin torpaq sahəsinin faktiki bölündüyü vəziyyətə uyğun olaraq müəyyən etməsi düzgün olmuşdur.
27. Məhkəmə vurğulamışdır ki, hazırkı iddianın mahiyyəti torpaq üzərində payların müəyyən edilməsi deyil, ondan istifadə qaydasının müəyyən edilməsi ilə bağlıdır.
28. Qeyd edilən torpaq sahəsi tərəflərin istifadəsində olsa da, onların mülkiyyətində deyil və həmin torpaq üzərində onların payları müəyyən edilməmişdir. Bu səbəbdən də həmin torpaq sahəsindən istifadə qaydası müəyyən edilərkən orada yerləşən fərdi yaşayış evində tərəflərin 1/8 və 7/8 paylarına istinad edilməsi üçün hüquqi əsas mövcud deyildir.
29. Əksinə, yuxarıda da qeyd edildiyi kimi mübahisəli torpaq sahəsi uzun illərdir ki, tərəflərin öz razılığı ilə faktiki olaraq təcrid şəkildə bölünməklə aralarında sərhəd hasar inşa edilmişdir və bu şəkildə istifadə edilməkdədir. İlk iddiaçı tərəfindən torpağın o nun istifadəsində olan hissəsində sərhəd hasar boyunca evin üst qatına qalxmaq üçün pilləkən inşa edilmiş, küçəyə giriş-çıxış darvazası qoyulmuşdur, qarşılıqlı iddiaçı isə öz istifadəsində olan hissədə həmin sərhəd hasara bitişik qaraj inşa etmişdir. Belə vəziyyətdə mövcud hasarın sökülməsi ilə tərəflərin özlərinin müəyyən etdikləri istifadə qaydasının dəyişdirilməsi onların hasar boyunca inşa etmiş olduğu tikililərin də sökülməsinə səbəb olacaqdır. Bu isə hər iki tərəfi hədsiz yükə məruz qoymaqla, onları iqtisadi cəhətdən çətin vəziyyətə salmış olardı.
30. Tərəflərin mübahisəli torpaq sahəsindən mövcud qaydada istifadə etməsi həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onların paylarına düşən hissəsindən rahat şəkildə istifadə etmələrinə tam imkan verir.
31. Birinci instansiya məhkəməsinin torpaq sahəsi üzərində istifadə qaydalarının bu torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməli olması barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın torpaq sahəsinə münasibətdə faktiki bölgüyə əsasən deyil, iş üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7289 saylı ekspert rəyinə uyğun (yəni, bölgü həyata keçirilərkən ekspert rəyində göstərilmiş 80 kv.m-i nəzərə almaqla) təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayət apellyasiya şikayətinin də lillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahi blik edən şəxsə də mənsubdur.
37. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
38. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
39. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
40. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
41. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
42. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
43. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
44. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhk əmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
45. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Mülki Prosessual Məcəllə
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şika yətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
57. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6320/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.